Axtarış

The search found 105857 results in 0.143 seconds.

Search results

  1. ABUTALIBOVUN SƏRƏNCAMLARI QANUNSUZ SAYILIR – Baş nazirin müavini istintaqa cəlb olunacaq?

    Paytaxtda qanunsuz adlandırılan obyektlərə icazəni BŞİH verib, amma bunun zərbəsi sahibkarlara dəyir

    Muxalifet - 1-09-2018

  2. Tramp Fələstinlilərə yardımı kəsdi, Merkel isə artırdı – ALMANİYADAN ÖRNƏK ADDIM

    ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayert, ABŞ-ın Birləşmiş Millətlər Təşkilatı Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) maliyyə yardımlarını tamamilə dayandırdığını bildirib. Açıqlamadan sonra Almaniya qarşı həmlə ilə çıxış edib. Almaniyanın xarici işlər naziri Heiko Maas, ölkəsinin UNRWA-ya yardımları artırmağa qərar verdiyini açıqlayıb.
     
    Maas qərarı, “Bu təşkilatın yoxluğu bir zəncirvari qəzaya səbəb olar” deyərək açıqlayıb.

    Muxalifet3 - 1-09-2018

  3. Gürcüstanda Azərbaycan vətəndaşı saxlanıldı - narkotikə görə

    Gürcüstanın Qardabani rayonunda külli miqdarda narkotik vasitələrin qanunsuz alınması və saxlanılmasında şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb. Muxalifet.az “Report”a istinadən xəbər verir ki,  bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
    1978-ci il təvəllüdlü S. A. adlı qadının üzərində axtarış zamanı iki bağlamada 21,76 qram heroin aşkar olunub. Onu 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

    Muxalifet - 1-09-2018

  4. Elmar Vəliyevin videosunu kimlər və nə üçün yaydı? – ONU VƏZİFƏDƏ SAXLAMAQ ÜÇÜN HƏR YOLA ƏL ATDILAR, ANCAQ...

    Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

    Muxalifet4 - 1-09-2018

  5. Azərbaycanı təkrar Rusiyaya qaytarmaq - İrəvanın missiyası bu deyildimi?

    Nə qədər qəribə olsa da, Azərbyacanın KTMT-na üzv ola bilməsi haqqındakı növbəti fikirlər sıradan bir olay olmadı – nəinki yerli media bunu tirajlamaqda davam edir, hətta Rusiyanın bəzi dairələri bu təklifi az qala rəsmi Bakının məsələ ilə bağlı ilkin razılığı kimi müzakirə edirlər.

    Amma ötən dəfələrdə də yazmışdıq ki, Azərbyacanın 125 deputatından birinin (hətta o, komissiya sədri olsa belə!) məsələ ilə bağlı açıqlaması hələ rəsmi Bakının mövqeyi kimi qəbul oluna bilməz və bunun üçün daha yüksək statuslu şəxslərinin mövqeyini bilmək lazımdır.

    Muxalifet - 1-09-2018

  6. Rusiyaya birləşəcəyik - Separatçı qurumun yeni rəhbəri

    "Donetsk Xalq Respublikası"nın Rusiyaya inteqrasiyası kursu Dmitri Trapeznikovun idarəçiliyi dövründə də dəyişməyəcək.

    Muxalifet.az xəbər verir ki, bu barədə qondarma rejimin rəhbərinin mətbuat xidməti məlumat yayıb.

    Muxalifet - 1-09-2018

  7. MHP sədrindən ABŞ-a sərt sözlər

    MHP sədri Dövlət Baxçalı ABŞ-ın son iqtisadi oyunlarına qarşı sərt sözlərlə cavab verib.
     
    Baxçalı, " ABŞ-la müttəfiqlik əlaqəsi yara almışdır. S-400-ə qarşı F-35 “kozırı” irəli sürülmüşdür. Bu kobud və qaydalara uyğun olmayan bir rəftardır. Kimdən nə alacağımızı, nə aldığımızı müəyyən etmə haqqı nə vaxtdan bəri ABŞ-a keçmişdir? Baş verənlər məqsədlidir, xəstəlikdir və düşmənçilikdir. Türkiyə hücumlara qarşı tək yumruqdur" deyə, bildirib.

    Muxalifet3 - 1-09-2018

  8. Səfər Mehdiyev özünü niyə doğrulda bilmir? – GÖMRÜK KOMİTƏSİNDƏ BAŞ VERƏNLƏR...

    Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

    Muxalifet4 - 1-09-2018

  9. Vətəndaşlara yeni şəxsiyyət vəsiqələrinin verilməsinə BAŞLANILDI

    Bu gündən Azərbaycanda Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır.

    Muxalifet.az xəbər verir ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərindən köhnə vəsiqələrdən daha üstün olacaq.

    Muxalifet - 1-09-2018

  10. Merkeldən Avropa şirkətlərinə ÇAĞIRIŞ: "Afrikaya sərmayə qoyun"

    "Avropa şirkətləri Afrikaya sərmayə qoyacağı təqdirdə, Avropoya miqrant axını azala bilər".

    Muxalifet.az xəbər verir ki, bunu Almaniyanın Kansleri Angela Merkel Qərbi Afrika ölkələrinə - Senegal, Gana və Nigeriyaya səfəri zamanı deyib.

    O əlavə edib ki, Afrikaya sərmayə qoyuluşu ölkədə məşğulluğun artmasına şərait yaradacaq.

    A.Merkel Afrikada alman şirkətləri üçün infrastruktur və energetika sahəsində investisiya imkanlarını araşdırıb.

    Muxalifet - 1-09-2018

  11. İşdən çıxarılan icra başçısının ifadəsi alındı - RÜŞVƏTƏ GÖRƏ

    Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Ramiz Yediyarov hüquq-mühafizə orqanında ifadə verib.

    Muxalifet - 1-09-2018

  12. Tramp-Erdoğan zirvə görüşü Nyu-Yorkda baş tutacaqmı?

    Hər il olduğu kimi Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 25 sentyabrda toplanır.
     
    Prezident Ərdoğanın son anda bir dəyişiklik olmasa, 23 sentyabrda Nyu-Yorkda olması və 27-sinə qədər burada qalması gözlənilir.
    Baş Assambleyada çıxış edəcək və Birləşmiş Millətlərin quruluşu və Suriya mövzusunda əhəmiyyətli mesajlar verəcək.
     Prezident Tramp da baş Assambleya üçün Nyu-Yorka gələcək.
     Trampla Ərdoğanın görüşüb, görüşməyəcəyi hələlik məlum deyil.

    Muxalifet3 - 1-09-2018

  13. "Qarabağa, yurda qayıdış” aksiyasına imkan verilməyib

    Sentyabrın 1-də erməni silahlı birləşmələrinin nəzarət etdiyi Azərbaycan ərazilərindən məcburi köçkün düşmüş şəxslər “Yurda qayıdış” çağrışına qoşularaq dinc şəkildə öz evlərinə qayıtmaq məqsədi ilə Ağdam-Bərdə yolunun kəsişdiyi yerə (dördyol, Bakıdan 330 kilometr qərb) toplaşıb. Polis aksiyaya imkan verməyib, saxlananlar var
     
    “Yurda qayıdış” çağırışını bir neçə gün əvvəl sosial şəbəkələrdə Ağdam rayonunun Qərvənd kəndindən olan məcburi köçkün Camal Əhmədov edib.

    Muxalifet3 - 1-09-2018

  14. Paşinyan Qarabağın həlli variantını açıqladı

    Ermənistan konfliktlərin, o cümlədən Qarabağ konfliktinin həll yolunu yalnız sülhdə görür.

    Muxalifet.az  axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstandan olan jurnalistlərə müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

    “Bütün konfliktlər sülh yoluyla, danışıqlar vasitəsilə həll edilməlidir. Bununla bərabər, hesab edirik ki, bütün konfliktlər unikaldır. Oxşar konfliktlər yoxdur”, – deyə o bildirib.

    Muxalifet - 1-09-2018

  15. “Mehmana təzyiqlər artırılıb” – Qardaşı Emin Hüseynov

    Qaradağ rayon məhkəməsi avqustun 24-də bloger Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraılması haqda müraciətini təmin etməyib. Mehman Hüseynov ona verilmiş iki il azadlıqdan məhrumetmə cəzasının 1 il 5 ayından çoxunu çəkib. ABŞ-da səfərdə olan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Amerikanın Səsinə müsahibəsində Mehman Hüseynovun işi ilə bağlı son durumdan danışıb. RATİ-nin rəhbəri Mehman Hüseynovun anası Firəngiz Hüseynovanın vəfatı ilə əlaqədar evə buraxılması və hadisə ilə əlaqədar qurumun və blogerin verdiyi bəyanata toxunub.

    Muxalifet3 - 1-09-2018

  16. “İran nüvə razılaşmasına əməl edir” – MAQATE-dən hesabat

    BMT-nin nüvə agentliyinin yeni məxfi hesabatına əsasən, İran 2015-ci ildə dünya güclərinin tətbiq etdiyi məhdudiyyətlərə əməl edir.
     
    Prezident Donald Tramp may ayında Birləşmiş Ştatların razılıqdan geri çəkiləcəyini və sanksiyaları bərap edəcəyini elan edəndən sonra Beynəlxalq Atom Enerjisi Agentliyi ikinci rüblük hesabatında İranın uran zənginləşdirmə səviyyəsini aşmadığını bildirib.

    Muxalifet3 - 1-09-2018

  17. ABŞ Rusiyaya xəbərdarlıq etdi

    Tramp administrasiyası cümə axşamı Rusiyadan Ukraynanın iqtisadiyyatını zəiflətmək məqsədilə Azov və Kerç dənizlərində beynəlxalq dəniz gəmilərinin təhdid edilməsini dayandırmasını istəyib.
     
    Dövlət Departamentinin sözçüsü Hazer Nayert deyib ki, Rusiyanın "dəniz tranzitinə maneə törədən hərəkətləri Ukraynanı zəiflətmək və qeyri-sabitlik yaradılmasına yönəlmiş addımdır və beynəlxalq normalara hörmətsizlik deməkdir".

    Muxalifet3 - 1-09-2018

  18. İlham Əliyevlə Putin arasında Soçidə görüş baş tutub

    Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri başlayıb.
     
    AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Soçi şəhərindəki “Boçarov Ruçey” dövlət iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.
    Dövlət başçıları görüşdə çıxış ediblər.

    Muxalifet3 - 1-09-2018

  19. “Le Figaro” Putinin kölgəsində ucalan adamdan yazdı

    Rusiya məmurları arasında Sergey Kiriyenko kimi özünü buqələmun kimi gizlətməyi bacaran çox az siyasətçi var. Lakin əyninə geydiyi boz kostyumlar, gözünə taxdığı incə eynəklərlə seçilən və sifət ifadəsindən məktəblilərə oxşayan 56 yaşlı bu adam Rusiya elitasının sönməyən ulduzlarından biri sayılır.
     
    Musavat.com xəbər verir ki, bu cümlə Fransanın “Le Figaro” qəzetinin analitiki Pyer Avrilin yazısında yer alıb.
    Müəllif bu təhlilini Rusiya Prezident administrasiyasının rəhbərinin 1-ci müavini, keçmiş baş nazir Sergey Kiriyenko ilə bağlı aparıb.

    Muxalifet3 - 1-09-2018

  20. Ermənistanda atışma

    Ermənistanın Vaqarşapat (Eçmiədzin) şəhərində gecə saatlarında atəş səsləri gəlib.
     
    Yerli mətbuatın yazdığına görə, polis atışmanın bir neçə nəfərin iştirakı ilə baş verdiyini müəyyən edib.
    Hadisə yerində 7,62 mm kalibr gilizlər və rezin dəyənəklər tapılıb.
    Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.
     

    Muxalifet3 - 1-09-2018

Pages