Axtarış
The search found 105857 results in 0.08 seconds.
Search results
İlham Əliyevdən Putinlə görüşdən ilk açıqlama: Qarabağı müzakirə edəcəyik
İlk növbədə, bizi Rusiyaya səfərə dəvət etdiyinizə görə Sizə təşəkkür etmək istərdim. Bizim görüşlərimizə həmişə şadam. Sizin qeyd etdiyiniz kimi, biz müntəzəm surətdə görüşürük və bu görüşlər münasibətlərimizə dinamizm gətirir.
Bu sözləri Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söyləyib.Muxalifet3 - 1-09-2018
Putin-Paşinyan görüşü olacaq
Tezliklə, sentyabrın əvvəllərində Rusiya prezidenti Vladimir Putinin Ermənistan baş naziri Nikol Paşinyanla görüşü olacaq.
Bu haqda Ermənistan mətbuatı yazır.
Məlumata görə Nikol Paşinyanı Putinlə çox sərt söhbət gözləyir. Belə ki, görüşdə Ermənistanın eks-prezidenti (həm də Putinin dostu) Robert Köçəryana qarşı qaldırılmış cinayət işi, KTMT baş katibi Yuri Xaçaturovun cinayət məsuliyyətinə cəlb edilməsi və nəticədə blokun imicinə zərbə vurulması məsələləri müzakirə olunacaq.Muxalifet3 - 1-09-2018
Türk dövlətlərinin başçıları toplanır
Sentyabrın 3-sə Qırgızıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) sammiti keçiriləcək. Sammit ərəfəsində sentyabrın 2-də baş tutacaq nazirlər görüşündə Azərbaycanı xarici işlər nazirinin müavini Ramiz Həsənov təmsil edəcək.
Bu barədə avqustun 31-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
XİN rəsmisi deyib ki, sentyabrın 3-də baş tutacaq dövlət başçılarının sammitinə Azərbaycan prezidenti İlham Əliyevin qatılacağı gözlənilir.Muxalifet3 - 1-09-2018
Mert Fırat nişanlısını müdafiə etdi
Aktyor Mert Fırat xına gecəsinə taxtda gətirildiyi üçün tənqid edilən nişanlısını müdaifə edib.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor jurnalitlərin nişanlısı İdil Fıratın xına gecəsində zala taxtla gəlməsinin sosial mediada çox tənqid edilməsi haqqında verdiyi suala cavab verməkdən imtina edib.
Muxalifet - 1-09-2018
DÜNYA OKEANININ SƏVİYYƏSİ SÜRƏTLƏ ARTIR
Muxalifet.az xəbər verir ki, son 25 ildə dünya okeanının səviyyəsi 77 mm artıb. Bu məlumatı Ümumdünya Metereoroloji Təşkilatının üzvü olan alimlər yayıblar.
Muxalifet - 1-09-2018
ABŞ-da yeni qalmaqal: Trampın jurnalistləri pulla susdurması faktları ortaya çıxdı
ABŞ-ın nüfuzlu “The New York Times” (NYT) nəşri prezident Donald Trampın “National Enquirer” qəzetinin siyasətinə müxtəlif üsullarla təsir göstərməsi ilə bağlı məqalə yayıb. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məqalədə Ağ Evin indiki rəhbərinin öz nümayəndələri və tanışları vasitəsilə həmin mətbu orqanda özü ilə bağlı xoşagəlməz informasiyaların dərc edilməsinə əngəl törətdiyi qeyd olunub.
Muxalifet - 1-09-2018
"İki ölkəni bir-birinə sıx dostluq və əməkdaşlıq ənənələri bağlayır" - Vladimir Putin
Rusiya və Azərbaycanı bir-birinə sıx dostluq və əməkdaşlıq ənənələri bağlayır. Dövlətlərimiz arasındakı münasibətlər tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq xarakteri daşıyır.
"Report"un Soçiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün yekununda deyib.
V.Putinin sözlərinə görə, ölkələr arasındakı münasibətlər mehriban qonşuluq və hörmət prinsiplərinə əsaslanır.
Muxalifet - 1-09-2018
Türkiyədə avtobus aşdı, iki azərbaycanlı qadın həlak oldu
İki azərbaycanlı qadın Türkiyədə avtobus qəzasında həlak olub.
Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Girəsun bölgəsinin Tirebolu qəsəbəsində, Qaradəniz sahil yolunda baş verib.
Trabzondan Girəsuna gedən 47 yaşlı Sedat İnanlının idarə etdiyi 61 SD 624 nömrəli mikroavtobus qəfildən idarəetməni itirərək aşıb. Nəticədə sürücü və avtobusdakı azərbaycanlı sərnişinlər - 47 yaşlı Rahilə Əsirova və 42 yaşlı İdarə Tanrıverdiyeva həlak olublar. Digər sərnişin, 49 yaşlı Şükrü Altaş isə yaralanıb.Muxalifet - 1-09-2018
Pənah Hüseyn və Akif Nağı saxlanıldılar
Qarabağ döyüşçüsü, hüquqşünas Camal Əhmədovun “Yurduma qayıdıram” təşəbbüsünün həyata keçirilməsinə imkan verilməyib. QAT mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, bu gün “Yurduma qayıdıram” təşəbbüsünə qoşulan bir qrup insan, o cümlədən Pənah Hüseyn, Akif Nağı, Camal Əhmədov, Şaiq Süleymanov, Şirxan Əliyev və digərləri cəbhənin Ağdam istiqamətində cəbhə xəttini keçərək işğal olunmuş ərazilərə daxil olmağa cəhd göstərib.
Muxalifet3 - 1-09-2018
Gürcüstanda NATO-nun hərbi təlimləri başlayıb
Gürcüstanda Senaki hərbi bazasında NATO-nun çoxmillətli “Agile Spirit 2018” (Çevik ruh) hərbi təlimlərinə start verilib.
Rəsmi açılış mərasimində Gürcüstanın müdafiə naziri Levan İzoriya, ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsini icra edən Elizabet Rud və digər rəsmi şəxslər iştirak ediblər.
Təlimlərə Gürcüstan, ABŞ, Bolqarıstan, Rumıniya, Latviya, Yunanıstan, Ukrayna, Türkiyə, Çexiya və Estoniya hərbçiləri qatılıb.
Muxalifet - 1-09-2018
Siyasi məhbus siyahısına 130 nəfərin adı daxil edilib
Sentyabrın 1-də Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup siyasi məhbusların yenilənmiş növbəti siyahısını təqdim edib. Yeni siyahıda 130 nəfərin adı var. Bu barədə işçi qrupun press-relizində deyilir. İşçi qrupu bildirir ki, əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında İşçi Qrup 128 işdə siyasi motivli həbsin baş verdiyini təsbit edərək, o məhbusları siyasi məhbus kimi tanıyıb.
Muxalifet3 - 1-09-2018
Rusiya ABŞ-a çağırış etdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov verdiyi açıqlamada, "Moskva, Amerika tərəfi qarşılıqlı hörmət çərçivəsində danışmağa hazır olanda dialoqa başlayacaq" deyib.
Lavrov, TASS xəbər agentliyinə verdiyi açıqlamada, Rusiyanın Amerika ilə qarşılıqlı hörmət çərçivəsində dialoqa açıq olduqlarını bildirib.
Rusiyanın XİN rəhbəri Lavrov, "Hər zaman qeyd edirik, Amerika Birləşmiş Ştatlarının Rusiyaya qarşı sanksiyaları zərər vericidir və o ölkə ilə olan münasibətləri də çıxılmaz vəziyyətə salır" - deyib.
Müxalifət.azMuxalifet3 - 1-09-2018
"OANA-nın sədri olaraq əsas hədəfimiz..." - Aslan Aslanov
AZƏRTAC 2016-cı ildən 35 ölkədən 44 agentliyin daxil olduğu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) rəhbərlik edir. Dünya üzrə informasiya axınının 1/3-i təşkilata üzv olan agentliklərin payına düşür. AZƏRTAC-ın sədrliyi dövründə nüfuzlu xəbər agentliklərini ətrafında birləşdirən təşkilatın fəaliyyətinin genişləndirilməsi istiqamətində addımlar atılıb, bu məqsədlə bir sıra yeniliklər edilib.
Muxalifet - 1-09-2018
Terrorçudan şok etiraflar:! EDAM ETDİLƏR
Separatçı terror təşkilatının düşərgələrindən qaçaraq təhlükəsizlik qüvvələrinə təslim olan terrorçulardan tükləri ürpədən yeni etiraflar olunub.
Terror təşkilatından qaçan 15 yaşlı H.R, düşərgələrdə "qul kimi" işlədildiyini, qaçmağa çalışan bir dostunun da hər kəsin gözü önündə vurularaq öldürüldüyünü söyləyib.
"Dostum vurulunca"..
H.R, ifadəsində təşkilatdan qaçmağa necə qərar verdiyini danışıb:Muxalifet3 - 1-09-2018
TRAMP RUSİYANI ÇİNİN AĞUŞUNA İTƏLƏYİR! – Moskva-Pekin oxu sürətlə möhkəmlənir!
1970-ci illərin birinci yarısında ABŞ xarici siyasətinin başında dayanan Henri Kissincer “Strateji üçbucaq” konsepsiyasını işləyib hazırlamışdı.
Bu strategiyaya uyğun olaraq Rusiya və Çin bir-birlərindən xeyli uzaq, Amerika ilə isə eyni cür yaxın olmalıydılar. Kissincer 1972-ci ildə Riçard Niksonu Pekinə gedərək Çin ilə diplomatik əlaqələr qurmağın və həmin ilin may ayında isə Moskvaya səfər edərək strateji silahların məhdudlaşdırılması ilə bağlı müqavilənin imzalanmasının vacibliyinə inandıra bilmişdi.
Muxalifet - 1-09-2018
28 yaşlı oğlan güllələnib
Salyan rayonunda 28 yaşlı oğlan güllələnib.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün rayonun Seyidsadıqlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Səmədzadə Elgün Alik oğlu həmkəndlisi, 1990-cı il təvəllüdlü Bağırov Rüfət Rüstəm oğlunu güllə ilə vuraraq ağır yaralayıb. Yaralı doğmaları tərəfindən Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.
Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 1-09-2018
Con Kerri prezidentliyə namizəd olacaq
ABŞ-ın keçmiş dövlət katibi Con Kerri 2020-ci ildə keçiriləcək prezident seçkisində yenidən namizəd olacağını açıqlayıb.
Bunu Kerri CBC televiziyasına müsahibəsində bildirib.
"2020-ci il seçkisindən danışmaq zamanın boşa xərclənməsi və diqqətin yayınmasıdır. İndi biz diqqətimizi Konqresə keçiriləcək seçkilərə yönəltməliyik. Mən bundan sonra da mübarizəmi davam etdirəcəyəm", - deyə o bildirib.
Qeyd edək ki, Kerri 2004-cü ildə prezidentliyə namizəd olub. O, bu seçkidə Corc Buşa uduzub.Muxalifet3 - 1-09-2018
Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdı
Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb.
Nazirlikdən bildiriblər ki, cari ilin iyul-avqust aylarında keçirilən müsabiqədə 46 min 839 namizəd iştirak edib. Onlardan 4 min 53-ü müəllim adını qazanaraq işə qəbul olunub.
Müsabiqədən uğurla keçənlər sentyabrın 5-dək müvafiq yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.
Muxalifet - 1-09-2018
Rus kanalında təxribat: “Qarabağı” erməni komandası kimi təqdim etdilər
Ruiyanın “Russia Today” telekanalı Azərbaycanla bağlı təxribatçı addım atıb.
Qol.az-ın yaydığı xəbərə görə, Avropa Liqasının püşkatmasının nəticələri ilə bağlı xəbər hazırlayan telekanalın saytı “Qarabağ”ı Ermənistan klubu kimi təqdim edib. Kanal yol verdiyi bu səhvi düzəltməyib. Telekanalın rəsmi saytında “Qarabağ” hələ də Ermənistan klubu kimi göstərilir.
Qeyd edək ki, “Russia Today” telekanalına erməni əsilli rus jurnalist Marqarita Simonyanın rəhbərlik edir.
Muxalifet3 - 1-09-2018
Ərdoğan Qırğızıstanda rəsmi səfərdədir - Fotolar
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nümayəndə heyəti ilə birlikdə Qırğızıstana 3 günlük rəsmi səfərə gedib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, səfərdə prezidenti xanımı Əminə Ərdoğan da müşayiət edib. Ərdoğanla xanımı Bişkek Manas Beynəlxalq Hava Limanında Qırğızıstan prezidenti Sooronbay Jeenbekov və həyat yoldaşı Aygül Jeenbekov tərəfindən rəsmi mərasimlə qarşılanıblar.
Muxalifet - 1-09-2018