Axtarış
The search found 105857 results in 0.206 seconds.
Search results
“Qarabağ”ın Avroliqada rəqibləri bəlli oldu - İNGİLTƏRƏ NƏHƏNGİ BAKIYA GƏLİR
Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
Muxalifet.az xəbər verir ki, Monakodakı Qrimaldi Forumda təşkil olunan tədbirdə "Qarabağ"ın da rəqibləri bəlli olub.
Azərbaycan təmsilçisi E qrupunda İngiltərənin "Arsenal", Portuqaliyanın "Sportinq" və Ukraynanın "Vorskla" klublarına rəqib olub.
Püşkatmanın nəticələri:
A qrupu: "Bayer" (Almaniya), "Lüdoqorets" (Bolqarıstan), "Sürix" (İsveçrə), AEK (Larnaka, Kipr)
Muxalifet - 31-08-2018
Rusiyadan ABŞ sanksiyalarına cavab zərbəsi
Rusiya Baş Nazirinin müavini Yury Borisov, qarşıdakı aprel ayından etibarən ABŞ astronavtlarını Beynəlxalq Kosmik Stansiyasına (UUİ) daşımayacaqlarını bildirib.
Borisov, "NASA ilə olan ABŞ-lı astronavtların UUİYE Soyuz-MS kosmos gəmiləri ilə aparılıb, gətirilməsinə dair müqaviləmiz 2019-un aprelində sona çatır" - deyib.Muxalifet3 - 31-08-2018
Ərdoğan-Putin görüşü olacaq – KREML AÇIQLADI
Kremlin sözçüsü Dmitri Peskov, Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 7-də İranın paytaxtı Tehranda görüş keçirəcəyini açıqlayıb.
Peskov, jurnalistlərə verdiyi açıqlamada daha öncə İranın Təbriz şəhərində keçiriləcəyi bildirilən Rusya-İran-Türkiyə liderlər zirvə toplantısının Tehranda keçiriləcəyini bildirib. Peskov, məlumatın İran tərəfindən gəldiyini qeyd edib.Muxalifet3 - 31-08-2018
Ermənilərdən terrorçuların təşəbbüsünə dəstək
Erməni diasporunun Türkiyədəki uzantısı “Agos” qəzeti, PKK-nın siyasi qolu olan HDP-lilərin təxribatlarından sonra polisin müdaxilə etdiyi "Şənbə Anaları Aksiyasına" dəstək çıxaraq, dövlətin "acı çəkən analara" zülm etdiyi obrazı yaratmağa çalışıb.
Muxalifet3 - 31-08-2018
İranın XİN rəhbəri Trampı təhqir etdi
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, ABŞ prezidenti Donald Trampın "İran yaşam mübarizəsi aparır" şəklindəki açıqlamasına təpki göstərib.
Zərif, Twitter hesabından verdiyi açıqlamada, "İranın Yaxın Şərqi ələ keçirir, ya da yaşam mübarizəsi verir” şəklində iki ayrı zidd qütbdə şeytanlaşdırılması, Trampın zehni pozğunluğunun və vicdanının süqutu ilə ortaya çıxan demaqoqluğun təzahürüdür" deyə, ABŞ prezidentinə cavab verib.
Zərif, ölkəsinin "daim sabit, güclü və məsuliyyətli bir regional aktor olmağa davam edəcəyini" bildirib.Muxalifet3 - 31-08-2018
Moskvadan qətiyyətli bəyanat: "Sonuna qədər gedəcəyik"
Suriyanın daxili işlər naziri Valid əl Müəllim Suriya ordusunun müxaliflərin əlində olan şimal vilayəti İdlibdə sonuna qədər mübarizə aparacağını deyib.
Muxalifet.az xəbər verir ki, nazir hökumətin ana hədəfinin cihadçı Nüsrə terrorçuları olduğunu söyləyib.
Müəllim dünən Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra verdiyi açıqlamada Suriyanın yeni bir hərbi hücumda kimyəvi silahdan istifadə etməyəcəyini və bu cür silahlara sahib olmadığını bildirib.
Muxalifet - 31-08-2018
PUTİNİN PENSİYA İSLAHATI İLƏ LAXLAYAN TAXTI: nüfuzunu itirən Rusiya prezidenti könüllü istefa verə bilər - TƏHLİL
Con Lloyd
“Reuters”
Rusiya – Qərbə qarşı düşmənçiliyinə barmaqarası baxılmayacaq ölkədir. Demokratik ölkələr Ukraynaya qarşı təcavüzkar hərəkətlərə və NATO üzvü olan Baltikyanı ölkələrə hədə-qorxulara həssas olmalı və buna sərt cavab verməlidir. Ancaq onlar mədəni əlaqələri də təşviq etməli, rusiyalılarla açıq müzakirələr aparmalı, rus ziyalıları və siyasətçilərinə platforma verməyə daha çox çalışmalıdır.
Muxalifet - 31-08-2018
Vaxtanq Kikabidze xəstəxanaya yerləşdirilib
Gürcüstanlı aktyor və ifaçı Vaxtanq Kikabidze xəstəxanaya yerləşdirilib.
O, bununla bağlı “Qovorit Moskva” radiostansiyasına danışıb.
Kikabidze estrada müğənnisi İosif Kobzonun dəfn mərasiminə qatılacağı ilə bağlı sualı cavablandırıb.
“Heç kim dəfnə dəvət edilməyib. Mən hazırda xəstəxanada yatıram”, - 80 yaşlı aktyor bildirib.
Kikabidze və Kozbon 2008-ci ildə Rusiya-Gürcüstan münaqişəsi zamanı mübahisə etmişdilər.Muxalifet3 - 31-08-2018
Ermənistan Rusiyadan imtina etsə, yox olacaq - Duqin
Ermənistanda hazırda çox ciddi məsələ - Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra yeni siyasətin necə olacağı həll edilir.
Bunu “Moskva-Baku” portalına müsahibəsində rusiyalı filosof və ideoloq Aleksandr Duqin deyib.
“Ölkədə hazırda yeni mövqelər əldə edən bir neçə qüvvə mövcuddur. Bunlardan biri Moskva ilə ittifaqa cəhd edən Köçəryan və Serj Sərkisyanın malik olduğu Qarabağ klanıdır. Klanın hakimiyyətdən uzaqlaşdırılmasına baxmayaraq, o hələ də mövqeyini qoruyaraq müəyyən qüvvəni təmsil edir.Muxalifet3 - 31-08-2018
Kreml Ermənistandan 5 rayonu tələb edəcək - Aleksandr Duqin
Köçəryanın siyasətdə perspektivləri var.
Bunu “Moskva-Baku” portalına müsahibəsində rusiyalı filosof və ideoloq Aleksandr Duqin deyib.
“Mən artıq qeyd etmişəm ki, Qarabağ klanı öz mövqelərini hələ itirməyib. Müasir erməni siyasətində Qarabağ çox şeydə həlledici arqumentdir. Onu hər şey pis getdikdə işə salırlar. Qarabağ məsələsini şübhə altına alan istənilən cəhd Ermənistanın bütün qüvvələri tərəfindən geriyə çevrilir. Qarabağ klanı məhz bu məsələ sayəsində hakimiyyətə gəlib.Muxalifet3 - 31-08-2018
Yeni şəxsiyyət vəsiqələrinin özəlliyi... - Nazirlikdən açıqlama
Sentyabrın 1-dən Azərbaycanda yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha təkmil olan yeni nəsil şəxsiyyət vəsiqələrində vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı - çip yerləşdirilib.Muxalifet3 - 31-08-2018
Ermənistanda Rus şirkətinə cinayət işi açıldı
Ermənistan hökuməti Cənubi Qafqaz Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətə qarşı cinayət işini yenidən gündəmə gətirib.
“Qraparak”, QSC-nin 9,7 milyon dram (19 min dollar) əlavə dəyər vergisi verməməsi barədə cinayət işinin İstintaq Komitəsinə göndərildiyini bildirib:
“Bugünlərdə istintaq orqanları QSC-nin onlarla əməkdaşını dindiriblər. Növbənin yaxın zamanlarda QSC-nin yüksəkvəzifəli şəxslərinə də gəlib çatacağı gözlənilir”.
Qeyd edək ki, Cənubi Qafqaz Dəmir Yollarına qarşı cinayət işi 17 avqustda qaldırılıb.Muxalifet3 - 31-08-2018
ABŞ-I ÇİN VƏ RUSİYA QORXUSU BÜRÜDÜ
Muxalifet.az xəbər verir ki, ABŞ-ın Şimal Komandanlığı (NORTHCOM) ilə Şimali Amerika Hava Məkanının Müdafiəsi Komandanlığının rəhbəri general Terrens Con O'Şoqnessi müharibə baş verəcəyi təqdirdə, ölkə ərazilərinin Rusiya və Çin silahları qarşısında artıq mühafizə edilmiş sığınacaq olmadığını bildirib.
Muxalifet - 31-08-2018
Bakıdan İstanbula uçanlara şad xəbər
“Türk Hava Yolları” (THY) aviaşirkəti sentyabrın 6-dan etibarən İstanbulun Sabiha Gökçen beynəlxalq aeroportuna uçuşları bərpa edir.
Muxalifet - 31-08-2018
"Qrupumuzdakı hər 3 komandaya hörmətlə yanaşmalıyıq" - "Arsenal"ın baş məşqçisi
"Qrumuzdakı hər 3 komandaya hörmətlə yanaşmalıyıq. Bu yarışda böyük bir yol keçmək istəyirik. Bir-birindən fərqli oyunlar və fərqli səfərlərimiz olacaq".
Muxalifet - 31-08-2018
Rusiya sabiq müdafiə nazirini Ermənistana verməkdən imtina etdi
Ermənistan 1 mart 2008-ci il hadisələri ilə bağlı cinayət işi üzrə MDB ölkələrinin beynəlxalq axtarışında olan ölkənin sabiq müdafiə naziri Mikael Arutyunyanın onlara verilməsi üçün Moskvaya sorğu göndərib.
"İnterfaks" xəbər verir ki, ekstradisiya ilə bağlı sorğu Rusiya hüquq-mühafizə orqanlarına daxil olub.Muxalifet3 - 31-08-2018
Bakıda son durum: Havada tozun miqdarı...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə Bakıda və Abşeron yarımadasında 31 avqust 2018-ci il tarixində tozun miqdarının saat 18:00-da sanitar normadan 1,8-2 dəfə yuxarı olduğu qeydə alınıb.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bu göstərici saat 15:00-da 1,6 dəfə sanitar normadan yuxarı olub.Muxalifet3 - 31-08-2018
Bu, başqa ölkələrin Azərbaycana təxribatlarıdır - Millət vəkili
Azərbaycanda radikal dini təbliğatlara qarşı qanunvericilikdə göstərilən maddələr var. Ölkədə dini radikal qruplara qarşı ideoloji sahədə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın rolu da əvəzsizdir.
Bu sözləri millət vəkili Fazil Mustafa ölkədə dini radikalizmin qarşının alınması istiqamətində aparılan tətbirlərdən danışarkən deyib. O bildirib ki, bu istiqamətdə qanunvericiliyə əlavə edilən yeni müddəalar radikalizmin məhdudlaşdırılmasında kifayət qədər önəmli rol oynayıb:Muxalifet3 - 31-08-2018
Bir qəzaya görə 3 nazir istefa verdi
Bolqarıstanın şimal-qərbində 17 nəfərin həlak olması ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsindən sonra Daxili İşlər naziri Valentin Radev, Nəqliyyat naziri İvaylo Moskovski və Regional İnkişaf naziri Nikolay Nankov istefa veriblər.
Muxalifet.az xəbər verir ki, Bolqarıstanın Baş naziri Boyko Borisovun 3 nazirin vəzifələrini tərk etməsi barədə tələbindən bir neçə saat sonra sözügedən şəxslər istefa ərizlərini təqdim ediblər.Muxalifet3 - 31-08-2018
Bakı-Astara yolunda qumbara tapıldı
Bakı-Astara yolunda silah-sursat tapılıb.
ANAMA-dan verilən xəbərə görə, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 16:03-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Biləsuvar rayonu, Bakı-Astara yolunun 151-ci km-də silah-sursatın tapılması barədə məlumatlar daxil olub.
Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.Muxalifet3 - 31-08-2018