Axtarış
The search found 105857 results in 0.079 seconds.
Search results
Qondarma respublikanın lideri öldürüldü
Qondarma Donetsk Xalq Respublikasının lideri Aleksandr Zaxarçenko “Separ” restoranında baş verən partlayış nəticəsində öldürülüb.
Muxalifet.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Separatçıların "vergilər naziri" Timofeyev isə olay nəticəsində yaralanıb..
Muxalifet3 - 31-08-2018
Baş naziri öldürmək istəyən Rəhman ömürlük cəza aldı
Böyük Britaniya Baş naziri Tereza Meyə qarşı sui-qəsdə cəhd göstərən London sakini Naiumur Zaxariya Rəhman ömürlük həbs cəzası alıb.
Muxalifet.az xəbər verir ki, London Mərkəzi məhkəməsi onun işinə baxıb və ömürlük həbs cəzası ilə bağlı yekun qərarını verib.
Bildirilib ki, Rəhman 30 ildən tez azadlığa buraxılmaq haqqına sahib olmayacaq.
Qeyd edək ki, sui-qəsd cəhdində ittiham edilən şəxs günahını etiraf edib.
Muxalifet3 - 31-08-2018
FHN-dən Nəsimidəki yanğınla bağlı məlumat
Fövqəladə Hallar Nazirliyi (FHN) Nəsimi rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən bildiriblər ki, paytaxtın Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə nəticəsində binanın ikinci mərtəbəsində ümumi sahəsi 30 kvadratmetr olan 2 otaqlı ev və bitişik, birmərtəbəli evin (hazırda yaşayış yoxdur) 100 kvadratmetri yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Muxalifet3 - 31-08-2018
İrandan inanılmaz həmlə: İraqa ballistik raketlər göndərir...
İran İraqdakı şiə qruplaşmalara aylardır ki, qısa mənzilli ballistik raketlər və bu raketlərin istehsal vasitələrini göndərir.
Muxalifet.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
Bildirilib ki, İran bununla mümkün hərbi hücumlardan qorunmaq üçün effektiv mübarizə üsullarını seçir.
Hətta adı açıqlanmayan iranlı mütəxəssislərdən biri sözügedən raketlərin hələ il yarım əvvəl, Trampın hakimiyyətə gəlişindən sonra şiələrə göndərilməyə başlanıldığını bildirib.
Muxalifet3 - 31-08-2018
ŞOK: Vəkil iclasda Ərdoğana ədəbsizlik etdi. ORTALIQ QARIŞDI - ANBAAN VİDEO
ŞOK: Vəkil iclasda Ərdoğana ədəbsizlik etdi. ORTALIQ QARIŞDI - ANBAAN VİDEO
Muxalifet3 - 31-08-2018
Ordumuz mütləq o şəhəri alacaq - Deputat
Suriya ordusu İdlibi mütləq alacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri suriyalı deputat Ömər Osi deyib.
“Əməliyyat çərçivəsində son hazırlıqlar görülür. Dəməşq, Hələb və Həma bölgələrindən İdlib yaxınlığına hərbi texnika, canlı qüvvə göndərilir. Sədəcə qərar gözlənilir. Ordu İdlibin terrorçuların əlində qalmasına əsla icazə verməz”, - deyə deputat bildirib.
Muxalifet3 - 31-08-2018
Zaxarova Zaxarçenkonun ölümündə Kiyevi günahlandırdı
Rusiya Xarici İşlər Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova“Donetsk Xalq Respublikası”nın rəhbəri Aleksandr Zaxarçenkonun qətli ilə bağlı açıqlama verib. Muxalifet.az xəbər verir ki, Zaxarova jurnalistlərə açıqlamasında Donetskdəki partlayışın arxasında rəsmi Kiyevin dayandığına işarə edib: “Görünür, sülh barədə vədləri yerinə yetirməyərək, qanlı qırğına başlamaq qərarına gəldilər”. Qeyd edək ki, bu gün Donetskdə kafedə partlayış nəticəsində tanınmamış "Donetsk Xalq Respublikası"nın rəhbəri Aleksandr Zaxarçenko ölüb.
Muxalifet3 - 31-08-2018
Gürcüstandan Ermənistana sərt qadağa
Sentyabrın 1-dən Gürcüstanda Rusiyadan Ermənistana avtomobil yolları ilə yük daşınmasına, xüsusən də taxıl və taxıl məhsullarının daşınmasına məhdudiyyətlər qüvvəyə minir.
Muxalifet.az xəbər verir ki, Gürcüstanın gömrük ərazisinə taxıl və taxıl məmulatlarının gətirilməsi və çıxarılması yalnız ölkənin dəniz limanları və dəmir yoları vasitəsi ilə həyata keçirilə bilər.
Ciddi zərurət yarandığı halda avtomobillə məhdud miqdarda yük daşınmalarına yol verilə bilər.
Gürcüstan Maliyyə Nazirliyi müvafiq əmri 2018-ci il 21 avqust tarixində imzalanıb.
Muxalifet3 - 31-08-2018
DYP-yə AĞIR ZƏRBƏ: Artıq cərimə yaza bilməyəcəklər
Prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərman artıq qüvvəyə minib.
Muxalifet.az xəbər verir ki, ölkə başçısının 6 iyul tarixində verdiyi sözügedən fərmanın icrasına artıq başlanılıb. Belə ki, bir neçə gündür ki, Bakı şəhərində DYP əməkdaşları dayanma, durma və parklanma qaydalarına riayət etməyən sürücülərə cərimə yazmırlar.Muxalifet3 - 31-08-2018
Zaxarçenkonun qətlinin təfərrüatları məlum oldu - YENİLƏNİB
Donetskdə partlayış nəticəsində tanınmamış "Donetsk Xalq Respublikası"nın rəhbəri Aleksandr Zaxarçenko ölüb.
Muxalifet.az“RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış kafedə baş verib.
Eyni zamanda bildirilir ki, partlayış nəticəsində separatçı rejimin gəlirlər naziri Aleksandr Timofeyev yaralanıb.
Qeyd edək ki, A. Zaxarçenko 2014-cü ilin avqustunda “Donetsk Xalq Respublikası”nın Nazirlər Sovetinin rəhbəri seçilib.
Muxalifet3 - 31-08-2018
Rusiya və Çin nüvə müharibəsinə hazırlaşır?
Rusiya-Çin birgə təlimlərində nüvə müharibəsinə hazırlıq elementləri yer alacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə “The Washington Free Beacon” nəşri amerikalı yüksək rütbəli hərbçilərə istinadən məlumat yayıb.
Məqalədə qeyd olunur ki, ABŞ üçün iki ən böyük təhlükə Rusiya və Çindən gəlir. Eyni zamanda bu iki ölkənin mümkün nüvə müharibəsinə addımlarını necə korrektə edəcəyinin sual altında olduğu vurğulanır. Çünki onların nüvə strategiyaları bir-birindən çox fərqlənir.Muxalifet3 - 31-08-2018
Dünyanın ən nəhəng amfibiya-təyyarəsinin sınağı keçirildi
Dünyanın ən nəhəng amfibiya-təyyarəsinin ilk sınağı keçirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Çin Aviasiya Sənayesi Korporasiyasının yaydığı məlumatda deyilir.
“Tzilun” adlı təyyarə Çində hazırlanıb.
Xilasedici əməliyyatlar üçün hazırlanan təyyarənin su üzərində sınağı keçirilib. Mütəxəssilər qeyd ediblər ki, təyyarənin bütün sistemləri normativlərə uyğun işləyir.
Muxalifet3 - 31-08-2018
Aİ-nın Rusiyaya qarşı sanksiyalarına qoşulan ölkələrin adı açıqlandı
Ukrayna, Albaniya, Norveç və Çernoqoriya Avropa İttifaqının Krım körpüsünün inşasında iştirak edən 6 şirkətin adını sanksiya siyahısına salmaq qərarını dəstəkləyib.
Muxalifet.az xəbər verir ki, müvafiq bəyannamə Avropa İttifaqı Şurasının saytında yerləşdirilib.
Qeyd olunur ki, Avropa İttifaqına namizəd ölkələr olan Çernoqoriya və Albaniya, habelə Avropa iqtisadi zonasının üzvü Norveç, eləcə də Ukrayna bu bəyannaməyə qoşulub.
İyulun 30-da Avropa İttifaqı hüquqi şəxslərin və təşkilatların yer aldığı sanksiya siyahısını genişləndirib.
Muxalifet3 - 31-08-2018
Zaxarçenkonun öldürülməsi ABŞ-a sərf edir - Jirinovski
Aleksandr Zaxarçenkonun ölümündən sonra Donbasda yaranan gərgin vəziyyət ABŞ-a sərf edə bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski deyib.
O bildirib ki, ABŞ-a hər zaman anti-Rusiya ocaqlarının gərgin vəziyyətdə qalması vacibdir:Muxalifet3 - 31-08-2018
"Yanan bina bizə məxsusdur, qəsdən od vurublar” — Hacı İbrahim Nehrəmli
Bakının Nəsimi rayonunda üçmərtəbəli binada yanğın olub. Yanğın olan binanın iş adamı Hacı İbrahim Nehrəmliyə (İbrahim İbrahimov) məxsus olduğu bildirilir.
Muxalifet.az xəbər verir ki, Hacı İbrahim modern.az-a açıqlamasında faktı təsdiqləyib:
"Bəli yanğın olan bina bizə məxsusdur. Biz o binada yaşayanları köçürmüşük, yanan dağıntılardır. Ərazini almışıq, yeni yaşayış binası tikəcəyik”.
İş adamı dövlət komitəsinin yeni tələblər irəli sürdüyünü bildirib:Muxalifet3 - 31-08-2018
Erdoğanın yaxın qorumasına "sataşan" gənclərin HƏZİN SONU - VİDEO
Erdoğanın yaxın qorumasına "sataşan" gənclərin HƏZİN SONU - VİDEO
Muxalifet3 - 31-08-2018
Qatığın daha bir faydası bəlli oldu — Afrodiziak təsiri yaradır
Alimlər qatıq və piylənmə arasındakı əlaqəni araşdıran zaman maraqlı bir vəziyyətlə qarşılaşıb.
Muxalifet.az xəbər verir ki, araşdırmalar nəticəsində məlum olub ki, hər gün yeyilkən 1 qab qatıq afrodiziak təsiri yaradır.
Əvvəlcə qatıq yeynə siçanların tüklərinin daha parlaq və on qat daha gur olduğunu müəyyənləşdirən alimlər, qatıq yeyən erkək siçanların dişi siçan tapmaqda çətinlik çəkmədiyini müşahidə ediblər.
Bu erkək siçanların cinsiyyət orqanlarının daha böyük olduğu, dişilərin isə daha böyük balalar dünyay gətirdiyi də əsas nəticələrdəndir.Muxalifet3 - 31-08-2018
Türk ordusu açıqladı: 86 terrorçu məhv edildi
17-31 avqust tarixlərində Şırnak, Siirt, Hakkari və İraqın şimalında təşkil edilən hərbi əməliyyatlarda 86 terrorçu məhv edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin bəyanatında deyilib.
Zərərsizləşdirilən 6 terrorçunun PKK qruplaşmasında lider mövqelərə malik olduğu deyilib.
Muxalifet3 - 31-08-2018
Pompeodan xəbərdarlıq: Vəziyyət gərginləşə bilər...
İdlib əməliyyatının başladılması vəziyyəti daha da gərginləşdirə bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
“Birləşmiş Ştatlar bunun onsuz da təhlükəli olan vəziyyəti daha gərginləşdirəcəyini düşünür”, - deyə Pompeo bildirib.
Qeyd edək ki, Suriya ordusunun yaxın zamanda İdlibdə əməliyyatlara başlayacağı ehtimal edilir.
Muxalifet3 - 31-08-2018
"Qarabağ"dan növbəti transfer
“Qarabağ” klubu transfer pəncərəsinin sonuncu günündə - avqustun 31-də növbəti transferini reallaşdırıb.
Ağdam təmsilçisi Azərbaycan yığmasının üzvü Araz Abdullayevi heyətinə cəlb edib. Müqavilə ilə Yunanıstanın “Panionios” klubuna məxsus olan A.Abdullayev növbəti iki mövsümü icarə əsasında “Qarabağ” komandasında keçirəcək.
İyirmi altı yaşlı futbolçu son mövsümü Kiprin “Anortosis” klubunda keçirib və meydana çıxdığı 30 oyunda 3 qol vurub.Muxalifet3 - 31-08-2018