Axtarış

The search found 105857 results in 0.16 seconds.

Search results

  1. ​Məmmədyarov Syaolini qəbul etdi

    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının Xarici ölkələrlə Çin Xalq Dostluq Cəmiyyətinin sədri, partiya komitəsinin katibi xanım Li Syaolini qəbul edib.
    Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanda olmasından məmnunluğunu bildirən xanım Li Syaoli səmimi qonaqpərvərliyə görə öz təşəkkürünü bildirib.

    Muxalifet3 - 30-08-2018

  2. SON DƏQİQƏ: ​ABŞ ordusunu hazır vəziyyətə gətirdi – 24 saat ərzində HÜCUM BAŞLANACAQ

    ABŞ 24 saat içində Suriyaya hücum edəcək.

    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, ABŞ və müttəfiqləri 24 saat içində raketləri Suriyanı vurmaq üçün hazır vəziyyətə gətirəcək.

    “ABŞ və müttəfiqləri Yaxın Şərqdə 380 raket və hər biri 28 “Tomahavk” raketi daşıyan Karni və Ross gəmiləri var. ABŞ Aralıq dənizindəki digər döyüş gəmilərini də hücuma dəstək vermək üçün qısa müddətdə Suriya sahillərinə yaxınlaşdıra bilər”, - deyə Zaxarova bildirib.
     

    Muxalifet3 - 30-08-2018

  3. ​Nazirdən şok: 44 uşaq qaçırıldı ki...

    “Ağ dəbilqəlilər” İdlibdə kimyəvi silah hücumunda istifadə edilməsi üçün 44 azyaşlını qaçırıb.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Suriya Xarici İşlər naziri Vəlid Müəllim deyib.
    “Ağ dəbilqəlilər” kimi qruplaşmaların arxasında ingilis kəşfiyyatı, onların maliyyə mənbələri dayanır. Kimyəvi silahların istifadəsi ilə bağlı qurulan ssenarilərin arxasında da onlar var idi. İndi isə İdlibdə bənzər ssenari hazırlanır”, - deyə nazir bildirib.
     

    Muxalifet3 - 30-08-2018

  4. ​Bakıda tozun miqdarı normadan 6 dəfə yuxarıdır - Nazirlik

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
    Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 30 avqust 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarında saat 19:00-da artım müşahidə olunub. Belə ki, tozun miqdarının sanitar normadan 6 dəfə yuxarı olduğu qeydə alınıb.

    Muxalifet3 - 30-08-2018

  5. ​Ramil Usubov gürcü həmkarını qəbul etdi

    Bu gün Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gürcüstanın baş naziri Mamuka Baxtadzenin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində ölkəmizə səfərə gəlmiş baş nazirin müavini, daxili işlər naziri Giorgi Qaxarianı qəbul edib.

    Muxalifet3 - 30-08-2018

  6. ​DGK sədrinin vətəndaş qəbulu təxirə salındı

    Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin avqustun 31-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilməsi planlaşdırılan vətəndaş qəbulu təxirə salınıb.
    Bu barədə Komitədən məlumat verilib.
    Bildirilib ki, S.Mehdiyevin bu bölgədən olan vətəndaşların qəbulunun yeni tarixi barədə əlavə məlumat veriləcək.
     

    Muxalifet3 - 30-08-2018

  7. ​Metro istifadəçilərinə ŞAD XƏBƏR

    Sabahdan "Bakmil" stansiyasında tətbiq edilən məhdudiyyət müvəqqəti götürüləcək.
    Muxalifet.az xəbər verir ki, Bakı Metropoliteni QSC-dən axar.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar "Bakmil" stansiyasına giriş-çıxışa qoyulmuş məhdudiyyət (iş günləri ərzində saat 8:20-dən 17:00-a qədər) avqust ayının 31-dən müvəqqəti olaraq aradan qaldırılacaq.

    Muxalifet3 - 30-08-2018

  8. ​Novruz Məmmədov Baxtadze ilə görüşdü

    Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov avqustun 30-da ölkəmizə səfərə gələn Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşüb.
    Muxalifet.az xəbər verir ki, əvvəlcə Azərbaycanın və Gürcüstanın Baş nazirlərinin təkbətək görüşü keçirilib.
    Sonra Baş nazir Novruz Məmmədovun və Baş nazir Mamuka Baxtadzenin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

    Muxalifet3 - 30-08-2018

  9. ​İsrail erkən seçkilərə gedir - Nazir

    Mart ayında ölkədə növbədənkənar seçkilər keçirilə bilər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İsrailin İctimai Təhlükəsizlik naziri Gilad Erdan deyib.
    Nazir onu əlavə edib ki, İsrailin heç bir naziri Qəzzanın işğalını dəstəkləmir:
    “Hədəfimiz atəşkəsdir”.
     

    Muxalifet3 - 30-08-2018

  10. ​Türkiyəli hərbi ataşenin missiyası başa çatdı

    Türkiyənin Azərbaycandakı hərbi ataşesi, general-mayor Zafer Ocakın missiyası başa çatıb.
    Muxalifet.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 30 Avqust - Zəfər Bayramı münasibətilə təşkil olunan mərasimdə deyib.
    Qeyd edək ki, Z.Ocak iki ildir Türkiyənin Azərbaycandakı hərbi ataşesi vəzifəsində çalışırdı.
     

    Muxalifet3 - 30-08-2018

  11. ​Baxtadzenin Bakı səfəri başa çatdı

    Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin Azərbaycan Respublikasına səfəri avqustun 30-da başa çatıb.
    Muxalifet.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
    Gürcüstanın Baş naziri Mamuka Baxtadzeni hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.
     

    Muxalifet3 - 30-08-2018

  12. "Qarabağ" "Şerif"ə qarşı - Yenilənir

    Bu gün “Qarabağ” pley-offda cavab matçına çıxır.
    Muxalifet.az xəbər verir ki, Qurban Qurbanovun komandası Bakıda Moldovanın “Şerif” klubunu qəbul edir.
    Tiraspolda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün mütləq sərfəli hesabla qalib gəlib gəlməlidir.
     

    Muxalifet3 - 30-08-2018

  13. ​Nazir açıqladı: kürdlərlə bağlı son qərarı...

    Kürdlərin ölkədə hansı haqlara sahib olacağı ilə bağlı son qərarı Suriya xalqı verəcək.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Suriya Xarici İşlər naziri Vəlid Müəllim deyib.
    “Kürd qardaşlarımızın konstitusiyada hansı hüquqlara sahib olacağı və bununla bağlı müddəalar hələ ki, müəyyənləşməyib. Bu məsələ müzakirə ediləcək və səsverməyə çıxarılacaq. Dövlətin idarəetmə forması xalq tərəfindən müəyyən ediləcək”, - deyə XİN rəhbəri bildirib.
     

    Muxalifet3 - 30-08-2018

  14. ​ÇL-nın püşkü atıldı: "Qalatasaray" üçün asan qrup

    Çempionlar Liqasında 2018/2019 mövsümünün püşkü atılıb.
    Muxalifet.az qrupların tərkibini təqdim edir:
    A qrupu
    “Atletiko” (İspaniya)
    “Borussiya Dortmund” (Almaniya)
    “Monako” (Fransa)
    “Brüqqe” (Belçika)
    B qrupu
    “Barselona” (İspaniya)
    “Tottenhem” (İngiltərə)
    PSV (Hollandiya)
    “İnter” (İtaliya)
    C qrupu
    PSJ (Fransa)
    “Napoli” (İtaliya)
    “Liverpul” (İtaliya)
    “Srvena Zvezda” (Serbiya)
    D qrupu
    “Lokomotiv” (Rusiya)

    Muxalifet3 - 30-08-2018

  15. Azərbaycanlı həkimlər dünya səhiyyəsini ALT-ÜST ETDİ - FOTOLAR

    Avqust ayının 28-də Azərbaycan Tibb Universitetinin Cərrahiyyə korpusunda gerçəkləşdirilən əməliyyatla nəinki Azərbaycan, hətta dünya səviyyəsində bir ilkə imza atılıb.
    Muxalifet.az xəbər verir ki, sözügedən yenilik Tibb Univeristetinin Cərrahiyyə korpusunun birinci mamalıq-ginekologiya kafedrasının professoru Şahbaz Şahbazov tərəfindən gerçəkləşdirilib. O, hamiləliyi 5 ildir 16-cı həftəsində yarımçıq qalan pasiyentə hamiləlik dövründə cərrahi müdaxilə edərək övlad sahibi olmasına kömək edib:

    Muxalifet3 - 30-08-2018

  16. ​Dollar 7 TL-yə yaxınlaşdı: Mərkəzi Bankda istefa...

    Türkiyədə bu gün avqustun 30-nun Qələbə bayramı günü kimi qeyd olunmasına və maliyyə birjalarının işləməməsinə baxmayaraq ABŞ dolları yenə bahalaşmaqda davam edib.
    Muxalifet.az xəbər verir ki, bahalaşma günün birinci yarısında nisbətən aşağı sürətlə gedib, Türkiyə milli valyutası dəyərinin daha 2.6 faizini itirib.
    Günün ikinci yarısında isə Röyter agentliyi Mərkəzi Bankın sədr müavini və maliyyə siyasəti komissiyasının üzv Erkan Kilimçinin vəzifəsindən istefası barədə xəbər yayıb.

    Muxalifet3 - 30-08-2018

  17. ​Oyunu pozduq, Rusiya və İranla işləyirik - Ərdoğan

    Suriya sərhədlərimiz boyunca terror dəhlizi yaratmaq istəyənlərin oyununu pozduq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 avqust - Zəfər bayramı ilə bağlı təşkil edilən tədbirdə çıxışı zamanı deyib.
    O bildirib ki, İdlibdə yeni bir Hələb faciəsinin yaşanmaması üçün Rusiya və İranla birgə danışıqlar aparılır:
    “Türkiyə gücləndikcə problemlərimiz də, bizə qarşı hücumların da miqyası genişlənir”.
     

    Muxalifet3 - 30-08-2018

  18. ​Sizə yaxşı xəbərim var - Tramp

    ABŞ maliyyə bazarlarında gedişat normaldır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
    “Maliyyə bazarlarında gedişat gözləniləndən yaxşıdır. Bazarlarda sərvət toplayanlar, təqaüdlərdə artım gözləyənlər və digərləri, sizə yaxşı xəbərim var”, - deyə Ağ Ev rəhbəri bildirib.
     

    Muxalifet3 - 30-08-2018

  19. ABŞ səhv edərsə Çin və Rusiya bizi məhv edər - Generaldan ŞOK AÇIQLAMA

    Müharibə baş verəcəyi halda, ABŞ-ın ərazisi Rusiya və Çin silahlarından xilas ola bilməyəcək.
    Muxalifet.az xəbər verir ki, “Military Times” nəşrinin yazdığına görə, bu haqda ABŞ-ın Silahlı qüvvələrinin Şimal komandanlığı və Şimali Amerikanın hava-kosmik müdafiəsi Komandanlığının başçısı, general Terrens Oşonessi bildirib.
    General ABŞ-ın Milli Qvardiyası Assosiasiyasının 140-cı konfransında çıxışında Birləşmiş Ştatların müdafiə strategiyasını tamamilə dəyişməyə çağırıb.

    Muxalifet3 - 30-08-2018

  20. ​6 ayda Bakıda 2374 ailə boşanıb

    Bakı şəhərində yanvar-iyun ayları ərzində qeydiyyat şöbələri tərəfindən 6 min 960 nikah və 2 min 374 boşanma halları qeydə alınıb.
    Bu barədə  Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, paytaxtda 6 ay ərzində əhalinin hər 1000 nəfərinə nikahların sayı 6-dan 6,2-yə yüksəlib, boşanmaların sayı isə 2,2-dən 2,1-ə qədər enib.

    Muxalifet3 - 30-08-2018

Pages