Axtarış
The search found 105857 results in 0.136 seconds.
Search results
FİFA prezidenti Trampa qırmızı kart göstərdi
ABŞ Prezidenti Donald Tramp Ağ evdə Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəhbəri Canni İnfantino ilə görüşüb.
Muxalifet.az xəbər verir ki, görüşdə 2026-cı ildə Birləşmiş Ştatların Meksika və Kanada ilə birgə keçirəcəyi dünya çempionatına hazırlıq məsələləri müzakirə olunub.Muxalifet3 - 29-08-2018
Siyasi parçalanma: Ermənistanın daxili reallığının bir aspekti
Muxalifet.az nyustayms.az-a istinadən xəbər verir ki, adətən, erməni mütəxəssislər öz siyasi hakimiyyəti və xalqı haqqında yüksək pafosla danışırlar. Onlar əsrlərdir beyinlərinə yeridilən yalanların həqiqət olduğuna inanıblar və indi həmin durumdan xilas olmağın çətinliyini öz üzərlərində hiss edirlər. Hazırda Ermənistanın siyasi səhnəsində ciddi böhranın yaşanmaqda olduğunu erməni ekspertlər açıq etiraf edirlər. Onlar başlıca olaraq prezidentlə baş nazir arasında siyasi fikir ayrılığının dərinliyini vurğulayırlar. Məsələ daha geniş kontekstdə məzmuna malikdir.
Muxalifet3 - 29-08-2018
Ermənistanın sabiq baş nazirinə cinayət işi açıldı
Ermənistanın İstintaq Komitəsi sabiq baş nazir (2014-2016-cı illər) Ovik Abramyana qarşı cinayət işi qaldırıb.
Muxalifet.az “İnterfaks”a istinadən xəbər verir ki, eyni zamanda O.Abramyanın qardaşı Conik Abramyan və Ermənistan polisinin rəisi (2008-2011-ci illər) Alik Sərkisyana qarşı da cinayət işi açılıb.
Sözügedən şəxslər xidməti vəzifələrindən su-istifadədə və fırıldaqçılıqda ittiham olunurlar.
Muxalifet3 - 29-08-2018
Alman konsul Merkelin Bakıya səfərini şərh etdi
Almaniya Federal kansleri Angela Merkelin Bakıya səfəri Almaniya ilə Azərbaycan arasındakı əlaqələrdə mühüm irəliləyişlər yaradacaq.
Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Almaniyadakı fəxri konsulu Otto Hauzer Almaniya Federal kanslerinin Bakıya səfərini şərh edərkən bildirib.
Fəxri konsulun fikrincə, bu səfər hər iki ölkəni bir-birinə daha da yaxınlaşdırdı. Bu, iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün yaxşı əsasdır. Bu səfər zamanı Azərbaycanın Almaniya və bütün Avropa İttifaqı üçün önəmi dəyərləndirildi.Muxalifet3 - 29-08-2018
İrəvanda siyasi çöküşün anonsu verildi
Ermənistan blokada şəraitində yaşamağa məhkumdur.
Muxalifet.az xəbər verir ki, bu sözləri analitik Ehtiram Aşırlı deyib. O bildirib ki, Ermənistan parlamentində təmsil olunan Respublikaçılar Partiyasının son bəyanatları bu ölkədə siyasi çöküşün başlandığını göstərir:Muxalifet3 - 29-08-2018
“Bizə görə ölməyib ki...” - Bank of Baku şəhid ailəsinə təzyiq edir - FOTO
Bu il aprel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsi "Bank of Baku" tərəfindən təzyiqlərə məruz qalıb.
Muxalifet3 - 29-08-2018
Səudiyyədən açıqlama: İrana daha çox sanksiya tətbiq edin!
İran daha çox sanksiyalara layiqdir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cübeyr rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ər-Riyad Tehrana sanksiyalar tətbiq edilməsinin tərəfdarıdır.
Muxalifet3 - 29-08-2018
Türk millətini hələ tanımayıblar - Ərdoğan
Biz təhdidlərlə, hədələrlə geri addım atan deyilik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu milləti tanımadılar, lakin tanıyacaqlar. Biz bir dəfə ölərik, min dəfə dirilərik. Bu, bizim xarakterimizdir. Hər kəs görəcək ki, Türkiyə alternativsiz deyil. Türkiyədə daxil olduğu hər mübarizədən sadəcə xilas olmur, eyni zamanda qalib çıxır. Təbii ki, bunu bəzilərini narahat edir”, - deyə Ərdoğan bildirib.
Muxalifet3 - 29-08-2018
Orxan Camalın qətli ilə bağlı - Yeni təfərrüat
Orxan Camalın Mərkəzi Afrika Respublikasında (MAR) qətlə yetirilməsinin yeni təfərrüatı məlum olub.
Muxalifet.az xəbər verir ki, BBC-nin rus xidməti Araşdırmaların İdarəedilməsi Mərkəzinin prodüserinin Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko üçün MAR-da çəkilişlər aparılmasının təşkilində yardım edən Fikser Martinlə yazışmasını araşdırıb.Muxalifet3 - 29-08-2018
"Məğlub olmağı düşünmürük" - Qurban Qurbanov
Rəqiblər nəticə verən komandalarla oyuna daha ciddi hazırlaşırlar. Bu baxımdan futbolçular üçün asan deyil. Ümumiyyətlə, məğlub olmağı deyil, qalib gəlməyi düşünürük.
Muxalifet.az xəbər verir ki, bu sözləri Avropa Liqasının pley-off mərhələsində Moldovanın "Şerif" klubuna qarşı cavab oyunu öncəsi mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov söyləyib.
Baş məşqçi deyib:Muxalifet3 - 29-08-2018
İşsizlərə ŞAD XƏBƏR: 5 günə işlə təmin edilə bilərlər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Məşğulluq haqqında” yeni qanundakı dəyişikliklərlə bağlı açıqlama verib.
Nazirlikdən verilən məlumata görə, əvvəlki qanunda muzdla işləyən şəxslər sırasına haqqı ödənilən başqa işi (xidməti) olanlar, yəni mülki-hüquqi xarakterli müqavilə ilə işləyənlər də daxil edilmişdisə, yeni qanunda bu aradan qaldırılıb.
Muzdla işləyənlərə yalnız Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər aid edilib.Muxalifet3 - 30-08-2018
İsrail açıq şəkildə hədələdi: BÜTÜN GÜCÜMÜZLƏ..
İsrailin kəşfiyyat və nəqliyyat naziri Yisrael Katz, İran ilə Suriya arasında varılan razılaşmanın elan edilməsindən saatlar sonra verdiyi açıqlamada Suriyadakı İran mövqelərini hədəf alacaqlarını deyib.
Katz, İsrail mətbuatına verdiyi açıqlamada, "Bu müqavilə bizim müəyyənləşdirdiyimiz qırmızı xətti keçmə mənasını verir" dəyə, bildirib.Muxalifet3 - 30-08-2018
Üçlü liderlər sammitinin yeri dəyişdi
İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizdə keçirilməsi planlaşdırılan Türkiyə-İran-Rusiya üçlü liderlər sammitinin yeri dəyişib.
Türkiyənin Tehrandakı səfiri Rza Hakan Təkin, prezident Ərdoğan, İran prezidenti Ruhani və Rusiya prezidenti Putin arasında Suriya mövzusunda üçlü liderlər sammitinin keçiriləcəyi yerin Təbrizdən Tehrana dəyişdirildiyini bəyan edib.
Daha əvvəl üç liderin 7 sentyabrda İranın tarixi şəhəri Təbrizdə bir araya gələcəyi bildirilmişdi.Muxalifet3 - 30-08-2018
Amerikaya əsəbiləşdi, soyadını dəyişdirir!
Türkiyədə Muğlanın Dalaman rayonunda ticarətlə məşğul olan Fərhad Dollar, əhalinin qeydə alınması idarəsinə müraciət edərək, “Dollar” olan soyadının “Dalar” olaraq dəyişdirilməsini tələb edib
Hökumət idarəsində etdiyi müraciətdən sonra açıqlama verən Fərhad Dollar, ABŞ-ın Türkiyəyə qarşı mövqeyini tənqid edib. Artıq soyadının zarafat mövzusu olduğunu qeyd edən Fərhad Dollar, ən qısa müddətdə yeni soyadına qovuşmaq istədiyini söyləyib.Muxalifet3 - 30-08-2018
Trampla bağlı dünyanı sarsıdan bomba iddia!
ABŞ prezidenti Donald Trampın, iyun ayında Sinqapurda keçirilən sammitdə Şimali Koreya lideri Kim Jonga "Koreya müharibəsini qurtaracaq müqaviləni dərhal imzalayacağını" söylədiyi, ancaq bu sözünü tutmadığı irəli sürülüb.
Amerikanın “Vox” xəbər saytında yer alan xəbər, ABŞ ilə Şimali Koreya arasında son dövrdəki əlaqələrə dair mühüm bir iddianı gündəmə gətirib.Muxalifet3 - 30-08-2018
İran XİN rəhbərindən ABŞ-a qarşı Türkiyə ilə işbirliyi mesajı
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Türkiyə səfərindən sonra prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mevlut Çavuşoğlu ilə danışıqlarını qiymətləndirib.
Zərif, Twitter hesabından verdiyi açıqlamada, "Türkiyə xarici işlər naziri və prezidenti ilə ikitərəfli əlaqələr və ABŞ-ın düşməncə davranışlarına qarşı regional əməkdaşlıq istiqamətində konstruktiv danışıqlarımız oldu" qeyd edib.
İranlı diplomat sabah Pakistana gedib, ölkənin yeni lideri ilə görüşəcəyini də bildirib.
Muxalifet3 - 30-08-2018
Trampın hüquq danışmanı onu əsəbiləşdirib: İSTEFAYA GÖNDƏRİLƏCƏK
ABŞ prezidenti Donald Tramp, Rusiya araşdırmasını yaxından təqib edən Ağ Evdəki hüquq məsləhətçisi Don Makgahnın payızda vəzifəsindən ayrılacağını bildirib.
Tramp, bu məlumatı Twitter hesabından verib.
Trump, açıqlamasında, "Ağ Evin hüquq məsləhətçisi Don Makgahn, payızda Hakim Brett Kavanaughun (ümid edirəm) Ali Məhkəmədə təsdiq etməsindən sonra vəzifəsindən ayrılacaq. Don ilə uzun müddət bir yerdə işləmişəm və xidmətləri üçün minnətdaram" deyə, qeyd edib.Muxalifet3 - 30-08-2018
Ermənistanda toqquşmalar qaçılmazdır – Zülfüqarov
Ermənistanda növbədənkənar parlament seçkiləri çox gərgin keçəcək.
Bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir bildirib ki, Ermənistanda erkən parlament seçkilərinin keçirilməsi hakimiyyət dəyişikliyi ərəfəsində də gündəmdə idi:
Muxalifet - 30-08-2018
Netanyahu İran və Suriyanı hədələdi
İsrailin Baş naziri Benyamin Netanyahu İran və Suriya arasında imzalanan hərbi əməkdaşlıq haqqında müqaviləni şərh edib.
Muxallifet.az xəbər verir ki, “Yediot Ahranot” nəşrinin yazdığına görə, baş nazir İran və Suriya arasındakı heç bir bir anlaşmanın və təhdidlərin İsraili yolundan döndərə bilməyəcəyini bildirib.
Netanyahu qeyd edib ki, İsrail ordusu İranın Suriyada silah və raket sistemlərini yerləşdirmək cəhdlərinə qarşı qətiyyətlə mübarizə aparmağa davam edəcək.
Muxalifet - 30-08-2018
Qusarda 6 evdən oğurluq edildi
Qusar rayonunda oğurluq hadisəsi baş verib. Muxalifet.az xəbər verir ki, rayonun mərkəzində rayon ərazisindəki 4 evdən pul, qızıl və məişət əşyaları oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Vüqar Salmanov və əvvəllər məhkum olunmuş Rafiq Mehrəliyev saxlanılıblar. Onların rayon ərazisindəki daha 2 evdən ümumilikdə 2800 manat, 2900 ABŞ dolları, 2000 rubl və qızıl əşyalar oğurlamaları da müəyyən edilib.
Muxalifet - 30-08-2018