Axtarış
The search found 105857 results in 0.109 seconds.
Search results
Azərbaycan neftinin qiyməti 78 dolları keçdi
Dünya birjalarında neftin qiyməti ucuzlaşır.
Muxalifet.az bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,05 dollar ucuzlaşaraq 75,90 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti 0,02 dollar azalaraq 68,51 dollar olub.
Azərbaycan neftinin qiyməti isə bahalaşıb.
Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,64 dollar bahalaşaraq 78,15 dollar təşkil edib.Muxalifet4 - 29-08-2018
”Türkiyə və Azərbaycan bütün dövrlərdə bir-birinə dəstək olub” - PREZİDENT
Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə daim inkişaf edir.
Muxalifet.az xəbər verir ki, bunu Prezient İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı Azərbaycan və Türkiyənin həyata keçirdiyi birgə qlobal layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars layihələrinin böyük önəm daşıdığını qeyd edib. Dövlət başçısı bildirib ki, Türkiyə və Azərbaycan bütün dövrlərdə bir-birinə dəstək olub və bu gün də bir yerdədirlər.Muxalifet - 29-08-2018
“Qarabağ” - “Şerif” oyununun hakimləri məlum oldu
Avqustun 30-da Bakıda, Tofiq Bəhramov adına stadionunda Avropa Liqasının pley-off raundunda Azərbaycanın “Qarabağ” və Moldovanın “Şerif” komandaları arasında cavab matçı keçiriləcək.
Cavab matçını makedoniyalı hakimlər briqadası idarə edəcək. Bu görüşün baş hakimi makedoniyalı Aleksandr Stavrev olacaq. Ona Maryan Kirovski, Deyan Kostandinov və Dimitar Mekarovski kömək edəcəklər.
Qeyd edək ki, görüş Bakı vaxtilə saat 21:00-da başlanacaq.
Xatırladaq ki, ilk oyunda “Qarabağ” 0:1 hesabı ilə məğlub olub.Muxalifet4 - 29-08-2018
Bekhemlər ailəsi Elton Cona qonaq oldular - VİDEO - FOTO
Dünyanın ən məşhur futbolçularından biri Devid Bekhem ailəsi ilə birlikdə Elton Cona qonaq olub.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 43 yaşlı Devid Bekhem və xanımı Viktoriya dörd övladları ilə birlikdə Fransanın Kann şəhərinə, Fransız Rivyerasında Elton Conun villasına yollanıblar.
Elton Conun villası İl Sen-Marqarit adasındadır.
72 yaşlı Elton Con ev sahibi kimi qonaqlarını nahara dəvət edib.Muxalifet4 - 29-08-2018
ŞOK STATİSTİKA: Azərbaycanda 15-17 yaşlılarda edilmiş abortların sayı açıqlandı
"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2017-ci ildə ölkədə 15-17 yaşlılarda edilmiş abortların sayı 46 olub".
Muxalifet.az xəbər verir ki, bunu bizimyol-un sorğusuna cavabında Dövlət Statistikası Komitəsi bildirib.
Qurumdan qeyd olunub ki, səhiyyə statistikasına dair məlumatlar illik dövrlülüklə ildə bir dəfə əldə olunur. 2018-ci ilin nəticələri üzrə məlumatlar 2019-ci ilin may ayında hazır olacaq.Muxalifet4 - 29-08-2018
Bakıda “bibi” ləqəbli narkotacir tutuldu - FOTOLAR
Nəsimi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıb.Muxalifet4 - 29-08-2018
ABŞ milyonçusu Qarabağda silahları işə saldı - VİDEO
ABŞ-da “poker kralı” kimi tanınan erməni milyonçu Den Bilzeryan avqustun 28-də Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edib.
Publika.az əbər verir ki, işğal edilmiş ərazilərdə yaradılan qondarma rejimin keçmiş “milli təhlükəsizlik xidmətinin rəhbəri” Arşavir Qaramyan Bilzeryanın Qarabağda silah atmasını əks etdirən video görüntüləri Feysbuuk səhifəsində paylaşıb.
Muxalifet4 - 29-08-2018
PREZİDENTDƏN ŞOK QƏRAR – Rusiya ilə dostluq sazişi ləğv olunur
Ukrayna Prezidenti Pyotr Poroşenko Xarici İşlər Nazirliyinə Rusiya ilə “Dostluq və əməkdaşlıq haqqında müqavilə”nin ləğv edilməsi üçün zəruri sənədlər paketi hazırlamağı tapşırıb.
Bu barədə Ukrayna prezidenti Twitter səhifəsində yazıb.
O qeyd edib ki, yaxın vaxlarda bu barədə sazişə xitam veriləcək:
“Ukrayna Xarici İşlər Nazirliyindən lazımlı sənədləri gözləyirəm”.Muxalifet4 - 29-08-2018
Bir çemodan dollarla gəldi və... – FOTOLAR
Suriyada 10 tayfanı özündə birləşdirən Assasni cəmiyyətinin lideri Emin Əl-Assani ABŞ-ın sanksiya tətbiq etdiyi Türkiyəyə dəstək məqsədilə 500 min dollarını lirəyə çevirib. Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Emin Əl-Assani bundan sonra ticarətdə yalnız Türkiyə lirəsindən istifadə edəcəyini, yaxın günlərdə 2 milyon 500 min dollarını da lirəyə dəyişəcəyini söyləyib. Suriya və Türkiyədə kommersiya fəaliyyəti ilə məşğul olan iş adamı bu addımı Türkiyə hökumətinə və Prezident Rəcəb Tayyib Ərdoğana dəstək üçün atdığını deyib.
Muxalifet4 - 29-08-2018
Elmar Vəliyev niyə istefaya göndərildi? – PREZİDENT SƏRƏNCAMININ PƏRDƏARXASI
Nəhayət ki, çoxdan gözlənilən hadisə baş verdi. Prezident İlham Əliyev Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı. Elmar Vəliyevin bir daha Gəncəyə rəhbərlik edə bilməyəcəyi onun Yunis Səfərov tərəfindən güllənəndiyinin ertəsi gün məlum olsa da, bununla barışmaq istəməynlərin fikirləri də aydın idi. Yeri gəlmişkən qeyd edək ki, Elmar Vəliyevin bir daha Gəncəyə rəhbərlik edə bilməyəcəyi haqqında qəti fikir və ötən gün istefaya göndərilməsi onun səhhəti ilə bağlı deyil.
Muxalifet4 - 29-08-2018
Mehriban Əliyevanın yeni köməkçiləri: Emin Hüseynov və Xalid Əhədov
Ölkənin I vitse-prezidenti Mehriban Əliyevaya dünən daha iki köməkçinin təyin edilməsi barədə məlumat vermişdik. Muxalifet.az axar.az-a istinadən yeni köməkçilərdən daha biri – Emin Hüseynov haqda məlumatı təqdim edir: Emin Hüseynov 12 noyabr 1974-cü ildə Lənkəranda doğulub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya fakültəsini Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bitirib. 1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə, 2009-cu ildə Harvard Kennedi Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcələrini alıb.
Muxalifet4 - 29-08-2018
Milyarder 98 metrlik yaxtasını evinin qarşısında saxladı, sakinlər hiddətləndi - FOTO
Britaniyalı milyarder Co Lyuis 98 metrlik yaxtası “Aviva”nı evinin qarşısında saxlamaqla London sakinlərinin qəzəbinə tuş gəlib.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, buna səbəb “Tower Bridge”in qarşısında duran yaxtanın Londonun ən dəbdəbəli hissəsində yaşayan sakinlərin pəncərələrinin qarşısındakı mənzərəni bağlamasıdır.
Muxalifet4 - 29-08-2018
Vahid Ələkbərov uşaqlıqdan "qızılda çimib" - RUSİYA MEDİASI
Rusiyanın "Ruskaya planeta" nəşri Rusiyanın ən varlı beş insanı və onların keçdiyi yol haqqında material hazırlayıb.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, siyahıya həmyerlimiz Vahid Ələkbərovun da adı daxil edilib.
O, 16 milyard 400 milyon dollarla dördüncü yerdə qərarlaşıb.
Bildirilib ki, Ələkbərovu Rusiyanın əsas neft maqnatı adlandırırlar.
"Yazda Bakı əsillli "Lukoyl" şirkətinin sahibi "Qazprom" və "Rosneft" kimi nəhəngləri nəzərəçarpacaq dərəcədə qabaqladı", - nəşr bildirib.
Muxalifet4 - 29-08-2018
DƏHŞƏT: Qəbələdə sevgililər asılmış vəziyyətdə tapıldı...
Qəbələdə bir-birini sevən iki gənc intihar edib.
Rayondan verilən məlumata görə, hadisə avqustun 28-də axşam radələrində baş verib.
Məlumatı verən şəxsin sözlərinə görə, cütlük ailə qurmaq istəyib, amma oğlan evi buna qarşı çıxıb: “Sevgililər asılmış vəziyyətdə tapılıb. Qız ailə qurub ayrılmışdı. Bir uşaq anasıdır. Oğlanın 24 yaşı var. Bir-birlərini sevirlərmiş. Oğlan qızla ailə qurmaq istəyib. Amma oğlanın ailəsi buna mane olub. Onlar da çıxış yolunu intiharda görüblər”.
Muxalifet4 - 29-08-2018
Kürdlər pul qarşılığında İŞİD-çiləri sərbəst buraxıb
PKK terror təşkilatının Suriyadakı silahlı qolu olan YPG qruplaşması Rakka əyalətinin Təl Əbyad rayonunda ələ keçirilən İŞİD terrorçularını pul qarşılığında sərbəst buraxıb.
"Anadolu" agentliyi xəbər verir ki, Suriyanın Rakka bölgəsinə nəzarət edən kürdlərin YPG silahlı qruplaşması aldıqları pul əvəzində ələ keçirdiyi 40 nəfər İŞİD-çini azad buraxmaq barədə terrorçularla razılığa gəliblər. Sərbəxt qalan İŞİD terrorçularının hara yola düşdükləri bilinmir.Muxalifet4 - 29-08-2018
"Cinsi təcavüz olayları Amerikanın..." - "Kedicik"lərin ŞOK ETİRAFLARI
Mütəşəkkil cinayətkar dəstəyə başçılıq edən və 20-dən çox cinayətdə ittiham edilən din xadimi Adnan Oktarın “kediciklər” adlandırdığı qadınlar polisə ifadələrində şok fikirlər işlədib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, təşkilatın qadın üzvləri varlı ailələrdən gəldiklərini, universitet məzunu olduqlarını və lüks həyat yaşadıqlarını bildiriblər.
Həmçinin, işsiz olduqlarını və aylıq gəlirlərinin olmadığını qeyd ediblər. “Kediciklər” polisə ifadələrində Adnan Oktarı tərifləyib və təşkilatı müdafiə ediblər.Muxalifet4 - 29-08-2018
İDDİA: “Modern Hospital”da analizin nəticələri səhv çıxıb…
Bakı şəhər sakini Nicat Fərəcov "Modern Hospital"da həyat yoldaşı Rahilə Məmmədlidən götürülən analizin nəticəsinin yanlış olduğunu iddia edir.
Muxalifet.az xəbər verir ki, o, bu barədə Qafqazinfo-ya müraciət edib. N. Fərəcov qeyd edib ki, yoldaşı həmin klinikanın həkimi Elmira Əhmədovanın pasiyentidir:Muxalifet4 - 29-08-2018
Meydanın mərkəzindən öz qapısına qol vurdu - İngiltərə kubokunda - VİDEO
İngiltərənin "Haddersfild Taun" klubunun futbolçusu Juninyo Bakuna "Stock City" ilə Liqa Kuboku matçında qeyri-adi avtoqola imza atıb.
Muxalifet.az goal.az-a istinadən xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi meydanın mərkəzindən topu öz qapısına göndərib. Həmin epizodadək "Stok Siti" 1:0 hesabı ilə öndə olub. Mərkəz dairəsi yaxınlığında olan Bakuna rəqibin hava ilə ötürməsinin qarşısını kəsmək istəyib. Lakin onun zərbəsi birbaşa öz qapısına uçub.
Muxalifet4 - 29-08-2018
Prezident olanda sosial şəbəkələrə qarşı idi, İNDİ İSƏ...
Vaxtilə İranda sosial şəbəkələrə girişin qadağan olunmasının fəal tərəfdarlarından olan eks-prezident Mahmud Əhmədinejat indi Tvitter mikrobloqu olmadan dayana bilmir.
Teleqraf.com-un məlumatına görə, tvitini @Ahmadinejad1956 hesabı ilə ingilis dilində yazan Əhmədinejat sosial şəbəkə istifadəçilərini təəccübləndirib.
O, gərgin qrafikdə çalışsa da, Tvitter üçün həmişə vaxt ayırdığını yazıb.
52 mindən çox təqibçisi olan sabiq prezident Tvitterdə sadəcə öz hesabını izləyir.Muxalifet4 - 29-08-2018
Rusiyadan İdlib açıqlaması: Türkiyə ilə...
Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov, Suriyanın İdlib vilayətində vəziyyət haqqında İran və Türkiyə ilə danışıqları davam etdirdiklərini deyib.
Rusiyanın “RIA” agentliyinin xəbərinə görə, Boqdanov, eyni mövzuda Əsəd rejimi və müxalif qruplarla da təmas edildiyini bildirib.
Qeyd edək ki, Rusiyadan dəstək alan Bəşər Əsədin, ölkənin şimalındakı İdlibə qarşı böyük bir hərbi əməliyyat planlaşdırdığı güman edilir.Müxalifət.az
Muxalifet3 - 29-08-2018