Axtarış
The search found 105857 results in 0.156 seconds.
Search results
Adnan Oktara daha bir ŞOK: Vəkili cinayət başında tutuldu
Türkiyədə mütəşəkkil cinayətkar dəstəyə başçılıq edən Adnan Oktar və təşkilatına qarşı açılan istintaq əməliyyatında saxlanılan və həbs edilən üzvlərin hesabına pul köçürən vəkil Kənan Yavuz ifşa edilib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, istintaq çərçivəsində ifadə verən vəkilin məhbusların ailələri ilə görüşməsinə əngəl olduğu da ortaya çıxıb.Muxalifet - 29-08-2018
Türk pilotdan F-35 qırıcısı ilə ilk uçuş - Foto
Türkiyəli pilot F-35 qırıcısı ilə ilk uçuşunu həyata keçirib.
Muxalifet.az “Anadolu”ya istinadla xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb:
“Türkiyə pilotlarının ABŞ-da davam edən təlimləri çərçivəsində pilotumuz tərəfindən ilk F-35 uçuşu 2018-ci ilin avqustun 28-də gerçəkləşdirilib”.
Xatırladaq ki, Türkiyənin Rusiyadan “S-400” zenit-raket komplekslərini idxalı barədə qərarından sonra ABŞ-la beşinci nəsil F-35 qırıcı təyyarələri məsələsində gərginlik yaşanır.Muxalifet - 29-08-2018
ABŞ Konqresində Türkiyəyə mənfi münasibət dəyişir
Uzun zamandır Türkiyə ilə bağlı ağlabatan bir fikir hasil etməyən, iki palatası da evangelist seçici tələsinə qapılıb, Türkiyə-ABŞ münasibətlərini daha da korlayan addımları atan Amerika Konqresindən nəhayət, məqbul bir səs gəlməyə başlayıb.
Bəzi senatorlar, iki ölkə arasındakı problemlərin əsas səbəbkarı kimi Türkiyəni görsələr də, iqtisadi əlaqənin daha da pisləşməsinə yol verməmək lazım olduğunu ifadə etməyə başlayıblar.Muxalifet3 - 29-08-2018
Rusiyadan Osetiyada təlim: 1500 hərbçi, 400 texnika
Rusiyanın Cənubi Osetiyadakı bazasının hərbçilərinin təliminə start verilib. Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin mətbuat katibi Vadim Astafyev deyib. Onun sözlərinə görə, təlimdə 1500 hərbçi və 400 hərbi texnika iştirak edəcək. Astafyev təlimin bu həftənin sonuna qədər davam edəcəyini bildirib.
Muxalifet - 29-08-2018
Ermənistanda qanlı gecə: Sərkisyanın adamına silahlı hücum
Ermənistanda bir qrup silahlı şəxs Kassasiya Məhkəməsinin keçmiş sədri Arman Mkrtumyanın evinə basqın edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi sədrinin müşaviri Sona Truzyan danışıb.
Məlumata görə, hadisə ötən gün 22:00 radələrində baş verib. 3 nəfər silahlı şəxs keçmiş məhkəmə sədrinin İrəvanın 16 kilometrliyində yerləşən Coraxbyur kəndindəki malikanəsinə hücum ediblər. Hücum nəticəsində yaralananlar olub. Hadisəni törədən şəxslərdən biri saxlanılıb.
Faktla bağlı cinayət işi başladılıb.Muxalifet - 29-08-2018
Kassa çeki təqdim etməyən bu obyektlər cərimələndi – VİDEO
Vergilər Nazirliyi Bakı şəhərində yerləşən iaşə və ticarət obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı monitorinqlər keçirib.
Muxalifet - 29-08-2018
"BAŞ VERƏNLƏRƏ GÖRƏ UTANIRIQ" - ABŞ-ın BMT-dəki daimi nümayəndəsi
Muxalifet.az xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib: “Dünya Myanmardakı acı reallıqlara göz yuma bilməz. Arakanlı müsəlmanların etnik təmizlənməyə məruz qaldığı həqiqəti deyilməli, onların səsi eşidilməlidir. Myanmar ordusunun arakanlı müsəlmanlara qarşı elədikləri insanı şoka salır. Arakanlıların hekayələri inanılmazdır”.
Muxalifet - 29-08-2018
Pentaqondan Şimali Koreyanı qıcıqlandıracaq sözlər: 32 000 amerikalı əsgərə rəğmən...
"ABŞ-ın Cənubi Koreya ilə birgə həyata keçirdiyi hərbi təlimlərə son vermək kimi bir planı yoxdur".
Muxalifet - 29-08-2018
Tramp senatorlara “axmaq” dedi: “Hər il ABŞ-a 800 milyard zərər vururlar”
Axmaq iqtisadi sazişlərə görə ABŞ hər il 800 milyard dollar pul itirir.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“ABŞ üçün azad ticarətin yaxşı olduğundan danışan senatorlara və başqalarına gülürəm. Onlar həqiqətən axmaq ticarət sazişləri səbəbindən işlərini itirirlər və bu, zərərin həcmi ildə 800 milyard dollardan artıqdır”, - deyə Tramp Tvitterdə yazıb.Muxalifet - 29-08-2018
Ərini bıçaqlayıb həbsə düşən 4 uşaq anası faciəvi şəkildə öldü - DƏHŞƏTLİ AİLƏ HEKAYƏSİ
4 il əvvəl Bakıda uşaqlarının gözü qarşısında həyat yoldaşı Vasif Salayevi (ad şərtidir) bıçaqlayaraq həbsə düşən 30 yaşlı Aynurə Salahova (ad şərtidir) faciəvi şəkildə ölüb.
Muxalifet.az Baku.ws-ə istinadən xəbər verir ki, 4 il 3 ay həbs cəzası çəkdikdən sonra azadlığa çıxan Aynurəni bir neçə gün bundan əvvəl avtomobil vurub.Muxalifet - 29-08-2018
Trampın səs yazısı yayıldı: BİZİ MƏHV EDƏCƏKLƏR
ABŞ prezidenti Donald Tramp, bazar ertəsi axşamı Ağ Evdə verdiyi ziyafətdə bir araya gəldiyi evangelist liderlərə, 6 noyabrda keçiriləcək ara seçkilərdə Respublikaçıların Konqresdə nəzarəti itirməsi vəziyyətində ölkədə zorakılıq dalğasının başlayacağını deyib.
Muxalifet3 - 29-08-2018
İranda əcnəbi casuslar necə tutuldu? - NAZİR AÇIQLADI
Dövlət qurumlarında çalışan onlarla casusun kimliyini müəyyənləşdirərək həbs etmişik.
Muxalifet.az xəbər verir ki, bu sözləri İranın Kəşfiyyat naziri (ETTELAAT rəhbəri) Mahmud Ələvi dövlət qurumlarında çalışan və xarici dövlətlərə casusluqda şübhəli bilinən onlarla şəxsin həbs edilməsindən danışarkən deyib. O, tutulanların adlarını, nə vaxt həbs edildiklərini və onların hansı xarici ölkələrin xeyrinə casusluq etdiyini açıqlamayıb:
Muxalifet - 29-08-2018
Xaçmazda ƏMƏLİYYAT: təhlükəli terrorçu məhv edildi – Rəsmi
Radikal dini ekstremist qrupun üzvü Nəcəfov Nizami Adil oğlunun silah-sursat və partlayıcı maddələr əldə etməsi, ölkənin şimal rayonlarında terror aktı planlaşdırdığı barədə daxil olan məlumat aparılan araşdırmalarla təsdiqlənib, Dövlət Təhlükəsizliyi Xidməti və prokurorluq əməkdaşları tərəfindən birgə təxirəsalınmaz tədbirlər keçirilib.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətləri birgə yaydığı məlumatda qeyd edilib.Muxalifet - 29-08-2018
Türkiyənin Suriyada "B” Planı!
Türkiyənin Suriya üçün apardığı diplomatiya tədbirləri işə yaramasa, “B” planı olan hərbi tədbir dövrəyə girəcək, bu üzdən Türkiyə, İdlibə zirehli birliklərdən ibarət yığın etməyə başlayıb.
Muxalifet3 - 29-08-2018
"Oğlumun adını yaşatmaq üçün bir sot torpaq istədim, vermədilər" - Vüqar Həşimovun anasından etiraz
Şəhriyar Məmmədyarovdan sonra, mərhum şahmatçımız Vüqar Həşimovun anası Aidə Həşimova da narazı qaldığı məsələlərlə bağlı ictimaiyyətə müraciət ünvanlayıb. Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, Həşimova müraciətində bunları deyib: "Mənim gücüm sonsuz deyil" deyirsən, Şəhriyar Məmmədyarov. Bəs Vüqarın gücü sonsuz idimi?
Muxalifet - 29-08-2018
Erməni zabit ölü tapıldı: güllələnib...
Ermənistan Silahlı Qüvvələrinin baş leytenantı Karen Ovanisyan özünü öldürüb.
Bu barədə Ermənistanın İstintaq Komitəsi informasiya yayıb.
Məlumata görə, 29 avqust 2018-ci ildə səhər 08:15 radələrində N saylı hərbi hissənin növbətçi hissəsində baş leytenant Karen Ovanisyanın cəsədi tapılıb. Baxış zamanı cəsədin baş və çənə nahiyəsində güllə yarası aşkarlanıb.
Faktla bağlı cinayət işi açılıb. (axar)Muxalifet - 29-08-2018
“Bahalığın sıxıntısını xalq çəkir” - Fazil Mustafa
“Son zamanlar bazarlarda kənd təsərrüfatı məhsullarının bahalaşmasının müxtəlif səbəbləri ola bilər”.
Bunu deputat Fazil Mustafa bildirib.
Onun sözlərinə görə, burada inhisarçlığın rolu istisna olunmamalıdır.
Fazil Mustafanın bildirdiyinə görə, daha bir səbəb isə ixracın artması ola bilər:
“Amma istənilən halda belə məsələləri müstəqil ekspertlər şərh etməlidir və səbəblərə aydınlıq gətirilməlidir”.
Deputat hesab edir ki, qiymətlər artanda daha çox sıxıntını vətəndaş yaşayır.Muxalifet3 - 29-08-2018
Azərbyanlı aparıcı xəstəxanaya yerləşdirildi
Aparıcı Könül Muxtarovanın ötən gün toy məclisində olarkən halı pisləşib.
Axşam.az xəbər verir ki, mədəsindən ağrı tutan Könülə təcili yardım çağrılıb. Dərhal xəstəxanaya çatdırılan aparıcıya həkimlər ilk yardım ediblər və evə getməsinə icazə verməyiblər.
K.Muxtarova hazırda "İstanbul NS” klinikasındadır. Aparıcının telefonuna dostu, müğənni Əbdül Xalid cavab verib. O, Könülün səhhətinin yaxşı olmadığını, hazırda xəstəxanada yatdığını bildirib:
"Toyda özündən gedib, mədəsində ağrı olub. Təcili yardım maşını ilə xəstəxanaya gətiriblər".Muxalifet3 - 29-08-2018
Gömrükdə siqaret keçirmək cəhdi baş tutmadı
Gömrük nəzarətindən gizlədilən siqaretlər və mobil telefonlar aksesuarları aşkarlanıb.
Muxalifet - 29-08-2018
Dünya gücləri bu şəhər uğrunda DÖYÜŞƏ BAŞLADI - Gözlər TÜRKİYƏDƏ
Son günlər Suriyanın İdlib şəhəri dünya siyasi arenasının gündəmindən düşmür.
Muxalifet.az xəbər verir ki, bu şəhərin nəinki Suriya, bir sıra böyük güclər üçün əhəmiyyəti var.
Öncəliklə, Suriyanın daxili böhranı İdlibdə düyünlənib. Amerikanın, Rusiyanın, Bəşər Əsəd rejiminin, İranın və hətta PKK terror təşkilatının İdliblə bağlı planları var.
Bəs İdlib kimlər üçün hansı anlama gəlir?
Muxalifet - 29-08-2018