Axtarış
The search found 105857 results in 0.072 seconds.
Search results
İran, Türkiyə və Rusiya prezidentləri Təbrizdə görüşəcəklər
İran, Türkiyə və Rusiya prezidentləri sentyabrın 7-də Təbrizdə görüş keçirəcəklər.
Muxalifet.az-ın xəbərinə görə, bu barədə İranın “Fars” agentliyi Ərdəbil valisinə istinadən məlumat yayıb.
Görüş “Astana prosesi”nin üçüncü sammiti çərçivəsində keçiriləcək. Görüşdə Suriya münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunacaq.
Qeyd edək ki, sözügedən görüşün Tehranda keçirilməsi planlaşdırılırdı.
Muxalifet3 - 28-08-2018
Binəli Yıldırım Azərbaycana gəldi - Yeniləndi
Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 28-də Azərbaycana səfərə gəlib.
Muxalifet.az xəbər verir ki, ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Binəli Yıldırımı Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.
Muxalifet3 - 28-08-2018
Педофилия в Католической церкви: Папа Франциск слишком поздно спохватился
Almaniyadan ABŞ-ı əsəbləşdirən həmlə: Türkiyəyə yardım...
Almaniya Türkiyəyə təcili maliyyə yardımını dəyərləndirir.
Muxalifet.az xəbər verir ki, bu barədə “Vol Strit” jurnalı məlumat yayıb. Məqalədə bildirilir ki, alman mütəxəssislər regionda yeni iqtisadi böhranın yaranacağından narahatdır.
Adı açıqlanmayan alman ekspertin sözlərinə görə, Berlin Türkiyədə yaşanan iqtisadi gərginliyin Avropaya sirayət edəcəyinə görə təlaşdadır:
“Yaxın Şərq daha da böhranlı vəziyyətə gələ bilər. Yeni miqrant axınından narahatıq. Türkiyədə sabitliyi qorumaq üçün bir çox şey edəcəyik”.Muxalifet3 - 28-08-2018
В Турции отменили фильмы про ковбоев из-за США
Государственная телерадиокомпания Турции TRT прекратила показ фильмов про ковбоев, которые десятилетиями транслировались по воскресным утрам. Об этом пишет портал Mynet. Как отмечается, причиной такого решения стали ухудшившиеся отношения с США.
Американские картины телеканал показывал с 1980-х. Впервые вестерн не вышел в эфир в минувшее воскресенье, 26 августа. Теперь вместо приключений ковбоев зрители смогут увидеть турецкие ленты. Первой из них станет Ya Nasip Ya Kismet. Фильм покажут 2 сентября.
Muxalifet4 - 28-08-2018
Zəlzələ bu kəndlərə ziyan vurdu
Lerik rayonunda baş vermiş zəlzələ nəticəsində 15-ə yaxın köhnə tikilidə çatlar yaranıb.
Bu barədə trend -ə Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov məlumat verib.
H.Məlikovun sözlərinə görə, ziyan dəyən tikililər rayonun Bursulum, Tikəband, Züvüc kəndlərində yerləşir:
"10-15 tikilidə çatlar artıb. Amma ciddi dağıntı, uçqun yoxdur".
Xatırladaq ki, bu gün saat 16:57:14-də Lerik rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.
Muxalifet3 - 28-08-2018
Yeni tədris ili üçün 6 milyondan artıq dərslik çap edilib
2018-2019-cu tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, şagirdlər dərslikləri sentyabrın 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə edə bilərlər.
Nazirlikdən bildirilib ki, dərsliklərlə təmin olunmadıqda isə bu barədə məktəb rəhbərliyinə vaxtında məlumat verilməlidir.
Dərsliklər hər şagirdə 1 tədris ilində istifadə edilmək üçün verilir. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən 4 ildir.Muxalifet3 - 28-08-2018
Telefon almaq adı ilə görüşə çağırıb, telefonu əlindən aldılar — MƏHKƏMƏ İŞİ
Suraxanı Rayon Məhkəməsində telefon dələduzlarının məhkəmə prosesi baş tutub.
Muxalifet.az-ın məlumatına görə, cinayət məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilən Nuriyev Elşən Füzuli oğlu və Hacızadə Samir Rahib oğlunun məhkəmə prosesinə hakim Ceyhun Qədimov sədrlik edib. Cinayət işində 2 nəfər- Qəmbərli Fərid Xəqani oğlu və Əliyev Rəmal Müqtədir oğlu zərərçəkmiş qismində tanınıb.Muxalifet3 - 28-08-2018
“Neftçi”nin kapitanı ata oldu
"Neftçi"nin kapitanı Ruslan Abışov övlad sahibi olub.
Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, milli komandamızın da üzvü olan 31 yaşlı müdafiəçinin qızı dünyaya gəlib.
Qeyd edək ki, R.Abışov 2016-cı il 5 dekabrda Nərgiz adlı xanımla ailə qurub.
Muxalifet3 - 28-08-2018
Rus ekspertdən inanılmaz açıqlama: Türkiyənin 10 ilə nüvə silahı olacaq
Türkiyə çox inkişaf etmiş ölkədir və lazım gələrsə, nüvə silahının yaradılması ilə bağlı mütəxəssislər hazırlaya bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert İqor Nikulin deyib.
“Türkiyə həm daxildə bu yöndə mütəxəssislər yetişdirə bilər, həm də xaricdən dəvət edə bilər. Əgər Türkiyə təkbaşına hərəkət etsə 10 ilə, texniki yardımla isə 5-6 ilə nüvə silahına sahib ola bilər”, - deyə ekspert bildirib.Muxalifet3 - 28-08-2018
Trampdan Quqla sərt sözlər: Axtarış edəndə...
Quqlun axtarış nəticələri hiyləlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.
O bildirib ki, axtarış sistemində “Tramp xəbərləri” yazdıqda yalnız dezinformasiya yayan media qurumlarının məlumatları çıxır:
“Demək olar ki, bütün xəbərlər mənfi yöndədir. Saxta CNN önə çıxır. Respublikaçı medianın isə qarşısı alınır. Qeyri-qanuni?” - deyə Ağ Ev rəhbəri bildirib.
Muxalifet3 - 28-08-2018
Medvedyev anidən peyda oldu
Rusiya Baş naziri Dmitri Medvedyev Nijni-Novqorod vilayətinin qubernatorunun səlahiyyətlərini müvəqqəti icra edən Qleb Nikitinlə görüşüb.
Muxalifet.az xəbər verir ki, görüşlə bağlı fotoları “Rusiya-24” telekanalının rəsmi səhifəsi yayımlayıb.
Görüş baş nazirin iş otağında keçirilib.
Qeyd edək ki, Rusiya Nazirlər Kabineti 24 avqustda yaydığı məlumatda baş nazirin idman məşğələsi zamanı aldığı xəsarətdən dolayı işgüzar görüşlərdə iştirak etmədiyini bildirmişdi.
Bundan əlavə, D.Medvedyevin uzun müddət sosial şəbəkə hesablarına da daxil olmadığı deyilirdi.
Muxalifet3 - 28-08-2018
ABŞ-ın baş qumarbazı İrəvana nə məqsədlə gəlib? – Açıqlama
Ermənilər həmişə öz insan qatilləri, porno ulduzları, fırıldaqçı qumarbazları və tanınmış təlxəkləri ilə fəxr edən bir millətdir.
Muxalifet.az xəbər verir ki, bu sözləri ermənişünas İsmayıl Tanrıverdi deyib. O bildirib ki, ötən il pornoulduz Kim Kardaşyanı təntənə ilə qarşılayan Ermənistan indi də ABŞ-ın baş qumarbazı və narkomanlar kralı titulunu qazanmış Den Bilzeryanı fəxrlə qarşılmaları ilə yadda qalırlar.
Alim qeyd edib ki, bu poker kralının quldur Köçəryanın oğlu və gəlini Siruşonun dəvəti ilə Ermənistana gəldiyi məlumdur:Muxalifet3 - 28-08-2018
Türkiyədə Amerika filmlərinin yayımı dayandırıldı
Türkiyənin dövlət teleradiokompaniyası TRT onillərlə hər bazar səhərləri yayımlanan kovboylar haqqında filmlərin nümayişini dayandırıb.
Muxalifet4 - 29-08-2018
Putin 15 generalı vəzifədən çıxardı
Rusiya prezidenti Vladimir Putin, müxtəlif nazirlik və qurumlarda çalışan 15 generalı vəzifədən çıxarıb..
Putinin imzaladığı və Dövlət Hüquqi İnformasiya Sisteminin internet səhifəsində dərc olunan fərmanla ölkənin müxtəlif bölgələrində Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Federal Həbsxana Xidməti və İstintaq Komitəsində idarəçilik edən general rütbəsində 15 nəfərin vəzifəsinə son verilib.
Ayrıca fərman ilə fövqəladə hallar nazirinin müavini Vladlen Aksenov da vəzifəsindən alınıb.Muxalifet3 - 29-08-2018
Aralıq dənizində sular isinir! DONANMA YIĞINAĞI
Rusiya, Suriya vətəndaş müharibəsinə müdaxilə etdiyi 2015-ci il sentyabrından bəri ən böyük döyüş gəmisi donanmasını Aralıq dənizinə gətirib. ABŞ donanmasının da Şərqi Aralıq dənizindəki sıxlığını artırdığı bildirilir..
Muxalifet3 - 29-08-2018
İran kəşfiyyatı onlarca xarici casusu həbs edib
İranın xəbər agentliyi “İSNA”-ya açıqlama verən İranın kəşfiyyat naziri Mahmud Alavi, İran təhlükəsizlik qüvvələrinin İran hökumətinin müxtəlif müəssisələrində çalışan onlarla xarici casusu həbs etdiyini açıqlayıb.
Açıqlamasında həbs olunan şəxslərin hansı ölkələr üçün işlədiyinə və nə vaxt həbs olunduqlarına dair bir məlumat verməyən Alavi, sözügedən şəxslər arasında ikili vətəndaşlığı olan İranlıların da yer aldığını deyib.Muxalifet3 - 29-08-2018
Terrorçular ABŞ-ın onlar üçün hava qalxanı yaratdığını təsdiqlədi
Terror təşkilatı YPG-nin işğalı altındakı Kobani və Hasəkə şəhərlərində ABŞ-ın elektron radar sistemi qurduğu irəli sürülüb. ABŞ-dan məsələyə dair açıqlama verilməsə də, YPG, iddianı təsdiq edib.
ABŞ-ın Kobani və Hasəkədə elektron radar sistemi qurduğu iddiaları, terror təşkilatı PKK/YPG-yə yaxın sosial media hesablarında yer alıb. İddialara görə, radar sistemi hərbi nəqliyyat təyyarələri ilə regiona gətirilib və Amerika əsgərləri tərəfindən montaj edilib.
TERRORÇULAR TƏSDİQLƏDİ: PLANLAŞDIRDIĞIMIZ STRATEGİYALARDAN BİRİDİRMuxalifet3 - 29-08-2018
Rusiya müdaxiləyə artıq başladı - Poroşenko
Rusiya artıq sosial şəbəkələr vasitəsilə Ukraynada 2019-cu ildə keçiriləcək seçkilərə fəal müdaxilə edir.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukraynanın xarici diplomatik nümayəndəliklərin rəhbərlərinin müşavirəsində prezident Pyotr Poroşenko bildirib.Muxalifet - 29-08-2018
Lavrovdan Ukraynanı qızdıracaq sözlər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Slovakiyada dərc olunan “Pravda” qəzetinə bir müsahibə verib. Nazir Lavrov, Krım ilə əlaqədar olaraq, "Krım, Rusiya Federasiyasının bölünməz bir hissəsidir" deyib.
“Pravda” jurnalistinin, Avropada populistlərin yüksəlişinin Rusiyanın əlini gücləndirib, gücləndirmədiyi sualına isə Lavrov, "Biz, bu anlayışlar silsiləsi çərçivəsində düşünməməyə çalışırıq" cavabını verib.
KRIM RUSİYANIN BÖLÜNMƏZ BİR HİSSƏSİDİR
Muxalifet3 - 29-08-2018