Axtarış

The search found 105857 results in 0.072 seconds.

Search results

  1. Adnan Oktarla bağlı 14-17 yaşlı yeniyetmələrin ŞOK İFADƏLƏRİ

    Türkiyədə Adnan Oktar qrupuna qarşı yönələn əməliyyatda yaşları 14-17 arasında olan zərərçəkənlər yaşadıqları qorxunc olayları bürün detalları ilə polisə danışıblar. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, təhqiqatçıların Adnan Oktar qrupuna yönəlmiş əməliyyat zamanı yetkinlik yaşına çatmayanların qan donduran ifadələri üzə çıxıb. "Daima soyunmağımı tələb edirdi” 17 yaşlı qız: “Hələ 15 yaşında ikən Adnan Oktar ilə İnstaqram vasitəsilə yazışmağa başladım. Mənə daima soyunmağımı əmr edirdi. Mən də soyunub görüntülərimi ona göndərirdim.

    Muxalifet4 - 28-08-2018

  2. Bayılda hökumətin kompensasiya ödəyib köçürdüyü ərazidə yenidən plansız evlər tikilir - REPORTAJ

    Bakıda bir qrup şəxs Səbail rayonu, II Salyan döngəsi adlanan ərazidə 3 il öncə plana düşərək sökülən evlərin yerində yenidən yaşayış evləri tikərək vətəndaşlara satıblar. Artıq həmin ərazidə bir neçə təzə ev tikilib və yaşayış bərpa olunub. Bundan başqa, qalan boş ərazilərdə də tikinti davam edir. Bu haqda musavat.com-a həmin ərazidə yaşayan sakinlər məlumat veriblər.

    Muxalifet4 - 28-08-2018

  3. Zorla ərə verilən 14 yaşlı qız polisə zəng etdi - Valideynləri və nişanlısı...

    Zorla evləndirilən uşağı polislər toy salonundan qaçırmağa nail olublar.

    Publika.az xəbər verir ki, 14 yaşlı qız bir gün əvvəl Ankarada qaynar polis xəttinə zəng edərək ailəsi tərəfindən zorla ərə verildiyini bildirib.

    Bu məlumat əsasında polisin gizli əməliyyat keçirib və nəticədə 14 yaşlı uşaq xilas edilib.

    Qızın valideynləri və 23 yaşlı nişanlısısaxlanılıb. Qız isə Sosial Xidmətin əməkdaşlarının nəzarətilə sığınacağa yerləşdirilib.

    Muxalifet4 - 28-08-2018

  4. Gürcüstanın tətbiq etdiyi qadağa Ermənistana baha başa gələcək

    Sentyabrın 1-dən Gürcüstan öz ərazisi ilə Rusiyadan Ermənistana quru yolla buğda tədarükünü qadağan edəcək.

    Trend-in Ermənistan KİV-ə istinadən məlumatına görə, məhsulun daşınması yalnız Poti limanından mümkün olacaq.

    Yük daşımaları şirkətləri artıq mümkün riskləri ifadə edir və problemin operativ həllini gözləmirlər.

    Muxalifet4 - 28-08-2018

  5. Merkel Ermənistanda "Günaydın, Azərbaycan" dedi - Avropa bunu danışır - VİDEO

    Almaniya kansleri Angela Merkel Cənubi Qafqaza səfəri zamanı qəribə yanlışlığa yol verib.

    Muxalifet.az xəbər verir ki, kansler instaqram hesabının hekayə bölməsinə İrəvanda çəkdiyi şəhər panoramasını paylaşıb və üzərində “Günaydın, Azərbaycan. Qafqaz ziyarətimin 3-cü günü” yazıb.

    İnstaqram hekayələri 24 saatdan sonra avtomatik şəkildə silinsə də, fotonun ekran görüntüsü izləyicilər tərəfindən internetdə paylaşılıb.

    Muxalifet4 - 28-08-2018

  6. ŞOK: Bu çörəklər sağlamlığımız üçün zərərlidir

    Son vaxtlar paytaxtda satılan çörəklərin tərkibi ilə bağlı redaksiyaya daxil olan şikayətlərin sayı artıb. Vətəndaşlar xüsusilə çörəyin böyüklüyündən, bu səbəbdən də içinin xəmir olmasından şikayətçidir.

    Bərəkətin dadından ləzzət ala bilməyən vətəndaşlar problemi çörək sexlərinə, zavodlara nəzarət edilməməsində görürlər.

    Problemlə əlaqədar açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, son zamanlar onlara da çörəklə bağlı daxil olan şikayətlər artıb.

    Muxalifet4 - 28-08-2018

  7. Köçəryanın oğlu milyonçunu Qarabağa apardı

    Erməni əsilli məşhur amerikalı qumarbaz-milyoner, “poker kralı” kimi tanınan Den Bilzeryan bu gün Azərbaycanın işğal altındakı ərazilərinə gəlib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Den Bilzeryanın Dağlıq Qarabağda “irimiqyaslı proqram” həyata keçirmək niyyətində olduğu bildirilir. Erməni xüsusi xidmət orqanlarına yaxın aysor.am saytının bildirdiyinə görə “poker kralı” məhz bu məqsədlə Qarabağa gəlib.

    Muxalifet4 - 28-08-2018

  8. “Kərkük bazarlıq mövzusu olmayacaq” - İbadi

    İraqın baş naziri Heydər əl-ibadi, Kürdlərin parlamentdə yaradılacaq böyük koalisiya tərkibində iştirak etmələrinə qarşılıq Kərkükün bazarlıq mövzusu olmayacağını bildirib.
     
    Yerli mediada yer alan xəbərlərə görə, İbadi, paytaxt Bağdadda, son seçkidən üçüncü çıxan liderliyini etdiyi Nasir (Qələbə) Koalisiya deputatları və bəzi siyasi müşahidəçilərlə bir araya gəlib.
    İbadi görüşdəki çıxışında, "Kürdlərin parlamentdə dördlü ittifaqa qatılmaları və ən böyük koalisiyanın qurulmasına qarşılıq, Kərkük məsələsi mübahisə mövzusu olmayıb" deyib.

    Muxalifet3 - 28-08-2018

  9. ​“Əgər Avropa və digər ölkələr regionla və raketlər məsələsilə bağlı məni müşayiət etməsələr...” - RUHANİ

    İran prezidenti Həsən Ruhani Amerikalı həmkarı Donald Trampın İranın nüvə proqramına dair hərtərəfli müştərək fəaliyyət planından çıxmaq qərarını verməsində nədən ilhamlandığını açıqlayıb.
    Bu barədə Ruhani bu gün iranlı deputatların ölkədəki iqtisadi problemlərlə bağlı suallarını cavablandırarkən bildirib. Onun sözlərinə görə, məhz ötən ilin sonunda İranda baş verən etiraz aksiyaları Trampı belə bir adım atmağa həvəsləndirdi.

    Muxalifet4 - 28-08-2018

  10. "Sizlərin dəstəyi nəticəsində çoxsaylı təkliflər əldə etdim"- ŞƏHRİYAR MƏMMƏDYAROV

    Beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov sponsorunun olmaması və komandasını malıyyələşdirmək məqsədi ilə ardıcıl olaraq yarışlara qatılması səbəbindən yorulması ilə bağlı facebook səhifəsində yazdığı etiraz geniş müzakirələrə yol açıb. Ölkənin çoxsaylı mediası bununla bağlı məqalələr, şərhlər dərc edib. Minlərlə insan, o cümlədən ölkənin tanınmış şəxsləri, siyasi partiya rəhbərləri müzakiərlərə qoşulub.

    Muxalifet4 - 28-08-2018

  11. ​Dövlət Komitəsinin binası 13 milyon manata yenidən qurulacaq - MÜQAVİLƏ

    Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) avqustun 20-də "Torma" MMC və "NN Group" MMC konsorsiumu ilə bu qurumun inzibati binasının yenidən qurulması üçün müqavilə bağlayıb.
    “Turan” xəbər verir ki, dövlət satınalmaları reyestrinə əsasən, tərəflər arasında müqavilənin dəyəri 12 milyon 96,6 min manat (7 milyon 115 min dollar).

    Muxalifet4 - 28-08-2018

  12. Qarabağ əlilləri və şəhid ailələrinin mənzillə təmin edilməsi planlarına yenidən baxılıb

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzil alınması planlarına yenidən baxıb. Mənzillərlə təkcə bu kateqoriyaya aid olan və Bakıda yaşayan vətəndaşlar deyil, həmçinin Sumqayıt, Gəncə və Mingəçevirdə yaşayanlar da təmin ediləcək.
    Nazirlik tikinti şirkətlərini 404 ədəd bir, iki və üç otaqlı mənzillərin satışı ilə bağlı təkliflər verməyə çağırıb. Buna qədər avqustun 9-da yalnız Bakıda 130 mənzilin alınmasına dair planlar barədə məlumat verilmişdi(turan).

    Muxalifet4 - 28-08-2018

  13. ​Bərdədə evdən oğurluq edən şəxslər tutuldu

    Bir nəfər Bərdə rayon sakini avqustun 27-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən pullarının oğurlandığı barədə məlumat verib.
    DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, faktla bağlı Bərdə RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla və "isti izlərlə" keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Türkmən kənd sakinləri Şöhrət Əliyev və Səbinə Cəfərova saxlanılıblar.

    Muxalifet4 - 28-08-2018

  14. "Toppuş bacı"nın son halı TƏƏCCÜBLƏNDİRDİ

    Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva xərçəngdən əziyyət çəkir.

    Aktrisa bir müddət əvvəl əməliyyat olunub. Əliyeva daha sonra açıqlamasında bildirib ki, limfasında yenidən bədxassəli şiş aşkarlanıb.

    Buna görə də "Toppuş bacı" kimyaterapiyaya başlayıb. Yeni şəklini sosial şəbəkədə paylaşan Tünzalənin xeyli arıqlaması hamını təəccübləndirib. Aktrisa eyni zamanda saçlarını da kəsdirib.

    Qeyd edək ki, kimyaterapiya zanmanı saçlar tökülür, aktrisa da buna görə onları qısaldıb.

    Muxalifet4 - 28-08-2018

  15. "Hər dəfə babamın köynəyini geyinəndə..." - Tolstoyun nəvəsi ilə MÜSAHİBƏ

    Muxalifet.az Fransanın məşhur rejissoru, Tolstoy və Stanislavski soyunun nümayəndəsi Maksim Marduxayevin publika.az-a müsahibəsini təqdim edir:

    - Əziz Maksim İosifoviç, müsahibə təklifimi geri çevirmədiyiniz üçün sonsuz təşəkkür edirəm.

    - Buyur, mən də səninlə söhbətləşməkdən məmnunam.

    - Bu sualı ertələyə də bilərdim. Amma dahi yazıçıya olan sevgim üstün gəlir. Ona görə elə ilk sualımı olunla bağlı vermək istəyirəm. Lev Tolstoy ananızın ulu babasıdır?

    Muxalifet4 - 28-08-2018

  16. “ABŞ özünü kovboy kimi aparsa cavab verəcəyik” - Çavuşoğlu

    “Türkiyənin Rusiya ilə münasibətləri ABŞ və Avropa İttifaqı ilə münasibətlərinə alternativ deyil”.
    Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Litvaya səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında belə deyib.
    “Biz bir tərəfin digərinə qarşı tətbiq etdiyi ədalətsiz sanksiyalarda iştirak etməyə məcbur deyilik. Bizim Rusiya ilə münasibətlərimiz ABŞ və Avropa İttifaqı ilə münasibətlərimizə alternativ deyil. Türkiyə balanslaşdırılmış siyasət yürüdür.” – deyə, Çavuşoğlu vurğulayıb.

    Muxalifet4 - 28-08-2018

  17. Prezident İlham Əliyevdən Elmar Vəliyev haqqında ŞOK SƏRƏNCAM

    Prezident İlham Əliyev Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
    Muxalifet.az xəbər verir ki, sərəncamla Elmar Rüstəm oğlu Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Muxalifet4 - 28-08-2018

  18. Azərbaycanda yol polisi faciəvi şəkildə öldü

    Tovuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
    Trend-in məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.
    1987-ci il təvəllüdlü Hikmət Fazil oğlu Quliyev idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maneəyə çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.
    Dünyasını dəyişən H.Quliyev polis əməkdaşıdır.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet4 - 28-08-2018

  19. Prezident Elmar Vəliyevin yerinə Niyazi Bayramovu təyin etdi - 4 SƏRƏNCAM

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Niyazi Bayramovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

    Muxalifet.az xəbər verir ki, sərəncama əsasən, Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Prezidentin digər sərəncamı ilə Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

    ***

    Muxalifet4 - 28-08-2018

  20. "Özümü öldürməyin yollarını fikirləşdim..." - Dispanserdə yanğını törətməkdə ittiham edilən şəxs

    Xəstələrin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı məhkəmə başlayıb.

    Muxalifet4 - 28-08-2018

Pages