Axtarış
The search found 105857 results in 0.077 seconds.
Search results
Almanlara ŞOK: Şəhərin mərkəzində Ərdoğanın heykəli ucaldıldı - FOTO
Almaniyanın Uersbaden vilayətində polis bölməsinin qarşısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın heykəli qoyulub.
Türkiyə mediası xəbər verir ki, həmin vilayətdə türklər kompakt yaşayır.
3 metr hündürlüyü olan heykəlin kimin tərəfindən ucaldıldığı naməlumdur(publika.az).
Muxalifet4 - 28-08-2018
Gəncə, Ağdam, Gədəbəyin yeni icra başçılarının DOSYESİ
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Gəncə, Gədəbəy, Ağdam rayonlarına yeni icra başçısı təyin edib.
Muxalifet4 - 28-08-2018
Bakıda azyaşlı qızlara sataşan manyak saxlanıldı - FOTO
Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda iki qadına hücum edərək zərərçəkənlərin çantalarını soyğunçuluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən paytaxt sakini Amil Paşayev saxlanılıb.
Muxalifet4 - 28-08-2018
Separatçılar erməni milyonçunu təmas xəttinə aparırlar
Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejim erməni əsilli Amerika milyonçusu, “poker kralı” Den Bilzeryanı Xankəndinə dəvət edib.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, Bilzeryan Qarabağda irimiqyaslı proqramlar həyata keçirməyi planlaşdırır. Lakin həmin proqramların hansı xarakterli olacağı dəqiq bilinmir. Həmçinin, ötən gün Bilzeryana Ermənistan pasportu təqdim edilib.Muxalifet4 - 28-08-2018
İran Suriya ordusunu yenidən quracaq
Rəsmi Tehran Suriya ordusunun yenidən qurulması və modernləşdirilməsi işində Bəşər Əsəd hökumətinə tam və hərtərəfli dəstək verəcək.
İranın müdafiə naziri Əmir Hatəmi Livanın “Əl-Miyadin” telekanalına müsahibəsində hərbi əməkdaşlıq barədə Suriya ilə imzaladıqları müqaviləni şərh edərkən belə deyib.Muxalifet4 - 28-08-2018
Rusiyanın baş “vor zakonu” seçildi - Gənc qıza təcavüz edən Şişkan
Moskvada qanuni oğruların son illər ərzində ən böyük yığıncağı keçirilib. “Rosbalt” xəbər verir ki, cinayətkar dünyanın ən nüfuzlu başçıları Rusiyanın baş qanunu oğrusunu seçmək üçün toplaşıblar. Şakro Molodoy və ya Kürd Şakro ləqəbli Zaxari Kalaşovun həbsindən sonra boş qalan əsas qanuni oğru postuna “Şişkan” və ya “Oleq Ramenski” ləqəbi ilə tanınan 56 yaşlı Oleq Şişkanov (Mixaylov) yekdilliklə seçilib. “Sxodka” qanuni oğru Mixail Voyevodin tərəfindən Lujniki ərazisində onun nəzarəti altında olan elit restoranlardan birində təşkil edilib.
Muxalifet4 - 28-08-2018
43 yaşlı kişi intihar etdi - NEFTÇALADA
Neftçala rayonunda 43 yaşlı kişi intihar edib.
Hadisə rayoun Qədimikənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 43 yaşlı Əflatun Ərəstun oğlu Fərəcov fərdi yaşayış evinin yanındakı tikilidə özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır./report/
Muxalifet4 - 28-08-2018
Elmar Vəliyev işdən niyə çıxarıldı? - SƏBƏB
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncə icra başçısı Elmar Vəliyev vəzifəsindən azad olunub, ölkə başçısının digər sərəncamı ilə onun yerinə Niyazi Bayramov təyin olunub. Bu arada qeyd edək ki, N. Bayramov bundan əvvəl Mingəçevir Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsini tuturdu.
Muxalifet4 - 28-08-2018
Ronaldonun oğlu “Yuventus”da məşqlərə başladı
“Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldonun oğlu klubun akademiyasında məşlərə başlayıb.
Muxalifet.az xəbər verir ki, Junior 9 yaşa qədər olan komanda ilə birgə hazırlıq keçir.
Ronaldo bir müddət əvvəl açıqlamasında 7 yaşlı oğlunun gələcəkdə futbolçu olmaq arzusunda olduğunu demişdi.Muxalifet4 - 28-08-2018
“Felicita”nın ifaçısı Bakıya gəlir
“Felicita” mahnısının ifaçısı kimi tanınan italyan müğənnisi, aktyor Al Bano Karrizi Azərbaycana gəlir.
Muxalifet.az “qafqazinfo”ya istinadən xəbər verir ki, 75 yaşlı sənətçi Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimində çıxış edəcək .
Qeyd edək ki, bu günə qədər Al Bano dünyada 165 milyon albom satıb.
Muxalifet4 - 28-08-2018
Putin və Ərdoğan Təbrizə gedir
Türkiyə, Rusiya və İran prezidentlərinin sentyabrın 7-də keçiriləcəyi Zirvə görüşü Təbrizdə baş tutacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı İSNA agentliyi yayıb. Məlumata görə, görüşün əsas müzakirə mövzusu Suriya məsələsi olacaq.
Qeyd edək ki, Türkiyə, Rusiya və İran prezidentlərinin görüşünün Təbrizdə keçirilməsi bir ilkdir. Bundan əvvəlki görüşlər Soçi və Ankarada olub.Muxalifet - 28-08-2018
Şəmkirdə toy karvanında hərəkət edən mikroavtobus qəzaya uğradı: 1 ölü, 14 yaralı
Şəmkir rayonunda qəzaya uğrayan mikroavtobusun sürücüsü hadisə yerində ölüb. Muxalifet.az report-a istinadən xəbər verir ki, qəza rayonun "Yasamal aşırımı" adlanan ərazisində baş verib. Hadisə nəticəsində 14 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtobus toy karvanında hərəkət edirmiş.
Muxalifet4 - 28-08-2018
ABŞ-da ana olan azərbaycanlı model - FOTOLAR
“Miss Azərbaycan 2014” olmuş Cavidan Qurbanova ana olub.
ATV.az-ın məlumatına görə, San-Fransiskoda olan modelin oğlu dünyaya gəlib. Xəbəri modelin anası Meri Qurbanova sosial şəbəkədə yayıb.
O, paylaşımında “Şahzadəmiz doğuldu. 36 saat gözlədik. 3600 qram Amerika xoşbəxtliyi” sözlərini yazıb.
Muxalifet4 - 28-08-2018
Toyda kütləvi dava - 3 nəfər xəsarət aldı
Göygöldə toyda kütləvi dava olub.
Muxalifet4 - 28-08-2018
HAKİM PARTİYADAN ŞOK ETİRAF: “Ölkəni acınacaqlı vəziyyətə saldıq”
Ermənistanı acınacaqlı vəziyyətə biz salmışıq.
Bunu Ermənistanın hakim Respublika Partiyasının deputatı Alen Simonyan deyib.
O, ölkənin ağırlaşmış problemlərini Baş nazir Nikol Paşinyanın həll etmək imkanlarının məhdud olduğunu bildirib:
“Acınacaqlı vəziyyətdə olan ölkəyə yeni hakimiyyət rəhbərlik edir. Bu mərhələdə hökumət Respublika Partiyasının atdığı addımları təkrarlamağa məcburdur. Bu baxımdan, yeni hakimiyyətin siyasəti dəyişməyib.Muxalifet4 - 28-08-2018
Roma papası HƏCCƏ GETDİ – O, Məkkədə “Şeytanı daşladı”
Katolik dünyasının keçmiş lideri Papa XVI Benedikt Həcc ziyarətinə gedib.
Muxalifet.az xəbər verir ki, o, Məkkədə “Şeytanı daşlamaq” ayinini icra edərkən görüntülənib.
Qeyd edək ki, Benedikt 5 il əvvəl verdiyi açıqlamada İslamın haqq dini olduğunu əsas gətirərək, bu dini qəbul etdiyini demişdi.
O, soyadını saxlamaqla özünə Seyid Səccad Raztinger adını götürüb.Muxalifet4 - 28-08-2018
TÜRKİYƏDƏN MAKRONA ÇOX SƏRT CAVAB - "Ölkəmizin “Avropaya qarşı” olduğunu demək..."
Türkiyənin xarici işlər nazirliyi Fransa prezidenti Makrona etirazını bildirərək bəyan edib: “Ölkəmizin Avropaya qarşı olduğunu söyləmək reallığa uyğun deyil”.
Muxalifet4 - 28-08-2018
Avtobus sürücüləri arasında kütləvi dava - 4 NƏFƏR XƏSARƏT ALDI
Tərtər rayonunda şəhərdaxili sərnişin daşıması ilə məşğul olan marşrut avtobusunun sürücüləri arasında kütləvi dava baş verib.
Muxalifet.az xəbər verir ki, dava zamanı Tərtər rayon sakinləri Səvdimalı Əsədov, Feyruz Əsədov, Azər Nağıyev və Namiq Burcəliyev xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Muxalifet4 - 28-08-2018
Dolların sabaha olan MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı dolların sabah üçün rəsmi məzənnəsini açıqlayıb. Muxalifet.az Mərkəzi Banka istinadən xəbər verir ki, avqustun 29-u üçün dolların rəsmi kursu 1,7000 manat müəyyən edilib. Qeyd edək ki, bu gün dolların rəsmi kursu 1,7000 manata bərabər olub.
Muxalifet4 - 28-08-2018
Türkiyə dünyanı xəbərdar etdi: BU FƏLAKƏT OLAR
Daxili müharəbənin səkkizinci ilə girdiyi Suriyada, düyün Türkiyə sərhədindəki İdlibdə həll olunacaq. Yarım milyondan çox insanın ölümündən məsul olan Bəşər Əsəd rəhbərliyi, müxaliflərin əlindəki son vilayət olan şəhərə hücuma hazırlaşır.
İRANDAN TƏHLÜKƏLİ AÇIQLAMA
Suriya ordusu ilə birlikdə cəbhədə yer alan İran, İdlib əməliyyatının yaxında başlayacağını bildirib.Muxalifet3 - 28-08-2018