Axtarış

The search found 105857 results in 0.134 seconds.

Search results

  1. İcra Hakimiyyətinin şöbə müdiri işdən çıxarıldı

    Bərdə rayon İcra Hakimiyyətinin şöbə müdiri işdən çıxarılıb.
    "Report"un Qarabağ bürosunun məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.
    Əmrə əsasən, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Bəylərov vəzifədən azad olunub.
    Hələlik həmin vəzifəyə təyinat olmayıb və şöbə müdiri vəzifəsinin icrası müvəqqəti olaraq baş məsləhətçi Bəxtiyar Abduyevə həvalə edilib.

    Muxalifet4 - 28-08-2018

  2. Ronaldo mövsümün ən yaxşı qolunu vurdu - VİDEO

    Kristiano Ronaldonun Çempionlar Liqasının dörddə bir final mərhələsində sabiq komandası “Real Madrid”in heyətində hazırki komandası “Yuventus” a vurduğu möhtəşəm zərbə UEFA-da mövsümün ən gözəl qolu seçilib.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat yayılıb.

    Ronaldo 346,915 səsdən təxminən 200 minə yaxınını qazanmağı bacarıb.

    Muxalifet4 - 28-08-2018

  3. Səudiyyə Ərəbistanı: Hörmüz boğazı bağlansa, İranı vuracağıq

    "İran Hörmüz boğazını bağlayarsa, Səudiyyə Ərəbistanı bu ölkəyə zərbə endirəcək".
    "Əl-Ərəbiyə" telekanalı bildirir ki, bu bəyanatla Səudiyyə Ərəbistanının energetika naziri İbrahim əl-Muhənna çıxış edib.
    Onun sözlərinə görə, rəsmi Tehranın şimal hissəsi iranlılara, cənub hissəsi isə BƏƏ və Omana məxus olan strateji əhəmiyyətli Hörmüz boğazını bağlamaq səlahiyyəti yoxdur. Əgər İran boğazı blokadaya alsa, BMT Təhlükəsizlik Şurası hərbi müdaxiləyə sanksiya verəcək.

    Muxalifet4 - 28-08-2018

  4. “Azərpoçt”dan saxta mesajlarla bağlı XƏBƏRDARLIQ: ALDANMAYIN

    Son zamanlar "Azərpoçt” MMC-nin köhnə loqosu ilə qurumun adından vətəndaşların mobil telefonlarına saxta mesajlar daxil olur.

    "Azərpoçt” MMC-dən verilən məlumata görə, mesajların mövzusu təxminən belədir: "”Təbriklər! Siz "İphone X” və ya "Hədiyyə Kartı” udmaq şansını qazanmaq üçün tərəfimizdən seçilmiş 10 istifadəçidən birisiniz!”.

    Muxalifet4 - 28-08-2018

  5. Mehriban Əliyevaya daha 2 köməkçi təyin olundu

    Azərbaycanın Birinci vitse-prezidentinə yeni köməkçilər təyin edilib.
     
    Birinci vitse-prezident Mehriban Əliyevanın yeni köməkçiləri Emin Hüseynov və Xalid Əhədovdur.
    Bununla da Birinci vitse-prezidentin köməkçilərinin sayı 6-ya çatıb.
     

    Muxalifet3 - 28-08-2018

  6. Netanyahunun seçilməsi keçəlləşməyə səbəb olur – İsrail mətbuatı

    İsrail mətbuatı baş nazir Benyamin Netanyahunun yenidən bu vəzifəyə seçilmə ehtimalının ölkə əhalisində keçəlləşməyə səbəb olduğunu iddia edib.
     
    "Israel HaYom" qəzetinə görə, psixoloji təzyiq - yaxın şəxsin ölümü, Netanyahunun yenidən baş nazir seçilməsi və s. vəziyyətlər insanlarda keçəlləşmə prosesini sürətləndirə bilər. 
    Bu yanaşma Netanyahu tərəfdarlarının etirazına səbəb olub və saç tökülməsinə səbəb olan faktorlar arasından baş nazirin yenidən seçilməsi məsələsi çıxarılıb.

    Muxalifet3 - 28-08-2018

  7. “Azəriqaz”dan abonentlərə fantastik cərimə

    Son günlər bölgələrdə və paytaxtda sakinlər arasında narazılıq yaradan əsas məsələ Azəriqaz İstehsalat Birliyinin tətbiq etdiyi cərimələrdir. Sakinlər bu cərimələrin onlara sayğaca müdaxilə iddiası ilə tətbiq edildiyini bildirsələr də, heç bir halda belə bir qanunsuzluğa yol vermədiklərini deyirlər. Bu etirazların ölkə mediasında və sosial şəbəkələrdə yayılması sakinlərin heç də haqsız olmadığını deməyə əsas verir.
     

    Muxalifet3 - 28-08-2018

  8. ​Azərbaycanda növbəti güclü zəlzələ - Yeniləndi

    Avqustun 28-də Lənkəran stansiyasından 12 kilometr cənub-qərbdə-Lerik rayonunda 3,1 bal gücündə zəlzələ baş verib.
    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:04:43-də qeydə alınıb.
    Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
     

    Muxalifet3 - 28-08-2018

  9. ​SON DƏQİQƏ: ƏMR VERİLDİ. Əsgərlər və tanklar sərhədə yığılır- FOTO

    Suriyada müxaliflərin nəzarətindəki vilayətə Bəşər Əsəd rejimi hücum etməyə hazırlaşır.
    Bölgənin sərhədinə yüzlərlə əsgər göndərilib.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Bəşər Əsədin dəstəkçisi, Qara dənizə 10 müharibə gəmisi göndərən Rusiya İdlibdəki müxalifətçi silahlı qruplaşmalarla danışıqların aparıldığını açıqlayıb.

    Muxalifet3 - 28-08-2018

  10. ​Avropa Türkiyəyə arxa çevirə bilməz - Litva

    Avropa Türkiyəyə arxa çevirə bilməz.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Litva Prezidenti Dalia Qrabauskayte Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə deyib.
    “Avropa miqrant axını və terror təhdidləri səbəbindən Türkiyəyə yardımçı olmalıdır. Türkiyənin Avropaya ehtiyacı var və Avropa da iqtisadiyyat, miqrasiya, təhlükəsizlik və digər sahələrdə Türkiyəyə ehtiyac duyur”, - deyə xanım lider bildirib.
     

    Muxalifet3 - 28-08-2018

  11. ​Məmmədyarov yeni səfiri qəbul etdi

    Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov çərşənbə axşamı Gürcüstanın Bakıya yeni təyin olunmuş  səfiri Zurab Pataradzeni qəbul edib.
    Muxalifet.az xəbər verir ki, bu haqda yerli mətbuata Gürcüstan xarici siyasət idarəsinin mətbuat xidməti məlumat verib.
    “Zurab Pataradze Elmar Məmmədyarova etimadnamələrin surətini təqdim edib. Səfir Azərbaycan-Gürcüstan münasibətlərinin daha da inkişafı üçün  çalışacağını bəyan edib”, - xəbərdə deyilir.

    Muxalifet3 - 28-08-2018

  12. ​Türkiyənin bu addımı bizi narahat edir - ABŞ

    Türkiyənin Rusiyadan S-400 alması bizi narahat edir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Ceyms Mettis deyib.
    Xatırladaq ki, dünən ABŞ-a səfər edən türk nümayəndə heyətinə S-400-dən imtina ilə bağlı şərt irəli sürülmüşdü.
    Şərtə görə, Türkiyə bu zenit kompleksinin alınmasından imtina edərsə, F-35-lə bağlı sanksiya qərarları ləğv ediləcək.
     

    Muxalifet3 - 28-08-2018

  13. ​Narkotik satışı ilə daha çox işsizlər məşğul olur

    Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən 2018-ci ilin yanvar – iyun aylarında qeydə alınan 12 844 cinayət hadisəsinin 1813-ü və ya 14,1 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.

    Muxalifet3 - 28-08-2018

  14. ​Lənkəranskinin daha bir adamı ortadan götürüldü - ANBAAN VİDEO

    Rusiyada avtoritetlər arasında növbəti qanlı olay yaşanıb.
    Muxalifet.az xəbər verir ki, hadisə ötən həftə sonu Moskvada baş verib. Belə ki, mərhum Rövşən Lənkəranskinin klanına daxil olan Haci Beyləqanskinin sağ əli kimi tanınan Rafo Gürcüstanlı (Rafael) vurulub.
    Hadisə gecə saat iki radələrində baş verib. Onun vurulma anı müşahidə kameralarına düşüb. Yaxın məsafədən bir neçə dəfə açılan atəş nəticəsində Rafo Gürcüstanlı ölüb.
    Hadisəni hansı kriminal qruplaşmanın həyata keçirməsi haqda hələlik heç bir məlumat yoxdur.
     

    Muxalifet3 - 28-08-2018

  15. ​Azərbaycanda yeni şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır

    Yeni şəxsiyyət vəsiqələrinin verilməsi üçün infrastrukturun sınaqları başa çatdırılıb.
    Muxalifet.az xәbәr verir ki, layihəyə yaxın mənbədən Trend-ə verilən məlumata görə, infrastruktur tamamilə hazırdır və yeni vəsiqələrin verilməsi sentyabr ayından başlayacaq.
    "Yeni şəxsiyyət vəsiqələri ölkə vətəndaşlarına kütləvi şəkildə deyil, mərhələlərlə veriləcək".

    Muxalifet3 - 28-08-2018

  16. ​ABŞ açıqladı: Suriyadan o vaxt çıxacağıq ki...

    ABŞ İŞİD terrorçularının məğlubiyyətindən və Cenevrə prosesinin canlanmasından sonra qoşunlarını Suriyadan çıxaracaq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Ceyms Mettis jurnalistlərə açıqlamasında deyib.
    “Əvvəla, biz İŞİD-i məhv etməliyik. Həmçinin yerli qüvvələrə təlimlər keçməliyik. Bundan əlavə, Cenevrə danışıqlarında canlanma olmalı və bu müharibənin taleyini həll etməlidir. Əgər yerli qüvvələr təhlükəsizliyi təmin edə bilsə, o zaman biz hərbçilərimizin sayının azaldılması barədə düşünə bilərik”, - deyə Mettis bildirib.
     

    Muxalifet3 - 28-08-2018

  17. ​Rəşad Zeynalov icra başçısının müavini təyin edildi

    Tovuz Rayon İcra Hakimiyyətinə yeni təyinat olub.
    Muxalifet.az-ın məlumatına görə, Rəşad Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsinə təyin edilib.
    R.Zeynalov bundan əvvəl Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin sədri vəzifəsində çalışıb.
     

    Muxalifet3 - 28-08-2018

  18. ​Türk ordusu daha bir terrorçunun axırına çıxdı

    Türkiyənin Hakkari vilayətində PKK-ya qarşı təşkil edilən əməliyyatda bir terrorçu məhv edilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Hakkari valiliyi məlumat yayıb.
    Bildirilib ki, İkiyaka dağları arasında yerləşən Meclisan gölü ətrafında yaşanan silahlı atışmada PKK-çı məhv edilib.
     

    Muxalifet3 - 28-08-2018

  19. ​Merkel Ermənistanda "Günaydın, Azərbaycan" dedi - Avropa bunu danışır - VİDEO

    Almaniya kansleri Angela Merkel Cənubi Qafqaza səfəri zamanı qəribə yanlışlığa yol verib.
    Muxalifet.az xəbər verir ki, kansler instaqram hesabının hekayə bölməsinə İrəvanda çəkdiyi şəhər panoramasını paylaşıb və üzərində “Günaydın, Azərbaycan. Qafqaz ziyarətimin 3-cü günü” yazıb.
    İnstaqram hekayələri 24 saatdan sonra avtomatik şəkildə silinsə də, fotonun ekran görüntüsü izləyicilər tərəfindən internetdə paylaşılıb.

    Muxalifet3 - 28-08-2018

  20. ​Amerikalıların 40 faizi Trampın impiçmentini istəyir

    ABŞ vətəndaşlarının 40 faizindən çoxu prezident Donald Trampın impiçmentini istəyir.
    Muxalifet.az-ın məlumatına görə, “Axios nəşri” və “SurveyMonkey” şirkəti tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən, impiçment tərəfdarlarının 79 faizi Demokratlar Partiyasına simpatiya bəsləyən şəxslərdir. 
    Rəyi soruşulanların 64 faizi özünü maliyyə cinayətlərində günahkar hesab edən və buna Tramp tərəfindən vadar edildiyini deyən sabiq vəkil Maykl Koenə inandıqlarını bəyan edib. 
    Bununla belə araşdırmada impiçment əleyhdarlarının və bitərəf qalanların sayı açıqlanmır. 

    Muxalifet3 - 28-08-2018

Pages