Axtarış

The search found 105857 results in 0.274 seconds.

Search results

  1. ​Yolumuzdan dönməyəcəyik - Zaxarova

    Vaşinqton Rusiyaya sanksiya tətbiq etmək üçün Skripal olayından istifadə edir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
    O bildirib ki, Moskva bundan sonra da öz yolundan dönməyəcək:
    “Təəssüf ki, ABŞ-ın siyasi elitası bir şey anlamır: Sanksiyalar Rusiyanı öz mənafeyini qorumaq yolundan döndərə bilməz. Vaşinqtonun bu addımları mədəni dialoqla uzlaşmır”.
    Qeyd edək ki, Skripal olayına görə Rusiyaya tətbiq edilən sanksiyalar bu gündən qüvvəyə mindi.
     

    Muxalifet3 - 27-08-2018

  2. ​BMT-nin ali komissarı laçınlılarla görüşdü

    BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso, hüquq şöbəsinin müdiri Oktavian Mohorea avqustun 27-də Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərlə görüşüblər.

    Muxalifet3 - 27-08-2018

  3. ​Rusiyadan Türkiyəyə Suriya ilə bağlı xüsusi təklif

    Türkiyə Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu arasında baş tutan görüşdə Suriyanın şimal-qərbindəki mövcud vəziyyət müzakirə edilib. Muxalifet.az xəbər verir ki, bu barədə “Rusiya qəzeti” məlumat yayıb. Bildirilib ki, Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın da danışıqlara qatılması görüşün xüsusi məzmunda olduğunun göstəricisidir: “Bağlı qapılar arxasında baş tutan görüşdə Rusiya tərəfi Suriyanın şimal-qərbinin statusu ilə bağlı Türkiyə tərəfinə təkliflər təqdim edib.

    Muxalifet3 - 27-08-2018

  4. ​"HƏYƏCAN...": Naxçıvanda döyüş helikopterləri havaya qaldırıldı - Foto

    Naxçıvan Muxtar Respublikasında yerləşən birləşmə, hissə və bölmələrdə döyüş hazırlığı planına uyğun olaraq, praktiki məşğələlər və növbəti komanda-qərargah təlimi keçirilir.
    Əlahiddə Ümumqoşun Ordudan verilən məlumata görə, üç pilləli və iki mərhələli olmaqla keçirilən növbəti komanda-qərargah təlimində praktiki fəaliyyətlərə cəlb edilmiş bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb.

    Muxalifet3 - 27-08-2018

  5. ​Misirdə 5 terrorçu məhv edildi

    Misirin Daxili İşlər Nazirliyi Asyut-Sohaq trasının dağlıq hissəsində terrorçular ilə polis arasında baş verən atışma nəticəsində 5 terrorçunun məhv edildiyi barədə məlumat yayıb.
    Muxalifet.az xəbər verir ki, bəyanatda hüquq-mühafizə orqanlarına ekstremistlərin yeri barədə məlumatın daxil olduğu bildirilir. Həmin yerə gedən qanun keşikçilərinə silahlılar tərəfindən atəş açılıb. Polisin cavab atəşi nəticəsində 5 terrorçu məhv edilib. Onların üzərində avtomat silahlar və döyüş ləvazimatları aşkar edilib.
     

    Muxalifet3 - 27-08-2018

  6. ​Qazaxıstan Azərbaycan ərazisindən neft ixrac edəcək?

    Qazaxıstan Azərbaycan ərazisi ilə neft ixracının mümkünlüyünü nəzərdən keçirə bilər.
    Muxalifet.az xəbər verir ki, bunu trend -ə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev deyib.
    K.Bozumbayevin sözlərinə görə, hazırda bu məsələ gündəlikdə deyil. Lakin gələcəkdə bu cür tədarük imkanı istisna olunmur:

    Muxalifet3 - 27-08-2018

  7. Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

    Zurab Pataradze Gürcüstanın Azərbaycana fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
    Muxalifet.az xəbər verir ki, bu barədə fərmanı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili imzalayıb.
    Z.Pataradze 2016-cı ilin iyulundan 2018-ci ilin iyuluna qədər Gürcüstanın Acarıstan Muxtar Respublikasının hökumət başçısı olub. Bundan öncə o, Gürcüstanın Yunanıstanın Saloniki şəhərində baş konsulu (2009-2010), Türkiyənin İstanbul şəhərində baş konsulu (2011-2012), Türkiyə (2012-2013) və Qazaxıstandakı səfiri vəzifələrini tutub (2013-2016).
     

    Muxalifet3 - 27-08-2018

  8. ​Nazir forumda huşunu itirdi

    Avstriya Xarici İşlər naziri Karin Knasyl Avropa Forumu zamanı huşunu itirib.
    Muxalifet.az xəbər verir ki, əvvəlcə nazirin söhbət əsnasında olduqca zəif göründüyü bildirilib.
    Daha sonra isə xanım Knasyl qəfil özündən gedib.
    Nazirin sözçüsü Tomas Şnel onun oteldə dincəldiyini və səhhətinin müsbətə doğru dəyişdiyini deyib.
     

    Muxalifet3 - 27-08-2018

  9. Ermənistanın Naxçıvanla sərhəd kəndindən - Videoreportaj

    Ermənistanın Naxçıvanla qonşu olan sərhəd kəndlərində əhali uzun illərdir ki, acınacaqlı vəziyyətdə yaşayır. Burda məskunlaşan ermənilər indi keçmiş günlərin, SSRİ dönəmində Naxçıvanla sərhədlərin açıq olduğu zamanları nostalji hisslər və peşmançılıqla xatırlayırlar. Bu günlərdə erməni internet portallarından biri bununla bağlı geniş material hazırlayıb.
    Muxalifet.az nuhçıxan.az-a istinadən Ermənistanın sərhəd kəndlərinin real vəziyyətini əks etdirən videomaterialı təqdim edir:
     

    Muxalifet3 - 27-08-2018

  10. ​ABŞ nümayəndələri Türkiyəyə gəldi - Şərtlə

    ABŞ Konqresinin bir qrup nümayəndəsi Türkiyəyə səfərə gəlib.
    Muxalifet.az xəbər verir ki, konqresmen Maykl Törnerin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyində görüşlər keçirib.
    Tərəflər F-35, S-400 və PKK terror təşkilatı ilə bağlı məsələləri müzakirə edib.
    ABŞ-dan olan heyət Türkiyənin S-400 zenit-raket komplekslərindən imtina edərsə, F-35 qırıcıları ilə bağlı sanksiyaların aradan qalxacağını bildirib.

    Muxalifet3 - 27-08-2018

  11. ​İrəvan "maviləşir": Sorosun LGBT layihəsi - Sərkisyan

    Ermənistanda fəaliyyət göstərən Avropa fondları və QHT-ləri “Mavi Ermənistan” qurmaq üçün böyük pullar xərcləyirlər. Həmin qurumların əsas spekulyatoru – sərmayədarı Soros Fondu və ABŞ-ın Açıq Cəmiyyət İnstitutudur.
    Muxalifet.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Aşot Sərkisyan çıxış edib.
    Politoloq qeyd edib ki, Baş nazir Nikol Paşinyanın hakimiyyət gəlməsindən sonra onların aktivliyi artıb:

    Muxalifet3 - 27-08-2018

  12. ​Rusiyadan ABŞ-a: Anlayışsız partnyorlar...

    Daha öncə Vaşinqtonda bu cür anlayışsız partnyorlarla qarşılaşmadıq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müacini Sergey Ryabkov deyib.
    “Amerika tərəfi sadəcə özünə maraqlı olanları eşitməyə hazırdır. Onlar yaxşı, pis, həqiqət, yalan bir sözlə, hər şeyi qulaqardı edir. Bu, mövcud beynəlxalq münasibətlərdə ən böyük problemdir. Əvvəllər bu kimi qapalı partnyorlarla qarşılaşmadıq”, - deyə diplomat bildirib.
     

    Muxalifet3 - 27-08-2018

  13. ​Azərbaycanlı deputat Ermənistanı HƏDƏLƏDİ: “Bizim də Pakistanımız var”

    Azərbaycan hər zaman səmimi və açıq siyasət yeridir, bütün tərəfdaşlarından, əməkdaşlıq etdiyi dövlətlərdən də eyni münasibəti gözləyir.
    Bunu eynilə Hindistana da aid etmək olar. Azərbaycan bu ölkəyə qarşı hər hansı bir formada çıxış etməyib, bu ölkənin maraqlarına zidd olacaq heç bir davranış nümayiş etdirməyib.
    Muxalifet.az xəbər verir ki, bunu oxu.az -a açıqlamasında Mili Məclisin (MM) Azərbaycan-Pakistan parlamentlərarası Dostluq Qrupunun üzvü Tahir Rzayev deyib.

    Muxalifet3 - 27-08-2018

  14. ​Medvedyev yoxa çıxdı

    Rusiya Baş naziri Dmitri Medvedyevin Feysbuk hesabı sonuncu dəfə 18 avqustda yenilənib.
    Muxalifet.az xəbər verir ki, baş nazirin digər sosial şəbəkə hesablarında da uzun müddət paylaşım edilməyib.
    Medvedyev Tvitterdə sonuncu dəfə 17 avqustda Rusiya hökumətinin paylaşımını re-tvit edib.
    İnstaqram hesabında isə 11 avqustda sonuncu post, Kamçatkadan olan foto paylaşılıb.
    Qeyd edək ki, bundan öncə Medvedyevin idman məşğələsi zamanı yaranan xəsarətdən dolayı icazə vərəqəsi almadığı deyilmişdi.
     

    Muxalifet3 - 27-08-2018

  15. ​İnstaqram çökdü

    İnstaqram sosial şəbəkəsinə girişdə bir sıra problemlər yaranıb.
    Muxalifet.az xəbər verir ki, ABŞ, Avropa, eləcə də Asiya ölkələrində sosial şəbəkəyə giriş mümkünsüz olub.
    Belə ki, İnstaqram istifadəçiləri bununla bağlı digər sosial şəbəkələrdə şikayətlərini bildiriblər.
    Qeyd edək ki, İnstaqramda tez-tez bu kimi problemlərin yaşandığı müşahidə olunur.
     

    Muxalifet3 - 27-08-2018

  16. ​Azərbaycanda əmək qabiliyyətli yaşda ölənlərin çoxu kişilərdir

    Azərbaycanda əmək qabiliyyətli yaşda ölənlərin böyük əksəriyyəti kişilərdir.
    Muxalifet.az xəbər verir ki, trend-in apardığı təhlillərə əsasən, əmək qabiliyyətli yaşda ölənlər arasında kişilərin sayının çoxluq təşkil etməsi 1990-cı ildən sonrakı bütün illər ərzində müşahidə edilir.
    1990-cı ildə əmək qabiliyyətli yaşda olan 11030 nəfər dünyasını dəyişib ki, onun 8280-i kişi, 2750-i qadın olub.
    2017-ci ildə Azərbaycanda 17866 nəfər əmək qabiliyyətli yaşda olarkən dünyasını dəyişib ki, onların da 12767-i kişi, 5099-u qadın olub.

    Muxalifet3 - 27-08-2018

  17. Trampdan evangelist liderlərə “Brunson” yeməyi!

    ABŞ prezidenti Donald Tramp, Ağ Evdə adətən böyük dövlət liderləri üçün təşkil olunan dövlət yeməyini bu dəfə ölkənin 100 mühüm evangelist lideri və xanımları üçün verdi.
     
    Daxili siyasətdə çox sıxılmış vəziyyətdə olan Tramp ətrafını bürüyən çətinliklərdən xilas olmağın açarı kimi gördüyü evangelistərə yenidən can halqa kimi sarıldı.

    Muxalifet3 - 28-08-2018

  18. Keşiş-casus Brunsonun PKK ilə təması ifşa oldu

    Terror təşkilatları PKK ilə FETÖ adına cinayət törətdiyi və casusluq etdiyi iddiasıyla mühakimə olunarkən, ev həbsi qərarı ilə azad edilən Amerikalı keşiş-casus Endryu Kreyq Brunsonın mühakimə olunması mərhələsində diqqət çəkən detallardan biri, Brunsonun mənəvi oğlu olduğu iddia edilən Mohammad Ahmad adlı şəxsin fəaliyyətidir. Həm iddianamədə, həm də mühakimə prosesində "Martini Dilbirin" ləqəbini istifadə edən Ahmadın, Brunson adına YPG və PKK ilə təmas edən şəxs olduğu irəli sürülüb.

    Muxalifet3 - 28-08-2018

  19. Trampdan “Makkeyn” açıqlaması

    ABŞ prezidenti Tramp Respublikaçı senator Con Makkeynin ölümü ilə bağlı ilk dəfə yazılı bəyanat verərək məşhur senatorun xidmətlərini tərifləyib.
     
    Tramp açıqlamasında, "Aramızdakı siyasət və mövqe fərqlərinə baxmayaraq senator Con Makkeynə ölkəmizə göstərdiyi xidmətlərə görə hörmətlə yanaşıram. Onun xatirəsinə, dəfn ediləcəyi günə qədər bayraqların yarıya endirilməsi tapşırığını verdim" - deyə, bildirib.
     
    TRAMPIN ƏVƏZİNƏ MƏRASİMDƏ PENS İŞTİRAK EDƏCƏK
     

    Muxalifet3 - 28-08-2018

  20. İrandan gözdağı: “BİZƏ GÜCLƏRİ ÇATMAZ”

    İranın daxili işlər naziri Abdulrıza Rəhmanı Fazlı, Kirmanşah İcra Hakimiyyətində təşkil olunan Müqavimət İqtisadiyyatı Şurasının iclasında çıxışında İran ilə ABŞ arasındakı nüvə böhranı məsələsinə münasibət bildirib.
     
    ABŞ ilə daha əvvəl müzakirə etdiklərini xatırladan Fazlı, "Biz bir dəfə müzakirə etdik və razılaşdıq. Biz bu sazişə sadiq qalmayan bir tərəflə yenidən müzakirə edə bilmərik" deyib.

    Muxalifet3 - 28-08-2018

Pages