Axtarış
The search found 105857 results in 0.07 seconds.
Search results
30 yaşlı kişi bıçaqlandı - SABİRABADDA
Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, rayonun Muğan Gəncəli kəndində 1988-ci il təvəllüdlü Elvin Həsənov naməlum şəraitdə bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.
Həkimlərin müayinəsi zamanı məlum olub ki, Elvin Həsənov kürək və çiyin nahiyələrindən bir neçə bıçaq xəsarəti alıb.
Həkim nəzarəti altında olan Elvin Həsənovun vəziyyətinin ağır olduğu bildirilir.
Elvin Həsənov tanışı tərəfindən bıçaqlandığı bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.Muxalifet4 - 27-08-2018
Tramp ABŞ bayrağını səhv rənglədi - FOTO
İnternet istifadəçiləri ABŞ prezidenti Donald Trampı ölkə bayrağının görünüşünü bilməməkdə ittiham ediblər.
Trampın Ohayo ştatındakı uşaq xəstəxanalarından birinə səfər şəklini Birləşmiş Ştatların səhiyyə naziri Aleks Azar "Twitter"də paylaşıb.
İstifadəçilər Ağ ev rəhbərinin uşaqlarla birgə bayraq rənglədiyi şəkillərə diqqət yetiriblər. Belə ki, onlardan birində onun bayraqdakı üfüqi zolaqları ağ və ya qırmızı olduğu halda, göy boya ilə rənglədiyi görünür.Muxalifet4 - 27-08-2018
Sanksiyalar qüvvəyə mindi: RUSİYA ÜÇÜN YENİ TƏHLÜKƏ
ABŞ-ın Solsberi insidenti ilə əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu gündən etibarən qüvvəyə minib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, sanksiyalar Bakı vaxtı ilə 08:00-da qüvvəyə minib.Muxalifet4 - 27-08-2018
Cocuq Mərcanlı məktəbində 100-dən çox şagird təhsil alacaq
Yeni tədris ilində Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd orta məktəbində 100-dən çox şagird təhsil alacaq.
Bu barədə azvision.az-a Cocuq Mərcanlı kənd orta məktəbin direktoru Zamin Əziyev məlumat verib. Onun sözlərinə görə, yeni dərs ilində 7 şagird birinci sinifə gedəcək.Muxalifet4 - 27-08-2018
DİM-dən abituriyentlərə XƏBƏRDARLIQ
Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı sabah başa çatır.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 28-i saat 17:00‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.Muxalifet4 - 27-08-2018
16 yaşlı şagird direktoru kabinetində öldürdü - VİDEO
Türkiyənin İzmir bölgəsində 47 yaşlı məktəb direktoru Ayhan Kökmenin 16 yaşlı şagird İ.P. tərəfindən tüfənglə vurularaq öldürüldüyü anın görüntüləri ortaya çıxıb.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Ayhan Kökmen 2017-ci ilin 15 dekabr tarixində 3 ildir çalışdığı məktəbdə şagirdi İ.P.-nin silahlı hücumuna məruz qalıb.
2 uşaq atası Kökmenin həyatını xilas etmək mümkün olmayıb.
Muxalifet4 - 27-08-2018
Çeçenlər Moskvada möhtəşəm toya hazırlaşırlar - FOTO
Avqustun sonunda Moskvada keçiriləcək çeçen tikinti maqnatı, sabiq senator Umar Cəbrailovun qardaşı oğlunun toyuna böyük hazırlıq gedir.
Oxu.Az-ın Super.ru-ya istinadən məlumatına görə, 20 yaşlı Moskva Dövlət Universitetinin tələbəsi Əhməd Cəbrailov 18 yaşlı Xava Zaurbekovla ailə həyatı quracaq.
Əhməd və Xava artıq Qroznıda bir toy ediblər və Moskvada ikinci möhtəşəm məclisə hazırlaşırlar.
Toy Moskvada bahalı məclislərin keçirildiyi “Safisa” restoranında təşkil olunacaq. Gəlini Qroznıdan şəxsi təyyarə ilə gətirəcəklər.
Muxalifet4 - 27-08-2018
Almaniya ABŞ-a qarşı yeni siyasi kursa keçir
Almaniya xarici işlər naziri Hayko Maas rəsmi Berlinin ABŞ-a münasibətdə yeni xarici siyasət strategiyasını təqdim etmək niyyətində olduğunu deyib.
“DPA” agentliyi xəbər verir ki, Maas Almaniyanın Vaşinqtonla tərəfdaşlığını ayıq və tənqidi qiymətləndirməsinin vacib olduğunu bəyan edib.
“Transatlantik tərəfdaşlığı ayıq, tənqidi və hətta özünütənqidi formada yenidən qiymətləndirməyin vaxtı artıq çoxdan yetişib”, – deyə almaniyalı nazir bildirib.Muxalifet4 - 27-08-2018
Hədə-qorxu ilə pul tələb etmə, intihar həddinə çatdırma... – CİNAYƏTKAR DƏSTƏ ZƏRƏRSİZLƏŞDİRİLDİ
Daxili işlər orqanları mülkiyyət və şəxsiyyət əleyhinə olan cinayətlərinin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.
Muxalifet4 - 27-08-2018
DYP Qubada 30-a yaxın sürücünü cərimələyib - FOTOLAR
Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Quba Dövlət Yol Polisi Bölməsi tərəfindən rayon ərazisində reyd keçirilib.Muxalifet4 - 27-08-2018
Azərbaycanda otel sahibi həbs olundu - 6 milyon dollar borcu var
Azərbaycanda otel rəhbəri 6 milyon dollarlıq borca görə həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Abşeron rayonunda yerləşən "Neapol" otelinin sahibi Şükür Əhmədov "AccesBank"ın şikayəti əsasında saxlanılıb.
Muxalifet4 - 27-08-2018
Dollar krediti olanlara ŞAD XƏBƏR - Konstitusiya Məhkəməsi yenidən baxacaq
Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək xarici valyutada olan kreditlərə münasibətdə Mülki Məcəllənin 422-ci maddəsinin (“Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi”) şərh edilməsini xahiş edib.
Muxalifet4 - 27-08-2018
“Bilirik ki, Bakıda çətin olacaq” - “Şerif”in baş məşqçisi
“Bu gün vəzifəmizi yerinə yetirdik. Bu, əsasdı. Daha çox qol vura bilərdik”. “Qafqazinfo” xəbər verir ki, bu fikirləri "Şerif"in baş məşqçisi Qoran Sabliç bildirib.
Muxalifet4 - 27-08-2018
Füzulidə DƏHŞƏT: 15 yaşlı uşağı güllələdilər - YENİLƏNDİ
Füzuli rayon Polis İdarəsindən publika.az-a verilən məlumata görə, əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Məmmədov Əli Tahir oğlu həbs edilib.
Əli Məmmədov həmin fermada çoban işləyib.
Faktla bağlı Füzuli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
***
Füzuli rayonunda qətl hadisəsi baş verib.
Muxalifet4 - 27-08-2018
Məşhur müğənninin XINA GECƏSİNƏ ulduzlar axın etdi - FOTO/VİDEO
Türkiyənin tanınan simalarından biri daha subaylığın daşını atır. Müğənni Bengü ötən gün özünə göstərişli xına gecəsi keçirib.
Publika.az xəbər verir ki, avqust ayının 29-da sevgilisi Səlim Selimoğlu ilə nikaha girəcək olan müğənni Bengünün dünən axşam Acarkentte keçirilən xına gecəsi medianın diqqətini çəkib. Mərasimdə aralarında Çağla Şıkel, Esra Erol və Hakan Akkaya olmaqla bir çox tanınmış isimlər iştirak edib.
Muxalifet4 - 27-08-2018
FUTBOL DÜNYASI YASDA: Ulduz futbolçu intihar etdi
Türkiyənin “Qalatasaray” klubun keçmiş ulduz müdafiəçisi Emmanuel Ebue intihar edib.
Muxalifet.az xəbər verir ki, afrikalı futbolçunun özünü asdığı bildirilib.
“Qalatasaray”dan ayrıldıqdan sonra həyat yoldaşından boşanan və maddi imkansızlıq səbəbilə psixoloji çöküş yaşayan futbolçunun ölüm xəbəri sosial mediada yayılıb.
35 yaşlı ulduz illərlə “Arsenal” forması geyindikdən sonra “cimboma” transfer olmuş və qısa müddətdə azarkeşlərin sevgisini qazanmışdı.
Muxalifet4 - 27-08-2018
Kəbənin örtüyünün açılması nəyin müjdəçisi idi? - DİN ALİMLƏRİNİN FİKİRLƏRİ
İslam tarixçiləri və hədis alimlərin bəzi əsərlərində, Kəbənin örtüyünün şiddətli bir külək ilə açılması və çılpaq olaraq görünməsi ilə bağlı rəvayətlər yer alır. Bir neçə gün öncə Ərəfə günündə Məkkədə baş verən fırtına səbəbilə Kəbənin örtüyü havaya qalxmış və Müsəlmanların qibləsi ilk dəfə örtüksüz olaraq görünmüşdü. Bəzi İslam tarixçiləri və hədis alimlərin əsərlərində bu məsələ izah edilərkən, Kəbənin örtüyünün bu şəkildə verilməsinin dövlətin məhvi, ya da sultanın məhv edilməsinin əlaməti kimi şərh olunur.
Muxalifet3 - 27-08-2018
Rusiya Rumıniyanın hava sərhədini pozdu - QARA DƏNİZDƏ GƏRGİNLİK - VİDEO
İngiltərə Krallığının Hava Qüvvələrinə məxsus “Avrofayter Tipon” tipli döyüş təyyarələri bu gün Qara dəniz üzərində iki Rusiya təyyarəsi ilə birgə uçub.
Verilən açıqlamada ingilis təyyarələrinin Rusiya Kosmos-Aviasiya Qüvvələrinə aid Be-12 dəniz patrul təyyarəsi və An-26 nəqliyyat təyyarəsinin yaxınlaşması səbəbilə Rumıniyadakı hava bazasından uçuşa keçdiyi bildirilib.
Muxalifet4 - 27-08-2018
Milli Məclisin eksperti vəfat etdi
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin eksperti Mütalib Əliyev dünyasını dəyişib.
Bu barədə M.Əliyevin dostları və yaxınları sosial şəbəkədə paylaşım ediblər. Mərhum ekspertin uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkdiyi və bu səbəbdən vəfat etdiyi bildirilib.
Allah rəhmət eləsin.Muxalifet4 - 27-08-2018
"Rusiyanın qoruyucu mələyiyik" - LUKAŞENKO
Rusiya ilə Belarus bir-birinin qoruyucu mələyidir.
Bu sözləri "Belarus 1" telekanalına müsahibəsində Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
O bildirib ki, Belarus Respublikası və Rusiya Federasiyası bir-birinə hər zaman sahib çıxacaq iki dövlətdir: "Biz kökü bir olan iki doğma xalqıq. Rusiya ilə Belarusiya bir-birinin qoruyucu mələyidir"
Belarus prezidenti onu da qeyd edib ki, Belarusiya ticari anlamda da Rusiyadan asılıdır.Muxalifet4 - 27-08-2018