Axtarış
The search found 105857 results in 0.068 seconds.
Search results
Putinin ən böyük rəqibi saxlanıldı
Rusiyalı müxalif lider Aleksey Navalnı polis tərəfindən saxlanılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Navalnının mətbuat katibi Kira Yarmış sosial şəbəkələrdə məlumat yayıb.
O, Rusiya polisinin Navalnını Moskvadakı evinin önündən apardığını bildirib.
Qeyd edək ki, bundan əvvəl A.Navalnı Rusiyada təqaüd yaş həddinin artırılması barədə qanun layihəsinə etiraz etmək üçün xalqı sentyabrın 9-da xalqı küçələrə çıxmağa çağırmışdı.
Muxalifet3 - 25-08-2018
Çin Trampı belə cəzalandırır – Prezidentdən ŞOK İDDİA
Pekin ABŞ Konqresinə aralıq seçkilərindən əvvəl prezident Donald Trampı siyasi nöqteyi-nəzərdən cəzalandırmağa çalışır.
Muxalifet.az xəbər verir ki, “Vaşinqton Post” nəşrinin Ağ Evdəki mənbələrinə istinadən verdiyi məlumata görə, dövlət başçısı bu haqda öz məsləhətçilərinə bildirib.Muxalifet3 - 25-08-2018
Rusiya və Türkiyədən Suriya həmləsi: Daha bir vilayət...
Rusiya Prezidenti Vladimir Putin Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Moskvada görüşü zamanı Suriyada yeni hərbi əməliyyatların keçirildiyi İdlib vilayətinə diqqət çəkib.
Muxalifet.az xəbər verir ki, müzakirədə Putin və Çavuşoğlu ilə yanaşı Türkiyə tərəfdən Müdafiə naziri Hulusi Akar, Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Rusiya tərəfdən isə Müdafiə naziri Sergey Şoyqu, xarici İşlər naziri Sergey Lavrov və Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyevin iştirak etdiyi bildirilib.Muxalifet3 - 25-08-2018
Prezidentdən əhaliyə ŞAD XƏBƏR
Bu gün Prezident İlham Əliyev “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq edib.
Muxalifet3 - 25-08-2018
İran sərhədində terrorçular məhv edildi
Türkiyənin Ağrı dağında terrorla mübarizə əməliyyatları çərçivəsində PKK terror təşkilatının iki üzvü məhv edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı "Yeni Akit" qəzeti yayıb.
Məlumata görə, bu gün keçirilən hava əməliyyatında ərzaq daşıyan terroçular Güngörən kəndi yaxınlığında zərərsizləşdirilib.
Muxalifet3 - 25-08-2018
Prezident yaxın adamını qorxutdu: Anlamır ki...
Ədliyyə naziri Cef Seşns siyasətin ona təsir etməsinə icazə verməyəcəyini deyir, çünki ətrafında nələr baş verdiyini anlamır.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp şəxsi Tvitter səhifəsində yazıb.
Qeyd edək ki, D.Tramp bundan əvvəl də Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlı qalmaqallara görə keçmiş baş prokuror Cef Seşnsı tənqid etmişdi.
Muxalifet3 - 25-08-2018
“Azərbaycanda texnikumları ləğv etmək lazımdır. Təhsil verə bilmirik...” - AÇIQLAMA
“İşlə təmin edə bilmir və primitiv təhsil veririksə, kolleclərin heç bir mənası yoxdur. Ümumiyyətlə, kollec və texnikumları ləğv etmək lazımdır. Onlar öz rollarını XX əsrdə oynayıb bitiriblər”.
Muxalifet.az xəbər verir ki, bu sözləri azedu.az-a təhsil məsələləri üzrə mütəxəssis Allahverdi Eminov deyib. O, kollec məzunlarının universitetlərə imtahansız qəbulu məsələsindən danışarkən bildirib ki, bu qayda əvvəl də var idi:Muxalifet3 - 25-08-2018
Kiyevdən Kremli hiddətləndirəcək addım
Ukraynada Müstəqillik günü münasibətilə keçirilən hərbi paradda əsgərlər ABŞ və İngiltərə bayraqlarını dalğalandırıblar.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı "Yeni Akit" qəzeti yayıb.
Ukraynan Prezidenti Pyotr Poroşenkonun iştirak etdiyi rəsmi mərasimdə ABŞ və İngiltərə bayraqlarının olması ölkədə böyük maraqla qarşılanıb.
Krım böhranından sonra Rusiya ilə münasibətləri pozulan Ukranya ilə bağlı Kreml hələlik heç bir açıqlama verməyib. Kremlin bu məsələyə münasibət bildirməməsi isə iki ölkə arasında yaşanacaq yeni gərginliyə işarət kimi qiymətləndirilib.Muxalifet3 - 25-08-2018
İsraildən Qəzza ilə bağlı humanist addım
İsrailin mühasirədə saxladığı Qəzza zolağının Rəfah sərhəd-keçid məntəqəsi sabah ikitərəfli açılacaq.
Muxalifet.az xəbər verir ki, sərhəd qapılarının açılmasında məqsəd fələstinlilərin Misirə keçməsini, eləcə də qəzzalı zəvvarların geri qayıtmasını təmin etməkdir.
Qeyd edək ki, İsrail tərəfindən blokada şəraitində saxlanılan Qəzza bölgəsinin xaricə yeganə çıxış yolu Rəfah keçid məntəqəsidir.Muxalifet3 - 25-08-2018
Tramp Makkeynin ölməyini gözləyir
ABŞ prezidenti Donald Tramp beynində bədxassəəli şiş aşkarlanan senator Con Makkeynlə bağlı o həyatda olduğu dövrdə heç bir bəyanat vermək niyyətində deyil.
Bu barədə Muxalifet.az “Wahington Post”a istinadla xəbər verir.
Jurnalistlərin bildirdiyinə görə, Tramp “Makkeyn ölənə qədər onun haqqında danışmaq istəmir”.
Qeyd edək ki, senator xərçəng xəstəliyinin müalicəsindən imtina edib.Muxalifet3 - 25-08-2018
Aparıcı Sərxan: Məni öldürməsələr yaxşıdır
Aparıcı Sərxan Kərəmoğlu “Lider” TV-dən qovulması ilə bağlı məsələyə aydınlıq gətirib.
Muxalifet.az xəbər verir ki, o, səhhətinə görə “Xoş gəldin” verilişinin dayandığını bildirib:
“Proqramdakı qalmaqala görə, töhmət almışam. Amma verilişim dayandırılıb. Bu da mənim səhhətimlə əlaqəlidir. Hazırda xəstəxanadayam.
Həm də digər iki aparıcı - Fatimə və Aşıq Namiq Fərhadoğlu qeyri-peşəkardır. Məni də Anar kimi öldürməsələr yaxşıdır. O zaman verilişimə davam edəcəm”.Muxalifet3 - 25-08-2018
Azərbaycan Premyer Liqasının debütantı "Zirə"ni məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasının III turu çərçivəsində daha bir oyun keçirilib.
Muxalifet.az xəbər verir ki, "Zirə" debütant "Sabah"ı qəbul edib.
"Dalğa Arena"da baş tutan matç qonaqların 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Elşad Əhmədovun rəhbərlik etdiyi kollektiv Marko Deviçin 2 və 30-cu dəqiqələrdə vurduğu qollarla qalib gəlib. Yay fasiləsində paytaxt klubuna qoşulan ukraynalı forvard cari çempionatda vurduğu qolların sayını 4-ə çatdırıb və bombardirlik yarışında mövqeyini möhkəmlədib.Muxalifet3 - 25-08-2018
Senator Con Makkeyn vəfat etdi
ABŞ-ın Arizona ştatının senatoru və keçmiş prezidentliyə namizəd Respublikaçı Con Makkeyn, 81 yaşında vəfat edib. Makkeyn, keçdiyimiz günlərdə beyin şişi müalicəsini dayandırmağa qərar vermişdi.
Muxalifet3 - 26-08-2018
ABŞ PKK üçün 3 hərbi korpus yaradacaq
Suriyada Əsəd rejimi və İranlı milislər, İdlibə hücum hazırlıqlarını davam etdirərkən, ABŞ və müttəfiqləri də regiondakı nisbi sabitliyi məhv edəcək təxribat planları üzərində işləyir.
Muxalifet3 - 26-08-2018
Trampın müşavirindən Rusiyaya xəbərdarlıq: “DAHA GÜCLÜ ZƏRBƏ VURACAĞIQ”
Ağ Ev Milli Təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevə Vaşinqtonun Əsəd rejiminə yeni və daha güclü bir zərbə endirməyə hazır olduğunu bildirib.
“Bloomberg”-in 4 fərqli mənbəyinə əsaslandırdığı xəbərinə görə, ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton, Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevlə ötən cümə günü Cenevrədə keçirdiyi görüşdə Vaşinqtonun Əsəd rejimi güclərinə yeni və daha güclü bir zərbə endirməyə hazır olduğu barədə xəbərdarlıq edib.Muxalifet3 - 26-08-2018
İRANDA GÜCLÜ ZƏLZƏLƏ: yaralıların sayı 233 nəfərə çatdı – YENİLƏNİB
İranın Kirmanşah əyaləti yaxınlığında baş vermiş 6,1 bal gücündə zəlzələdə yaralananların sayı 233 nəfərə çatıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, ABŞ-ın Geoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanların dərinliyi 10 kilometrə yaxın olub. Baş vermiş hadisə zamanı içərisində azyaşlı uşaqların da olduğu 233 nəfər müxtəlif bədən xəsarətləri alıb, bir nəfər isə ölüb.Muxalifet4 - 26-08-2018
ABŞ CİDDİ NARAHATDIR: Rusiyanın “peyk-qatilləri” onları məhv edə bilər
Rusiyada peyk-qatillərin hazırlanması üzrə proqram mövcuddur.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda “National Interest” nəşri iddia edib.
Qeyd edilir ki, peyk-qatillərlə başqa ölkələrin kosmik aparatlarını sıradan çıxarmaq mümkündür.Muxalifet4 - 26-08-2018
"Lotu Quli"idən Afaq Aslanla bağlı gözlənilməz addım - FOTOLAR
Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov müğənni Afaq Aslanla sevgili olması iddialarını təsdiq edən fotonu silib.
Belə ki, dünən sevgilisinin və özünün adının baş hərfləri yazılan foto artıq "Qulinin" instaqram hesabında yoxdur. Lakin kriminal avtoritet izlənmə siyahısında yeganə izlədiyi şəxs olan Afaq Aslanı saxlayıb.Muxalifet4 - 26-08-2018
Azərbaycanda ata azyaşlı övladına işgəncə verib - VİDEO
Sosial şəbəkələrdə 3-4 yaşlı qız uşağının vəhşicəsinə döyüldüyü anın videosu yayılıb.Muxalifet.az baku.ws-ə istinadən xəbər verir ki, videonu paylaşanlar uşağı döyən şəxsin onun atası olduğunu güman edir.Muxalifet4 - 26-08-2018
Sabirabad sakini kürəyindən bıçaqlandı
Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə ötən axşam rayonun Muğan Gəncəli kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Həsənov Elvin Muxtar oğlu sol kürək və sağ çiyin nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.
Məlumata görə, E.Həsənov tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.Muxalifet4 - 26-08-2018