Axtarış
The search found 105857 results in 0.138 seconds.
Search results
Üstündə “Vahid Rusiya” partiyasının loqosu olan 2 ton kokain müsadirə edildi
Belçikanın Gent şəhərinin limanında polis iki ton kokain müsadirə edib.
Narkotik maddənin olduğu briketlərin üstündə “Vahid Rusiya” partiyasının loqosu olub.
Kokainlə dolu 1900 briket Braziliyadan gələn gəmidə konteynerlərdə gizlədilib.
Aşkarlanan narkotikin qiyməti 100 milyon avroya yaxındır.
Faktla bağlı cinayət işi açılıb.(oxu.az)
Muxalifet4 - 25-08-2018
Siyəzəndə dəhşətli qəza: 6 nəfər ölüb, 1 nəfər yaralıdır
Avqustun 25-də Siyəzən rayonu ərazisində Qara Siyəzən kəndində minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanıb.
Muxalifet.az AzərTAc-a istinadən xəbər verir ki, “VAZ-2107” və “Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 qadın, 1 uşaq və 3 kişi olmaqla, 6 nəfər hadisə yerində ölüb, 1 uşaq isə ağır yaralanıb.
Yaralı Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet4 - 25-08-2018
Polis keçmiş səfiri saxladı - Maşını içkili idarə edib - VİDEO
Ukraynanın ABŞ-dakı keçmiş səfiri Aleksandr Motsik Kiyevdə Şevçenko meydanında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Muxalifet.az “İnformator”a istinadən xəbər verir ki, eks-səfir əks-istiqamətdə hərəkət eydiyi üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Muxalifet4 - 25-08-2018
Terror təşkilatı ilə Paşinyanın işbirliyi… - Şok gəlişmə
Ermənistanda fəaliyyət göstərən Sasna Çrer adlı silahlı qruplaşmanın liderləri Jirayr Səfilyan və Varuzxan Avetisyan mətbuat konfransı keçirərək qurumu siyasi partiya elan ediblər.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, qruplaşma liderləri partiyanın prioritetlərini də açıqlayıblar.
Antirusiya mövqeyi ilə seçilən Sasna Çrerin əsas hədəflərindən biri Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsidir.
Muxalifet4 - 25-08-2018
DƏHŞƏTLİ FAKTLAR: Çoxsaylı cinayət və intiharlarda Adnan Oktar İZİ
Özünü din xadimi kimi təqdim edən, bir müddət əvvəl həbs edilən Adnan Oktar və təşkilatının illər əvvəl baş verən intihar hadisələrində əlaqəsi olduğu ehtimal edilir.
Türkiyə mediası xəbər verir ki, artıq polis bu istiqamətdə araşdırma aparır.
1980-90-cı illərdə şübhəli qalan iki intihar və bir cinayət işinə yenidən baxılacaq. Adnan Oktar təşkilatının həmin hadisələrdə əlinin olub-olmadığı araşdırılır.
Muxalifet4 - 25-08-2018
Kriştianu Ronaldunun transferindən sonra “Yuventus”un səhmləri bahalaşıb
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun transferindən sonra İtaliyanın “Yuventus” klubunun səhmləri 55,15 faiz bahalaşıb.
“Report” “Football Italia”ya istinadən xəbər verir ki, hazırda Turin təmsilçisinin bir səhminin dəyəri 1 avrodan çoxdur.
Qeyd edək ki, Ronaldu bu yay İspaniyanın “Real Madrid” klubundan 112 milyon avroya alınıb. 33 yaşlı hücumçunun illik maaşı 30 milyon avro təşkil edir.
Muxalifet4 - 25-08-2018
Misirdə turistlərin sirli ölümü: 300 nəfər təxliyə edildi
Misirdə Qırmızı dəniz sahillərində yerləşən turizm bölgələrindən birində ardıcıl 2 ingilis turistin dünyasını dəyişməsi ərazidəki digər turistlərin təxliyəsi ilə nəticələnib.
Muxalifet.az xəbər verir ki, bu barədə təxliyəni həyata keçirən “Tomas Kuk” turizm şirkəti rəsmi açıqlama verib.
Hurqa bölgəsindəki “Steigenberger Aqua Magic” otelində qalan digər müştərilərin də səhhəti pisləşib. Bundan sonra şirkət 300-ə yaxın turisti təxliyə edib. Oteldən ayrılan turistlərə başqa oteldə yerləşdirilmək və ya vətənlərinə geri göndərilmək təklif edilib.
Muxalifet3 - 25-08-2018
Lotu Qulidən Afaq Aslanla bağlı paylaşım - Foto
Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov İnstaqram hesabında maraqlı paylaşım edib.
Muxalifet.az kult.az-a istinadən xəbər verir ki, Afaq Aslanla sevgili olduğu iddia edilən kriminal avtoritet sosial şəbəkədə özünün və müğənninin adının baş hərfləri yazılan foto paylaşıb.
Həmçinin Qulinin izlədiyi iki hesab var ki, bunlardan biri də Afaq Aslana məxsusdur.Muxalifet3 - 25-08-2018
ABŞ keçmişdən dərs almayıb - Ryabkov
Deyəsən ABŞ rəsmiləri keçmişdən, xüsusən də yaxın keçmişdən dərs almayıblar.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.
Ryabkov ABŞ-ın danışdığı yeganə dilin təhdid və ultimatum dili olduğunu bildirib.
“Vaşinqtondan yüksələn ultimatumları eşidə bilərik. Bu vəziyyət Suriyadakı terror hücrələrinin tamamilə ortadan qaldırılması və bu ölkənin normal həyatına geri dönməsinə olan bağlılığımıza təsir göstərmir”
Muxalifet3 - 25-08-2018
Xəzərdə zəlzələ baş verdi
Avqustun 25-də Xəzər dənizində 3,3 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:30-da qeydə alınıb.
Ocağı 45 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
Muxalifet3 - 25-08-2018
Dəhşətli qəzada ölənlərin kimliyi bəlli oldu - Yeniləndi
Siyəzən rayonunun Beşdam kəndində “VAZ” və “Daewoo” markalı iki minik avtomobilinin toqquşması nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.
Muxalifet3 - 25-08-2018
Trampdan gözlənilməz çıxış: Yaxın zamanda bu ölkə ilə...
ABŞ yaxın zamanda Meksika ilə böyük iqtisadi razılaşma imzalaya bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, bu ölkə ilə münasibətlər hər keçən saat daha da yaxşılaşır.
Qeyd edək ki, Trampın hakimiyyətə gəlişindən sonra müəyyən problemlər səbəbindən iki ölkə münasibətlərində soyuqluq yaşanır.
Muxalifet3 - 25-08-2018
Tvitterin rəhbəri çətin vəziyyətdə: Dindiriləcək...
Tvitter şirkətinin rəhbəri Cek Dorsini bu sosial şəbəkənin fəaliyyət prinsipləri ilə bağlı dindirilməyə çağırılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Kevin Makkarti öz Tvitter hesabında verib. Qərəzli danışıqların sosial media platformasının iş prinsipinə zidd olduğunu bildirən Kevin Makkarti şirkətin rəhbərinin sosial mediada mühafizəkarları susdurması iddiası ilə dindiriləcəyini bildirib.
O, Cek Dorsinin və bir neçə şirkət rəsmilərinin sentyabrın 5-də dindiriləcəyi vurğulayıb.
Muxalifet3 - 25-08-2018
Dövlət öz maşınlarını 800 manata satır - SİYAHI
Bir sıra dövlət qurumlarının balanslarındakı köhnə nəqliyyat vasitələri satışa çıxarılıb.
Əmlak Məsələləri Dövlət Komitəsindən verilən xəbərə görə, Milli Məclis Aparatının mətbəəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi və Baş Prokurorluğun balanslarındakı nəqliyyat vasitələri hərrac yolu ilə sentyabrın 25-də satılacaq.
Hərracda ən ucuz avtomobil Milli Məclis Aparatının mətbəəsinə məxsusdur. Buraxılış ili 1995-ci il olan QAZ-31029 markalı avtomobil 800 manata satışa çıxarılıb.Muxalifet3 - 25-08-2018
Yer kürəsinə asteroid yaxınlaşır - 29 avqustda...
NASA diametri Keops piramidasının hündürlüyündən çox olan asteroidin Yer kürəsinə yaxınlaşdığını açıqlayıb.
Muxalifet.az xəbər verir ki, NASA Yerin 7.5 milyon kilometrliyindən keçməsi gözlənilən “Asteroid 2016 NF23"-ün potensial təhlükə olduğunu bildirib.
Məlumata görə, asteroidin diametri 70-160 metr arasındadır. Mütəxəssislərin fikrinə görə, asteroid hazırda saniyədə 9 kilometrdən çox sürətlə hərəkət edir və 29 avqustda planetə ən yaxın məsafədə olacaq.Muxalifet3 - 25-08-2018
Bağlanan 9 bankın əmlakı satışa çıxarıldı
Əmanətlərin Sığortalanması Fondu Azərbaycanın Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank Standard” KB, “Texnikabank” ASC, “Kredobank” ASC, “Bank of Azərbaycan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Zaminbank” ASC, “Atrabank” ASC, “Royalbank” ASC və “Dəmirbank” ASC-nin balansındakı daşınar və daşınmaz əmlakı 58 lot üzrə satışa çıxarır.
Fonddan verilən məlumata görə, 32 lot üzrə əmlak birinci dəfə, 3 lot üzrə əmlak ikinci dəfə, 12 lot üzrə üçüncü dəfə, 11 lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır.Muxalifet3 - 25-08-2018
Alman deputatlar Milli Məclisdə
Azərbaycan Milli Məclisinin (MM) Almaniya ilə parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupu üzvlərinin Almaniya Bundestaqının deputatlarından ibarət nümayəndə heyəti ilə görüşü olub.
MM-in mətbuat xidmətindən verilən məlumata görə, deputat Xanlar Fətiyev bildirib ki, ölkələr arasında münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı səfərlər mühüm rol oynayır. O, Almaniya ilə siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini qeyd edib.Muxalifet3 - 25-08-2018
"Qəbələ" son dəqiqədə qələbəni əldən verdi
Futbol üzrə Azərbaycan Premyer Liqasının III turunda açılış oyununda "Qəbələ" "Sumqayıt"ı qəbul edib.
Muxalifet.az xəbər verir ki, matç 1:1 hesabı ilə bitib.
42-ci dəqiqədə 11 metrlik cərimə zərbəsi ilə Təmkin Xəlilzadə hesabı açıb.
76-cı dəqiqədə "Sumqayıt" daha bir zərbə alıb. Bu dəfə Nicat Qurbanov ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.
Bununla belə, qonaqlar məğlubiyyətdən yaxa qurtara bilib. 90+2-ci dəqiqədə Yusif Nəbiyev sabiq komandasını cəzalandırıb.
Muxalifet3 - 25-08-2018
Afaq Aslan hədələdi: "Ay fahişənin öndə gedəni..." - FOTO
Müğənni Afaq Aslanın izləyiciləri onu tənqid etməkdə davam edirlər. Muxalifet.az baku.ws-ə istinadən xəbər verir ki, müğənni sosial şəbəkədə ünvanına yazılan təhqirlərə şəxsi "Instagram" hesabında cavab verir. Afaq Aslan bir istifadəçinin "Facebook" hesabında yazdığı statusdan hiddətlənib və bunları yazıb: "Ay anasının, bacısının namusundan, qeyrətindən, bixəbər fahişənin öndə gedəni. Sən kimsən mənim adımı mundar dilinə alıb məni tanımadan, bilmədən haqqımda fikir bildirirsən? Arxamca it kimi hürdüyünə çıx qabağıma, sənə üzbəüz həyatı başa salım!
Muxalifet3 - 25-08-2018
Ərdoğana türkü söyləyən müğənni öldü
Türkiyənin tanınmış sənətçisi 29 yaşlı Əhməd Çakar avtomobil qəzasında vəfat edib.
Muxalifet.az xəbər verir ki, sənətçi gecə saat 02.00 radələrində idarə etdiyi avtomobillə dərəyə yuvarlanıb. Sənətçidən xəbər ala bilməyən yaxınları polisə müraicət edib. Hadisədən 14 saat sonra Əhməd Çakarın meyiti tapılıb.
Qeyd edək ki, Türkiyədə 2016-ci ildə keçirilən mükafatlandırma tədbirlərinin birində sənətçi Prezident Ərdoğana, Binəli Yıldırıma və Mədəniyyət Naziri Nəbi Avcıya qəfil söylədiyi türkü ilə tanınmışdı.
Muxalifet3 - 25-08-2018