Axtarış
The search found 105857 results in 0.095 seconds.
Search results
ABŞ-da təyyarə qəzaya uğrayıb, ÖLƏNLƏR VAR
ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Bu barədə "WRDW" telekanalı məlumat yayıb. Məlumata görə, hadisə Corciya ştatının Emanuel dairəsində, aeroport yaxınlığında baş verib. Qəza zamanı 4 nəfər ölüb, daha 1 nəfər xəsarət alıb. Hadisənin səbəbi açıqlanmır.
Muxalifet4 - 26-08-2018
Merkeli gəzdirmək üçün Ermənistan prezidentinin maşınını əlindən aldılar
Almaniya kansleri Angela Merkeli Yerevanda Ermənistan prezidenti Armen Sarkisyanı gəzdirən zirehli BMW 750 avtomobili ilə qarşılayıblar.
Bu məlumatı Ermənistan KİV-ləri yayıb.
Sözügedən maşını Dövlət Mühafizə Xidməti Sarkisyana prezident seçildikdən sonra təqdim edib.Muxalifet4 - 26-08-2018
Bu gün Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçiriləcək - VİDEO
Bu gün Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə növbəti dəfə klassik avtomobillərin yürüş və sərgisi keçiriləcək.
Tədbirdə 1980-ci ilədək istehsal olunan klassik avtomobillər iştirak edəcək. Yürüş saat 16:00-da Heydər ƏliyevMərkəzinin qarşısından start götürəcək və Bakının mərkəzi küçələri ilə davam edəcək.
Yürüşdən sonra Mərkəzin parkında konsert və əyləncə proqramı təşkil olunacaq.
Qeyd edək ki, ötən il keçirilən yürüşdə 150-dən çox klassik avtomobil iştirak edib.Muxalifet4 - 26-08-2018
Sumqayıtda 77 yaşlı qadını döyüb öldürdülər - PULA GÖRƏ
Asan yolla pul qazanmaq hərisliyi ilə yaşlı qadınları hədəf seçərək oğurluq edən, 5-10 manata görə 77 yaşlı qadının ölümünə səbəb olan Sumqayıt şəhər sakini hakim qarşısına çıxarılıb. Məhkəmənin hökmü ilə o, ömrünün 19 ilini həbsdə keçirəcək.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə və quldurluqda ittiham olunan Sumqayıt şəhər sakini 27 yaşlı Etibar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Muxalifet4 - 26-08-2018
OĞUZDA QƏZA: iki nəfər xəsarət alıb
İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un məlumatına görə, Şəki istiqamətində hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq, yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü, Şamaxı rayon sakini 1980-ci il təvəllüdlü Ramil Şirvan oğlu İsmayıllı və onun sərnişini, 2002-ci il təvəllüdlü Elteran Elmar oğlu Zülfüqarov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Muxalifet4 - 26-08-2018
İŞİD rəhbərlərindən daha biri zərərsizləşdirildi – ƏFQANISTANDA
Əfqanıstanın silahlı qüvvələri ölkənin şərqində keçirilən əməliyyat zamanı İŞİD terror qruplaşmasının rəhbərlərindən birini zərərsizləşdirib.
Muxalifet.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "1TV" telekanalı məlumat yayıb.
Muxalifet4 - 26-08-2018
ABŞ səfirliyinin atəşə tutulması ilə bağlı daha 2 nəfər həbs edildi
ABŞ-ın Ankaradakı səfirliyinin binasının atəşə tutulması ilə bağlı təhqiqat çərçivəsində daha 2 nəfər həbs edilib.
Bu barədə "Hürriyyet" Türkiyənin hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Bununla da, həmin hadisə ilə bağlı saxlanılanların sayı 4 nəfərə çatıb. Bildirilir ki, şübhəlilər polis tərəfindən sorğu-sual edilir.Muxalifet4 - 26-08-2018
Türkiyədə PKK terrorçuları saxlanıldı
İraqın şimalından qanunsuz yolla Türkiyəyə keçən iki PKK terrorçusu ölkənin Şırnak-Uludere rayonu ərazisində sağ ələ keçirilib.
Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Ələ keçirilən “Mazlum Goyi” ləqəbli Mazlum Kaçan və “Kahraman” ləqəbli Lezgin Yararın üstündə odlu silah və icazəsiz daşınması qanunla qadağan edilən digər ləvazimatlar olub.
Muxalifet4 - 26-08-2018
"Tanrı səni yer üzünə ədalət və sevgi bəxş etmək üçün göndərib" - Leyla Əliyevadan anasına təbrik
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva anası, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib.
Muxalifet.az xəbər verir ki, Leyla Əliyeva doğum günü təbrikini sosial şəbəkədəki hesabında paylaşıb.Muxalifet4 - 26-08-2018
İranın müdafiə naziri Suriyada Əsədlə görüşəcək
İranın müdafiə naziri general-mayor Əmir Hatəmi Suriyaya ikigünlük səfər edib.
“Tasnim” agentliyi xəbər verir ki, Əmir Hatəminin suriyalı həmkarı Əli Əyyubla danışıqlar aparacağı və Suriya Prezidenti Bəşər Əsədlə görüşü planlaşdırılıb. Tərəflərin iki ölkən arasında hərbi-texniki əməkdaşlıq məsələlərini, eləcə də Dəməşqdəki son vəziyyəti və terrorçu dəstələrə qarşı əməliyyatın gedişini müzakirə edəcəyi nəzərdə tutulub(teleqraf.com).Muxalifet4 - 26-08-2018
Alimlər "nəhəng göz"ü tapdılar - O şəffaf xarici qabığa bürünüb...
NASA hər kəsi heyrətləndirəcək nəhəng "səma gözü"nün fotosunu paylaşıb.
Foto NASA-nın məşhur "Xabbl" teleskopunun kameralarından birinin köməyi ilə çəkilib. Kadrlarda görünən nəhəng gözü xatırladan isə Yer kürəsindən təxminən 4900 işıq ili uzaqlığında yerləşən Sentavra ulduzunun parlaq işığıdır.
Alimlərin fikrincə, bu parlaq "göz" mərkəzi ulduz və daha şəffaf xarici qabığa bürünmüş forması ilə fərqlənir. Belə parlaqlığın yaranma səbəbi isə ulduzlardan ayrılan qaz kütlələrinin saatda təxminən 350 min kilometr sürətlə uzaqlaşmasıdır.Muxalifet4 - 26-08-2018
Tramp Makkeynin dəfninə dəvət edilməyəcək – MƏRHUM SENATOR 1 AY ƏVVƏL...
Son bir ildə beyin xərçəngindən əziyyət çəkdikdən sonra dünən axşam 82 yaşında vəfat edən amerikalı senator Con Makkeynin dəfn mərasiminə prezident Donald Tramp dəvət edilməyəcək.
Xarici KİV-lər xəbər verir ki, bu barədə Makkeynin 1 ay öncə vəsiyyət etdiyi və ailəsinin də buna riayət edəcəyi bildirilib.
Sabiq prezident Barak Obama isə dəfn mərasiminə dəvət ediləcək.
Trump isə sadəcə başsağlığı verməklə kifayətlənib:
Muxalifet4 - 26-08-2018
Nazirlik əməkdaşları kömür satan şəhid qızından HƏR KİSƏSİNƏ 1 MANAT RÜŞVƏT TƏLƏB EDİBLƏR – Şikayət
Mərhum Qarabağ qazisinin həyat yoldaşı: “230 kisə kömrümü əlimdən aldılar, onları getməyə qoymadıqda üstümə maşın sürüb, mənə xəsarət yetirdilər” Kəlbəcər rayonundan məcburi köçkün, Bakı şəhərində məskunlaşmış şəhid qızı Rüstəmova Elnarə Vilayət qızı tərəfindən Muxalifet.az xəbər portalının redaksiyasına şikayət məktubu daxil olub. Müəllifin məktubunu olduğu kimi dərc edirik: “Mən Kəlbəcər şəhidi Vilayət Rüstəmovun qızıyam. Həyat yoldaşım 1-ci qrup Qarabağ müharibəsi əlili Əzim Məhəmmədi ürək tutmasından vəfat edib. Üç azyaşlı uşağımı güclə dolandırıam.
Muxalifet4 - 26-08-2018
Məhkəmə MTN zabitinə qarşı dələduzluq edən şəxsin vəkilinə xəbərdarlıq etdi
Bakıda sabiq MTN işçisinə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Məhkəmə proseslərində məlum olub ki, dələduzluqda ittiham edilən şəxs Azərbaycanda yüksək vəzifəli məmurlarla əlaqələrinin, qohumluğunun olduğunu deyərək müxtəlif şəxslərə qarşı da dələduzluq edib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Azad Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Muxalifet4 - 26-08-2018
Azərbaycanda polis rəisi vəzifəsindən azad olundu
Goranboy Rayon Polis Şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib.
"Report"un verdiyi məlumata görə, daxili işlər naziri, general polkovnik Ramil Usubovun müvafiq əmri ilə Goranboy rayon polis şöbəsinin rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlu vəzifəsindən azad olunaraq sərəncama göndərilib. Onun yerinə hələ ki, təyinat olmayıb.
Məlumata görə F. Azadəliyev 2014-cü ilin fevral ayından Goranboy rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.Muxalifet4 - 26-08-2018
Məktəbli ləvazimatları: yarmarka daha ucuzdur, yoxsa mağazalar… - REPORTAJ
Yeni tədris ilinin başlamasına 20 gün vaxt qalıb. Artıq övladlarını məktəbə yola salmağa hazırlaşan valideynlər məktəbli ləvazimatlarını almağa başlayıblar. Bir neçə gündür ki, Bakının müxtəlif mərkəzi yerlərində çadırlar qurulub, məktəb ləvazimatları satılır. Bildirilir ki, bu yarmarkalar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunub.
Muxalifet4 - 26-08-2018
Yaponiya 2020-ci ildə artıq uçan maşın istehsal edəcək - FOTO
Yaponiya 2020-ci ildə uçan avtomobil istehsal edəcək.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunun üçün Yaponiya "Uber", Yaponiya Hava Yolları, "Toyoto", "Yamata" və s. firmalarla birgə yol xəritəsi hazırlayacaq.
Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi sözügedən layihənin həyata keçirilməsi üçün özəl sektora 40.4 milyon dollar büdcə ayırıb.Muxalifet4 - 26-08-2018
Mənzil kirayəyə verənlərə xəbərdarlıq – VİDEO
Vətəndaş evini kirayə verdiyi zaman qanuna görə, kirayə pulunun 14 faizini vergi kimi ödəməlidir. Ancaq rieltorlar deyirlər ki, hazırda bu qaydaya ev sahibləri tərəfindən əməl olunmur.
Əgər vətəndaş evini vergi orqanında qeydiyyatda olan şəxsə kirayə verirsə, bu zaman onun vergi orqaninda uçota alinmaq, aldiği kirayə pulundan vergi ödəmək və vergi orqanina bəyənnamə təqdim etmək kimi öhdəliyi yaranmir.
Muxalifet4 - 26-08-2018
Cəlilabadda nə baş verir?- Qəribə gözəgörünməz oğrular peyda olub - VİDEO
İnsanlar hər gecə həyətlərində keşik çəkməli olurlar. Kənd sakinləri iddia edir ki, naməlum şəxs və şəxslər onların evlərindən oğurluq edir, sakinləri qorxudurlar.
Bir-neçə gündür ki, Cəlilabadın Alar kəndində sakinlərin evlərindən oğruluq etməyə çalışan kimlərsə peyda olub. Kənd sakinləri deyir ki, onları qorxu içində saxlayan həmin şəxs və ya şəxslərgecələr evlərinə daxil olur. Onların kim olduğunu görən olmasa da, kənddə artıq müxtəlif şayiələr dolaşmağa başlayıb.
Muxalifet4 - 26-08-2018
İngiltərə futbolunun əfsanəsi həbs edildi
İngiltərə millisinin sabiq futbolçusu Pol Qaskoyn qatarda qadına sataşdığına görə Britaniya polisi tərəfindən saxlanılıb.
Bu barədə Oxu.Az “The Sun”a istinadla xəbər verir.
“Qaza” ləqəbi ilə məşhurlaşan 51 yaşlı Qaskoyn Darem şəhərinin nəqliyyat polisi tərəfindən qadının şikayəti əsasında həbs edilib. İfadə verdikdən sonra onu müvəqqəti olaraq azad ediblər.
Muxalifet4 - 26-08-2018