Axtarış

The search found 105857 results in 0.118 seconds.

Search results

  1. Videodakı şəxsin Elmar Vəliyev olduğu təsdiqləndi - YENİLƏNİB

    Gəncədə sui-qəsdə məruz qalan icra başçısı Elmar Vəliyevə aid olduğu iddia edilən görüntülər yayılıb. Yerli mətbuatda yayılan kadrlarda onun səhhətinin yaxşı olduğu, normal şəkildə qidalandığı görünür. Buna baxmayaraq, həmin şəxsin icra başçısının oxşarı ola biləcəyi də vurğulanıb.

    Muxalifet4 - 25-08-2018

  2. Astarada heyvanların kütləvi şəkildə tələf olmasının səbəbi AÇIQLANDI

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Astara rayonu, Ərçivan kənd sakini Məmmədov Şaban Məmmədsəfa oğluna məxsus heyvandarlıq təsərrüfatında aparılmış dezinseksiya işlərindən sonra heyvanlar arasında kütləvi tələfat baş verməsi ilə bağlı araşdırma aparır.

    Muxalifet4 - 25-08-2018

  3. Keçmiş başçının kadrları İŞDƏN ÇIXARILDI

    Bakının Binəqədi rayonu, Binəqədi rayon Bələdiyyələr şurasının sədri, Binəqədi bələdiyyəsinin xanım sədri Sitarə Cabbarlı ilə müavini Sabir Həsənov işdən çıxarılıb.

    Muxalifet.az minval.info-ya istinadən xəbər verir ki, adları qalmaqallı hadisələrdə hallanan hər iki şəxs ötən gün vəzifədən göndərilib.
    Binəqədinin keçmiş icra başçısı olan Xaləddin İsgəndərovun kadrları hesab edilən Sitarə Cabbarlı və Sabir Həsənov vəzifə üstündə tez-tez dalaşıblar.

    Muxalifet4 - 25-08-2018

  4. ABŞ-dan Rusiyaya HƏRBİ CAVAB - Atlantik okeanındakı gəmi və təyyarələr...

    ABŞ Atlantik okeanının şimalında ikinci gəmi və təyyarə bazasını restavrasiya edib.

    Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Donanması Dəniz Əməliyyatları komandiri Con Riçardson deyib.

    Komandir bazanın bölgədə Rusiya ilə rəqabətdə üstünlüyü qorumaq və dəniz hakimiyyətini ələ keçirmək üçün yeniləndiyini bildirib.

    Muxalifet4 - 25-08-2018

  5. PKK rəhbərliyi də bitirilir - HƏDƏFDƏ ONLARDIR...

    Türkiyə Silahlı Qüvvələrinin sərhəddən xaricdə apardığı uğurlu əməliyyatlar PKK terror təşkilatının Türkiyə ərazisinə terrorçu, silah-sursat və partyacı maddə keçirməsinin qarşısını alıb. Hurriyyet.org xəbər verir ki, Türkiyənin Hasan Kalyoncu universitetinin əməkdaşı Murat Aslan “Anadolu Agentliyi”nə açıqlamasında deyib: “Ərazidə yarpaq tökümünün başlandığı son baharda hədəflər daha güclü təsir alına alındığı bir zamanda PKK-nın növbəti yarpaq tökümünə məruz qalması labüd görünür”.

    Muxalifet4 - 25-08-2018

  6. Ucarda ayaqları amputasiya olunan 29 yaşlı qız öldü

    Ucarda avtomobil qəzasında ağır yaralanan qadın xəstəxanada ölüb.

    "Report" xəbər verir ki, dünən Bakı-Qazax avtomagistralının Ucar ərazisində minik avtomobilində qəzaya düşən 1989-cu il təvəllüdlü ağır yaralı Mahmudova Həbibə Fəxrəddin qızı rayon xəstəxanasında gecə saatlarında keçinib.

    Məlumata görə, ağır durumda olan yaralının ayaqları amputasiya olunub. Həkimlərin səylərinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, qəza zamanı idarəetmədən çıxan minik avtomobili aşıb. Nəticədə 3-ü ağır olmaqla 5 nəfər xəsarət alıb.

    Muxalifet4 - 25-08-2018

  7. Çin şirkəti bükülən dron hazırlayıb - DETALLAR

    Çinin “DJI” şirkəti bükülən yeni “Mavic 2” dronunu təqdim edib. Pilotsuz uçuş aparatı “Mavic 2 Pro” və “Mavic 2 Zoom” versiyalarında istehsal olunacaq.

    “Mavic 2 Pro” “Hasselblad” şirkəti tərəfindən hazırlanmış 20 meqapiksel təsvir ölçülü bir düymlük matrisli kamera, “Mavic 2 Zoom” versiyası isə “DJI”nin öz istehsalı olan 12 meqapiksel matrisli kamera ilə təchiz edilib. Dronun hər iki versiyası 4K formatında videoçəkilişi dəstəkləyir və 8 Gb daxili yaddaşa malikdir.

    Muxalifet4 - 25-08-2018

  8. Elmar Vəliyevin daha bir VİDEOsu yayıldı - XƏSTƏXANA PAYLAŞDI

    Gəncənin icra başçısı Elmar Vəliyevin tam sağaldığını əks etdirən yeni görüntülər yayılıb.

    Muxalifet.az BakuPost-a istinadən xəbər verir ki, icra başçısının müalicə aldığı xəstəxananın rəsmi sosial şəbəkə hesabında paylaşılan videoda E. Vəliyevin gəzə bildiyi əks olunub.

    Muxalifet4 - 25-08-2018

  9. Merkel Bakıda Qarabağ problemindən danışdı - PREZİDENTLƏ GÖRÜŞ

    Avqustun 25-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

    Muxalifet.az xəbər verir ki, Azərbaycan Prezidenti və Almaniyanın Federal Kansleri görüşdə çıxış ediblər.

    Görüşdə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

    ***

    Muxalifet4 - 25-08-2018

  10. Məşhəddə 3 ev uçdu - 10 NƏFƏR ÖLDÜ

    İranın şimal-şərqində, Məşhəd şəhərində üç yaşayış evinin uçması nəticəsində 10 nəfər həlak olub, 5 nəfər xəsarət alıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə report "Ria Novosti"yə istinadən xəbər verir.

    Yerli yanğınsöndürmə xidmətinin təmsilçisi Mehdi Rezayi bildirib ki, hadisə nəticəsində on nəfər həlak olub, beş yaralı xəstəxanaya yerləşdirilib.

    Rezayinin sözlərinə görə, 15 qonşu binaya ciddi ziyan dəyib.

    Muxalifet4 - 25-08-2018

  11. "Bu səfər bizim münasibətlərimizə yeni təkan verəcək" - Merkel

    Avqustun 25-də Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Kansleri Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.
    Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, Almaniya Kansleri Angela Merkel görüşdə bildirib:
     
    “Hörmətli cənab Prezident. Hörmətli Azərbaycan tərəfinin nümayəndələri. Mən çox şadam ki, Azərbaycandayam. Biz artıq bir neçə dəfə görüşmüşük. Amma mən ilk dəfədir ki, bu ölkəyə səfər edirəm.
     

    Muxalifet4 - 25-08-2018

  12. Azərbaycan nefti 78 dollara çatır

    Dünya birjalarından neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

    Muxalifet.az xəbər verir ki, İCE London birjasında Brent markalı neft 0,517 faiz ucuzlaşaraq barreli 75,43 dollar olub. 

    Muxalifet4 - 25-08-2018

  13. Qafqaz Merkeli Prussiya addımı ilə qarşıladı - ANALİTİKA

    Üç Cənubi Qafqaz ölkəsinin fəxri qaravulları Almaniya kansleri Angela Merkeli Prussiya addımı ilə qarşılayıb. Bunu Rusiya imperiyasını hərbi ənənəsinə imperator I Pavel gətirib. Sovet illərində ardıcıllıq itirilməyib və yeni müstəqil dövlətlərə də keçib, bu da Avropa-Almaniya və Rusiyanın qarışıq ənənəsinə sadiqliyi göstərir.

    Muxalifet4 - 25-08-2018

  14. Alimlər dəniz suyundan uran əldə edirlər - VİDEO

    Okeanlarda az miqdarda uran var. Uran isə nüvə enerjisi reaktorunda istifadə edilən əsas yayanacaq tipidir və yosunlardan çıxarılır. İndi isə amerikalı alimlər bunu iplik vasitəsilə edir və bu yolla reaktor yanacağında istifadə edilən beş qram toz uran əldə edib.

    Tədqiqatçılar sviter kimi əşyaları toxumaq üçün istifadə etdiyimiz adi akril yundan enerji istehsal edəcək yeni texnologiya inkişaf etdirib.

    Muxalifet4 - 25-08-2018

  15. “Bu, tarixi bir səfərdir” - İLHAM ƏLİYEV

    “Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz.

    Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu olacaq və Almaniya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək”.

    Muxalifet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev  Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel ilə nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşdə deyib.

    Muxalifet4 - 25-08-2018

  16. Baş Prokurorluğun və Rabitə Nazirliyinin maşınları hərraca çıxarıldı

    Azərbaycanda bir sıra dövlət qurumları balanslarında olan bəzi nəqliyyat vasitələrini hərrac yolu ilə satışa çıxarır.

    Trend-in məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sentyabrın 25-də keçiriləcək hərracda Milli Məclis Aparatının mətbəəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi və Baş Prokurorluq balanslarında olan bir sıra nəqliyyat vasitələrini ucuz qiymətlə hərraca çıxaracaq.

    Muxalifet4 - 25-08-2018

  17. Yerə asteroid yaxinlaşir - Səma cismi potensial təhlükə hesab olunur

    Yer kürəsinə Xeops ehramı böyüklüyündə asteroid yaxınlaşır. 

    NASA xəbər verir ki, Yer kürəsindən 7,5 milyon kilometr məsafədən keçəcək asteroid “potensial təhlükə” hesab olunur. Asteroidin ölçüsü 70-160 metr diametrindədir. Alimlərin hesablamalarına görə, asteroid saniyədə 9 kilometr sürətlə hərəkət edir və avqustun 29-da planetimizə ən yaxın məsafədən keçəcək. Qeyd edək ki, yaxın 100 il ərzində Yer kürəsinin asteroidlə toqquşma ehtimalı sıfıra bərabərdir.

    Muxalifet4 - 25-08-2018

  18. Qurban bayramında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 2 gündə 3362 nəfər xəstəxanaya müraciət etdi - VİDEO

    Türkiyənin Sakarya vilayətinin Qarasu şəhərində kütləvi zəhərlənmə baş verib.

    Qurban bayramında iki gün ərzində 3362 nəfər xəstəxanaya müraciət edib.

    Müraciət edənlərin 1516 nəfərində ürəkbulanma, qusma, qarın ağrısı və izhal aşkarlanıb. Xəstələrin həddindən artıq istifadə edilən şəhər və hotel hovuzları başda olmaqla, kəskin istilər və köhnəlmiş qidalardan xəstələndiyi bildirilib.

    Onlar qısa müddətdə müalicə edilib və ambulator müalicəyə buraxılıb. Bölgədə xəstəxana personalı 3 qat artırılıb./publika.az

    Muxalifet4 - 25-08-2018

  19. Bülent Ersoyu heç BELƏ GÖRMƏDİNİZ - Bu VİDEOSU sosial şəbəkəni BİR-BİRİNƏ QATDI

    Uzun fasilədən sonra sosial şəbəkələrə geri dönən Bülent Ersoyun hamam xalatı ilə olan videosu bütün medianı bir-birinə qatıb.

    Bület Ersoyun sosial hesabında "Bilirsiniz, mən bıcı-bıcı yapdım” dediyi videosunu 1 saat ərzində 50 min izləyici seyr edib. Hazırda isə video 300 mindən çox izlənib.

    Türk sənət musiqisinin divası Bülent Ersoyun videosunun ardınca Sefa Doğanay da Ersoyu təqlid edərək, eyni mövzuda video paylaşıb, "hələ də təsirindən çıxa bilməmişəm. Bir diva parodiyası da məndən gəlsin” şərhini yazıb./publika.az

    Muxalifet4 - 25-08-2018

  20. Angela Merkel Şəhidlər xiyabanını ziyarət etdi

    Azərbaycan Respublikasında səfərdə olan Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel avqustun 25-də Şəhidlər xiyabanını ziyarət edib.

    Muxalifet.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Kansler Angela Merkel Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət etdi.

    Ali qonaq "Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

    Muxalifet4 - 25-08-2018

Pages