Axtarış
The search found 105857 results in 0.078 seconds.
Search results
Lavrovdan Türkiyə açıqlaması: Hərbi əməkdaşlıq...
Rusiya və Türkiyənin gündəmində hər zaman müzakirə ediləcək mövzular var. Ticarət, iqtisadi sahədə münasibətlər, humanitar əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq son dərəcə aktiv şəkildə inkişaf edir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü zamanı dilə gətirib.
Lavrov Rusiya və Türkiyənin digər nazirlərinin də qısa müddət sonra bir sıra görüşlər keçirəcəyini bildirib.Muxalifet - 24-08-2018
Körfəz ölkələrində BÖYÜK TƏLAŞ - HƏR AN PULLARINI ƏLƏ KEÇİRƏ BİLƏRLƏR
4 trilyon dollar qorxusu
Muxalifet - 24-08-2018
Angela Merkel Ermənistana gəldi
Cənubi Qafqaz səfəri çərçivəsində Gürcüstandakı görüşlərini başa vuran Almaniya kansleri Angela Merkel bu gün Ermənistanın paytaxtı Yerevana gedib.
Muxalifet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Merkeli hava limanında baş nazir Nikol Paşinyan qarşılayıb.
Qeyd edək ki, Almaniya kansleri Ermənistan səfərini başa vurandan sonra - sabah Bakıda olacaq.Muxalifet - 24-08-2018
Bransonun cinayət işində ŞOK DETAL - PKK üzvlərini kilsədə gizlədib
Amerikalı rahib Endryu Bransonun FETÖ təşkilatı ilə yaxından əlaqəsi olduğuna dair iddiaların ardından daha bir maraqlı məqam ortaya çıxıb. Bransonun cinayət işinda yeni məqamlar ortaya çıxmağa başlayıb. İnid də PKK terror qruplaşmasına kömək etdiyinə dair iddialar irəli sürülüb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, FETÖ və PKK kimi qruplaşmaların törətdiyi cinayətlərdə iştirak etdiyi üçün ittiham edilən Branson İzmirdə həbsdə saxlanılır.Muxalifet - 24-08-2018
Putindən Türkiyə açıqlaması: Münasibətlərimiz...
Türkiyə ilə münasibətlərimiz dərinləşir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Münasibətlərimiz həmçinin yeni sahələrlə zənginləşir. Regional və iqtisadi sahələrdə əməkdaşlığımız böyüyür”, - Putin bildirib.
Muxalifet - 24-08-2018
Politoloq: Paşinyan özünü Ermənistanda davam edən gərgin siyasi vəziyyətin girovluğunda hiss edir
“Paşinyanın hakimiyyətə gəlməsindən 100 gün keçməsinə baxmayaraq, o, hələ də çalışır ki, hakimiyyətdəki mövqelərini möhkəmləndirsin”.
Bu sözləri politoloq Elşad Mirbəşiroğlu böhran vəziyyətində olan Ermənistandanın daxili vəziyyətini şərh edərkən deyib. O bildirib ki, bu gün reallıq ondan ibarətir ki, Paşinyanın hakimiyyətdəki mövqeləri olduqca zəifdir və atdığı addımlar heç də gözlədiyi nəticələri vermədi:
Muxalifet - 24-08-2018
Daha bir ölkə ABŞ məhsullarını BOYKOT ETDİ
Mərakeşdə "Türk lirəsinə dəstək və ABŞ məhsullarını boykot" adı altında kampaniya başladılıb.
Muxalifet - 24-08-2018
Poroşenko çıxış etdi, 2 əsgər huşunu itirdi - Video
Ukrayna prezidenti Petro Poroşenkonun Kiyevdə çıxışı zamanı fəxri qarovulun əsgəri huşunu itirib.
Muxalifet.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, əsgərə dərhal yardım göstərilib və o, ərazidən uzaqlaşdırılıb. Bundan bir neçə dəqiqə sonra daha bir əsgər huşunu itirib.
Muxalifet - 24-08-2018
ABŞ əzəli silahından istifadə edir - Klintseviç
S-400 almaq istəyən ölkələrə ABŞ-ın sanksiya tətbiq etmək cəhdləri haqsız rəqabətin göstəricisidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının senatoru Frans Klintseviç deyib.
“Silah bazarında Rusiyaya uduzan ABŞ əzəli silahı olan sanksiyalardan istifadə edir”, - deyə senator bildirib.
Muxalifet3 - 24-08-2018
SON DƏQİQƏ: ABŞ bütün dünyanı HƏDƏLƏDİ
Birləşmiş Ştatlar Rusiyadan S-400 zenit raket kompleksləri alacaq bütün ölkələrə sanksiyalar tətbiq edə bilər.
Muxalifet.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert keçirdiyi ənənəvi brifinqdə bildirib.
"Biz bütün dünyada tərəfdaş və müttəfiqlərimizin S-400 zenit raket komplekslərini mümkün almasına qarşıyıq" – deyə Nauert bildirib.
Türkiyədən başqa S-400 alışına görə digər ölkələrə də sanksiya tətbiq oluna bilərmi sualını Nauert müsbət cavablandırıb.
Muxalifet3 - 24-08-2018
Türkiyə baş nazirindən AÇIQLAMA: Bundan sonra zaman islam dünyasınındır
Ölkəmiz böyüdükcə və inkişaf etdikcə bəzilərinin qısqanclığı artır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım deyib.
“Bu coğrafiyada qalmanın böyük bədəli var. Tarix boyunca bu bədəli ödəyərək bu günlərə gəldik. Bundan sonra sadəcə ölkəmiz üçün deyil, islam dünyası üçün çalışacağıq”, - deyə baş nazir bildirib.
Muxalifet3 - 24-08-2018
Tiflisdə Merkelə gözlənilməz hədiyyə...
Gürcüstanın Baş naziri Mamuka Baxtadze Almaniya kansleri Angela Merkelə qədimi rəsm əsəri hədiyyə edib.
Muxalifet.az xəbər verir ki, Baxtadze XVII əsrə aid bu hədiyyəni kanslerin şərəfinə təşkil edilən rəsmi qəbulda verib.
Rəsm əsərinin İkinci Dünya müharibəsi zamasnı Drezden muzeyindən itdiyi, sonra SSRİ-yə, daha sonra Gürcüstana gətirildiyi bildirilir.
Muxalifet3 - 24-08-2018
Azərbaycanda neçə məktəb inşa edilir? - Açıqlama
Yeni dərs ilinə hazırlıq çərçivəsində ümumi təhsil müəssisələrinin tikintisi və təmiri davam etdirilir.
Təhsil Nazirliyindən verilən məlumata görə, hazırda ölkənin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır.
Məlumatda həmçinin qeyd olunub ki, 2018-ci ildə respublika ərazisində 137 modul tipli təhsil müəssisə istifadəyə veriləcək: "Ümumilikdə Bakı şəhəri və ölkənin 54 rayonu olmaqla, 193 obyektdə işlər aparılır".
Muxalifet3 - 24-08-2018
Bakı güc mərkəzlərinin diqqətində: Merkelin səfəri...
Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri qarşılıqlı əlaqələrin inkişafına yeni stimul verəcək.
Bunu trend -ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə qeyd edib ki, bu gün Avropa İttifaqı, o cümlədən quruma üzv ölkələrlə qarşılıqlı faydalı münasibətlər qurmaq və mövcud əlaqələri daha da dərinləşdirərək inkişaf etdirmək Azərbaycanın xarici siyasət kursunda əsas istiqamətlərdən birini təşkil edir. Bu sırada Almaniya mühüm yerlərdən birini tutur:Muxalifet3 - 24-08-2018
İnsanlığın SONU GƏLİR - Qiyamət gününün vaxtı dəqiqləşdi...
7,6 milyard Yer kürəsi əhalisinin iki milyarddan çoxu su çatışmazlığı hiss edir və ya ümumiyyətlə təmiz su ehtiyatından istifadə edə bilmir.
Muxalifet.az Rusiya KİV-nə istinadən bildirir ki, bu barədə BMT-nin yeni hesabatında deyilir.
Xəbər verilir ki, 2030-cu ilə kimi planetin bütün əhalisini normal sanitariya səviyyəsində təmiz su ilə təmin etmək üçün əvvəllər dünyanın qarşıya qoyduğu məqsədə çatmaq mümkün deyil. 2050-ci ilə kimi planetin əhalisinin yarısının təhlükəsiz, sanitar normalara uyğun su ehtiyatlarından istifadə etməsi mümkün olmayacaq.Muxalifet3 - 24-08-2018
Tramp getsə, qiyam başlayacaq - Vəkil
ABŞ Prezidenti Donald Tramp postundan çıxarılarsa, ölkədə qiyam başlayacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ prezidentinin şəxsi vəkili Rudi Quiliani deyib. O bildirib ki, Tramp yalnız demokratik yolla vəzifədən gedə bilər, əks halda Amerika xalqı bununla barışmayacaq.
Qeyd edək ki, bu il noyabrın 6-da ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək. Demokratlar Partiyası bu seçkilərdə çoxluq qazana və Respublikaçılar Partiyasını təmsil edən Donald Trampa qarşı impiçment elan edilməsi prosesinə başlaya bilər.Muxalifet3 - 24-08-2018
Merkel İrəvanda Qarabağdan danışdı: Buna hazırıq...
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlverişli atmosferin yaradılmasına yardımçı ola bilərik.
Muxalifet.az xəbər verir ki, bu sözləri İrəvanda səfərdə olan Almaniya kansleri Angela Merkel deyib.
Kansler çıxışında ölkəsinin ATƏT-in Minsk qrupunun üzvü olduğunu xatırladıb:
“Bu münaqişəni həll etmək yaxşı olardı. Lakin müsbət atmosferdə həll edilməsi vacibdir. Almaniya buna hazırdır”.
Muxalifet3 - 24-08-2018
Xərçəngin yeni əlaməti aşkar edildi
“Vlad Taym” saytında 35 yaşlı britaniyalı qadın Ceyd Bolduinin başına gələn qəribə hadisədən bəhs olunur. O, ilk dəfə tənəffüs çətinliyindən şikayət ilə 2016-cı ildə klinikada müalicə edilib. Qadına “virus infeksiyası” diaqnozu qoyulub və antivirus dərmanları yazılıb. Lakin iki aydan sonra limfa düyünləri böyüyüb və “limfa sisteminin xərçəngi” diaqnozuna çevrilib.
Muxalifet3 - 24-08-2018
“Xankəndi bombardman edilməlidir” – AÇIQLAMA
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində - Xankəndində futbol üzrə “Avropa çempionatı”nın keçirilməsi ərazi bütövlüyümüzə qarşı olan qərardır.
Muxalifet.az xəbər verir ki, bunu tarixçi-alim Dilavər Əzimli deyib.
O qeyd edib ki, qondarma turniri təşkil edən quruma qarşı sərt cavab verilməli və çempionatın qarşısı alınmalıdır:Muxalifet3 - 24-08-2018
İlanlar Azərbaycanda bir ailəni evsiz qoydu - Video
İlanlar Zaqatala rayonunun Aşağı Tala kənd sakinlərini evlərinə həsrət qoyub.
Muxalifet.az xəbər verir ki, bir ailə 20 gündür ki, evlərinə girə bilmir.
İlk dəfə ilana evin təməli qazılanda rast gəlinib. Yaşadıqları 20 il ərzində ilanlar demək olar ki, ev sakinlərinə çevrilib. Zaman keçdikcə ilanların gedəcəyinə ümid etsələr də, bu ilin martından daha da çoxalıblar.Muxalifet3 - 24-08-2018