Axtarış
The search found 105857 results in 0.105 seconds.
Search results
“Merkelin səfəri münasibətlərə ciddi töhfə verəcək” – Hikmət Hacıyev
Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri baş nazir səviyyəsində həyata keçirilən ilk səfərdir. Bu səfər istər yüksək səviyyəli siyasi dialoqun, istərsə də iqtisadi və humanitar əlaqələrin inkişafı baxımında ölkələrimiz arasındakı münasibətlərə ciddi töhfə verəcək.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.Muxalifet - 23-08-2018
Paşinyan-Köçəryan qarşıdurması: oktyabrda...
Oktyabrda Ermənistanda daxili vəziyyət kəskin şəkildə dəyişəcək.
Bu sözləri Axar.az-a açıqlamasında fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq bildirib ki, Ermənistanda gedən siyasi proseslər bu ölkədə daxili vəziyyətin birmənalı olmadığından xəbər verir:Muxalifet - 23-08-2018
Rusiya ABŞ əvəzinə Çini seçdi
Rusiya ABŞ-ın sanksiyalarına cavab olaraq bu ölkədən elektron avadanlıq və ikili istifadə olunan ehtiyat hissələri idxalını dayandıracaq.
Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Təhlükəsizlik və Müdafiə Komitəsi başçısının köməkçisi Aleksey Kondratyev bununla bağlı açıqlama yayıb.
O açıqlamasında qərarın yaxın zamanda qüvvəyə minəcəyini bildirib. A.Kondratyev bu qərarın ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq verildiyini bildirib.
O, boş qalan bazarın Çin məhsulları ilə dolduracağını bəyan edib.Muxalifet - 23-08-2018
Bakıda BMV-ni qaçıran şəxs tutuldu
Bakıda BMV markalı avtomobili qaçıran şəxs saxlanılıb.
DİN-dən Muxalifet.az-a verilən məlumata görə, ötən gün Bakı şəhər sakini Əliş Mustafayev polisə müraciət edib bir gün əvvəl Səbail rayonunun Xəqani küçəsində yerləşən dayanacaqda BMV markalı avtomobilini saxlamasını, açarlarını isə orada işləyən şəxsə verməsini, ertəsi gün həmin şəxsin avtomobili qaçırmasını bildirib.
DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avqustun 22-də avtomaşının Xətai rayonu Zığ yolu küçəsində hərəkətdə olması müəyyən edilib.Muxalifet - 23-08-2018
Rusiya XİN-dən Qarabağ AÇIQLAMASI
Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik səylərini davam etdirir.
Muxalifet.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Maria Zaxarova bildirib.
"Bizim vasitəçilik səylərimiz davam edir. Biz tərəflərlə müxtəli formatlarda əlaqə saxlayırıq".Muxalifet - 23-08-2018
Tramp: "Mənə impiçment elan etsələr, hər kəs kasıb olacaq"
"ABŞ prezindentinə impiçment elan olunması ölkə iqtisadiyyatı üçün acı fəsadlara gətirib çıxaracaq".
"Report"un xarici KİV-ə istinadən xəbər verir, bunu "Fox News"a müsahibəsində Ağ evin sahibi Donald Tramp bildirib.
"Başa düşə bilmirəm, bu qədər gözəl iş görənə necə impiçment elan etmək olar. Əgər nə vaxtsa mənə qarşı impiçment elan etsələr, bazarlar çökəcək, hamı çox kasıb olacaq", - o deyib.Muxalifet - 23-08-2018
Bakının mərkəzində BİABIRÇILIQ: "Trans" küçənin ortasında ŞOU GÖSTƏRDİ - 18+ VİDEO
Bakının mərkəzində transseksuallardan biri rəqs etməsi ilə diqqət çəkib.
Muxalifet.az xəbər verir ki, onun bu rəqsi birmənalı qarşılanmayıb.
Cinsiz azlıq nümayəndəsi “Tarqovu” adlanan ərazidə rəqsinə görə tənqid edilib.
Bundan başqa mərkəzi küçədə onun belə rahat davranışı da müzakirə mövzusuna çevrilib.
Muxalifet3 - 23-08-2018
Avropadan İrana böyük dəstək: 18 milyon avro...
Avropa Birliyi (AB) İrana 18 milyon avroluq yardım paketinin göndərilməsi ilə bağlı qərar verib.
Muxalifet.az xəbər verir ki, yardım iqtisadi və sosial sahələri dəstəkləyən layihələrə ayrılacaq.
Belə ki, bu məbləğin 8 milyonu özəl sektora, digər 8 milyonu ətraf mühitin mühafizəsinə, 2 milyonu isə narkotik qaçaqmalçılığına qarşı mübarizəyə yönləndiriləcək.
Qeyd edək ki, bu, İranla nüvə razılaşması çərçivəsində Tehrana göndəriləcək toplam 50 milyon avroluq yardım paketinin ilk hissəsidir.
Muxalifet3 - 23-08-2018
KTMT-dən yenilik: Avqustun 16-da...
Hərbi blok olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yanında müşahidəçi və tərəfdaş statuslarına malik olan təmsilçilik yaradılır.
Muxalifet.az saytının xəbərinə görə, avqustun 16-17-də Moskvada təşkilata üzv ölkələrin müvafiq dövlət strukturlarının nümayəndələrinin iştirakı ilə məsləhətləşmələr keçirilib.
Məsləhətləşmələrdə KTMT yanında müşahidəçi statusunda təmsilçilik və KTMT-nin tərəfdaşı statusunun hüquqi rəsmiləşdirilməsinə dair sənədlər paketinin razılaşdırılması müzakirə olunub.Muxalifet3 - 23-08-2018
Zaxarova açıqladı: İŞİD-çilərə silah daşınır...
Əfqanıstandakı İŞİD və Taliban döyüşçülərinə helikopterlərlə silah daşındığını müəyyən etdik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, helikopterlərin mənsubiyyəti ilə bağlı məlumatların olmadığını bildirib:
“Əfqanıstan mətbuatının və yerli sakinlərin bildirdiyinə görə, bu helikopterlərin uçuşu son dönəmlər Saripul şəhərində müşahidə edilib. Bu hadisələrin Mərkəzi Asiya ölkələrinin sərhəd bölgələrində baş verdiyini görürük”.
Muxalifet3 - 23-08-2018
Bakı ilə Minvodını sürət qatarı birləşdirəcək
Rusiya Federasiyasının (RF) Stavropol diyarına aid olan Minvodı ilə Bakı arasındakı dəmir yolu xəttinə “Lastoçka” sürət qatarları buraxıla bilər.
Muxalifet.az xəbər verir ki, “Rusiya Dəmir Yolları” şirkətində bununla bağlı layihənin müzakirəsi planlaşdırılır.Muxalifet3 - 23-08-2018
Rusiya dünya mətbuatında RÜSVAY OLDU: Hərbi paradda tank belə aşdı - Video
Rusiyanın Kursk vilayətində Kursk döyüşünün 75 illiyinə həsr edilmiş hərbi paradda tank aşıb.
Muxalifet.az xəbər verir ki, olay zamanı xəsarət alan olmayıb.
Həmin görüntüləri təqdim edirik:
Muxalifet3 - 23-08-2018
Ukraynadan düşmənlərinə mesaj: İlin sonunadək...
İlin sonunadək Ukrayna daha 20 növ silah və hərbi texnikanın istehsalını, modernləşdirilməsini başa çatdıracaq.
Muxalifet.az xəbər verir ki, bu fikri Kiyevdə silah və hərbi texnikalar sərgisində çıxışı zamanı Ukrayna Prezidenti Petro Poroşenko söyləyib.
Poroşenko bildirib ki, son beş ildə Ukrayna silahlı qüvvələrinə səkkiz növ zirehli döyüş nəqliyyat vasitəsi, iki növ tank əleyhinə raket sistemi, bu gün isə yeddi növ modernləşdirilmiş təyyarə və helikopter təhvil verilib.Muxalifet3 - 23-08-2018
İranda 4,9 ballıq zəlzələ baş verdi
İranın cənubunda 4,9 maqnitudalı zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların UTC vaxtı (Beynəlxalq vaxt) ilə 10:52-də qeydə alındığı bildirilib.
Zəlzələnin episentri Kiş şəhər mərkəzindən 63 km şimalda, ocağı isə 10 km dərinlikdə qeydə alınıb.
Dağıntı və tələfatla bağlı məlumat verilmir.
Muxalifet3 - 23-08-2018
XİN-dən açıqlama: Provokativ addımlar qəsdən atılır ki...
Parlamentin üzvü olmaq digər ölkələrin qanunlarını pozmağa əsas vermir.
Bu barədə trend -ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniya deputatının Azərbaycan tərəfdən işğal edilmiş ərazilərimizə səfər niyyəti məsələsinə münasibət bildirərkən deyib.Muxalifet3 - 23-08-2018
F-35-dən ilk böyük qəza
ABŞ-a məxsus F-35 qırıcı təyyarəsi ilk dəfə böyük qəza törədib.
Muxalifet.az xəbər verir ki, qəza qırıcının fövqəladə eniş həyata keçirməsindən sonra baş verib. Belə ki, dəyəri təxminən 80 milyon dollar olan təyyarənin Eqlin Hava Qüvvələri bazasına enişindən sonra ön hissəsi çöküb. Məsələ ilə bağlı açıqlama verən rəsmilər xilasedicilərin təcili olaraq hadisə yerinə göndərildiyini və pilotun xəsarət almadan qırıcıdan çıxarıldığını bildirib.
Məlumata görə, ABŞ Hava Qüvvələri qəzanın səbəbini araşdırır.Muxalifet3 - 23-08-2018
Ukraynada rekord: 2700 metr uzunluğunda... - Foto
Ukraynanın paytaxtı Kiyevdə təntənəli şəkildə qeyd edilən Dövlət Bayrağı Günü ilə bağlı yeni milli rekord qeydə alınıb.
Muxalifet3 - 23-08-2018
ABŞ səfirliyinə hücum edən şəxslər FETÖ-çu çıxdı
ABŞ-ın Ankaradakı səfirliyinə hücum edən və bunu spirtli içkinin təsirindən etdiklərini iddia edən şəxslər FETÖ-çu çıxıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı "Yeni Akit" qəzeti yayıb.
Hər iki şəxsin mobil telefonlarının və sosial hesablarının araşdırılması zamanı FETÖ ilə əlaqələri olduğu məlum olub.
Onlar sosial media hesablarında FETÖ terror təşkilatına dəstək məqsədi ilə bir neçə status və görüntülər paylaşaraq, onların yanında olduqlarını bildiriblər.
Muxalifet3 - 23-08-2018
"Lotu Quli" sərbəst buraxıldı - "AST Telman"ın qonağı ikən tutulub - VİDEO
Muxalifet.az yeniçağ.az-a istinadən xəbər verir ki, kriminal avtoritet Çernoqoriyanın paytaxtı Podqoritsada tutulub.
Əldə etdiyimiz özəl məlumata görə, ötən gün “İnterpol” tərəfindən saxlanılan Səlifov bu gün sərbəst buraxılıb.
Bildirilir ki, “Lotu Quli” sözügedən ölkədə azərbaycanlı oliqarx Telman İsmayılovun qonağı olarkən saxlanılıb.Qeyd edək ki, Telman İsmayılov Rusiyada problemlərlə üzləşdikdən bir müddət sonra Podqoritsanı özünə məskən seçib.
Muxalifet3 - 23-08-2018
"Ford"un vitse-prezidenti Pxenyana göndərildi - Qərar
ABŞ Dövlət katibi Mayk Pompeo Stiv Biqeni Şimali Koreyaya xüsusi nümayəndə təyin edib.
Muxalifet.az xəbər verir ki, dövlət katibi bu barədə departamentdə jurnalistlərə açıqlamasında deyib.
“Stiv partnyorlar və müttəfiqlərlə danışıqlara və bir sıra diplomatik səylərin göstərilməsinə başçılıq edəcək”, - deyə Pompeo bildirib.
Qeyd edək ki, S.Biqen bundan öncə "Ford" avtokonsernin vitse-prezidenti idi.
Muxalifet3 - 23-08-2018