Axtarış
The search found 105854 results in 0.076 seconds.
Search results
Nəcməddin Sadıqov belaruslu həmkarı ilə görüşdü
Belarus Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonev ilə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, Belarus Respublikası Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Muxalifet3 - 22-08-2018
SON DƏQİQƏ: Putin NATO-ya qarşı qoşun toplayır - HƏR EHTİMALA TƏDBİRLİYİK
NATO-ya qarşı hərbi infrastrukturumuzu gücləndrəcəyik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Finlandiya Prezidenti Sauli Niinistyo ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.Muxalifet3 - 22-08-2018
Lotu Quli həbs olundu
Azərbaycanlı qanuni oğru “Lotu Quli” ləqəbli Nadir Səlifov həbs olunub.
Muxalifet.az-ın yeniçağ.az-a istinadən məlumatına görə, kriminal avtoritet Çernoqoriyada saxlanılıb.
Onun paytaxt Podqoritsada “İnterpol” tərəfindən saxlanıldığı bildirilir.
Qeyd edək ki, Nadir Səlifov azadlığa ötən il çıxmışdı.
Muxalifet3 - 22-08-2018
Dünyanın ən çox qazanan aktyorları - Siyahı
Məşhur Hollivud aktyoru Corc Kluni bir il ərzində 239 milyon dollar qazanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Forbes” jurnalının dərc etdiyi hesabatda qaeyd olunub.
Kluninin gəlirinin belə artmasına səbəb tekila istehsal edən “Casamigos Tequila” şirkətini satması olub.
İkinci yerdə 124 milyon dollarlıq qazancla Dueyn Conson qərarlaşıb.
İlk üçlüyə aktyor Robert Dauni-kiçik daxil olub. Onun qazancı 81 milyon dollar təşkil edib. Onun qazancının artmasına “Qisasçılar: Sonsuzluq müharibəsi” filmindəki oynadığı rol səbəb olub.
Muxalifet3 - 22-08-2018
Bu ölkələr Suriyadan çıxsın - Lavrov
Dəməşqin dəvəti olmadan Suriyada fəaliyyət göstərən bütün xarici qüvvələr bu ölkəni tərk etməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov söyləyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton iranlı qüvvələrin Suriyadan çıxacağı təqdirdə Vaşinqtonun Moskva ilə birgə Suriya probleminin həlli məsələsini müzakirə etməyə hazır olduğunu söyləmişdi.
Muxalifet3 - 22-08-2018
"Nar" Qurban bayramı münasibətilə pulsuz dəqiqələr hədiyyə edir
Milli dəyərlərə xüsusi diqqətilə seçilən mobil operator “Nar” Qurban bayramı münasibətilə abunəçilərinə 100 dəqiqə hədiyyə edir. Bonus dəqiqələri əldə etmək üçün Nar abunəçiləri *777#2223# şifrəsini yığmalıdır. Təqdim olunan bonuslar 22 avqust tarixində aktivləşəcək və şəbəkədaxili zənglər üçün sərf olunacaq. Bonus dəqiqələr bayram günlərinin sonuna qədər aktivdir. Bu kampaniya bütün fərdi Nar nömrələrinə aiddir və kampaniyaya qoşulmaq tamamilə ödənişsizdir. “Qurban bayramı” və digər kampaniyalar haqqında ətraflı məlumatı nar.az saytında əldə edə bilərsiniz.
Muxalifet4 - 22-08-2018
NATO-dan Putinə cavab: Rusiya üçün təhlükə...
Bizim hərəkətlərimiz müdafiə və proporsional xarakter daşıyır, Rusiya üçün təhlükə törətmir.
Muxalifet.az xəbər verir ki, bunu NATO rəsmi nümayəndəsi Oana Lunqesku deyib.
“NATO qüvvələri nə Rusiya, nə də başqa bir ölkə üçün təhlükə törətmir. Bizim hərəkətlərimiz götürdüyümüz beynəlxalq öhdəliklərə tam cavab verir”, - Lunqesku bildirib.
Onun sözlərinə görə, Krımın Rusiyaya qanunsuz birləşdirilməsinə qədər NATO-nun qüvvələrini şərqə öndərmək kimi planı olmayıb:Muxalifet3 - 22-08-2018
Leyla Məmmədzadə qalmaqallı holdinqi tərk etdi
Leyla Məmmədzadə “Summa” şirkətlər qrupunda baş direktor vəzifəsini tərk edib.
Muxalifet.az xəbər verir ki, hazırda həmin post Aleksandr Xonkinə məxsusdur.
Daha öncə Leyla Məmmədzadə “Summa” holdinqinin həmtəsisçiləri – Ziyavuddin Maqomedov və onun qardaşı Maqomed Maqomedovla birliksə saxlanılmışdı. Onun vəkili bildirirdi ki, 2,5 milyard rubl vəsaitin oğurlanmasında şübhəli bilinən cinayətkar dəstənin güman edilən təşkilatçıları barəsində başlanmış cinayət işində Məmmədzadənin adı keçmir.Muxalifet3 - 22-08-2018
Belçikada silahlı hücum: Ölənlər var
Belçikanın şərqində bir neçə şəxs bıçaqlı hücuma məruz qalıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Plombyer kommunasının burqomistri Tyerri Vimmer deyib.
“Təəssüf ki, Morsen-Şapeldə faciə baş verdi. Ola bilər ki, hücum nəticəsində bir çenə nəfər ölüb. Amma bu hadisənin terror aktı olduğunu göstərmir”, - Vimmer bildirib.
Onun sözlərinə görə, şübhəli şəxs polis tərəfindən zərərsizləşdirilib.
Muxalifet3 - 22-08-2018
Fransızla Makrondan narazıdır
Fransızların 54 faizi ölkə prezidenti Emmanuel Makronun fəaliyyətindən narazdır.
Muxalifet.az xəbər verir ki, bu nəticə “Elabe” institutunun BFMTV telekanalı üçün keçirdiyi rəy sorğusunda məlum olub.
Bu rəqəm 2017-ci ilin iyulundakı nəticələrdən də pisdir.
Respondentlərin üçdə biri isə bu nəticə gəlmək üçün hələ tez olduğunu deyiblər. Rəyi soruşulanların cəmi 14 faizi ölkə Makronun fəaliyyətindən razı olduqlarını bildiriblər.
Muxalifet3 - 22-08-2018
ABŞ-ın neft ehtiyatları azaldı
ABŞ-ın kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə 5.8 milyon barrel (1.4 faiz) azalaraq 408.4 milyon barrelə çatıb.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Energetika İnformasiya İdarəsi (Eİİ) məlumat yayıb. Qurum həmçinin ABŞ-ın benzin ehtiyatlarının ötən həftə 1.2 milyon barrel artaraq 234.3 milyon barrel olduğunu açıqlayıb.
Eİİ-nin hesabatında xam petrol istehsalında ötən həftə 134 min barrel artım olduğu da qeyd edilib.Muxalifet3 - 22-08-2018
Suriyada 3 pilotsuz təyyarə vuruldu
Suriya ordusu İdlib əyalətində terrorçulara məxsus 3 ədəd pilotsuz təyyarə vurub. Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Atəşkəs Monitorinq Mərkəzinin rəhbəri Aleksey Çıqankov deyib. “Avqustun 21-də Suriya ordusunun hərbçiləri Əbu-Dali yaxınlığında mövqelərinə yaxınlaşan 3 ədəd PUA aşkar ediblər. ZU-23 zenit qurğusu vasitəsilə PUA-lar məhv edilib”, - Çiqankov bildirib.
Muxalifet3 - 22-08-2018
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bunu etdiməyən sürücünü 50 manat cərimə gözləyir...
Son aylar sürücülərə texniki baxışın bitməsinə görə 50 manat cərimə yazılır.
Muxalifet.az xəbər verir ki, avtomobildə texniki baxış müddəti başa çatdığı zaman sürücüyə 20 gün müddətinə cərimə yazıla bilməz.
Bu "Yol hərəkəti haqqında” qanunun 30-cu maddəsində qeyd olunub. Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən bu maddənin VI hissəsində nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır.Muxalifet - 23-08-2018
Angela Merkelin Cənubi Qafqaz regionuna səfəri başlayır
Bu gün Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz regionuna üç günlük səfəri başlayır.
O, Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək və bu ölkələrin rəhbərlikləri ilə danışıqlar aparacaq.
Almaniya hökumətindəki mənbələrin məlumatına görə, rəsmi Berlin regionun siyasi və iqtisadi inkişafında maraqlıdır.
"Reuters"in xəbərinə görə, Angela Merkel Bakıya səfəri zamanı Azərbaycan qazının Türkiyədən keçməklə Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsi danışıqların gündəliyində duracaq.Muxalifet - 23-08-2018
Kriştianu Ronaldu: İstəyirəm ki, böyük oğlum futbolçu olsun
İtaliyanın "Yuventus" klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu böyük oğlu olan Kiçik Kriştianunun gələcəyi haqqında öz fikirlərini bölüşüb.
Muxalifet.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, futbolçu böyük oğlunun olduqca aydın məqsədli və uduzmağı sevməyən biri olduğunu deyib.Muxalifet - 23-08-2018
ABŞ nüvə bombardmanının görüntülərini yaydı – VİDEO/FOTO
ABŞ-ın Sandia Milli Laboratoriyası F-15 “Strayk İql” qırıcısından B61 nüvə bombasının atılmasını təsvir edən kadrları yayıb.
Muxalifet.az xəbər verir ki, video təşkilatın yutub kanalında dərc edilib.
Videoçarxda iki hadisə göstərilib. Onlardan birində Amerika hərbi təyyarəsi böyük hündürlükdə, ikinci halda isə 270 metrdən bir az çox hündürlükdə uçuş zamanı taktik nüvə silahını atır.
Bombanın düşməsi zamanı paraşüt açılır. Onun nüvə yükünün olmadığı bildirilir.
Muxalifet - 23-08-2018
“Qarabağ” bu gün AvroLiqanın ilk pley-off oyununa çıxır
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinə start veriləcək.
Muxalifet.az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" klubu da ilk oyununa çıxacaq. Komandamız Moldova çempionu "Şerif"in qonağı olacaq.
Tiraspol təmsilçisi də Ağdam klubu kimi mübarizəyə Çempionlar Liqasından başlayıb. “Qarabağ” 3-cü, "Şerif" isə 2-ci təsnifat mərhələsində uduzaraq, AvroLiqaya düşüb.Muxalifet - 23-08-2018
İŞİD məğlub oldu, ABŞ istəyinə çatmadı - Ekspert
Cənab Boltonun açıqlaması daha əvvəl ABŞ Prezidentinin Suriya iqtisadiyyatı üçün pul xərcləmək istəmədikləri barədə dediklərinin məntiqli davamıdır.Muxalifet.az xəbər verir ki, bunu Yaxın Şərq üzrə ekspert Abbas Cümə deyib. O, ABŞ-ın əsas məqsədinin Suriyanı dağıtmaq olduğunu bildirib:Muxalifet - 23-08-2018
Con Bolton: "İrana qarşı sanksiyaların yenidən tətbiqi ciddi təsirə malikdir"
ABŞ prezidentinin mülli təhlükəsizlik üzrə müşaviri İrana qarşı sanksiyaların yenidən tətbiqi ciddi təsirə malik olduğunu deyib.
Con Bolton administrasiyanın 2015-ci il razılığı əldə edilənədək mövcud olan ölçüləri daha da genişləndirməyi planlaşdırdığını bildirib.
Birləşmiş Ştatlar Tehranla İranın nüvə proqramını məhdudlaşdırılması müqabilində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutan razılığı Britaniya, Çin, Fransa, Rusiya və Almaniya ilə birlikdə imzalamışdı.Muxalifet - 23-08-2018
Bakıda 85 yaşlı kişini öldürənlə bağlı – Qərar
Bakıda 85 yaşlı kişini qətlə yetirməkdə ittiham olunan Sakit Mirzəyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.
Muxalifet.az xəbər verir ki, Sabunçu rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanının təqdimatı təmin edilib.
Məhkəmənin qərarı ilə Sakit Mirzəyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İttihama görə, avqustun 20-də Sabunçu rayonu Yeni Ramana qəsəbəsində 1933-cü il təvəllüdlü Əkrəm Tağızadə evində qətlə yetirilib.Muxalifet - 23-08-2018