Axtarış

The search found 105857 results in 0.1 seconds.

Search results

  1. ​İsrail problemlərin həllini təhlükəyə atır - AB

    İsrailin İordan çayının qərb sahilində iki mindən çox yeni yaşayış sahəsi salma planı iki dövlət arasındakı problemlərin həllini təhlükəyə atır.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Avropa Birliyinin Beynəlxalq Əlaqələr Komitəsi (AB) yayıb.
    Məlumata görə, açıqlamada bu planın beynəlxalq hüquq normalarını pozduğu bildirilib.
    Həmçinin bəyanatda Avropa Birliyinin tərəflərlə dialoqu davam etdirəcəyi və müzakirələrin təkrar başladılması üçün səy göstərəcəyi bildirilib.
     

    Muxalifet3 - 23-08-2018

  2. ​MDB ölkələrinin vergi orqanlarının rəhbərləri Düşənbədə toplaşacaqlar

    MDB ölkələrinin vergi xidməti rəhbərlərinin Koordinasiya Şurasının iclası avqustun 24-də Tacikistanın paytaxtı Duşənbə şəhərində keçiriləcək.
    Muxalifet.az-ın məlumatına görə, iclasda Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Belarus, Azərbaycan və Tacikistanın vergi orqanlarının nümayəndələri iştirak edəcək.
    Toplantı iştirakçıları rəqəmsal iqtisadiyyat zamanı vergi idarəetmə məsələlərini, vergi sahəsində informasiya mübadiləsini və digər aktual məsələləri müzakirə edəcəklər.
     

    Muxalifet3 - 23-08-2018

  3. ​Rusiya prosesə müdaxilə edir: Talibanla danışıqlar...

    Taliban sülh danışıqlarına hazır olduğunu bəyan etsə Moskvada, yaxud digər bir şəhərdə bu prosesdə iştirak edəcəyik.
    Muxalifet.az xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
    Qeyd edək ki, Əfqanıstan XİN nümayəndəsi Sibqatulla Əhmədi RİA-ya açıqlamasında hökumətin “Moskva formatı”na qoşulmayacağını və bu addımın ABŞ-la əlaqəsinin olmadığını bəyan etmişdi.
     
     

    Muxalifet3 - 23-08-2018

  4. ​Səudiyyədən inqilabi qərar: Ağılllı həcc modeli yaradılır...

    Gələcək illərdə ağıllı həcc ziyarəti modelinə keçəcəyik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Məkkə şəhərinin əmiri Xalid bin Faysal deyib.
    “Bu il 3 milyon 300 min civarında zəvvarı qəbul etdik. Məkkədən Ərəfat dağına kimi 2 min 600 avtobus və qatar fəaliyyət göstərdi. Şükür, bir problem yaşanmadı. Hədəfimiz 5 milyon zəvvarı qəbul etməkdir”, - deyə əmir bildirib.
    O, həmçinin əlavə edib ki, İrandan bu il 86 min zəvvar Məkkəyə təşrif buyurub:

    Muxalifet3 - 23-08-2018

  5. ​Merkel Tiflisdə - Rusiyaya qarşı bəyanat

    Almaniya kansleri Angela Merkellə Gürcüstan Baş naziri Mamuka Baxtadze ilə görüşüb.
    Muxalifet.az xəbər verir ki, heyətlərarası görüşdən sonra media konfransı təşkil edilib.
    Baxtadze açıqlamasında Almaniyanın Gürcüstan üçün önəmli və etibarlı tərəfdaş olduğunu açıqlayıb:
    “Torpaqlarımızın 20 faizi Rusiya tərəfindən işğal edilib. Rusiya hərbçiləri beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq hələ də Gürcüstan torpağındadırlar. 2008-ci ildən bəri Cənubi Osetiya və Abxaziya işğaldadır. Biz sülh istəyirik”.

    Muxalifet3 - 23-08-2018

  6. ​Ölkədə şiddətli başağrıları yayılıb - Dərman da təsir etmir

    Son zamanlar insanlar arasında baş ağrısı şikayəti xeyli artıb. Hətta günlərlə davam edən bu ağrılara ağrıkəsici dərmanlar da xeyir eləmir. Səbəb olaraq havada maqnit şüalarını, təzyiq yüksəkliyini və mövsümü göstərsələr də, ağrıların nədən qaynaqlandığını dəqiq bilmək olmur. Mütəxəssislərin fikrincə, uzun müddət qapalı mühitdə işləmək, havasız qalmaq, monitorlu alətlərdən - telefon, planşetdən istifadə də baş ağrısı yaradır. Ancaq bu ağrıların əsas səbəbi miqrendir.

    Muxalifet3 - 23-08-2018

  7. ​Tramp bu ştatda fövqəladə vəziyyət elan etdi

    ABŞ Prezidenti Donald Tramp Havay ştatında fövqəladə vəziyyət elan edib.
    Muxalifet.az xəbər verir ki, fövqəladə vəziyyət rejiminin elan olunmasına səbəb "Leyn" qasırğasının ştata yaxınlaşmasıdır.
    Qasırğanın nəticələri ilə mübarizə üçün ştata yardım ayrılacaq.
     

    Muxalifet3 - 23-08-2018

  8. ​Ticarət mərkəzindən 13 min manat oğurlayanlar tutuldu

    Bakıda külli miqdarda pul oğurlayan dəstə tutulub.
    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 1-də rayon ərazisindəki ticarət mərkəzlərinin birindən 12 900 manat pul oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini Tərlan Azadi, Bakı şəhər sakinləri Şakir Akçurin və Teymur Əliyev saxlanılıblar.
    Araşdırmalarla T.Azadinin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.
     

    Muxalifet3 - 23-08-2018

  9. “Nə edim ki, Azərbaycanı təmsil etmisən?” - Pəhlivanı get-gələ salan məmur

    Bu yaxınlarda qardaşı Hüseynlə Amerikanın məşhur “America’s Got Talent” şousundakı çıxışı ilə daha da məşhurlaşan Laçın Abdulhüseynov problemlə üzləşib.
    Muxalifet.az   yeniçağ.az-a istinadən xəbər verir ki, Quba rayonunun bələdiyyə sədri Zakir Müslümov Laçını get-gələ salıb. Məsələ burasındadır ki, Laçın ev tikmək üçün bələdiyyədən torpaq sahəsi istəsə də, Zakir bəy ölkəmizi dünyada təmsil edən pəhləvana soyuq münasibət bəsləyir.
    Saytımıza açıqlama verən Laçın Abdulhüseynov da bələdiyyə sədrindən şikayətçi olduğunu açıq şəkildə bildirib:

    Muxalifet3 - 23-08-2018

  10. ​İŞİD liderindən Türkiyə və ABŞ-la bağlı açıqlama

    ABŞ ən çətin dövrünü yaşayır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İŞİD lideri Əbubəkr Bağdadi keşiş Branson səbəbindən Türkiyə-ABŞ arasında yaşanan gərginliyə münasibət bildirərkən deyib.
    “Türkiyə də daxil olmaqla, bir çox ölkə ilə yaşanan problemlər bunun əyani göstəricisidir. ABŞ-ın təhdid etdiyi ölkələr geri addım atmaq niyyətində deyil. ABŞ iki türkiyəli nazirə sanksiya tətbiq etsə də, Türkiyə keşişi buraxmaqdan imtina etdi. ABŞ artıq keçmişdəki kimi güclü deyil”, - deyə terrorçubaşı bildirib.

    Muxalifet3 - 23-08-2018

  11. ​Moskvada gərgin anlar: 2 polisə atəş açıldı

    Rusiyanın paytaxtı Moskvada, diplomatik nümayəndəliklərin yerləşdiyi Svitsek Vrajev küçəsində xidmət aparan 2 polis əməkdaşı naməlum şəxsin silahlı hücumuna məruz qalıb.
    Muxalifet.az xəbər verir ki, olay nəticəsində bir polis yüngül yaralanıb, digər polisin açdığı cavab atəşi ilə cinayətkar ağır xəsarət alıb.
    Yaralı cinayətkarın saxlanıldığı bildirilib.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 23-08-2018

  12. ​Əliyevlə Merkelin 6-cı görüşü: əsas müzakirə... - Ekspert

    İndiyə qədər Merkel Azərbaycan Prezidenti ilə 5 dəfə görüşüb.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban qeyd edib. O bildirib ki, Merkelin Qafqaz liderləri arasında ən yaxından tanıdığı şəxs İlham Əliyevdir:
    "Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Kansleri Angela Merkelin görüşləri:

    - 07 iyun 2016, Berlin.
    - 21 yanvar 2015, Berlin.
    - 05 fevral 2010, Berlin
    - 01 dekabr 2010, Astanada ATƏT-in VII sammiti
    - 15 fevral 2007, Berlin.

    Muxalifet - 24-08-2018

  13. ​“Qrup mərhələsi üçün şanslarımız qalır” - Qurban Qurbanov

    "Rəqib müdafiədə çox yaxşı təşkilatlanmış komandadır. Olduqca intizamlı oynadılar, bu da onların necə yaxşı komanda olduğunu göstərir. İndi cavab oyununda xüsusi nəysə dəyişmək haqda danışmaq üçün tezdir". Modern.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Şerif" 0:1 hesabı ilə uduzduqları ilk oyundan sonra keçirilən mətbuat konfransında bildirib.
    "Şerif" 1:0 hesablı qələbə qazansa da, qrup mərhələsi üçün şanslarımız qalır. Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq",- deyə o bildirib.

    Muxalifet - 24-08-2018

  14. ​Ali Radanın deputatından Krımla bağlı ŞOK ETİRAF

    “Krım sakinləri həqiqətən istəyirdilər ki, yarımada Rusiyanın tərkibinə girsin”.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Pyotr Poroşenkonun Bloku” Partiyasından Ali Radanın deputatı İvan Vinnik bildirib.
    “112 Ukrayna” telekanalının efirində siyasətçi həmçinin qeyd edib ki, Krımın Rusiyaya birləşməsi prosesi xüsusi humanitar tədbirlərlə təmin olunurdu.
    Ukraynalı deputat əlavə edib ki, Kiyev yarımadanın qaytarılması üzərində işləyəcək. O, bunun üçün güc ssenarisini də istisna etməyib.

    Muxalifet - 24-08-2018

  15. ​Trampın köməkçisi: Türkiyənin tək çıxış yolu var

    ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Türkiyənin maliyyə böhranı və digər problemlərdən yaxa qurtarmasının yollarını göstərib.
    Muxalifet.az xəbər verir ki, C.Boltona görə, Türkiyədə rahib Endryu Bransonu azad etməklə böhrandan tam xilas ola bilər.
    Qeyd edək ki, Türkiyə tərəfindən terror fəaliyyətində suçlanan Endryu Bransonun həbsilə əlaqədar ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. Bu sanksiyalar nəticəsində türk lirəsi kəskin ucuzlaşıb.

    Muxalifet - 24-08-2018

  16. ​Şəmkirdə avtomobil qəzası baş verib, yaralılar var

    Şəmkir rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

    Muxalifet - 24-08-2018

  17. Türkiyə və Rusiya ən qlobal problemi həll edir... EKSPERT

    Suriyalı miqrantların evlərinə qayıtması üçün ortaq qrupun yaradılması ilə bağlı Türkiyənin Rusiyaya təklif etdiyi layihə qaçqınların geri dönməsinin başlanğıcı olacaq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Yuri Zin deyib. O bildirib ki, ortaq qrup ölkələr arasında etibarın güclənməsinə və sığınacaq axtaranların evlərinə dönməsinə xidmət edəcək:

    Muxalifet - 24-08-2018

  18. ​DİN-dən ƏMƏLİYYAT: 30 nəfər saxlanıldı

    Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 78 cinayət faktı qeydə alınmış, onların da 18-i “isti izlər”lə açılıb.
    Bu haqda Muxalifet.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
    Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub.  
    Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

    Muxalifet - 24-08-2018

  19. ​Goranboyda mina tapıldı - FOTO

    Goranboyda tank əleyhinə mina tapılıb.

    Muxalifet - 24-08-2018

  20. ​İrandan ABŞ-a: Ən yaxşı variant...

    Nüvə sazişinə qatılmaq ABŞ üçün ən yaxşı variantdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.
    ABŞ Prezidenti Donald Trampın arzu etdiyi siyasəti həyata keçirməyəcəklərini bildirən Bəhram Qasımi nüvə sazişinə görə ABŞ-ın dünyada tək qaldığını bildirib:

    Muxalifet - 24-08-2018

Pages