Axtarış

The search found 105857 results in 0.082 seconds.

Search results

  1. ​Xarici valyutada problemli kreditlər artıb

    Azərbaycanda bank və maliyyə kredit təşkilatları tərəfindən xarici valyutada verilmiş kreditlərdə vaxtı keçmişlərin xüsusi çəkisi artıb.
    Muxalifet.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq maliyyə hesabatına istinadən xəbər verir.
    Hesabata əsasən, 2018-ci il iyulun 1-nə xarici valyutada olan kreditlərin 909,0 mln. manat və ya 19,4%-nin vaxtı keçib. Beləliklə, vaxtı keçmiş kreditlərin həcmi aylıq müqayisədə 31,3 mln. manat və ya 3,6% artıb.

    Muxalifet3 - 24-08-2018

  2. ​İranlı deputatdan xəbərdarlıq: Xəzər dənizi quruyacaq

    Təbii və insan amilləri Xəzər dənizinin ekosistemini təhdid edir və bu vəziyyətin davam etməsi dənizin qurumasına yol açacaq.
    Muxalifet.az xəbər verir ki, İran parlamentinin Qərbi Azərbaycan əyalətinin Naqada rayonundan seçilən deputatı, parlamentin ətraf mühit məsələləri üzrə qrupunun üzvü Əbdülkərim Hüseyinzadə "ICANA” agentliyinə açıqlamasında bu cür xəbərdarlıq edib.

    Muxalifet3 - 24-08-2018

  3. ​Mərakeşdən Türkiyəyə dəstək: ABŞ məhsulları...

    Mərakeşdə "Türk lirəsinə dəstək və ABŞ məhsullarını boykot" adı altında kampaniya başladılıb.
    Muxalifet.az xəbər verir ki, Türkiyə iqtisadiyyatına yönələn təxribat xarakterli hücumlara qarşı cavab olaraq Mərakeş də öz dəstəyini irəli sürüb. "Türk lirəsinə dəstək və ABŞ məhsullarını boykot" kampaniyası başladan hakimiyyət müsəlman ölkələrini türk məhsulları almağa və Türkiyəyə səyahət etməyə çağırıb.

    Muxalifet3 - 24-08-2018

  4. ​Kriminal avtoritetlərin “razborkası” anbaan kameranın yaddaşına yazıldı— VİDEO

    Türkiyədə kriminal avtoritetlər arasında baş vermiş davanın videosu yayılıb.
    Muxalifet.az vorvzakone.ru-ya istinadən xəbər verir ki, müşahidə kamerasına düşən kadrlardan görünür ki, “qanuni oğrular” – Mindiya Qoradze (Lavasoğlu) və Ceyran Kinsuraşvili yaxınları ilə birlikdə söhbət aparırlar.

    Muxalifet3 - 24-08-2018

  5. ​Merkel: Bakıdakı danışıqlar deputatdan daha önəmlidir

    Almaniya kansleri Angela Merkel deputat Albert Vaylerin Azərbaycana səfər edəcək nümayəndə heyətinin tərkibindən çıxarılmasına aydınlıq gətirib. 
    Muxalifet.az-ın “İnterfaks-Azərbaycan”a istinadən verdiyi məlumata görə, o, Ermənistan baş naziri Nikol Paşinyanla birgə brifinqdə almaniyalı jurnalistin sualına cavab olaraq bildirib ki, Bakıdakı danışıqlar daha önəmlidir: 
    “Qərara gəldik ki, onun işini başqa deputat görəcək. Belə qərara ona görə gəldik ki, bizim üçün bu danışıqlar önəmlidir. Yalnız danışıqlar yolu ilə çətin məsələləri həll etmək mümkündür”. 
     

    Muxalifet3 - 24-08-2018

  6. ​Dünya çempionu sərxoş vəziyyətdə maşın sürərkən yaxalandı

    Fransa millisinin kapitanı və qapıçısı Üqo Lyoris həbs olunub.
    Muxalifet.az xəbər verir ki, o, Londonun mərkəzində saat 02:30-da sərxoş vəziyyətdə maşın sürərkən saxlanılıb. Fransa millisi ilə dünya çempionu olmuş 31 yaşlı futbolçu girov müqabilində azadlığa buraxılıb.
    Qeyd edək ki, ötən ilin sentyabrında Ueyn Runi sərxoş vəziyyətdə maşın idarə edərkən tutulmuşdu. Futbolçu buna görə 100 saatlıq ictimai işə cəlb olunmalı idi.
     

    Muxalifet3 - 24-08-2018

  7. ​ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları məlum oldu

    Vaşinqton Rusiyaya qarşı yeni sanksiyaların birinci hissəsini açıqlayıb. 
    Muxalifet.az məlumatına görə, ABŞ hökumətinin rəsmi sənədində bildirilir ki, yeni sanksiyalar “Skripalların işi” ilə bağlıdır və kreditləşmə, habelə bir sıra malların ixracına aiddir. 
    Yeni qadağalar humanitar yardım, ərzaq malları və kənd təsərrüfatı malları istisna olmaqla, ABŞ-ın istənilən sahədə Rusiyaya yardımı yasaqlayır. 
    Bundan əlavə ABŞ istehsalı silahının və ikili təyinat məhsullarının satış lisenziyalarının Rusiya şirkətlərinə verilməsinə qadağa qoyulur. 

    Muxalifet3 - 24-08-2018

  8. ​FES-dən Trampı əsəbləşdirən AÇIQLAMA

    Federal Ehtiyatlar Sistemi (FES) pilləli şəkildə faiz artımlarını davam etdirəcək.
    Muxalifet.az xəbər verir ki, bu sözləri FES-in rəhbəri Cerom Pauel deyib.
    “FES-in faiz artımında sürətli davranması iqtisadiyyatın böyüməsini əngəlləyə bilər. Lakin yüngül artımlar iqtisadiyyata təsirsiz ötüşür. Bu iki riski ciddi şəkildə nəzərə alırıq”, - deyə Pauel bildirib.
    Qeyd edək ki, Prezident Donald Tramp C.Pauelin faiz artımına qarşı çıxır.
     

    Muxalifet3 - 24-08-2018

  9. ​Paşayeva bayramı ön cəbhə kəndlərində keçirdi - Foto

    Millət vəkili Qənirə Paşayeva Qurban bayramını Tovuzda ön cəbhə kəndlərində sakinlərlə birgə keçirib.
    Muxalifet.az xəbər verir ki, millət vəkili sakinlərlə görüşlər zamanı Qurban bayramının bir yardımlaşma, paylaşma, dəstək bayramı olduğunu vurğulayaraq, onlara Allahdan bütün dualarına çatmalarını diləyib. Qurban bayramı münasibətilə sakinləri öz hədiyyələri ilə təbrik edən Qənirə Paşayeva ön cəbhədə yaşayan insanlarımızın fədakarlıqlarından, vətən və torpaq sevgisindən danışıb.

    Muxalifet3 - 24-08-2018

  10. ​Sumqayıtda mənzildə 19 yaşlı gəncin meyiti tapılıb

    Muxalifet.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
    Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1999-cu il təvəllüdlü Ülvizadə Sənan Qədimoğlan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
    Əməliyyat başa çatıb.
     

    Muxalifet3 - 24-08-2018

  11. ​Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya təsdiq edilib

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
    Muxalifet.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Maliyyə Nazirliyi müəyyən edilsin.

    Muxalifet3 - 24-08-2018

  12. ​ABŞ narahatdır: Tramp ölümlə hədələnir...

    İyun ayında ABŞ Prezidenti Donald Trampı öldürəcəyi ilə hədələyən Pensilvaniya ştatının sakini Şon Riçard Kristi hələ də axtarışdadır. Sonuncu dəfə onu bu həftə Merilənd ştatının Kamberlənd şəhərində oğurlanmış yük maşınında görüblər.
    Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın Federal Marşallar Xidmətindən bildiriblər.
    İyunun 19-da 27 yaşlı Kristinin həbsi barədə order verilib. O, digər vəzifəli şəxsləri də hədələdiyi üçün federal hakimiyyət tərəfindən əvvəlki kimi axtarılır.

    Muxalifet3 - 24-08-2018

  13. ​Kiyevin qorxusu: Döyüş gəmilərini Krımdan çıxarsa...

    Ukrayna Krımdan döyüş gəmilərini götürərsə, o zaman Qərb partnyorları Moskvaya təzyiq etməkdən boyun qaçıracaq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Ukrayna donanmasının keçmiş vitse-admiralı Sergey Qayduk deyib.
    “Əgər biz Krımdan hərbi gəmiləri ölkəyə gətirsək, Qərb institutları yanında arqumentlərimizi itiririk. O zaman onlar deyəcəklər: Siz ki öz aranızda razılaşdınız. Deməli, heç bir problem yoxdur”.
    Qeyd edək ki, Ukraynaya məxsus döyüş gəmiləri Krımın Rusiyaya ilhaqından sonra hələ də yarımadada saxlanılır.
     

    Muxalifet3 - 24-08-2018

  14. ​“Bu, yalnız birinci pillədir” – Moskva ABŞ-ın şok PLANINI AÇIQLADI

    ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin 2-ci donanmasının yaradılması Rusiyanın şimal dəniz kommunikasiyalarını hədələyir.
    Mualifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədr müavini Aleksey Kondratyev bildirib.

    Muxalifet - 25-08-2018

  15. ​ABŞ Fələstinə 200 milyon dollarlıq yardımı dayandırdı

    ABŞ HƏMAS hərəkatının hərəkətləri ilə əlaqədar fələstinlilərə 200 milyon dollar yardım göstərilməsi haqqında qərarı təkrar gözdən keçirib.
    “RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Dövlət Departamentinin nümayəndəsi jurnalistlərə bildirib.

    Muxalifet - 25-08-2018

  16. ​Kriminal avtoritetlərin davası kameraya düşdü - VİDEO

    Türkiyədə kriminal avtoritetlər arasında baş vermiş davanın videosu yayılıb. Muxalifet.az Oxu.az-a istinadla xəbər verir ki, müşahidə kamerasından çəkilən kadrlara əsasən, qanuni oğrular – Mindiya Qoradze (Lavasoğlu) və Ceyran Kinsuraşvilinin yaxınları ilə birlikdə söhbət apardığı görünür. Az sonra isə anlaşılmazlıq yaranır və əsəblərinə hakim ola bilməyən avtoritetlər dava edirlər. Hadisənin avqustun 12-də Türkiyənin Hopa şəhərində baş verdiyi bildirilir.

    Muxalifet - 25-08-2018

  17. ​İsrail HƏMAS-a şərt qoydu: Girovları azadlığa buraxsalar...

    Qəzzada uzunmüddətli atəşkəsin təmin edilməsi üçün HƏMAS-ın girov götürdüyü israillilər azadlığa buraxılmalıdır.
    Muxalifet.az xəbər verir ki, bunu İsrail Müdafiə naziri Aviqdor Liberman deyib. O bildirib ki, bu məsələ misirli vasitəçilər tərəfindən dəfələrlə dilə gətirilib:
    “Sükunəti qorumaq istəyirik. Lakin lazım gəldikdə hərbi əməliyyat təşkil edib, Qəzzanın tək iqtisadi qapısı olan Kərm Əbu Salimi də bağlayacağıq”.
    Qeyd edək ki, rəsmi Təl-Əviv HƏMAS-ın 4 israillini girov götürdüyünü iddia edir.

    Muxalifet - 25-08-2018

  18. Göyçayda DƏHŞƏTLİ YOLL QƏZASI - 4 ölü, 7 yaralı

    Göyçayda yol qəzası zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub.
    Muxalifet.az "Report"a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobillə "VAZ-2106"nın toqquşması nəticəsində ikinci maşının Ənvər adlı sürücüsü və sərnişinlər - Səlimov Ramin Azər oğlu, Səlimova Gülnar Nağı qızı və onların 8 yaşlı övladı Səlimov Azər Ramin oğlu aldıqları xəsarətlərdən ölüblər.

    Muxalifet - 25-08-2018

  19. ABŞ hərbçiləri Ermənistanda – Paşinyan Putinin səbrini sınağa çəkir

    Düşmən ölkə intriqalı durumla üz-üzə: Qərbə can atan erməni hökuməti Rusiyaya qarşı sanksiyaların altını çəkməyə başlayıb; İran əleyhinə sanksiyaların da “küləyi” İrəvanı vura bilər; Paşinyan Tehrana səfər edəcəkmi?

    Muxalifet - 25-08-2018

  20. 100 il sonra tarixi şans: Ərdoğan və Putin Qarabağı... - POLİTOLOQ

    Azərbaycan Türkiyə-Rusiya yaxınlaşmasında maraqlı olmalı, bu məsələ üçün öz töhfələrini verməlidir. Ermənistan üçün Türkiyə-Rusiya ittifaqı ən xoşagəlməz ssenaridir.
    Bu sözləri Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar və MİT sədri Hakan Fidanın Rusiya lideri Vladimir Putinlə görüşəcəyi ilə bağlı xəbərlərə münasibət bildirən politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Türkiyə ilə Rusiyanın yaxınlaşmasının səbəbkarı Qərbdir:

    Muxalifet - 25-08-2018

Pages