Axtarış
The search found 105857 results in 0.09 seconds.
Search results
ABŞ-ın F-35 adlı qırıcı təyyarəsi qəzalı eniş etdi
Amerikanın F-35 adlı qırıcı təyyarəsi Florida ştatında ABŞ Hərbi Hava Qüvvələrinin bazasında təcili eniş edib.
Muxalifet.az xəbər verir ki, F-35-in qabaq təkərlərində və burnunda problem hiss olunub.
Pilot qırıcını heç bir xəsarət almadan endirə bilib.
Faktla bağlı ABŞ HHQ-i araşdırma aparır.Muxalifet - 24-08-2018
İki nəfərin mübahisəsində qan töküldü – Binəqədidə
Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, rayonun Sulutəpə qəsəbəsi ərazisində naməlum şəxs münaqişə zəminində qəsəbə sakini Gəray Azayevin boyun nahiyəsinə bıçaqla xəsarət yetirib.
Gəray Azayev xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.
40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Etibar Həsənov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.Muxalifet - 24-08-2018
Rusiyadan ABŞ-a dollar zərbəsi
"ABŞ-a qarşı tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatının dollardan asılılığını azaldacaq".
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.Muxalifet - 24-08-2018
Tikinti işləri aparılarkən ağaclar zədələndi - Nazirlik1000 manat cərimələdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Muxalifet.az bildirir ki, nazirlikdən verilən məlumata görə, reyd zamanı Gəncə şəhər Nizami rayonu ərazisində aparılan tikinti abadlaşdırma işləri zamanı iri diametrli 5 Eldar şamı ağacının zədələndiyi aşkar edilib.
Muxalifet - 24-08-2018
ABŞ təşvişdə: Türkiyənin bu silahı alması...
ABŞ Dövlət Departamenti Rusiyanın Türkiyəyə S-400 zenit raket komplekslərini 2019-cu ildən etibarən təhvil verməyə başlamasından narahat olduğunu açıqlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Hizer Noyert danışıb.
“Bu bizi narahat edir. Bilirsiniz ki, Türkiyə kimi bir NATO müttəfiqinin S-400 sistemini istifadə etməsi bizim siyasətimizə ziddir. Partnyorlarımız və ya müttəfiqlərimizdən birinin S-400 almasına qarşıyıq”, - Noyert bildirib.Muxalifet - 24-08-2018
Pompeo gələn həftə Şimali Koreyaya səfər edəcək
ABŞ dövlət katibi Mayk Pompeo gələn həftə Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə M.Pompeo Dövlət Departamentində KXDR üzrə yeni xüsusi nümayəndə Stiven Bigeni təqdim edərkən jurnalistlərə bildirib.
Muxalifet - 24-08-2018
“Bizə hücum edərlərsə, İsraili darmadağın edərik!” - Tehran imamcüməsindən ABŞ-a TƏHDİD
“ABŞ İrana hücum edərsə, biz də İsraili yerlə bir edərik”.
Muxalifet.az xəbər verir ki, bunu Tehran imamcüməsi Seyid Əhməd Xatəmi Qurban bayramı xütbəsində deyib.
Muxalifet - 24-08-2018
Bakıda DƏHŞƏT: Zibil qutusundan doğranmış kişi meyiti tapıldı
Bakıda zibil qutusundan doğranmış kişi meyiti tapılıb.
Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı qutudan kişi cinsinə məxsus insan meyitinin hissələrə ayrılmış qalıqları aşkar edilib.
Meyit Suraxanı Rayon Prokurorluğuna təhvil verilib.
Araşdırmalar davam etdirilir. (report)Muxalifet - 24-08-2018
“Lotu Quli” ilə bağlı yeni XƏBƏR - Saxlanılıb, amma... - TƏFƏRRÜAT
Kriminal aləmdə “Lotu Quli” adı ilə tanınmış 45 yaşlı azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun Çernoqoriyada saxlanılması barədə xəbər Rusiyanın məşhur “Praymkraym” saytı tərəfindən də təsdiqlənib.
Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, adı çəkilən saytın məlumatına görə, “Lotu Quli” saxlanılıb, amma bir gün sonra məhkəmənin qərarı ilə sərbəst buraxılıb.
Həmin məhkəmə “Lotu Quli” ilə birgə saxlanılan qohumu Məhəmməd Qurbanovun isə Rusiyaya ekstradisiyası barədə qərar qəbul edib.Muxalifet - 24-08-2018
SANKSİYALAR RUSİYANI ÇÖKDÜRMƏK GÜCÜNDƏDİRMİ? - Kremlə daha çox ağrı vermək strategiyası inam doğurmur - TƏHLİL
Leonid Berşidski
“Blumberq”
ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar siyasətinin məqsədi Kremlə maksimum ağrı vermək üçün tədbirlərin lazımi istiqamətə yönəlməsidir. Bu, sürüşkən yamacdır və onun Rusiya, eləcə də ABŞ və müttəfiqlərinə verəcəyi nəticələri nəzərdən keçirmək vaxtıdır.
Bu həftə Senatın Banklar Komitəsində keçirilən dinləmələrdə respublikaçı senator Con Kennedi və Tramp administrasiyasının üst səviyyəli rəsmiləri arasında sanksiyalarla bağlı mübahisə yaranıb.
Muxalifet - 24-08-2018
ABŞ Rusiyaya qarşı yeni sanksiya tədbiq edir – tarix açıqlandı
ABŞ-ın “Skripalların işi” ilə əlaqədar Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyalar avqustun 27-də Federal Qeydiyyatda rəsmi yayımlandıqdan sonra qüvvəyə minəcək.
“Report” xəbər verir ki, bunu “RİA Novosti”yə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.
O qeyd edib ki, daha əvvəl “Skripalların işi” ilə əlaqədar sanksiyaların avqustun 22-də qüvvəyə minəcəyi gözlənilirdi. Lakin ABŞ hökumətinin rəsmi qəzeti olan “Federal Register”in saytında bildiriş çıxmayıb.Muxalifet - 24-08-2018
600-dən yuxarı bal toplayan 5 nəfər ali məktəbə qəbul ola bilmədi
Dövlət İmtahan Mərkəzi xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla, ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin sayı, imtahan ballarının paylanması və s. haqqında məlumatları açıqlayıb.
Muxalifet - 24-08-2018
Toyuna iki gün qalmış qaçırılan gəlindən ŞOK XƏBƏR - TƏFƏRRÜAT
Salyan rayonu Qaraçala qəsəbəsində toydan 2 gün əvvəl gəlin başqasına qoşulub qaçıb. Gəlin rayonun düzənlik kəndindən olub. Məlumata görə, oğlan evi gəlin gətirməyə hazırlaşarkən qızın qaçdığını öyrəniblər. Oğlan da qısa zamanda kənddə başqa bir qızla ailə qurub.
Qaraçala qəsəbə sakinlərinin verdiyi məlumata görə, qaçan qızla oğlan bir ildən çox nişanlı olub. Bu müddət ərzində aralarında ciddi bir narazılıq olmayıb. Artıq qız toyu da olub.
Muxalifet - 24-08-2018
Ankaradan Moskvaya növbəti dəfə kritik səfər
Türkiyənin Müdafiə naziri Hulusi Akar və Milli İstehbarat Təşkilatı (MİT) sədri Hakan Fidan yenidən Moskvaya səfər edəcək.
Muxalifet.az xəbər verir ki, türk rəsmilər bu gün Moskvada Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə görüşəcəklər.
Xatırladaq ki, Akar və Fidan bir həftə əvvəl də Moskvaya səfər edərək Sergey Şoyqu ilə görüşmüşdülər.Muxalifet - 24-08-2018
“Azərbaycandan da qaz ala bilərik, amma açıq desək Rusiya qazı daha ucuzdur...” - ALMANİYA KANSLERİ
“Hətta soyuq müharibə dövründə Avropa və Rusiya, yəni o vaxtkı SSRİ enerji məsələsində sıx əməkdaşlığa malik olublar. Biz Rusiya ilə neft-qaz təcizatı məsələsində əməkdaşlığa yox deyə bilmərik”.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, belə bəyanatla Almaniya kansleri Angela Merkel Tbilisi Universitetində çıxış edib. Kanslerin sözlərinə görə, Almaniya Azərbaycanda da qaz ala bilər.
Muxalifet - 24-08-2018
Ermənistanda hərbçilərin maaşı azaldıldı - 40 faiz
Ermənistanda artan iqtisadi böhran dövlət qurumlarının fəaliyyətinə, eləcə də maliyyələşməsinə də ciddi problemlər yaşadıb.
"İravnuk" nəşri xəbər verir ki, böhran səbəbindən dövlət qulluqçularının, hərbçilərin əməkhaqqları 40 faizə qədər azaldılıb, əksər qurumlarda işçilər arasında ixtisarlar gedib.Muxalifet - 24-08-2018
Angela Merkel Tbilisidə bəyanat verdi: “Bu ədalətsizliyi unutmuruq”
Almaniya kansleri Angela Merkel on ildən sonra Cənubi Qafqaza səfəri çərçivəsində Gürcüstana gəlib.
Muxalifet.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, gül-çiçəklə qarşılanan kansler Gürcüstanın ərazı bütövlüyünü tanıdığını və bunun üçün əlindən gələni edəcəyini vəd edib.
Dünən axşam saatlarında Gürcüstana eniş edən Almaniya kanslerini Gürcüstan xarici işlər naziri David Zalkaliani qarşılayıb.
Merkel Gürcüstanın Abxaziya və Cənubi Osetiya probleminin Ukrayna ilə eyni bağlılığı olduğunu da söyləyib.Muxalifet - 24-08-2018
Qətliam kimi QƏZA - Bir ailə MƏHV OLDU
Türkiyənin Çorum şəhərinin İskilip vilayətində tırla minik avtomobili toqquşub.
Muxalifet.az bu ölkənin mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində bir ailənin 5 üzvü dünyasını dəyişib.
Hadisə nəticəsində avtomobilin sürücüsü İrfan Ünlü, həyat yoldaşı Ayşəgül, uşaqları Samet (13 yaş), Mustafa Semih (11 yaş) və sürücünün qardaşı Mustafa (20) ölüb.
Meyitlər polislər tərəfindən maşından çıxarılıb.Muxalifet - 24-08-2018
HDP üzvü olan Leyla Birlik Yunanıstana QAÇDI!
Muxalifet.az xəbər verir ki, FƏTÖ xainlərinə qucaq açan Yunanıstan terror tərəfdarlarının da sığıncağına çevrilib. Həbs edildikdən sonra xaricə getməsi qadağan edilərək azadlığa buraxılan keçmiş HDP üzvü Leyla Birlik Yunanıstana qaçıb.
“Terror təşkilatının təbliğ edilməsi” maddəsi ilə 2016-cı iin may ayında millət vəkili toxunulmazlığı üzərindən götürülən və 2016-cı il noyabrın 4-də məhkəmə qərarı ilə həbs edildikdən sonra, 2017-ci il yanvarın 1-də xaricə çıxışı qadağan edilərək azadlığa buraxılan millət vəkili Leyla Birlikin qanunsuz yollarla Yunanıstana keçdiyi bəlli olub.Muxalifet - 24-08-2018
Angela Merkellə Qarabağ da müzakirə olunacaq – Deputat
Almaniya kansleri Angela Merkelin səfəri Azərbaycan-Almaniya ikitərəfli münasibətlərin yüksək inkişafı ilə bağlıdır. Bu səfər ölkələrimiz arasında siyasi, eləcə də iqtisadi sahədə əməkdaşlığın daha da güclənməsinə xidmət edəcək.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə deyib.Muxalifet - 24-08-2018