Axtarış
The search found 105857 results in 0.17 seconds.
Search results
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, avqustun 24-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-23°, gündüz 28-33° isti təşkil edəcək.
Abşeron yarımadasının şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.Muxalifet - 23-08-2018
Bakirəliyini satışa çıxaran azərbaycanlı qız danışdı: “Ev almaq istəyirəm..." - FOTOLAR
Xəbər verdiyimiz kimi, azərbaycanlı model Məhbubə Məmmədzadə dünyaca məşhur saytda bakirəliyini satışa çıxardığını elan edib.
Muxalifet - 23-08-2018
Cocuq Mərcanlıda Qurban bayramı qeyd olundu
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tədbir keçirib.
Modern.az xəbər verir ki, Dövlət Komitəsinin Cəbrayıl Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi yad olunub.Muxalifet - 23-08-2018
ABŞ ərəb ölkələrinin pullarını ələ keçirəcək? - 2 TRİLYON DOLLAR HƏDƏFDƏ
Muxalifet.az xəbər verir ki, Tramp hökumətinin növbəti hədəfinin ABŞ-da təqribən 2 trilyon dollar sərmayəsi olan körfəz və ərəb ölkələrinin olduğu güman edilir. Son dövrdə Amerika hakimiyyəti ilə isti münasibətlər qurmuş Səudiyyə Ərəbistanı hökumətinin ABŞ-da 900 milyard dollara yaxın sərmayəsi olduğu bildirilir. Hazırda silah şirkətləri tərəfindən dolayı istismar edilən ərəb varidatının birbaşa olaraq ABŞ-ın əlinə keçirilə biləcəyi güman edilir.
Muxalifet - 23-08-2018
Türkiyə və Rusiyadan sonra Çin də həmlə edərsə, ABŞ-ın sonu gələr
Muxalifet.az xəbər verir ki, Rusiyanın ardından Türkiyə də ABŞ dövlət istiqrazlarından yaxasını qurtarmaqdadır. Ankara bu qiymətli kağızları təqribən 4 milyard dollara çevirib. İndi bütün diqqətlər Çinə yönəlib.
Ağ Evin iqtisadi müharibəsinin verdiyi zərər yüz milyard dollara yaxındır. Lakin Pekinin də əlində güclü silah var – 1,2 trilyon dollarlıq ABŞ dövlət istiqrazları. Çin bu dövlət istiqrazlarını satmağa başlasa, Ağ Ev büdcədə balans yaratmaq üçün borc pul tapa bilməyəcək.Muxalifet - 23-08-2018
İŞİD Praisdə dəhşət törətdi: Ölən və yaralananlar var
Fransanın paytaxtı Parisdə naməlum şəxslər bıçaqla kütlənin üzərinə hücum edib.
Hadisə şəhərin Trappes bölgəsində qeydə alınıb.
Hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Polisin aksiyanı həyata keçirənlərdən birini zərərsizləşdirdiyi bildirilir.
"Reuters" agentliyi isə İŞİD-in hücumun məsuliyyətini öz üzərinə götürdüyünü yayıb.Muxalifet - 23-08-2018
Poroşenko ukraynalılardan üzr istədi
Donbasda hərbi əməliyyatın bir neçə saata sona çatdırılmasına dair verdiyi vədə görə Ukrayna prezidenti Pyotr Poroşenko ukraynalılardan üzr istəyib.
O, bu sözləri “dörd il əvvəl” söylədiyini xatırladıb.
“Bu sözlərin hansı kontekstdə səsləndirildiyi artıq elə də əhəmiyyətli deyil. Bu bəyanatın bədiiliyi də əhəmiyyət kəsb etmir. İnsanlar bu sözləri müharibəni qısa zamanda bitirmək imkanı kimi dəyərləndirdilər.
Muxalifet - 23-08-2018
Kansleri 25 ildən sonra Bakıya gətirən əsas səbəblər... - Politoloq
Azərbaycanın Almaniya ilə əməkdaşlığı olduqca vacibdir.
Bu sözləri Almaniya kansleri Angela Merkelin Bakıya gözlənilən səfərini şərh edən millət vəkili Rasim Musabəyov deyib. Deputat Almaniya kanslerinin 25 ildən sonra Azərbaycana səfərini yüksək qiymətləndirib:
Muxalifet - 23-08-2018
ƏRDOĞANIN ABŞ STRATEGİYASI ƏLEYHİNƏ “İSTANBUL KANALI” LAYİHƏSİ: bu layihənin qarşısını kimlər, necə kəsəcəklər? - ARAŞDIRMA
Stanislav Tarasov
regnum.ru
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan “İstanbul” kanalı layihəsini elan edəndə aydın olub ki, Türkiyə yeni şəraitdə bir sıra ölkələrin 1936-da imzaladığı və buna uyğun olaraq beynəlxalq boğazlar rejiminin müəyyən edildiyi Montre Konvensiyası dönəminə qayıtmaq niyyətindədir.
Muxalifet - 23-08-2018
Çindən ABŞ-a 16 milyardlıq zərbə: bu gündən...
Çinin 16 milyard dollar dəyərində ABŞ məhsullarına 25 faizlik əlavə gömrük rüsumu qərarı bu gündən qüvvəyə minib.
Muxalifet.az xəbər verir ki, Çin hökuməti ABŞ-ın etdiyi həmlələrdən sonra cavab tədbirləri görməyə məcbur olduğunu açıqlayıb.
Açıqlamada Çinin sərbəst ticarəti və ticarət sistemini qoruyacağı, ABŞ-ın əlavə vergi həmləsinə qarşı isə Dünya Ticarət Təşkilatının anlaşmazlıqların həlli mexanizminə müraciət ediləcəyi bildirilib.Muxalifet - 23-08-2018
Məşhur aktyorun qəfil evliliyin ŞOK səbəbi – FOTO
“Ufak Tefek Cinayetler” serialının baş rol qəhrəmanı Mert Fıratın İdil Fıratla qəfil evlilik qərarının səbəbi məlum olub.
Muxalifet.az xarici mətbuatra istinadən xəbər verir ki, Fənərbaxçanın keçmiş meneceri Önder Fəratın Sibel İdil Kərimoğludan olan qızı İdil Fıratın hamilə olduğunu irəli sürülüb. İddialara görə, İdil Fırat hamilə olduğu üçün cütlük toyunu tezləşdirməyə qərar verib.Muxalifet - 23-08-2018
Rusiyan rublu ucuzlaşmağa davam edir - SANKSİYALARA GÖRƏ
Rusiyanın milli valyutası - rublun məzənnəsi dollar və avroya nisbətdə ucuzlaşmağa davam edir.
Muxalifet.az report-a istinadən xəbər verir ki, Moskva birjasında dolların məzənnəsi 84 qəpik qalxaraq 68,87 rubl, avronun məzənnəsi isə 67 qəpik artaraq 79,57 rubl təşkil edib.
Eyni zamanda ABŞ-ın milli valyutası Rusiyada ilin əvvəlində qeydə alınan ən yüksək göstəricini üstələyib.
Rublin ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının fonunda öz dəyərini itirdiyi bildirilir.
Muxalifet - 23-08-2018
Vanda PKK-ya qarşı əməliyyat: 2 terrorçu məhv edildi
Türkiyənin Van bölgəsinin Gürpınar mahalında PKK terrorçularına qarşı əməliyyat keçirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə TSQ-nın Baş Qərargahından informasiya yayılıb.
M mülki vətəndaşlara hücum planı hazırlayan PKK-çılara qarşı əməliyyat zamanı biri qadın olmaqla 2 terrorçu məhv edilib.Muxalifet - 23-08-2018
“Fənərbağça” daha bir futbolçusunu satdı – Rəsmi
Bir neçə gün öncə Juliano ilə yollarını ayıran “Fənərbağça” daha bir braziliyalı futbolçu ilə vidalaşıb.
Qol.az-ın klubun rəsmi saytına istinadla yaydığı xəbərə görə, İstanbul təmsilçisi Jozef de Souzanı Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna satıb. “Sarı-lacivərdlilər” bu satışdan 12,5 milyon avro gəlir götürəcək.
Qeyd edək ki, 29 yaşlı yarımüdafiəçi 2015-ci ildən “Fənərbağça”da çıxış edirdi.
Muxalifet - 23-08-2018
Mağazadan oğurluq edildi – Qaradağda
Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, rayon ərazisindəki bir mağazadan geyim əyaları və P.Cəfərovanın cibindən 40 manat oğurlanıb.
Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi və Qaradağ rayon mühafizə şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Coşqun Məmmədov saxlanılıb.
Məlum olub ki, Coşqun Məmmədov əvvəllər də məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb.Muxalifet - 23-08-2018
Bakıda parkda cinayət törədən “zek” həbs edildi
Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, rayonun C.Hacıbəyli küçəsində yerləşən parkdan məişət tullantıları üçün nəzərdə tutulmuş qutunu oğurlanıb.
Muxalifet - 23-08-2018
Bosniyada dəhşətli qəza: ölənlər var
Bosniya və Herseqovina ərazisində iki yük qatarı toqquşub.
Muxalifet.az xəbər verir ki, bu barədə yerli polis orqanları informasiya yayıb.
Muxalifet - 23-08-2018
Çavuşoğlu Moskvaya gedir
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
Bu haqda Muxalifet.az Türkiyə KİV-nə istinadən xəbər verir.
Məlumata görə, görüş avqustun 24-də Rusiyanın paytaxtı Moskvada gerçəkləşəcək.
Görüşün əsas mövzusu Suriyanın İdlib bölgəsindəki situasiya olacaq.Muxalifet - 23-08-2018
Azərbaycan neçəncidir? – UEFA reytinqi
Çempionlar Liqasının pley-off mərhələsində keçirilən ilk oyunlardan sonra UEFA reytinqi açıqlanıb.
Muxalifet.az-ın məlumatına görə, oynanılan matçlardan sonra Azərbaycanın mövqeyi dəyişməz qalıb. 18.250 xalı olan ölkəmiz 25-ci sırada qərarlaşıb.
Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsrailin 18.375 xalı var.
Muxalifet - 23-08-2018
Təkbaşına beş nəfəri döydü – VİDEO
Oleq Ozerskiy Rusiyanın Tambov şəhərinin klublarının birində dava etdiyini görə saxlanılıb.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, sabiq polis işçisi, hazırda isə krossfitlə məşğul olan Ozerskiy klubda olan bir qrup gəncin öhdəsindən təkbaşına gəlib.
Klubdakı davranışına görə ona 8 il həbs cəzası verilə bilər.
Muxalifet - 23-08-2018