Axtarış

The search found 105854 results in 0.211 seconds.

Search results

  1. ​Yunanıstan təşvişdə: Timaqenisin ofisinə hücum edildi

    Yunanıstanın Pirey şəhərində tanınmış vəkil, hakim Qriqorios Timaqenisin ofisinin önündə güclü partlayış baş verib.
    Muxalifet.az xəbər verir ki, partlayış nəticəsində insan təlafatı qeydə alınmasa da, yaxınlıqdakı binalara, avtomobillərə ciddi ziyan dəyib.
    Məlumata görə, partlayışdan bir qədər əvvəl ərazidə şübhəli şəxs görünüb. O, ofisin qarşısına partlayıcı yerləşdirib və oradan uzaqlaşıb. Bundan sonra isə partlayış olub.
    Faktla bağlı araşdırmalara başlanılıb.
    Qeyd edək ki, Qriqorios Timaqenis Yunanıstan Beynəlxalq Ticarət Palatasının arbitrajında hakimdir.

    Muxalifet - 22-08-2018

  2. «MAQATE KXDR-in denuklearizasiyası əlamətlərini görmür» – «AFP» agentliyi

    «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, atom enerjisi üzrə beynəlxalq Agentik (MAQATE) Koreya Xalq Demokratik Respublikası (KZDR) ali rəhbərliyinin vədlərinə rəğmən, özünün nüvə sahəsindəki fəaliyyətini davam etdirməsindən narahatlıq keçirir.

    Bu barədə, sözügedən təşkilatın Baş direktoru Yuki Amanonun məruzəsində söhbət açılır. Məruzədən parçaları «AFP» agentliyi dərc edir.

    Muxalifet - 22-08-2018

  3. ​Yunanıstandan Türkiyəni ayağa qaldıracaq QƏRAR

    Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham edilən, habelə FETÖ təşkilatı ilə əlaqəsi olduğu iddia edilən fərari əsgərlərə Yunanıstanda sığınacaq hüququnun verilməsi iki ölkə arasında gərginliyi artırıb.
    Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yunanıstan məhkəməsi fərari əsgər Süleyman Özkaynakçı üçün verilən sığınacaq hüququna Türkiyənin etirazlarına rəğmən yekun qərarını açıqlayıb. Yekun qərara əsasən, Türkiyə hökumətinin etirazı rədd edilib, həmin əsgərin sığınacaq hüququ tanınıb.

    Muxalifet - 22-08-2018

  4. ​Təqaüdçünün pulunu necə oğurladı... - Sabirabadda olay

    Sabirabadda kartdan təqaüd pulunu oğurlayan şəxs tutulub.
    Avqustun 21-də Sabirabad rayon Ulacalı kəndinin sakini rayon Polis şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək bildirib ki, bir gün əvvəl rayon ərazisində yerləşən "Kapital Bank"a məxsus bankomatdan təqaüdünü almaq üçün ora yaxınlaşıb, tanımadığı şəxsdən kömək istəyib, lakin sonuncu onu aldadaraq kartda pul olmadığını deyərək kartı qaytarıb.
    Çox keçmədən hesabında olan 187 manatın çıxarıldığını, həmin şəxsin onu aldadaraq soyğunçuluq etdiyini anlayıb.

    Muxalifet - 22-08-2018

  5. ​Trampın BAŞI DƏRDDƏ - Keçmiş vəkili ittihamları qəbul etdi

    Trampın keçmiş vəkili Maykl Koen gözlənilməz addım ataraq Trampı pis vəziyyətdə qoyub. Belə ki, Federal Təhlükəsizlik Bürosu (FBI) ilə razılığa gələn M.Koen D.Trampın seçki kampaniyası zamanı etdiyi bütün fırıldaqları etiraf edib.

    Muxalifet - 22-08-2018

  6. ​Bu gün Elçibəyin anım günüdür

    Bu gün milli-azadlıq hərəkatının rəhbərlərindən biri, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan ikinci prezidenti Əbülfəz Elçibəyin vəfatının 18-ci ildönümüdür.

    Muxalifet - 22-08-2018

  7. ​Paşinyan pis vəziyyətdə...– Səfir və Dövlət Departamentindən ŞOK tələb

    ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills erməni iş adamlarının İran şirkətləri ilə əməkdaşlıq etmək məsələsini ABŞ səfirliyi ilə məsləhətləşməli olduqlarını deyib. Səfir bildirib ki, bu məsələni onunla məsləhətləşmək zəruridir. O, erməni iş adamlarının ABŞ-ın sanksiyaları ilə üzləşməmək üçün bunun vacib olduğunu rəsmi İrəvanın diqqətinə çatdırıb.
    Muxalifet.az xəbər verir ki, amerikalı diplomatın bu bəyanatı Ermənistanda geniş müzakirəyə səbəb olub.

    Muxalifet - 22-08-2018

  8. Brilliant Dadaşovanı BELƏ GÖRMƏMİSİNİZ - VİDEO

    53 yaşlı füsunkar sənətçi, Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə paylaşdığı video ilə izləyicilərini heyran qoyub.

    Muxalifet - 22-08-2018

  9. Trampın köməkçisi: “Rahib Branson azad olunarsa...”

    Türkiyə amerikalı rahib Endryu Bransonu azad etsə, Vaşinqtonla Ankara arasındakı böhran dərhal başa çatacaq. Bunu ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton deyib.

    Muxalifet - 22-08-2018

  10. ​Bakı Bulvarında biabırçılıq: vəhşi itlər insanlara belə hücum etdi (VİDEO)

    Bu günlərdə Bakı Bulvarında qeyri-adi, xoşagəlməz anlar yaşanıb.
    Muxalifet.az 7news.az-a istinadən xəbər verir ki, “Bulvar otel”in yaxınlığında, insanların istirahət etdiyi məkanda təhlükəli məqamlar videoya çəkilib. Bir neçə vəhşi küçə iti sadə vətəndaşların üzərinə hücum çəkib. Videodan da aydın görünür ki, Bakı Bulvarında nəzarət sistemi tamamilə sıradan çıxıb və təhlükəsizlik minimuma enib.

    Muxalifet - 22-08-2018

  11. Ötən gün 127 cinayət faktı qeydə alınıb

    Avqustun 21-də Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 127 cinayət faktı qeydə alınıb, onların da 27-si “isti izlər”lə açılıb.
    Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.
    Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Muxalifet - 22-08-2018

  12. ​Kokainin yandırılması tədbirinə rus səfir də qatıldı – Səbəb

    Argentinanın paytaxtı Buenos-Ayresdə yarım tona yaxın kokain yandırılıb.
    Muxalifet.az xəbər verir ki, narkotik maddənin yandırılması mərasimi Çakarita qəbiristanlığının krematoriyasında həyata keçirilib.
    Mərasimdə ölkənin təhlükəsizlik naziri Patrisiya Bullriç, jandarmeriya başçısı Herardo Otero, digər güc strukturlarının rəhbərləri, o cümlədən Rusiyanın bu ölkədəki səfiri Dmitri Feoktistov da iştirik edib.
    Qeyd edək ki, 389 kiloqram çəkiyə malik kokain Rusiya və Argentina xüsusi xidmət orqanlarının birgə keçirdiyi əməliyyat zamanı ələ keçirilib.

    Muxalifet - 22-08-2018

  13. Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

    Sabah Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, avqustun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Muxalifet - 22-08-2018

  14. “Qarabağ” - "Şerif" matçının biletləri SATIŞDA

    UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ” - “Şerif” matçının biletləri satışa çıxarılıb.
    Muxalifet.az xəbər verir ki, biletləri yalnız aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə etmək olar. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
    Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.
    Qeyd edək ki, “Qarabağ” - "Şerif" matçı avqustun 30-u saat 21:00-da start götürəcək. İlk oyun isə sabah Moldovada keçiriləcək.

    Muxalifet - 22-08-2018

  15. Məşhur çeçen avtoritet Lənkəranskiyə görə ölkəmizə gəlib?

    "Kriminal aləmdə "Timur Dikiy” kimi tanınan çeçen əsilli Timur Tumaevin Azərbaycana gəlməsi xəbəri həqiqətə uyğun deyil".
    Bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisinin müavini, polis polkovniki Orxan Mansurzadə Qaynarinfo-ya açıqlamasında bildirib.
    "Bu haqda yazılanlar dezinformasiyadır"- deyə DİN rəsmisi əlavə edib.
    Qeyd edək ki, bir neçə gün əvvəl Timur Tumaevin Azərbaycana gəlməsi və azərbaycanlı mərhum "qanuni oğru”lar Rövşən Lənkəranski ilə Masallı Mamedin məzarlarını ziyarət etdiyi barədə mətbuatda xəbər yayılmışdı.

    Muxalifet - 22-08-2018

  16. ​“Türkiyəni iqtisadi böhrandan Merkel xilas edəcək...” – SENSASİYALI gəlişmə

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Angela Merkeldən iqtisadi böhranın aradan qaldırılması üçün kömək istəsə, o, yürütdüyü xarici siyasətində bir sıra dəyişikliklər etməyə məcbur olacaq.
    Muxalifet.az xəbər verir ki, bunu Almaniya Bundestaqının Xarici Siyasət Komitəsinin üzvü Yurgen Hardt Bloomberg-ə müsahibəsində deyib.
    Alman deputat Ərdoğanın bu istəyinə qarşı Merkelin şərtlərinin olduğunu bildirib:

    Muxalifet - 22-08-2018

  17. Prezidentin sözçüsündən SƏRT REAKSİYA: "Yunanınstan terrorçular üçün ən təhlükəsiz ölkədir"

    Yunanıstanın FETÖ-çü əsgərlərə sığınacaq verməsi ilə bağlı qərarına ilk reaksiya Türkiyə prezidentinin sözçüsü İbrahim Kalından gəldi.

    Muxalifet - 22-08-2018

  18. Üzgüçülükdə dünya rekordu yeniləndi

    İndoneziyada keçirilən Asiya Oyunlarında çinli üzgüçü Liu Xiang 50 metr məsafəyə arxası üstə üzmədə dünya rekorduna imza atıb.

    Muxalifet.az Trend-ə istinadən məlumatına görə, o, 26,98 saniyəyə bu məsafəni qət edib.

    Muxalifet - 22-08-2018

  19. Gürcüstan Rusiyaya qarşı yeni iddia qaldırıb

    Gürcüstan Ədliyyə Nazirliyi avqustun 21-də Strasburq Məhkəməsində “Gürcüstan Rusiya Federasiyasına qarşı” dövlətlərarası iddia qaldırıb.

    Bu barədə “Report” Gürcüstan KİV-inə istinadən xəbər verir.

    Muxalifet - 22-08-2018

  20. ​“Bu, KTMT-ni Azərbaycana vermək deməkdir” – Erməni politoloqun təşvişi

    Azərbaycan Qərbə inteqrasiya xətti tutmuş ölkədir və Beynəlxalq Qoşulmama Hərəkatının üzvü kimi heç bir koalisiya yer almaq niyyətində deyil.
    Muxalifet.az xəbər verir ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü ehtimalını şərh edərkən erməni politoloq Qriqor Balasanyan belə deyib.

    Muxalifet - 22-08-2018

Pages