Axtarış
The search found 105854 results in 0.066 seconds.
Search results
Banka borcu vardı, Azərbaycandan qaçarkən saxlanıldı - FOTO
Avqustun 18-də Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonu Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan İran istiqamətində nəzarət iz zolağında iz aşkar olunub və dərhal keçirilmiş sərhəd axtarışı əməliyyatı nəticəsində 1 nəfər sərhəd pozucusu qismində saxlanılıb.
Muxalifet4 - 21-08-2018
XİN alman deputatın "qara siyahı"da olduğunu təsdiqlədi
Almaniya Bundestaqının deputatı Albert Vayler 2014 və 2016-cı illərdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və ona görə də həmin dövrdən etibarən onun adı "arzuolunmaz şəxslər" siyahısına daxil edilib.
Bunu AzVision.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniyanın "Bild" qəzetinin alman deputata Azərbaycan ərazisinə girişin qadağan edilməsi barədə yaydığı məlumatlara münasibət bildirərkən deyib.
Muxalifet4 - 21-08-2018
Keçmiş məhkumu döyüb öldürdülər - SUMQAYITDA
Avqustun 20-də stansiya Sumqayıt şəhər ərazisindən şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşid Abbasov qapalı kəllə-beyini, baş-beyin silkələnməsi və burun sümüyünün sınığı ilə xəstəxanaya gətirilib və orada ölüb.
Muxalifet.az DİN-in saytına istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla həmin gün şəhər ərazisində R.Abbasovla qonşuları, əvvəllər məhkum olunmuş Yadigar Bayramov, Araz Quliyev, Yaşar Baxışov və Elşad Mamarzayev arasında münaqişə baş verməsi, bu zaman onun həmin şəxslər tərəfindən döyülməsi müəyyən edilib.Muxalifet4 - 21-08-2018
Trampdan şok: Türkləri sevirəm, Ərdoğanla razılaşdıq...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla razılığa gəlmişdik. Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp söyləyib. “Ərdoğan Türkiyədə saxlanılan keşiş Bransonu azad edəcəkdi. Mən isə İsraildə həbsdə olan Türkiyə vətəndaşının azadlığa çıxmasına kömək edəcəkdim. Mən Ərdoğana görə İsraillə danışıqlar apardım və Türkiyə vətəndaşı azad edildi. Ərdoğanın da çox məsum və mükəmməl insan olan keşiş Bransonu azad etməsini gözlədim, lakin bu baş vermədi. Türkiyənin bu hərəkəti çox üzücüdür. Dəhşətli səhvə yol verdiklərini düşünürəm. Hər hansı formada güzəşt olmayacaq”.
Muxalifet - 21-08-2018
Bakıya gətirilən 70-dən çox qurbanlıq qoyun TƏLƏF OLDU - ŞOK SƏBƏB
Musavat.com –un müxbiri qurbanlıq heyvanların satışı yarmarkasında dəhşətli mənzərənin şahidi olub.
Yarmarkaya satışa gətirilən yük maşını ilə dolu qurbanlıq heyvanlar tələf olub. Buna səbəb isə heyvanları daşıyan maşında havalandırma yerinin olmaması olub. Nəticədə qapalı yerdə yüz kilometr yol gələn 70-dən çox heyvan istidən və havasızlıqdan tələf olub.
Heyvan sahiblərinin özləri də bu vəziyyətdən yarmarkada xəbər tutublar. Öyrəndik ki, heyvanlar yarmarkaya Siyəzən rayonundan gətirilib.Muxalifet - 21-08-2018
Şok plan: Moskva Paşinyanı belə devirəcək – Şərh
Ermənistanın baş naziri Nikol Paşinyan mühüm əhəmiyyətli məsələləri parlamentdə yox, teatr meydanında keçirdiyi mitinqlərlə qanun halına salmaq fikrindədir.
Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, bu, çox qəribə və dünya praktikasında görünməmiş hadisədir:Muxalifet - 21-08-2018
Pentaqondan Türkiyə açıqlaması: "Gərginlik münasibətlərə…”
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) son günlər ABŞ və Türkiyə arasında baş verən diplomatik böhranla bağlı açıqlama verib.
Muxalifet.az xəbər verir ki, Pentaqonun mətbuat katibi Rob Manning diplomatik böhranın ABŞ və Türkiyə arasındakı hərbi əməkdaşlığa mənfi təsir göstərmədiyini bildirib.
O, tərəflərin Suriya məsələsi ilə əlaqədar əməkdaşlığının davam etdiyini açıqlayaraq deyib: “Pentaqonun Türkiyə ilə münasibətləri kəsilməyib, əməkdaşlıq davam edir”.Muxalifet - 21-08-2018
“İran istəsə görüşərik, istəməsə…" – Donald Trampdan açıqlama
ABŞ Prezidenti Donald Tramp Röyters agentliyinə müsahibəsində İranla danışıqlardan və bununla bağlı rəsmi Tehrana irəli sürdüyü təklifindən danışıb.
Muxalifet.az xəbər verir ki, o, İranla danışıqlara başlamaqda maraqlı tərəf olmadığını bildirib.
Tramp jurnalistin “Sizin Həsən Ruhani ilə ilkin şərtsiz danışıqlara hazır olmağınızla bağlı təklifinizin İran rəsmiləri tərəfindən rədd edilməsinə münasibətiniz nədir” sualına cavabında deyib:Muxalifet - 21-08-2018
Rusiya Ermənistanda silah istehsal edəcək - RƏSMİ
Rusiyada keçirilən “ARMI -2018” beynəlxalq hərbi-texniki sərgi çərçivəsində Ermənistanın müdafiə naziri David Tonoyanla birgə Moskvada olan “Royalsys Engineering ltd” şirkətinin rəhbəri David Qalstyanla Rusiyanın məşhur “Kalaşnikov” korporasiyasının direktor müavini Andrey Barışnikov arasında müqavilə imzalanıb.
Sazişə əsasən, Rusiyanın “Kalaşnikov” avtomatlarının ən yeni növləri – “AK-12” və “AK-15” beşinci nəsil müasir atıcı silahlarının istehsalı üçün Ermənistanda hərbi-sənaye müəssisələri yaradılacaq.
Muxalifet - 21-08-2018
“Sükut gözlənilmədən pozulacaq” - Qarabağ terrorçularının müharibə qorxusu
Dağlıq Qarabağ münaqişəsinin həll prosesində heç bir irəliləyiş yoxdur. Hazırkı vəziyyətdə irəliləyiş barədə danışmaq yanlışdır.
Muxalifet.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin nümayəndəsi Tiqran Abramyan deyib.
Abramyan danışıqların dayandırıldığını bildirib:Muxalifet - 21-08-2018
Xaçmazda 20-dən çox qəbir belə yandı - VİDEO+FOTOLAR
Bu gün Xaçmaz rayonunun Həcəlbəy kəndində qəbiristanlıq sahəsində güclü yanğın baş verib.
Muxalifet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın zamanı başdaşı taxtadan olan 20-dən çox qəbir yanıb.
Eyni zamanda mərmərdən olan sinə daşlarına da ziyan dəyib. Gözətçi Şahbaz Musatafayevin verdiyi məlumata görə, yanğın qəbiristanın alt hissəsindən başlayıb və 20 dəqiqə ərzində ətrafı bürüyüb. Hadisəni kimin törətməsi haqqında məlumat yoxdur.
Muxalifet - 21-08-2018
Baş həkim ittihamlara cavab verdi - “Pilləkən axı mənim problemim deyil”
Dünən mediada Bakı sakini Nigar Qəmərlinin paytaxtda fəaliyyət göstərən “İstanbul Clinic” özəl tibb müəssisəsinda ona göstərilən münasibətdən narazı qaldığı barədə məlumat yayılıb. Belə ki, xanımın iddiasına görə, xəstəxananın baş həkimi Ümman Abbasova onunla kobud şəkildə danışıb. N.Qəmərli isə tibb mütəxəssisini müvafiq qaydada şikayət edəcəyini bildirib.
Məsələ ilə əlaqədar bu gün minval.info-ya açıqlama verən klinikanın baş həkimi Ümman Abbasova hadisənin bir qədər fərqli baş verdiyini söyləyib.
Muxalifet - 21-08-2018
Rusiya tarixinin ən böyük hərbi təliminə hazırlaşır
Rusiya SSRİ-dən sonrakı ən böyük hərbi təlimlərə hazırlaşır.
Muxalifet.az xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu söyləyib. O, “Vostok-2018” adlı hərbi təlimdə Çin və Monqolustanın da iştirak edəcəyini deyib.
Şoyqu Sibir və Uzaq Şərqdə keçiriləcək hərbi təlimin həm əhatə dairəsinin genişliyinə, həm də əsgər və hərbi texnikanın sayına görə misli görünməmiş böyüklükdə olacağını bildirib.Muxalifet - 21-08-2018
Türk dünyasının yeni marşı – Video
Yutub sosial şəbəkəsində yayımlanan və türkçülüyü təbliğ edən mahnı millətçilərin sevimli marşına çevrilib.
Muxalifet.az kult.az-a istinadən xəbər verir ki, söz və musiqisi türk sənətçi İsmayıl Haqqı Ərdoğmuşa məxsus olan “Mənim” mahnısı qırğızıstanlı Aynazik Aydanovanın “Türk millətiyik” adlı klipi ilə daha da məşhurlaşıb.
Qeyd edək ki, bütün türk qollarını əhatə edən və türklərin birliyinə işarə vuran mahnı sosial şəbəkələrdə qısa müddətdə böyük maraq doğurub.Muxalifet - 21-08-2018
Adnan Oktar və "kedicik"lərinin zəngin həyatlarının maliyyə qaynağı MƏLUM OLDU
Türkiyədə özünü din xadimi kimi təqdim edən, lakin özü və təşkilat üzvləri qanunsuz əməllərinə görə həbs edilən Adnan Oktarın xarici ölkələrdəki şirkətlərdən əldə etdiyi gəlirlər açıqlanıb.
Publika.az bu ölkənin mediasına istinadən xəbər verir ki, təşkilata Qazaxıstandakı şirkətdən ayda bir milyon dollar, Dubaydakı şirkətdən isə yüksək miqdarda pul gəldiyi məlum olub.
İstanbul prokurorluğu tərəfindən aparılan araşdırma nəticəsində bəlli olub ki, bu iki ölkədən təşkilata ayda bir neçə milyon dollar pul köçürülür.Muxalifet - 21-08-2018
“İKİNCİ TÜRKMƏNÇAY MÜQAVİLƏSİ”NDƏ NƏLƏR VAR? - XƏZƏR KONVENSİYASININ TAM MƏTNİ
Hazırkı Konvensiyanın iştirakçıları olan Xəzər dənizinin sahilində yerləşən dövlətlər – Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistan, Birləşmiş Millətlər Təşkilatının Nizamnamə normaları və prinsiplərinə və beynəlxalq hüquqa əsaslanaraq,
– Tərəflər arasında əməkdaşlıq, mehriban qonşuluq və qarşılıqlı anlaşma ab-havası nəzərə alınmaqla,
– Tərəflər arasında mehriban qonşuluq münasibətlərini dərinləşdirmək və genişləndirmək arzusu əsas götürülərək,
Muxalifet - 21-08-2018
Alimlər TƏŞVİŞDƏ – Nəhəng buz təbəqəsi ƏRİYİR
Avropanın ən qoca və qalın buz təbəqəsi əriməyə başlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropanın ən böyük buz təbəqəsi Qrenlandiyanın əriməsi alimləri təşvişə salıb.
İl ərzində iki dəfə təkrarlanan bu hadisə alimlərin öz hesablarına bir daha baxmaqlarına səbəb olub.
Alimlər buzlağın ildə iki dəfə əriməsi tendensiyasının indiyə kimi qeydə alınmadığını söyləyirlər.
Buzlağın əriməsinə əsən isti küləklərin səbəb olduğu qeyd edilir. Onlar bunu qorxunc hal kimi qiymətləndirir.Muxalifet - 21-08-2018
Ali məktəblərə qəbul olanların NƏZƏRİNƏ
Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı şənbə və bazar günləri daxil olmaqla avqustun 28-dək aparılacaq.
Muxalifet - 21-08-2018
Dövlət Nəqliyyat Xidmətinə yeni rəis təyin olundu - Vasif Talıbovdan FƏRMAN
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.
Muxalifet.az xəbər verir ki, fərmana əsasən, Əli Məmmədtağı oğlu Hüseynəliyev Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin rəisi təyin edilib.Muxalifet - 21-08-2018
Rusiya Türkiyəyə güzəştə gedə bilər - POLİTOLOQ
Rusiya silah satışında Türkiyəyə də güzəşt edə bilər.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
“Türkiyə-ABŞ münasibətləri getdikcə gərginləşir. Bu da Rusiyada müəyyən mərkəzlərin maraqlarına xidmət edir. Ona görə də Rusiya Türkiyəni özünə daha çox yaxınlaşdırmaq üçün silah satışında qiymətlərdə müəyyən güzəştlər edə bilər. Üstəlik, S-400 raketlərinin Türkiyə ilə birgə istehsalı da mümkündür. Hesab edirəm ki, bu istiqamətdə Moskva ilə Ankara arasında danışıqlar genişlənəcək”, - siyasi şərhçi bildirib.Muxalifet - 21-08-2018