Axtarış

The search found 105854 results in 0.101 seconds.

Search results

  1. Qazaxda ceyranlar yaşayan ərazi şumlanır - QƏRARI KİM VERİB?

    Qax Dövlət Yasaqlığının ərazisinə düşən Acınohur çölündə kənd təsərrüfatı məqsədi ilə şumlama işlərinə başlanıb.

    Bu barədə BBC News Azərbaycancaya ətraf mühitin mühafizəsi ilə məşğul olan Ecofront təşkilatından Cavid Qara məlumat verib.

    Ətraf mühitin mühafizə olunması üzrə fəal deyir ki, "şumlama işləri "Aqroinkişaf 2017" şirkəti tərəfindən aparılır, amma şirkət barədə məlumatlı deyil".

    Muxalifet4 - 21-08-2018

  2. Tramp Müllerin təhqiqatını “ölkə üçün rüsvayçılıq” adlandırıb

    ABŞ prezidenti Donald Tramp xüsusi prokuror Roberrt Müllerin Rusiyanın 2016-cı ildə Birləşmiş Ştatlar seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqatını tənqid edərək, bunu “ölkə üçün rüsvayçılıq” adlandırıb.

    Muxalifet4 - 21-08-2018

  3. Prezidentə sui-qəsd: saray raketlə vuruldu

    Əfqanıstan Prezidenti Əşrəf Qəninin Qurban bayramı münasibətilə çıxışı zamanı paytaxt Kabil şəhərinə raket zərbələri endirilib.

    Bu barədə “Tolo Nyus” informasiya yayıb.

    Muxalifet4 - 21-08-2018

  4. “Bu ayın sonunadək dollara tələb yüksək olaraq qalacaq” - Vüqar Bayramov

    İqtisadçı ekspert Vüqar Bayramov region ölkələrinin valyutalarında baş verən dəyişikliyə münasibət bildirib. Muxalifet.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə yazan V. Bayramov qeyd edib ki, region ölkələrində valyutaların düşüşündən sonra qlobal valyuta bazarında da dəyişikliklər müşahidə olunur: “Ankara “1 dollar 6 Türkiyə lirəsi” məzənnəsini qoruyub saxlamağa çalışsa da, bunun asan olmayacağı aydındır. Belə görünür ki, həm Ağ Evdə, həm də Ağ Sarayda fərqli əhval-ruhiyyə var.

    Muxalifet4 - 21-08-2018

  5. Melaniya Tramp Afrikaya ilk xarici səfərini edəcək

    ABŞ-ın birinci xanımı Melaniya Tramp oktyabrda Afrika ölkələrinə səfər edəcək.

    “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Melaniyanı bu səfərində prezident Donald Tramp müşayiət etməyəcək. Birinci xanım Afrikadakı uşaqların problemlərini öz gözləri ilə görmək istədiyini bildirib.

    Muxalifet4 - 21-08-2018

  6. Azərbaycana gətirilən telefon üçün nə qədər rüsum ödəmək lazımdır? - Qiymətlər

    Müvafiq telefon modelləri üçün yeni rüsumlarla bağlı istifadəçi məlumatları “imei.az/phones” saytına yerləşdirilib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

    Bildirilib ki, bu və ya digər model üçün rüsumu öyrənmək müvafiq bölmədə qurğunun modelini seçməklə mümkün olacaq.

    Muxalifet4 - 21-08-2018

  7. Bakıda ana və oğlu eyni vaxtda tələbə oldu - VİDEO

    Ana və oğlu eyni vaxtda tələbə adını qazandı.

    Söhbət paytaxda yerləşən 328 nömrəli tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləyən Kifayət Cabbarova və həmin məktəbdən bu il məzun olan oğlu Hüseyn Cabbarlıdan gedir. Onlar universitetə heç bir hazırlıq kursuna və repetitor yanına getmədən qəbul olublar.

    Muxalifet4 - 21-08-2018

  8. Tikintilərlə bağlı şok yoxlamalar - ABUTALIBOVUN SƏRƏNCAMLARI TƏFTİŞ OLUNUR

    Bakı şəhərində tikinti sahəsində proseslərin tənzimlənməsi istiqamətində böyük işlər başladılıb. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə paytaxtın tikinti sektorunda problemlərin aradan qaldırılması, qanunsuz tikintilərin qarşısının alınması üçün ən yüksək səviyyədə səlahiyyətlər verilib. Komitə isə bu səlahiyyətlərindən istifadə edərək son illərdə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tikintiyə verilən bütün icazə sənədlərinin yoxlanmasına başlayıb.
     

    Muxalifet4 - 21-08-2018

  9. İran QƏRARINI VERDİ - Nüvə razılaşması belə davam edəcək

    İranın daxili işlər naziri Məhəmməd Cavad Zərif nüvə proqramı üzrə Birgə Hərtərəfli İş Planının (SVPD) Amerikasız davam edəcəyini deyib.
    Muxalifet.az xəbər verir ki, nazir Avropa İttifaqı ölkələrinin daha praktik addımlar atmasını gözlədiklərini bildirib.
    Razılaşmada yer alan Rusiya, Çin, İngiltərə, Fransa və Almaniyanın İrana sərmayə qoyacaq şirkətləri və banklarını qorumaqla bağlı müsbət və faydalı addımlar atdığını dilə gətirən Zərif bu kimi addımların tətbiq mərhələsinə keçməsinin daha önəmli olacağını vurğulayıb./publika.az/

    Muxalifet4 - 21-08-2018

  10. “Türkiyə və ABŞ arasında olan fikir ayrılığı daha çox siyasi məzmun daşıyır” - OLEQ KUZNETSOV

    Son günlər Vaşinqton və Ankara münasibətlərində gərginliyin artması müşahidə olunur. Avqustun 17-də ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan alüminium və polada qoyulan rüsumun artması ilə bağlı bəyanat verdi. Trampın bu qərarı, Türkiyə lirəsinin minimuma enməsinə səbəb oldu. Buna cavab olaraq, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan ABŞ-dan idxal olunun tütün məhsulları, spirtli içliklər və avtomobil də daxil olmaqla, bir neçə məhsulun rüsumunu artırdı.

    Muxalifet4 - 21-08-2018

  11. ÇEVRİLİŞİN YUBİLEYİ ƏRƏFƏSİNDƏ “İRAN ÜZRƏ FƏALİYYƏT QRUPU”: Ağ Evin adamı Tehranı dala dirədə biləcəkmi? - TƏHLİL

    Co Makaron

    “Əl-Cəzirə”

    Yorucu bürokratik iş gününü əyləncəyə çevirməkdə və bəzən qlobal çaxnaşmaya səbəb ola biləcək fantastik ifadələr yaratmaqda heç kim Vaşinqtonla yarışa bilməz. Avqustun 16-da ABŞ Dövlət Departamentində “İran üzrə Fəaliyyət Qrupu”nun (IAG) yaradılması da prezident Donald Trampın rəhbərliyi dövründə Amerika bürokratiyasını belə günlərindən biri olub.

    Muxalifet4 - 21-08-2018

  12. ​Türkiyəyə fəhləliyə gedən şəxs quduzluqdan öldü - AZƏRBAYCANDA İT DİŞLƏYİB...

    Azərbaycandan Türkiyəyə pomidor tarlasında mövsümi işçi olaraq işləməyə gedən 42 yaşlı Rauf Əhmədov quduzluqdan ölüb.
    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı bir neçə gündür saxlanıldığı Balıkesir xəstəxanasında həyatını itirib. Onu Türkiyəyə getməzdən əvvəl Azərbaycanda it dişlədiyi məlum olub.

    Muxalifet4 - 21-08-2018

  13. ŞOK İDDİA: İçində insan əti aşkarlanmış kolbasalar Azərbaycana...

    Rusiyanın ət kombinatlarından biri ilə bağlı ölkə mətbuatında şok məlumat yayılıb. Məlumatda iddia edilir ki, Moskva yaxınlığında fəaliyyət göstərən “Mortadel” ət kombinatında istehsal edilən kolbasaların tərkibində insan əti aşkarlanıb.

    Muxalifet4 - 21-08-2018

  14. Britaniya Rusiyaya qarşı sanksiyaları kəskinləşdirməyə çağırır: "Avropa İttifaqı ABŞ-la çiyin-çiyinə dayanmalıdır"

    Britaniyanın yeni xarici işlər naziri ilk böyük çıxışında Avropa İttifaqını Rusiyaya sanksiyaları gücləndirməyə çağıracaq, blokun Birləşmiş Ştatlarla “çiyin çiyinə” dayanmalı olduğunu vurğulayacaq. Vaşinqton bu ay Moskvaya yeni iqtisadi sanksiyalar tətbiq edib.

    Muxalifet4 - 21-08-2018

  15. Bakıda avtobusda qadınlar arasında DAVA: "Səni pəncərədən ataram" - VİDEO

    Son günlər Bakının şəhərdaxili avtobuslarında sərnişinlər arasında baş verən qalmaqalların arası səngimir.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu dəfə də avtobusların birində qeydə alınan qalmaqalın qəhrəmanları qadınlar olub.

    Onlar arasındakı mübahisə davaya çevrilib. Ancaq avtobus sərnişinləri davanın qarşısını almağa nail olublar.

    Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

     

    Muxalifet4 - 21-08-2018

  16. 85 yaşlı kişi qətlə yetirildi - BAKIDA

    Bakıda 85 yaşlı kişi qətlə yetirilib.

    Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Yeni Ramana qəsəbəsində baş verib.

    Qəsəbədə yaşayan 1933-cü il təvəllüdlü Əkrəm Tağızadə evində həmyerlisi Sakit Mirzəyev tərəfindən qətlə yetirilib.

    Hadisəni törədən S.Mirzəyev saxlanılıb.

    Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

    Muxalifet4 - 21-08-2018

  17. ​Putin Si Szinpinlə görüşəcək

    Rusiya Prezidenti Vladimir Putin sentyabrda Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumu çərçivəsində Çin lideri Si Szinpinlə görüşəcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Yur Trutnev deyib.
    Bir müddət əvvəl də Vladimir Putin Si Szinpini sentyabrda Vladivostokda gözlədiyini bildirmişdi.
    Qeyd edək ki, IV Şərq İqtisadi Forumu 12-13 sentyabrda Vladivostokda keçiriləcək.

    Muxalifet - 21-08-2018

  18. ABŞ-da 2 iranlı həbs olundu - CASUSULUQ İTTİHAMI

    Avqustun 20-də ABŞ-da iki iranlı Tehrana casusluqda ittiham edilib.

    Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

    38 yaşlı Əhmədrza Muhammedi-Dustdar hansı ki, onun həm ABŞ həm də İran pasportu var, həmçinin Kaliforniyada yaşayan 59 yaşlı İran vətəndaşı Məcid Qurbani həbs ediliblər.

    Onlar İrana ABŞ haqqında kəşfiyyat xarakterli materialların ötürülməsində, həmçini daxildə təxribat törətməkdə ittiham olunublar.

    Muxalifet4 - 21-08-2018

  19. "Bir müddət sonra manatı ucuzlaşdırmaqdan başqa yol qalmayacaq"

    "Manatın və ölkə iqtisadiyyatının taleyi sırf neftdən asılıdır. Bu fakt artıq heç kimdə şübhə doğurmur". Bu fikirlər iqtisadçı ekspert Natiq Cəfərliyə məxsusdur.

    Muxalifet4 - 21-08-2018

  20. Trampın son bəyanatları dolları zəiflətdi

    Birləşmiş Ştatlar Prezidenti Donald Trampın Federal Ehtiyatlar Sisteminin maliyyə siyasəti ilə bağlı bəyanatlarından sonra avqustun 21-də ABŞ dollarının məzənnəsi dünyanın əsas pul vahidlərinə münasibətdə enməyə başlayıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə "Praym" agentliyi hərracların nəticələrinə əsasən məlumat yayıb.

    Belə ki, səhər saatlarında avro dollarla müqayisədə ötən günə (1,1482) nisbətən möhkəmlənərək 1,1529 dollar təşkil edib.

    Muxalifet4 - 21-08-2018

Pages