Axtarış

The search found 105854 results in 0.072 seconds.

Search results

  1. ​Ukrayna məhkəməsi Azərbaycan vətəndaşını 6 il azadlıqdan məhrum edib

    Ukrayna paytaxtı Kiyevin Qoloseyevskiy rayonunda quldurluq ittihamı ilə həbs olunan Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü Abbasov Əlinin məhkəmə prosesi başa çatıb.
    “Report”un əldə etdiyi məlumata görə, o, məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
    Ə.Abbasov Kiyevdə iş adamlarına və onların ailə üzvlərinə hücum edərək qarət etməkdə təqsirli bilinib.

    Muxalifet - 20-08-2018

  2. ​Almaniyadan ŞOK ETİRAF: Türk lirəsinin ucuzlaşması RİSKDİR

    Almaniyanın İqtisadiyyat Nazirliyi bazar ertəsi açıqladığı aylıq hesabatında türk lirəsindəki dəyər itkisinin Almaniya iqtisadiyyatına risk təşkil etdiyini açıqlayıb.
    Almaniya iqtisadiyyatı üçün ən böyük risklər kimi ABŞ-ın liderliyi ilə başlayan ticarət müharibələri və İngiltərənin Avropa İttifaqından bir razılığa gəlmədən çıxması göstərilib.
    Hesabatda "Türkiyədəki iqtisadi dəyişikliklər yeni və xarici iqtisadi risk təşkil edir" ifadəsi işlədilib.
    Almaniya Türkiyənin ikinci ən böyük xarici investorudur.

    Muxalifet - 20-08-2018

  3. Trampdan bir TƏHDİD də həyat yoldaşına: "Məni BOŞAYARSA..."

    ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampı təhdid edib.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Tramp Sloveniya əsilli həyat yoldaşına onu boşaması durumunda ABŞ vətəndaşlığından çıxaracağını deyib.

    Bu barədə prezidentin sabiq köməkçilərindən Omarosa Nyuman danışıb. Ağ Evdə keçirdiyi günlərdən bəhs edən “Dəngəsiz” adlı kitab yazan Nyuman kitabında “Əgər Melaniya Donaldın vəzifədə olduğu müddətdə onu utandıracaq hərəkət edərsə və boşayarsa, Tramp onu cəzalandırmağın bir yolunu tapar” sözlərini yazıb.

    Muxalifet4 - 20-08-2018

  4. Qurban bayramında heyvan kəsimi və satışı üçün Bakıda ayrılmış yerlər - SİYAHI

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ilə bağlı heyvan satışı və kəsimi üçün ayrılan yerlərin siyahısını açıqlayıb.

    Muxalifet4 - 20-08-2018

  5. ​"Lotu Quli"nin adamından Mətanətin videosuna REAKSİYA: "Şərəfi, qeyrəti yoxdur" FOTO

    Azərbaycanlı kriminal avtoritet Elnur Şuşalı müğənni Mətanət Əsədovanın içki içərkən çəkilmiş videosunu yayanları sərt şəkildə tənqid edib.
    Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, avtoritet, videonu yayanları qeyrətsiz və şərəfsiz adlandırıb:
    "Yeyir-içir, əcəb edir. Onu paylaşan şərəfsizdir, mərdlik qalmayıb. Onu paylaşanın mən deyərəm, belələrinin şərəfi, qeyrəti yoxdur".
    Qeyd edək ki, Elnur Şuşalı "Lotu Quli”nin ən yaxın adamlarındandır.

    Muxalifet - 20-08-2018

  6. Bakıda avtobusda NÖVBƏTİ BİABIRÇILIQ: Yaşlı qadın gənc qızı təhqir etdi, başına çanta ilə vurdu - VİDEO

    Paytaxt avtobuslarının birində növbəti mübahisə dava ilə nəticələnib.

    Hadisə ötən gün axşam saatlarında 37 nömrəli marşrut avtobusunda baş verib. Şahidlər bildiriblər ki, avtobusa minən gənc qız öndə olan qadına onu itələməməsini bildirib. Qadın isə “mən səndən qabaqda çıxıram, səni necə itələyə bilərəm?” dedikdən sonra aralarında mübahisə başlayıb. Sonda isə mübahisə böyüyərək davaya çevrilib.

    Qeyd edək ki, 37 nömrəli marşrut avtobusu Avtovağzaldan İçərişəhər metro stansiyasına kimi hərəkət edir. (bizimyol)

    Muxalifet4 - 20-08-2018

  7. İqtisadçı ekspertdən qiymət artımı anonsu - "NÖVBƏTİ ADDIMDA DİZEL BAHALAŞACAQ"

    Natiq Cəfərli: "Kommunal xərclər və Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər ilbəil artacaq"

    Muxalifet - 20-08-2018

  8. Musa Yaqubun saçlarına bənzəyən adam!

    Emil RASİMOĞLU
     
    (Aydın Canıyevə ünvanlanan sətirlər)
     

    Musa Yaqubun saçlarına bənzəyən adam,
    dişləri tökülür ayaqyalın şəkillərinin,
    yanır gülüşlərin pəncərə təkliyində.
    Bütün çətirlərin çölündən keçən yağışlar
    sənin çətirinin altında gecələdi...
     
    Bu şəhərdə
    qadınlar qovuşduğu kişilərin payız fəslində ölürmüş...
    ...Sən də Onun sonu oldun, O isə Tanrının !
     
    Alnını tut sonuncu ölüm gününə sarı,
    görəcəksən sən kimsən...-
    Bir az,

    Muxalifet4 - 19-08-2018

  9. Bakı metrosunda soyğunçular tutuldu

    Avqustun 17-də saat 23 radələrində metronun “Nəriman Nərimanov” stansiyasının platformasında qaçan iki nəfər orada xidmət aparan polis əməkdaşlarının diqqətini cəlb etdiyindən onlar şübhəli şəxs qismində saxlanılaraq Metropolitendə Polis Şöbəsinə gətiriliblər.
    Daxili İşlər Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, araşdırmalar zamanı həmin şəxslərin Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Tamerlan Əliyev və Nərminə Abbasova olmaları müəyyən edilib.

    Muxalifet - 20-08-2018

  10. ​Rusiyanın Azərbaycandakı yeni səfiri əsas hədəflərdən danışdı

    Rusiyanın Azərbaycandakı səfirliyinin yaxın müddət ərzində əsas hədəfi iki ölkənin dövlət başçıları arasında qurulmuş əlaqələrin praktiki məsələlərlə zənginləşdirilməsidir.
    Muxalifet.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov deyib.
    O bildirib ki, hazırda gündəlikdə regionlararası əməkdaşlıq forumunun təşkili, eləcə də hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi dayanır.

    Muxalifet - 20-08-2018

  11. ​İki nəhəng ölkədən ORTAQ HƏMLƏ - 5-ci nəsil qırıcı istehsal edəcəklər

    Rusiya və Hindistan 5-ci nəsil qırıcı təyyarə istehsal etməyə hazırlaşdıqlarını elan edib.
    Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Birləşmiş Təyyarə Şirkətlərinin direktoru Yuri Slyusar mediaya verdiyi açıqlamada bildirib.
    Direktor Hindistan tərəfinin bu mövzuda çox sual verdiyini və onlara əhatəli cavablar göndərdiklərini deyib. “Hindistana göndərməyə hazır olduğumuz texnologiyanın həcmini başqa heç bir ölkəyə transfer etmək istəmirik”-, Slyusar qeyd edib.

    Muxalifet - 20-08-2018

  12. ​Evdən silah-sursat aşkarlandı – Gəncədə əməliyyat

    Gəncə şəhərində silah-sursatın aşkar edilməsi barədə əməliyyat keçirilib.
    Muxalifet.az xəbər verir ki, daxil olmuş məlumat əsasında Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Bayramov saxlanılıb.
    Pərviz Bayramovun evinə baxış zamanı 30 ədəd avtomat patronu və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

    Muxalifet - 20-08-2018

  13. ​İqtisadiyyat Nazirliyi benzinin bahalaşmasını BELƏ ƏSASLANDIRDI

    Avqustun 19-dan etibarən Azərbaycanda "Premium Euro-95” və "Super Euro-98” markalı avtomobil benzinin qiyməti bahalaşıb.
    Belə ki, artıq "Premium Euro-95” markalı benzin 1 manat 50 qəpik olub. "Super Euro-98” markalı avtomobil benzinin qiyməti isə bahalaşaraq 1 manat 60 qəpik olub.
    Muxalifet.az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, "Premium Euro-95” və "Super Euro-98” markalı avtomobil benzini Azərbaycana idxal olunur.

    Muxalifet - 20-08-2018

  14. Məqsədimiz bəllidir, Qarabağın həlli... - Boçarnikov

    Rəsmi mövqeyimiz çox aydındır və hamıya bəllidir. Dağlıq Qarabağ münaqişəsinin həllinə Rusiyanın həmsədr olduğu ATƏT-in Minsk qrupu prizmasından baxırıq. Məqsədimiz münaqişə tərəflərinin razılıq əldə etməsi üçün onlara dəstək verməkdir.
    Report xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov avqustun 20-də keçirdiyi mətbuat konfransında deyib.
    Səfirin sözlərinə görə, hazırda danışıqlar prosesində tərəflərin bir-biri ilə tanış olması üçün müəyyən addımlar atılır.

    Muxalifet - 20-08-2018

  15. ABŞ-dan 4 dövlətə ittiham: “Müdaxiləyə hazırlaşırlar…”

    ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bu il keçiriləcək parlament seçkilərinə Çin, İran və Şimali Koreyanın müdaxilə edəcəklərini bildirib.
    Muxalifet.az xəbər verir ki, Bolton bununla bağlı təsdiq edilmiş kəşfiyyat məlumatları əldə etdiklərini açıqlayıb.

    Muxalifet - 20-08-2018

  16. ​Babəkə həsr edilmiş ANİMASİYA - VİDEO

    Azərbaycanda Babəkə həsr edilmiş informasiya xarakterli animasiya çarxı hazırlanıb.
    Animasiyada Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən olan Babəkin mübarizəsi 3D qrafikası vasitəsilə qısa təsvir edilir.
    Onun “xürrəmilər”in başçısı Cavidanla ilk görüşü, Bəzz qalasına gəlişi, Yadelli işğalçılara qarşı mübarizə hərəkatına rəhbərlik etməsi, xəlifənin sərkərdəsi Afşinlə görüşü nümayiş etdirilir.

    Muxalifet - 20-08-2018

  17. ​Bakıda gecə klubunda dava - ƏRƏB TURİST DÖYÜLDÜ

    Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "İnfiniti” gecə klubunda dava düşüb.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, naməlum şəxs Səudiyyə Ərəbistanından olan turist 1992-ci il təvəllüdlü Almurtair Mişel Şuqarini döyüb.
    Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində araşdırma aparılır.

    Muxalifet - 20-08-2018

  18. “MİLLİ MƏCLİSİN QARŞISINDA İNTİHAR EDƏCƏM” - Məmur kürəkənindən Prezidentə ŞOK MÜRACİƏT

    “Keçmiş qayınatam Gömrük Postunun rəisi işləyib, böyük imkanları, əmlakları var…”

    “Mənə qarşı qanunsuzluqlara və təzyiqlərə son qoyulmazsa, Milli Məclisin qarşısında intihar etmək məcburiyyətində qalacam! Başqa çıxış yolum qalmayıb, deputatın təsiri ilə məhkəmələr tərəfindən hüquqlarım kobud şəkildə pozulur”.

    Muxalifet - 20-08-2018

  19. ​Sabaha olan hava PROQNOZU

    Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
    Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23, gündüz 25-30, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

    Muxalifet - 20-08-2018

  20. ​"Toppuş bacı"da yenidən bədxassəli şiş aşkarlandı - Xəstəxanaya yerləşdirildi

    "Toppuş bacı" kimi tanınan Əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə əməliyyat olunan aktrisada yenidən bədxassəli şiş aşkarlanıb.

    Muxalifet - 20-08-2018

Pages