Axtarış
The search found 105854 results in 0.146 seconds.
Search results
Azərbaycanda polkovnik dünyasını dəyişdi
Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi polis polkovniki Əbdül Zərgərli dünyasını dəyişib.
Report-un xəbərinə görə, Ə.Zərgərinin qəfil vəfat etməsinə səbəb ürəktutma olub.
Allah rəhmət eləsin!Muxalifet - 20-08-2018
Əməliyyat: 17 "İphone X" və kəsici alətlər aşkarlandı
Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin "Xanoba" gömrük postunda sərhəd xidmətinin əməkdaşları ilə birgə Rusiya Federasiyasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Sprinter" markalı avtomobilə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı həmin nəqliyyat vasitəsindən 17 ədəd "İphone X" markalı mobil telefon, ümumi uzunluğu 23,8 sm olan bıçaq və qatlanan bıçaqlı 1 ədəd beşbarmaq aşkar olunub.Muxalifet - 20-08-2018
“Bu, xalqın cibinə girməkdir” - Deputatdan benzinin bahalaşmasına ETİRAZ
“Son aylarda ictimai nəqliyyatda qiymətlərin bahalanması, bundan başqa, bəzi rüsum və yığımların artırılması səbəblərini Tarif Şurasından və hökumətdən soruşmaq lazımdır. Hələ avqustun 19-da bəzi benzin növlərinin qiymətlərini də bahalaşdırıblar”.
Bu sözləri Mili Məclisin deputatı Fərəc Quliyev avqustun 19-da «Premium Euro-95» və «Super Euro-98» markalı benzinlərin qiymətlərinin artırılması haqqında danışarkən bildirib.Muxalifet - 20-08-2018
“ABŞ TÜRKİYƏDƏN TƏSLİM OLMAĞI TƏLƏB EDİR…” – “Ərdoğan bu alçaldıcı şərtləri heç vaxt qəbul etməz”
“Siz hadisələri Azərbaycan hakimiyyətinin mentaliteti və arşınıyla ölçürsünüz…”
Muxalifet - 20-08-2018
Həbs edilən polkovnik "Qoca"ya nifrətindən danışdı: "ƏMƏKDAŞIMIZI ÖLDÜRMÜŞDÜ..."
Bakıda dustaqların qaçması işində adı keçən şəxslərin məhkəməsi davam edir.
Muxxalifet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın, Penitensiar xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov və digərlərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Məhkəmədə həbs edilənlərdən polkovnik Bəhruz Avdullayev sualları cavablandırıb.
Muxalifet - 20-08-2018
Trampdan islamla bağlı zarafat: Bu baş versə, Netanyahu...
ABŞ Prezidenti Donald Tramp iyunda İordaniya kralı II Abdullahla Fələstin-İsrail münaqişəsinin həlli imkanlarını müzakirə edərkən islamla bağlı zarafat edib.
Muxalifet.az xəbər verir ki, kral Trampın kinayəli sözlərini Fransanın Xarici İşlər naziri Jan-İv Lö Drianla görüşü zamanı xatırladıb.
Görüş zamanı kral Trampa bir çox fələstinlinin yəhudilərlə eyni dövlətdə, bərabər hüquqlarla yaşamağı seçə biləcəyini, bunun nəticəsində İsrailin yəhudi kimliyinin, yəni ayrı-seçkiliyin aradan qalxacağını deyib. ABŞ lideri isə ona belə cavab verib:Muxalifet - 20-08-2018
ABŞ səfirliyinə hücumla bağlı İLK AÇIQLAMA: "Türkiyədəki səfirlər, diplomatlar və..."
ABŞ-ın Ankaradakı səfirliyinin binasına səhər saatlarında təşkil edilən hücumla bağlı Ədalət və İnkişaf Partiyasından açıqlama gəlib.
Partiyanın mətbuat katibi Ömər Çelik silahlı hücumun təxribat olduğunu açıqlayıb.
“Bundan kiminsə şübhəsi olmasın: Türkiyədə işləyən xarici missionerlər, səfirlər dövlətimizin zəmanəti altındadır. Diplomatik fəaliyyətlərini davam etdirənlər millətimizin qonaqlarıdırlar. Hər növ təhlükəsizlik tədbirlərinin təmin edilməsi mövzusunda həssaslıq göstərəcəyik. Türkiyə təhlükəsiz ölkədir” -, sözçü bildirib.Muxalifet - 20-08-2018
PKK-çılar gecə uşaqları məzarlığa aparıb... - ŞOK ETİRAFLAR
PKK terror təşkilatının təhdid edərək tərkibinə qatdığı uşaqlar Türkiyə Silahlı Qüvvələrinə təslim olaraq ifadə veriblər.
Muxalifet.az xəbər verir ki, həmin uşaqlardan biri, 15 yaşlı adı açıqlanmayan uşaq PKK-çıların onu ailəsinə zərər verməklə təhdid edərək məcburi şəkildə təşkilata üzv etdiklərini bildirib.
Onun sözlərinə görə, terrorçular uşaqları bu yolla təhdid edir və məzarlığa gəlmələrini tələb edir. Oradan da birbaşa təşkilatın düşərgəsinə aparır.Muxalifet - 20-08-2018
Köçəryanın evində axtarış: Nəticələr gizlədilir…
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın evi və ofisində axtarış aparılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Komitəsi məlumat yayıb.
Axtarışın hansı məqsədlə aparıldığı barədə məlumat verilməyib. Komitə axtarışlarla bağlı yaxın saatlarda rəsmi məlumat yayacağını bildirib.
Qeyd edək ki, Robert Köçəryan bir neçə gün əvvəl 2008-ci ilin martın 1-də İrəvan şəhərində keçirilmiş etiraz aksiyalarında iştirak edən insanlara odlu silahdan atəş açmaq əmri verməkdə ittiham edilərək həbs olunmuşdu.Muxalifet - 20-08-2018
“ABŞ səfirliyinə atəş açılması xaos törətmək cəhdidir” - TÜRKİYƏDƏN AÇIQLAMA
Muxalifet.az xəbər verir ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın “Tvitter” hesabındakı paylaşmasında ABŞ-ın Ankaradakı səfirliyinə hücumu qınayıb. Kalın hadisə ilə bağlı açıqlamasında bildirib: “Bu, açıq-aşkar xaos yaratmaq cəhdidir. Türkiyə təhlükəsiz bir ölkədir və bütün əcnəbi missiyalar təminat altındadır. Hadisə ilə bağlı istintaq aparılır və ən qısa müddət ərzində məsələyə aydınlıq gətiriləcək”.
Muxalifet - 20-08-2018
“MƏQSƏD TÜRK MİLLƏTİNİ ƏSİR ALMAQDIR…” - Ərdoğandan sərt açıqlama + VİDEO
“İqtisadiyyatımıza edilən hücumun birbaşa olaraq azanımıza və bayrağımıza qarşı edilən hücumdan heç bir fərqi yoxdur… Biz boynumuza kəndir keçirilməkdənsə, boynumuzun vurulmasını tərcih edən millətik.”
AzPolitika.info xəbər verir ki, bu sözləri Qurban bayramı münasibətilə xalqa müraciət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Burada məqsəd Türkiyəni və türk millətini təslim etmək, əsir almaqdır. Türkiyəni valyuta məzənnəsi ilə məğlub edəcəklərini hesab edənlər yanıldıqlarını yaxın vaxtlarda görəcək”, – Ərdoğan bildirib.Muxalifet - 20-08-2018
Luqanskın “xaç atası” Teymur Mürvətoğlu barədə sensasion məlumatlar - "Narkotrafiklə məşğul olub, Plotnitski onu himayə edirdi..."
Ukraynanın şərqində, rusiyameylli separatçıların nəzarətində olan Luqanskdakı azərbaycan diaspor təşkilatının lideri barədə sosial şəbəkələrdə sensasion iddia yayılıb.
Muxalifet - 20-08-2018
İraqda ABŞ hərbi helikopteri qəzaya uğradı
İraqda səhər saatlarında ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb.
Report xəbər verir ki, hadisə nəticəsində pilot ölüb, göyərtədə olan bir neçə hərbçi yaralanıb.
Hadisənin səbəbləri müəyyənləşdirilir.
KİV vertolyotun xüsusi əməliyyatdan geri qayıtdığını xəbər verir.Muxalifet - 20-08-2018
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri 2 gün işləməyəcək
22-23 avqust - Qurban bayramı ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.
Muxalifet.az xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 24 avqust tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.Muxalifet - 20-08-2018
Köçəryanı həbsdən azad edən hakimin dissertasiya oğrusu olduğu ortaya çıxdı
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan haqqında həbs-qətimkan tədbirini dəyişdirən, Apellyasiya məhkəməsinin hakimi Aleksandr Azaryana qarşı Nikol Paşinyanı müdafiə edən medianın qəzəbi səngimir.
Jurnalistlər artıq həmin hakimin tərcümeyi-halını ələk-vələk edib, keçmiş günahlarını yadına salırlar.
Ermənistanın 1-ci informasiya saytının verdiyi məlumata görə, hakim Aleksandr Azaryan vaxtilə müdafiə etdiyi namizədlik dissertasiyasının bir hissəsini başqasından oğurlayıbmış.Muxalifet - 20-08-2018
HÖKM TƏSDİQLƏNDİ: Verilişə görə tutulan azərbaycanlılar
Güney Azərbaycanda “Fitilə” hadisələri ilə əlaqədar tutulan 3 milli fəalın apelyasiya məhkəməsinə baxılıb.
Muxalifet.az xəbər verir ki, avqustun 18-də keçirilən apelyasiya məhkəməsində azərbaycanlı fəallar Beytullah Bərzgər, Sina Qurbani Ərşad və Siyamək Qardaşi haqqında birinci instansiya məhkəməsinin çıxardığı hökm təsdiqlənib.
Qərara əsasən, şallaq hökmü və həbs cəzası qüvvədə qalmaqla hökmün icrası şərti olaraq 3 il müddətinə təxirə salınır. 3 il müddətində fəalların hər hansısa bir oxşar hadisələrlə əlaqəsi olarsa, verilən hökm icra olunacaq.Muxalifet - 20-08-2018
Almaniya Türkiyəyə yardım edəcəkmi? - Merkel açıqladı
Almaniyanın Türkiyəyə maliyyə yardımı göstərməsi hazırda gündəmdə deyil.
Muxalifet.az xəbər verir ki, bu sözləri Almaniya hökumətinin sözçüsü Şteffen Zaybert söyləyib. O bildirib ki, Almaniya Türkiyədə iqtisadi sabitliyin qorunmasının tərəfdarıdır.
Bu açıqlamadan sonra Almaniya kansleri Angela Merkel Türkiyənin Berlinin köməyinə ehtiyacı olmadığını deyib.
Qeyd edək ki, ötən gün Almaniyanın Sosial Demokrat Partiyasının sədri Andrea Nales rəsmi Berlinin Türkiyəyə maliyyə yardımı etməyə çağırıb.Muxalifet - 20-08-2018
Çeçenistanda iki silahlı nazirlik binasına girmək istəyərkən məhv edildi
Çeçenistanın Şali rayonunun Daxili İşlər Nazirliyinin bölməsinin ərazisinə keçmək istəyən iki silahlı şəxs məhv edilib.
Muxalifet.az TASS agentliyinə istinadən xəbər verir ki, hücum edənlərdən biri özünü bölmənin qarşısında partladıb.Muxalifet - 20-08-2018
Qazaxıstan Rusiyadan benzin idxalını məhdudlaşdırır
Qazaxıstan dəmir yolu ilə Rusiyadan benzin idxalına qadağa qoyur.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bununla bağlı Qazaxıstanın energetika naziri Kanat Bozumbayev əmr imzalayıb.
Əmrə əsasən, qadağa avqustun 25-dən qüvvəyə minəcək və 3 ay davam edəcək. Məqsəd ölkənin neft məhsulları bazarını əlavə yüklənmədən qorumaqdır.
Nazir bildirib ki, Rusiya tərəfi qadağaya anlayışla yanaşıb.Muxalifet - 20-08-2018
Yolu keçən piyada faciəli şəkildə öldü – Bakıda
Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, Şüvəlan qəsəbəsi ərazisində qəsəbə sakini Elsevər Kərimli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Lənkəran rayon sakini Hakim Şiriyevi vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 20-08-2018