Axtarış
The search found 105854 results in 0.138 seconds.
Search results
Çinin Türkiyəyə bu jesti dünya dövlətlərini TƏDİRGİN ETDİ - RƏSMİ
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə çinli həmkarı Van İ arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, tərəflər Türkiyə-Çin əməkdaşlığını müzakirə edib.
Van ölkəsinin Türkiyənin milli təhlükəsizliyi, sabitliyi, iqtisadiyyatı və sosial inkişafını qorumaq üçün göstərdiyi səyləri dəstəklədiyini bildirib.
Çavuşoğlu isə Türkiyənin Çinlə strateji dialoqu gücləndirməyə hazır olduğunu deyib:
“Türkiyənin Çinlə qarşılıqlı mənafeyə söykənən əməkdaşlığını daha da dərinləşdirəcəyimizə ümid edirik”.
Muxalifet3 - 18-08-2018
Ərdoğan idarə heyətini topladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında AKP-nin idarə heyətinin görüşü keçirilib.
Muxalifet.az xəbər verir ki, görüşlə bağlı ətraflı məlumat verilməyib.
Muxalifet3 - 18-08-2018
Putin: Bu fövqəladə insan ömrünün bir hissəsini...
Bu fövqəladə insan və böyük siyasətçi həyatının əhəmiyyətli bir hissəsini BMT-yə həsr edib.
Muxalifet.az xəbər verir ki, bu sözlər Rusiya Prezidenti Vladimir Putinin BMT-nin keçmiş baş katibi Kofi Annanın ölümü ilə bağlı hazırki baş katib Antonio Quterreşə göndərdiyi məktubda qeyd olunub.
“BMT-yə çətin dövrlərdə liderlik edərək təşkilatın məqsədlərini və hədəflərini gerçəkləşdirmək, dünyadakı rolunu gücləndirmək üçün böyük əmək sərf edib. Bir sıra regional ixtilaflardan əlavə, BMT-nin sülhməramlılıq potensialının yaradılmasına xüsusi töhfə verib”,- məktubda qeyd olunub.Muxalifet3 - 18-08-2018
Dünya ŞOKDA: ABŞ-la Türkiyə ortaq təlimlərə başlayır
ABŞ-la Türkiyə Suriyanın Menbiç şəhərində ortaq patrul əməliyyatı keçirəcək.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.
Akar deyib ki, yaxın vaxtda iki ölkənin hərbçilərinin birgə təlimləri başlayacaq.
Muxalifet3 - 18-08-2018
İlham Əliyevdən Ərdoğana: Sizə olan sonsuz inam və etimad...
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.
Muxalifet.az xəbər verir ki, təbrikdə qeyd edilir:
Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Qardaş Türkiyənin aparıcı siyasi qüvvəsi olan Ədalət və İnkişaf Partiyasının Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.Muxalifet3 - 18-08-2018
“GymBala” beynəlxalq turnirin birinci günü başa çatdı
Avqustun 18-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “GymBala” adlı beynəlxalq turnirin birinci gününə yekun vurulub.
Muxalifet.az xəbər verir ki, qrup hərəkətləri proqramında 2008-2010-cu il təvəllüdlü balacalar kateqoriyasında halqalar və toplar üzrə yarışlarda birinci yerə 20,500 xal ilə “Ocaq-3” yığması, ikinci yerə 19,300 xal ilə “Ocaq-4” yığması, üçüncü yerə isə 18,450 xal ilə Bakı Gimnastika Məktəbinin (BGM) yetirmələri layiq görülüb.Muxalifet3 - 18-08-2018
Ərdoğan yenidən AKP-nin sədri seçildi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən qurultayda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri seçilib.
Muxalifet.az xəbər verir ki, seçkilərdə yeganə namizəd olan Ərdoğan artıq altıncı dəfədir ki, partiyanın lideri seçilir.
O, qurultay üzvlərinin 1380 səsini alıb.
Muxalifet3 - 18-08-2018
Qurban Qurbanov: Rəşadın nə gücü tükənib, nə də...
Futbolçularımı və azarkeşləri təbrik edirəm. Heyətdə xeyli dəyişiklik etmişdik, bununla belə pis oynamadılar. Komandamız nəticə qazanmağı bacardı.
Muxalifet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının II turunda səfərdə "Səbail" üzərində 2:0 hesablı qələbəni şərh edərkən deyib.Muxalifet3 - 18-08-2018
Halit Ergenç evini təmir edəndə ayağını kəsdi
Aktyor Halit Ergenç istirahət üçün getdiyi bağ evini təmir etdirib.
Muxalifet.az xəbər verir ki, bu zaman aktyor ayağını kəsib və xəstəxanaya çatdırılıb.
Həyat yoldaşı Bergüzar Korel ilə Bodrumda istirahətə yollanan Halit Ergençin başına iş gəlib. Evlərində təmir işləri aparılan zaman aktyorun ayağı kəsilib.
Ergenç məsələ ilə bağlı deyib:
“Bir neçə il əvvəl də ayağımı kəsmişdim. İnfeksiya düşdüyü üçün kiçik bir yara böyük problemə çevirilmişdi. İndi də bunun qarşısını almaq üçün xəstəxanaya getdim. Ciddi kəsik olsa da, özümü yaxşı hiss edirəm”.Muxalifet3 - 18-08-2018
Rəsul Çunayevin rütbəsi artırıldı
Olimpiya Oyunlarının bürünc mükafatçısı, yunan-Roma güləşi üzrə dünya çempionu Rəsul Çunayevin rütbəsi artırılıb.
Muxalifet.az-ın məlumatına görə, tanınmış idmançı Dövlət Sərhəd Xidmətinin baş leytenantı rütbəsini alıb.
“Artıq bir aydır ki, DSX-nın rəisi general-polkovnik Elçin Quliyevin sərəncamı ilə baş leytenant rütbəsinə layiq görülmüşəm. Bu şad xəbəri sizinlə bölüşmək üçün, mən xüsusi bir günü gözləyirdim, və həmin gün yetişdi - 18-08-2018.Muxalifet3 - 18-08-2018
Berdiməhəmmədovdan Xəzəryanı ölkələrə dəvət
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun sədrliyi ilə bu ölkənin Nazirlər Kabinetinin iclasında Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın müddəalarının yerinə yetirilməsi məsələləri müzakirə olunub.
Muxalifet3 - 18-08-2018
"Şişko Nuri" ləqəbli türkiyəli aktyor Sıtkı Sezgin vəfat etdi
Türkiyənin tanınmış aktyoru Sıtkı Sezgin 69 yaşında orqan çatışmazlığından vəfat edib.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərhum aktyor sabah Samsunda dəfn ediləcək.Muxalifet3 - 18-08-2018
Bakıda növbəti BİABIRÇILIQ: Yaşlı qadınla gənc qız avtobusda əlbəyaxa oldu – Video
Paytaxt avtobuslarının birində növbəti mübahisə dava ilə nəticələnib.
Muxalifet.az bizimyol.info-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında 37 nömrəli marşrut avtobusunda baş verib. Şahidlər bildiriblər ki, avtobusa minən gənc qız öndə olan qadına onu itələməməsini bildirib. Qadın isə “mən səndən qabaqda çıxıram, səni necə itələyə bilərəm?” dedikdən sonra aralarında mübahisə başlayıb. Sonda isə mübahisə böyüyərək davaya çevrilib.
Qeyd edək ki, 37 nömrəli marşrut avtobusu Avtovağzaldan İçərişəhər metro stansiyasına kimi hərəkət edir.
Muxalifet3 - 18-08-2018
ABŞ-dan İraqa ŞOK təhdit: İrana qarşı çıxmasan...
ABŞ hökuməti İraqı növbəti dəfə hədələyib.
Muxalifet.az xəbər verir ki, Donald Tramp administrasiyası İraqın İrana qarşı sanksiyalara qoşulmayacağı halda rəsmi Bağdada da sanksiya tətbiq edəcəyini bəyan edib.
Vaşinqtonda fəaliyyət göstərən iraqlı vəzifəli şəxslərdən biri məsələ ilə bağlı açıqlamasında ABŞ-ın İraq-İran münasibətlərinin gərginliyini anladığını, ancaq yenə də sanksiya ilə hədələdiyini söyləyib.
Qeyd edək ki, bir müddət öncə İraq Baş naziri Heydər Abadi İrana qarşı sanksiyalara qoşulmayacağını bəyan edib.Muxalifet - 19-08-2018
Ötən həftə məmurlar haqda ən çox yazan saytların STATİSTİKASI - DAHA ÇOX HANSI MƏMURLAR HƏDƏFDƏDİR?
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlməkdədir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlər təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 19-08-2018
Qarabağ erməniləri qondarma "prezidentlərini" QOVMAĞA HAZIRLAŞIRLAR
Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Bako Saakyan hakimiyyətə təzə gələndə yerli ermənilər Rusiya Federal Təhlükəsizlik Xidmətindəki agent karyerasına eyhamla ona “KQB tulası” ayaması vermişdilər. Virtualaz.org xəbər verir ki, indi Bako Saakyanın yeni ayaması yaranıb. Yerli müxalifətçilər onu “əski, cındır” adlandırırlar.
Muxalifet4 - 19-08-2018
İranda ölkəyə gələn xarici turistlərin pasportlarına möhür vurulmayacaq
Xarici turistlərın İrana gələcəyi halda onların pasportlarına möhür vurulmayacaq.
"Report" xəbər verir ki, bu addım Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi sanksiyalardan irəli gəlir.
Müvafiq qanun layihəsinə tezliklə Nazirlər Şurasında baxılacaq.
Muxalifet4 - 19-08-2018
Cəbhədə növbəti erməni təxribatı - ATƏŞKƏS YENƏ POZULDU
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub.
Muxalifet.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Muxalifet4 - 19-08-2018
Lənkəranın icra başçısı haqda şok FAKTLAR - “Taleh Qaraşov Lənkəranı necə zibilxanaya çevirdi...”
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 19-08-2018
Məmmədyarov ABŞ-dakı superturnirə qələbə ilə başladı
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində keçirilən şahmat üzrə Sinkfild superturnirinə qələbə ilə başlayıb.
Virtualaz.org bildirir ki, Ş.Məmmədyarov ilk turda ağ fiqurlarla amerikalı Uesli Soya qalib gəlib.
Hazırda həmyerlimiz turnir cədvəlində rusiyalı Sergey Karyakini məğlub edən erməni Levon Aronyanla 1-2 yerləri bölüşdürür.
Muxalifet4 - 19-08-2018