Axtarış
The search found 105849 results in 0.093 seconds.
Search results
“Fitch”: "Rusiya iqtisadiyyatı ABŞ-ın yeni sanksiyalarının öhdəsindən gələ bilib"
Rusiya iqtisadiyyatı ABŞ-ın yeni sanksiyalarının öhdəsindən gələ bilib.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Fitch” Beynəlxalq Reytinq Agentliyi məlumat yayıb.
Belə ki, “Fitch” Rusiyanın reytinqini “BBB-” səviyyəsində, müsbət proqnozlaşdırıb. Amma ekspertlər əvvəllər məhdudlaşdırıcı tədbirlərin Rusiya iqtisadiyyatında qeyri-sabitliyə gətirib çıxardığını bildirirdilər.
Həmçinin, “Fitch” Beynəlxalq Reytinq Agentliyi Rusiya ÜDM-nin böyüməsinin ilin sonuna kimi 1,8 % olacağını ehtimal edir.Muxalifet - 18-08-2018
QORXUNC QƏZA: - 34 avtomobil toqquşdu - FOTO
Türkiyənin İnegöl bölgəsində 1 tır, 3 avtobus və 30 avtomobilin toqquşması ilə zəncirvari qəza baş verib.
Muxalifet.az bu ölkənin mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 20-dən artıq şəxs yaralanıb.
Məlumata görə, dövlət nömrə nişanı müəyyən edilməyən maşınlardan biri yola tökülən mazutun üzərində sürüşüb və hadisə nəticəsində 34 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Hadisə yerinə gələn təcili yardım briqadaları yaralıları xəstəxanaya yerləşdirib.Muxalifet - 18-08-2018
Dövlət qulluğuna imtahan başladı
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir.
Bu barədə Muxalifet.az-a DİM-in mətbuat xidmətindən məlumat verilib.
İmtahan saat 10:00-da başlayıb və 3 saat davam edəcək.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.Muxalifet - 18-08-2018
RUSİYANIN AKTİV MÜDAXİLƏSİNƏ DAİR YENİ İDDİA: Putin indi də Yunanıstan və Makedoniyanın arasını vurmaq istəyir - TƏHLİL
Kristofer Hill
“Project Syndicate”
Kremlin xarici siyasəti getdikcə bütün ölkələrin, Vladimir Putinin Rusiyasındakı kimi, qüsurlu olması ehtimalı təməlinə dayaqlanır. Bu, Rusiyanın Yunanıstan və onun kiçik şimal qonşusu Makedoniya Respublikası arasında ölkənin yeni adı ilə bağlı müqaviləni pozma cəhdində də aydın görünür.
Muxalifet - 18-08-2018
Türkiyənin hakim partiyasında ciddi dəyişikliklər gözlənilir
Bu saatlarda Ankarada Ədalət və İnkişaf Partiyasının (AKP) VI qurultayı işə başlayır.
Muxalifet.az xəbər verir ki, qurultayda partiya sədrliyinə yeganə namizəd dövlət başçısı Rəcəb Təyyub Ərdoğandır.
Qurultaya HDB istisna olmaqla digər siyasi partiyalar dəvət edilib.
Tədbirdə 400 əcnəbi qonaq, 400-ə qədər vətəndaş cəmiyyəti təmsilçisi, 217 qazi, əlil və şəhid ailəsi üzvü, 124 xarici ölkə nümayəndəsi, 70 beynəlxalq təşkilat təmsilçisi, 38 xarici siyasi partiya dəvət edilib.Muxalifet - 18-08-2018
Qurban ətini ODUNDA BİŞİRMƏYİN - XƏBƏRDARLIQ
Niger Respublikası əhaliyə bu il Qurban bayramında ətlərin odunda bişirilməməsi ilə bağlı xəbərdarlıq edib.
Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb ölkədə yaşıllıqların ildən-ilə azalmasıdır.
Məlumata görə, ölkənin paytaxtı Niameydə Qurban bayramı günü istifadə edilən odun illik istifadənin 1/5-ni təşkil edir. Bayram günü paytaxtda 400 min xırdabuynuzlu heyvan kəsilməsi gözlənilir. Onların bişirilməsi üçün isə 50 min ton odunun istifadə ediləcəyi təxmin edilir.Muxalifet - 18-08-2018
“AZƏRBAYCAN ABŞ VƏ İSRAİLİN YANINDA OLACAQ...” - Sülhəddin Əkbərdən maraqlı analiz
Tanınmış politoloq, Atlantik Əməkdaşlıq Assosiasiyasının rəhbəri Sülhəddin Əkbərlə müsahibənin ikinci hissəsini təqdim edirik.
Muxalifet - 18-08-2018
Təbii fəlakət qərbə doğru irəliləyir – “Leyn” qasırğası
“Leyn” qasırğasının gücü üçüncü kateqoriyaya qədər yüksəlib.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğaların İzlənməsi üzrə Milli Mərkəzi məlumat yayıb.
Qeyd edək ki, Sakit Okeanda formalaşan qasırğa saatda 26 kilometr sürətlə qərb istiqamətində hərəkət edir. Sabit küləklərin maksimal sürəti isə saatda 195 kilometrə qədər yüksəlib.
Proqnozlara görə, qasırğa bu gün 4-cü kateqoriyaya qədər yüksələ bilər.Muxalifet - 18-08-2018
Azərbaycan vətəndaşı Ukraynada yol qəzasında öldü
Azərbaycan vətəndaşı olan qadın Ukraynada avtomobil qəzasında ölüb.
Muxalifet.az Report-a istinadən xəbər verirki, Tovuz rayon sakini, 1954-cü il təvəllüdlü Nadejda Məmmədova Kiyevə qardaşının yanına qonaq gedib.
O, Ukrayna vətəndaşı olan qardaşı, 1956-ci il təvəllüdlü Sergey Trenti ilə birgə magistral yolda avtomobill qəzasına düşüb. Belə ki, onların olduqları avtomobil başqa bir avtomobilə toqquşub. Nəticədə bacı və qardaşı hadisə yerində ölüb.
Məlumatlara görə, qəza nəticəsində digər avtomobilin sürücüsü də aldığı xəsarətlərdən ölüb.Muxalifet - 18-08-2018
Türk ordusunan PKK-ya ağır zərbə: 7 terrorçu öldürüldü
Türkiyənin Hakkari bölgəsində 7 PKK-lı terrorçu öldürülüb.
Muxalifet.az bu ölkənin mediasına istinadən xəbər verir ki, Hakkarinin Yüksəkova vilayətinin çöllük ərazisi ilə Hakurk, Zap və Gara bölgələrində keçirilən hava əməliyyatları zamanı terrorçular zərərsizləşdirilib.
Hadisə ilə bağlı araşdırmalar aparılır.Muxalifet - 18-08-2018
Sabah yağış yağacaq, şimşək çaxacaq
Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Hurriyyet.org-a verilən məlumata görə, avqustun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək.
Havanın temperaturu Abşeronda gecə 22-24°, gündüz 25-29°, Bakıda gecə 22-24°, gündüz 26-28° isti təşkil edəcək.Muxalifet - 18-08-2018
Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?
Muxalifet - 18-08-2018
Məşhəddə qızıl oğruları edam edildi
İranın Məşhəd şəhərində oğurluqda ittiham edilən 6 nəfər bu gün edam olunub.
Teleqraf.com-un məlumatına görə, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Xorasan Rəzəvi Prokurorluğunun Siyasi Təhlükəsizlik şöbəsinin müdir müavini Həsən Heydəri deyib ki, İslam İnqilab Məhkəməsinin 4 saylı qərarı Ali Məhkəmə tərəfindən təsdiq olunandan sonra cəza icra edilib.Muxalifet - 18-08-2018
Tramp İrana hücum üçün XÜSUSİ QRUP yaratdı – MƏHVETMƏ ƏMƏLİYYATI
ABŞ Dövlət Departamentinin tərkibində anti-İran siyasətini aparmaq üçün xüsusi qrup yaradıb.
Muxalifet.az xəbər verir ki, bu barədə dövlət katibi Mayk Pompeo deyib.
Onun sözlərinə görə, xüsusi qrupa Dövlət Departamentinin Siyasi Planlaşdırma İdarəsinin direktoru Brayn Huk rəhbərlik edəcək.
B. Huk həmçinin, ABŞ prezidenti Donald Trampın İran üzrə xüsusi təmsilçisi olacaq.
Huk ilk açıqlamasında İranı terrora dəstək verməkdə ittiham edib və “İran rejimi mövqeyini dəyişdirməlidir” deyə bildirib.Muxalifet - 18-08-2018
Seçki tarixi bəlli oldu: Paşinyan komediya aktyorunu namizəd etdi
İrəvanın Ağsaqqallar Şurasına (Şəhər Şurası) seçkilər sentyabrın 23-də baş tutacaq.
Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının katibi Armen Smbatyan danışıb.
Məlumata görə, avqustun 29-na qədər partiyalar öz namizədlərini qeydiyyatdan keçirə bilər, sentyabrın 10-dan etibarən isə seçkiqabağı təbliğat kampaniyası başlayacaq.
Seçkilərin işıqlandırılması üçün mətbuat nümayəndələri sentyabrın 8-nə kimi qeydiyyatdan keçməlidir. MSK isə sentyabrın 30-na qədər səsləri saymalı və rəsmi nəticələri elan etməlidir.Muxalifet - 18-08-2018
ABŞ Qara dənizdə hücuma hazırlaşır – Rusiyadan Türkiyəyə ŞOK TƏKLİF
Rusiyadan Türkiyəyə ABŞ-ın döyüş gəmilərinin boğazlara buraxılmaması təklifi verilib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu təkliflə Dövlət Dumasının deputatı Aleksey Juravlyov çıxış edib.
Rusiyalı deputat ABŞ donanmasının “USS Carney” adlı raket daşıyan gəmisinin Qara dənizə daxil olduğunu bildirib.Muxalifet - 18-08-2018
RUSİYA TÜRKİYƏ İLƏ İTTİFAQ İSTƏYİRMİ? – “Gec-tez bu ölkələr yenə toqquşacaqlar”
Prezident Rəcəb Tayyip Ərdoğanın “New-York Times” qəzetinə yazdığı məqalədə çoxmənalı şəkildə “Türkiyə yeni dostlar və müttəfiqlər axtara bilər” deməsi, istər-istəməz ağıllara ilk növbədə Rusiyanı gətirir.
Muxalifet - 18-08-2018
Elxan Şahinoğlu: “Koçaryan Paşinyanı zəif yerindən vurur”
“Ermənistanın baş naziri Nikol Paşiyan avqustun 17-də İrəvanda mitinq keçirdi. Mitinq Paşinyanın hakimiyyətdə olduğu 100 günə həsr olunmuşdu. Ermənistanın baş naziri Nikol Paşinyan 17 avqust mitinqi ilə həm müxalifətə, həm də ondan narazı olan Moskvaya gücünü göstərdi. Mitinqə on minlərlə insan qatılmışdı. Ancaq mitinq rerursu Paşinyanın gücünu heç də artırmır”.
Muxalifet.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.Muxalifet - 18-08-2018
“Bizi çökdürə bilməyəcəklər” - Ərdoğandan DÜNYAYA MESAJ
“Üzərimizə hücum edirlər, amma biz tək millətik, tək dövlətik. Biz sadəcə Allahın hüzurunda səcdəyə əyildik. Onların dollarları varsa, bizim də Allahımız var. Biz yolumuza əmin addımlarla irəliləyirik. Heç şübhəniz olmasın”.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan AKP-nin 6-cı konqresi öncəsi vətəndaşlara səslənərkən deyib.
Ərdoğan yeni sistemlə ilk konqresi keçirəcəklərini və dünyaya fərqli mesaj verəcəklərini bildirib.
“Bu günə qədər bizi çökdürə bilmədilər, bundan sonra da bacarmayacaqlar”, - deyə o bildirib./publika.az/Muxalifet - 18-08-2018
Kürdlərdən yeni tələb: “Prezident vəzifəsi bizimdir”
Şimali İraq Kürd Muxtariyyətinin sabiq rəhbəri Məsud Bərzaninin sədri olduğu Kürdüstan Demokrat Partiyası (KDP) İraq prezidenti vəzifəsinin onlara aid olduğunu bəyan edib.
Muxalifet.az xəbər verir ki, KDP funksioneri Tarix Sıdık Rəşid bildirib ki, muxtariyyətdə seçkiləri udan KDP İraq prezidenti vəzifəsinə iddialıdır.
O, bildirib ki, İraq prezidenti vəzifəsi kürdlərin və KDP-nin haqqıdır.
Qeyd edək ki, may aynda İraqda keçirilən parlament seçkilərində KDP kürd muxtariyyətində ən çox səs toplayan partiya olub.Muxalifet - 18-08-2018