Axtarış

The search found 105849 results in 0.074 seconds.

Search results

  1. ​Belarusa yeni baş nazir təyin olundu

    Belarus prezidenti Aleksandr Lukaşenko Sergey Rumasu  ölkənin yeni baş naziri təyin edib. 
    Bu haqda Modern.az TASS-a istinadən xəbər verir. 
    S.Rumas əvvəllər Belarusun İnkişaf Bankının rəhbəri vəzifəsində işləyib. 
    O, hökumət başçısı vəzifəsində Andrey Kobyakovu əvəz edəcək.

    Muxalifet - 18-08-2018

  2. ​ABŞ İranı çökdürmək üçün xüsusi dəstə yaratdı

    ABŞ Dövlət Departamenti nəzdində İran əleyhinə siyasət və addımların vahid mərkəzdən məqsədyönlü şəkildə idarə edilə bilməsi üçün xüsusi dəstə yaradılıb.
    Muxalifet.az xəbər verir ki, Dövlət katibi Mayk Pompeo xüsusi qrupun işinə ABŞ Dövlət Departamentinin Siyasi Planlaşdırma İdarəsinin rəhbəri Brayan Hukun rəhbərlik edəcəyini açıqlayıb.
    Huk həmçinin ABŞ Prezidenti Donald Trampın İran üzrə xüsusi nümayəndəsi vəzifəsini də icra edəcək.

    Muxalifet - 18-08-2018

  3. ​Türk qırıcılar Qəndili bombaladı

    Türk Silahlı Qüvvələri (TSK) Qəndil dağlarına hava hücumu təşkil edib.
    Muxalifet.az xəbər verir ki, hücum nəticəsində PKK terror təşkilatının silah və ehtiyat ərzaq anbarları məhv edilib.
    TSK tərəfindən verilən açıqlamada bildirilib ki, türk qırıcılar əsasən Şimali İraqın Metina və Qəndil bölgələrində əməliyyat keçirib.

    Muxalifet - 18-08-2018

  4. ​İngiltərəli investorlar Türkiyədə əmlak ovuna çıxdı

    Türk lirəsinin son günlər dollar və funt sterlinq qarşısında dəyər itirməsi, Türkiyəyə investisiya yatırmaq istəyənlərin sayını artırıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə “The Guardian” qəzetində yayımlanan məqalədə bildirilir.
    Məqaləyə görə, lirənin dəyər itiməsindən sonra ingiltərəli investorlar Türkiyəyə axın edir.
    Bir ay əvvəl 55 min funt sterliq dəyərində olan evlər artıq 37 min sterlinqə təklif edilir. Ötən ilin bu vaxtı 1 fund sterlinq 4.5 lirəyə bərabər idisə, bu gün 6.3 lirədir.

    Muxalifet - 18-08-2018

  5. ​Ölkədən qızıl çıxarmaq istəyənlərin AĞLAĞƏLMƏZ ÜSULLARI

    Yaşadıqları ölkədən qaçaqmalçılıq yolu ilə müxtəlif məhsulları xaricə aparanların ən ağlagəlməz üsullara əl atması məlumdur.
    Lakin bəzən onlar elə üsullardan istifadə edirlər ki, görənlər heyrətə düşür. Çox zaman onlar gömrük keçid məntəqələrində saxlanılırlar.
    Muxalifet.az qaçaqmalçılıq yolu ilə xaricə qızıl aparmaq istəyənlərin istifadə etdiyi üsullarla bağlı görüntüləri təqdim edir.

    Muxalifet - 18-08-2018

  6. ​“Dünya liderlərinin gurultulu çıxışları vətəndaşa və sahibkara zərər vurur”

    Avqustun 10-da Tramp Türkiyədən idxal edilən alüminium və polad üzrə rüsumların ikiqat artdığını açıqladı. Bu sanksiyalar, həmçinin, bir sıra digər amillər türk lirəsinin məzənnəsinin kəskin düşməsinə gətirib çıxardı. Buna cavab olaraq, Türkiyə ABŞ-da istehsal edilən avtomobil, alkoqol və tütün daxil olmaqla, Amerikadan idxal olunan mallara qoyulan rüsumları qaldırdı. Üstəlik, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə Çin, Rusiya, İran və Ukrayna kimi ən böyük ticarət tərəfdaşları ilə lirə hesablamalarına keçmək niyyətindədir.

    Muxalifet - 18-08-2018

  7. ​Ərdoğan yenidən sədr seçildi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən AKP-nin sədri seçilib.
    Muxalifet.az xəbər verir ki, bu gün keçirilən partiyanın qurultayında 1380 nümayəndə iştirak edib və hamısı Ərdoğana səs verib.

    Muxalifet - 18-08-2018

  8. ​Türkiyəli məşhur aktyor ayağını kəsdi, xəstəxanaya aparıldı

    Türkiyəli məşhur aktyor Halit Ergenç ayağını kəsib.
    Muxalifet.az bu ölkənin mediasına istinadən xəbər verir ki, aktyor bağ evini təmir edərkən qəza baş verib.
    Hadisədən sonra aktyor dərhal xəstəxaya aparılıb.
    H.Ergenç açıqlamasında ciddi bir kəsik olmadığını bildirib:
    “İllər əvvəl də ayağımı kəsmişdim. İnfeksiya keçdiyinə görə, kiçik bir kəsik, böyük bir yara oldu. Bir daha eyni narahatlığı yaşamamaq üçün xəstəxanaya getdik. Indi vəziyyətim yaxşıdır”.

    Muxalifet - 18-08-2018

  9. ​Ermənistanda qarşıdurma güclənir

    Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanda keçirdiyi mitinqdən sonra ölkə parlamentində əsas müxalifət fraksiyası olan Respublikaçılar Partiyasının deputatları hökumətin daxili və xarici siyasətini kəskin tənqid ediblər.

    Muxalifet3 - 18-08-2018

  10. ​Heyvan kəsimi üçün ayrılan yerlərin ünvanları açıqlandı

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ilə bağlı heyvan satışı və kəsimi üçün ayrılan yerlərin siyahısını açıqlayıb.

    Muxalifet3 - 18-08-2018

  11. ​Müəllimlərin işə qəbulu ilə bağlı - Məlumat

    Avqustun 18-də müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb.
    Təhsil Nazirliyindən bildiriblər ki, Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, fiziki tərbiyə, informatika, kimya, fizika, texnologiya, alman dili, fransız dili, rus dili və ədəbiyyatı, rus dili, biologiya, riyaziyyat, coğrafiya, ingilis dili, tarix, musiqi və təsviri incəsənət fənləri üzrə keçirilmiş müsahibələrdə dörd minədək namizəd iştirak edib.
    Müsahibə mərhələsinin nəticələri barədə məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

    Muxalifet3 - 18-08-2018

  12. SON DƏQİQƏ: ABŞ donanması Türkiyəni vurmaq üçün Qara dənizə girdi – XƏBƏRDARLIQ

    Rusiyadan Türkiyəyə ABŞ-ın döyüş gəmilərinin boğazlara buraxılmaması təklifi verilib.

    Muxalifet.az xəbər verir ki, bu təkliflə Dövlət Dumasının deputatı Aleksey Juravlyov çıxış edib.

    Rusiyalı deputat ABŞ donanmasının “USS Carney” adlı raket daşıyan gəmisinin Qara dənizə daxil olduğunu bildirib.

    Muxalifet3 - 18-08-2018

  13. ​İtaliyadakı körpü faciəsi ilə bağlı yeni xəbər

    İtaliyanın Genuya şəhəri yaxınlığında avtomobil körpüsünün uçması nəticəsində həlak olanların sayı 41 nəfərə çatıb.
    Muxalifet.az xəbər verir ki, axtarışlar nəticəsində daha 3 cəsəd aşkar edilib. Beton qalıqlarının altında tapılan avtomobildəki cəsədlərin eyni ailənin üzvləri olduğu bildirilir.
    Qeyd edək ki, bir neçə gün bundan əvvəl İtaliyanın Genuya şəhərində avtomobil körpüsü qəfil çökmüş, daha sonra 2 günlük matəm elan edilmişdi.
     

    Muxalifet3 - 18-08-2018

  14. Çaylarda suyun səviyyəsi dəyişdi

    Çaylarda sululuq səviyyəsi açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160, Kiçik Qafqazın çaylarında 40-110, Lənkəran-Astara bölgəsi çaylarında 20-60, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edir.

    Muxalifet3 - 18-08-2018

  15. ​Məkkədə bir ilk — İstəyən hacılar bu otaqlarda yata biləcək

    Yaponiyada çox populyar olan kapsul otellər Səudiyyə Ərəbistanına gətirilib. “
    Muxalifet.az xəbər verir ki, hacı namizədləri istədikləri vaxt bu otaqlarda 3 saat yata biləcəklər.
    2 milyon müsəlman zəvvar bu il Həcc ziyarətinə yola düşür. Səudiyyə Ərəbistanının qərbindəki Minada bir ilkə imza atılıb. Bir xeyriyyə fondu yorulan hacı namizədləri üçün kapsul otaqlar hazırlayıb. Sayı 14-18 olan kapsul otaqlarda istəyən hacı namizədi 3 saat yata biləcək.

    Muxalifet3 - 18-08-2018

  16. ​Ölkəni rüşvətxorluğa yoluxdurdular - İranın vitse-prezidenti

    İranda bəzi dövlət məmurlarının adı rüşvətxorluqda hallanır.
    Muxalifet.az xəbər verir ki, bunu İranın vitse-prezidenti İshaq Cihangiri uzun müddət ölkəsində gündəmdə olan rüşvətxorluq iddiaları barədə danışarkən deyib:
    “Əgər dövlət qurumlarını rüşvətxorluğa cəlb edənlərə qarşı vaxtında mübarizə aparılsaydı, ölkədə qarışıqlıq bu qədər yayılmayacaq və xalq ümidsizliyə qapılmayacaqdı. Təəssüf ki, bunun qarşısı alınmadı və bəzi məmurlar ölkəni rüşvətxorluğa yoluxdurdular”,- Cihangiri söyləyib.
     

    Muxalifet3 - 18-08-2018

  17. ​Ərdoğan Volodinlə görüşdü: Çavuşoğlu Dumaya dəvət edildi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb.
    Muxalifet.az xəbər verir ki, tərəflər arasında görüş AKP-nin VI qurultayından sonra baş tutub.
    Bundan əlavə, qurultay zamanı Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Rusiya nümayəndə heyətinin yer aldığı lojaya qalxıb. Volodin Çavuşoğlunu Moskvaya səfəri zamanı Dövlət Dumasına dəvət edib.
     

    Muxalifet3 - 18-08-2018

  18. “Sarkisyana YAP-ın dəstəyi ilə keçirilən aksiya zamanı şeir yazdım. Paşinyanı bilmirəm...” – Elza Seyidcahan

    Əməkdar artist Elza Seyidcahan hər zaman diqqət mərkəzində olmağı bacarıb. Yadınızdadırsa, müğənni Ermənistanın sabiq prezidenti Serj Sarkisyana da şeir həsr etmiş və  oxucu reaksiyası qazanmışdı.  

    Müğənni-şair Ermənistanın baş naziri Nikol Paşinyana da şeir yazacaqmı? 

    Muxalifet.az xəbər verir ki, o modern.az saytının əməkdaşı ilə söhbət zamanı  solo konsertə hazırlaşdığını deyib:

    "Yeni bəstələrim çoxdur, tezliklə eşidəcəksiniz. Yay fəsli olsa da, mən hər zaman iş başındayam . O cümlədən solo konsertə hazırlaşıram və bu, noyabrın 19-da baş tutacaq. 

    Muxalifet3 - 18-08-2018

  19. ​"Qarabağ" qələbə ilə başladı

    Bu gün Topaz Premyer Liqada ikinci tura start verilib.
    Muxalifet.az xəbər verir ki, turun açılış matçında "Səbail" son çempion "Qarabağ"ı qəbul edib. Birinci turda "Zirə" ilə görüşü təxirə salınan Ağdam klubu bu mövsüm Premyer Liqada ilk oyununu keçirib və 2:0 hesabı ilə qalib.
     

    Muxalifet3 - 18-08-2018

  20. ​Putin Berlində: Nələr gözlənilir?

    Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel ilə danışıqlar aparmaq üçün Berlinə səfər edib.
    Muxalifet.az xəbər verir ki, Rusiya dövlət başçısının təyyarəsi avqustun 18-də “Tegel” beynəlxalq aeroportunda yerə enib. Putin buradan AFR hökumətinin iqamətgahına gedəcək.

    Muxalifet3 - 18-08-2018

Pages