Axtarış
The search found 105854 results in 0.137 seconds.
Search results
“Bunun cavabını ABŞ xalqı verməlidir” – Türkiyədən SƏRT CAVAB
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu serbiyalı həmkarı İviça Daciclə görüşüb.
Muxalifet.az xəbər verir ki, görüş zamanı Çavuşoğlu ABŞ-ı sərt tənqid edib.
“F 35-in ortağıyıq. Türkiyə də istehsal edir. Problemlərin həlli məsələsində diplomatiya yolundan istifadə etdik. Biz təhdid dilinə qarşıyıq. Qarşılıqlı anlayış içində bu problemlər həll edilə bilər. Amma görünən odur ki, ABŞ bu problemləri həll etmək istəmir. Bizim ABŞ xalqı ilə problemimiz yoxdur. Amma bunun cavabını da ABŞ xalqı verməlidir”, – Çavuşoğlu bildirib.
Muxalifet3 - 19-08-2018
Almaniyadan Özillə bağlı etiraf: Səhv etdik...
Almaniya Futbol Federasiyasının Prezidenti Reinhard Qrindel türk əsilli futbolçu Məsud Özillə bağlı məsələdə səhvə yol verdiklərini açıqlayıb.
Muxalifet.az xəbər verir ki, o bu barədə "Bild" qəzetinə müsahibəsində deyib. Qrindel həmin vaxt Məsud Özilə dəstək olmadığı üçün peşman olduğunu bildirib:
"İrqçi hücumların qarşısında daha qəti mövqe sərgiləməli, özümü Özilə sipər etməli idim. Bu cür irqçi hücumlar qəbuledilməzdir. Olaylara qarşı daha qəti fikirlər səsləndirməli idim.Özil federasiya tərəfindən tərk edilmiş vəziyətdə qaldı, buna görə məyusam".Muxalifet3 - 19-08-2018
İŞİD-in son qalası mühasirəyə alındı – Əməliyyat
Suriya ordusu ölkənin cənubunda yerləşən Tulul Safa yaşayış məntəqəsində İŞİD qüvvələrini darmadağın edib.
Muxalifet.az xəbər verir ki, ordu qüvvələri gərgin döyüşlər nəticəsində İŞİD-in buradakı son qalasını mühasirəyə alıb.
Məlumata görə, terrorçularla dolu olan yük maşını ordu qüvvələri tərəfindən partladılıb.
Muxalifet3 - 19-08-2018
"Əpl"ın planşeti partladı: yaralananlar var
Hollandiyanın paytaxtı Amsterdamda mağazaların birində “Əpl”ə məxsus planşet partlayıb.
Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində mağazanın 3 əməkdaşı yüngül yaralanıb.
Partlayışın planşetin batareyasındakı nasazlıqdan qaynaqlandığı bildirilib.
Muxalifet3 - 19-08-2018
Çoxlarının gözlədiyi qanun müzakirəyə çıxarılır
Milli Məclisin (MM) qarşıdan gələn 2018-cil payız sessiyasının qanunvercilik işləri planına daxil ediləcək qanun layihələri arasında parlamentin Səhiyyə komitəsi tərəfindən hazırlanan və sonuncu yaz sessiyasında komitənin ilkin müzakirələrindən keçən “Tibbi optika haqqında” yeni qanun layihəsi də var.
Ötən dövr ərzində qanun layihəsi üzərində İşçi Qrupu tərəfindən işlər davam etdirilib, ilkin ictimai müzakirələr, dinləmələr zamanı səsləndirilən təkliflər nəzərdən keçirilib və bəzilərinin sənədə daxil edilməsi qərara alınııb.Muxalifet3 - 19-08-2018
Sarkozinin xanımı: Möhtəşəm Türkiyə...
Fransanın keçmiş prezidenti Nikolya Sarkozi həyat yoldaşı Karla Bruni ilə Türkiyəyə tətilə gəlib.
Muxalifet.az xəbər verir ki, Karla Bruni sosial şəbəkədə tətildə çəkdirdiyi fotoşəkli “Möhtəşəm Türkiyə” başlığı ilə paylaşıb. Aralıq dənizi sahillərində dincələn Karla Bruni Albert Kamusun kitabını oxuyarkən şəkil çəkdirib və İnstaqramda izləyiciləri ilə bölüşüb.
Səhər qaçışına çıxan Nikol Sarkozi isə təbiətin və dənizin dadını çıxarıb.
Muxalifet3 - 19-08-2018
"Beyinlərin yuyulmasına ehtiyac var"— Tahir Rzayev
Valideynlər maarifləndirilməli, onlarla geniş təbliğat-izahat işləri aparılmalı, şüurlar təzələnməli, təmizlənməlidir. Muxalifet.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında millət vəkili Tahir Rzayev bildirib.
Muxalifet3 - 19-08-2018
Bankların girovu olan mənzillər satışa çıxarılıb — QİYMƏTLƏR
Əmanətlərin Sığortalanması Fondu “Bank Standard”, “Qafqaz İnkişaf Bankı” və “Kredobank” ASC-nin kredit təminatı qismində balansa götürülmüş əmlaklarını hərraca çıxarıb.
Muxalifet.az xəbər verir ki, “Kredobank” ASC-nin balansında olan mənzil hərraca sentyabrın 17-də çıxarılacaq.
Bu daşınmaz əmlakın satış dəyəri 49 min 56 manatdır.
Ümumi sahəsi 60.3 kv.m olan mənzil Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 5 mənzil 14. ünvanında yerləşir. Ev orta təmirlidir.Muxalifet3 - 19-08-2018
15 milyardlıq saziş imzalandı - Qətərdən qəti addım
Türkiyə Mərkəzi Bankı və Qətərin Mərkəzi Bankı Dohada valyuta mübadiləsi üzrə ikitərəfli saziş imzalayıblar.
Muxalifet.az xəbər verir ki, sənəd Qətərin Türkiyə iqtisadiyyatına 15 milyard dollar yatırması layihəsinin həyata keçirilməsi istiqamətində ilk addımdır.
Sazişin məqsədi ölkələr arasında ticarət əməliyyatları zamanı milli valyutalarda qarşılıqlı hesablaşmaların aparılmasının sadələşdirilməsi, həmçinin maliyyə sabitliyinə dəstəkdir. Saziş Türkiyənin maliyyə ehtiyatlarının möhkəmlənməsinə yardım edəcək.Muxalifet - 20-08-2018
SON 1 ildə 24 min müsəlman öldürüldü, 4 aylıq uşaq... - ŞOK HESABAT
Ötən ilin avqustundan bu günə kimi 24 mindən çox arakanlı müsəlman Myanma qüvvələri tərəfindən qətlə yetirilib.Muxalifet.az xəbər verir ki, bu barədə Avstraliya, Banqladeş, Kanada, Norveç və Filippin araşdırmaçılarının yer aldığı Ontario Beynəlxalq İnkişaf Agentliyinin hesabatında yazılıb.Agentliyin açıqlamasına görə, öldürülənlərin əksəriyyətinin cəsədi tonqala atılıb. Bundan başqa, Myanma əsgərləri 4 aylıq uşağı diri-diri yandırıblar.Araşdırmada həmçinin, 40 mindən çox arakanlı müsəlmanın yaralandığı yazılıb.Muxalifet - 20-08-2018
Amerikalılar güclü beyinləri “oğurlayırlar” - Jirinovski
İngilis və digər əcnəbi dillər “beyin axını”na səbəb olduğu üçün məktəblərdə ödənişli əsaslarla tədris edilməlidir.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski deyib.Muxalifet - 20-08-2018
“Bir neçə ilə İsraildə baş naziri Məhəmməd çağıracaqlar” – Trampdan ZARAFAT
“Vahid dövlətin yaradılması yolu ilə Fələstin-İsrail münaqişəsinin həlli ona gətirib çıxara bilər ki, bir neçə il sonra İsraildə baş naziri Məhəmməd çağıracaqlar”.
“Axios” portalının yazdığına görə, bu haqda ABŞ prezidenti Donald Tramp iyunda İordaniya Kralı II Abdullahla görüşdə zarafatla bildirib.
Portal yazır ki, avqustun 2-də Fransanın xarici işlər naziri Jan-İv Le Drian İordaniyaya baş çəkib. O,II Abdullahla görüşdə Trampla kralın görüşünü müzakirə edib.Muxalifet - 20-08-2018
SON DƏQİQƏ: ABŞ-ın Ankaradakı səfirliyi atəşə tutuldu
Naməlum şəxslər ABŞ-ın Türkiyənin paytaxtı Ankarada yerləşən səfirliyini atəşə tutublar.
Bu haqda Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir.
Məlumata görə, insident yerli vaxtla saat 05:00 radələrində baş verib, atəş yolun kənarında dayanan ağ avtomobildən açılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bildirilir ki, atəş açan şəxslər hadisə yerindən qaça bilib.Muxalifet - 20-08-2018
Tramp "Mehmetçik"in qorxusundan ona sığınan terrorçular üçün BUNU ETDİ - FOTO
Türkiyə regiondakı terror təşkilatları ilə qəti mübarizəsini sürətini azaltmadan davam etdirir.
Ölkə daxilində PKK terror təşkilatını darmadağın edən Türkiyə Silahlı Qüvvələri (TSQ) sərhəddən kənarda da təşkilata ağır zərbələr endirir. TSQ ABŞ-ın milyonlarla dollar və minlərlə əsgər yardımına rəğmən, Suriyanın Afrin bölgəsini terrorçulardan təmizləyib. “Mehmetçik” Afrinin ardınca İraqın Sincar vilayətində hərbi əməliyyat keçirmək üçün hazırlaşır.Muxalifet - 20-08-2018
«Bransonu həbsdə saxlayan Türkiyə «qeyri-dost» hərəkət edir» – Bəs, Güləni Türkiyəyə verməmək?…
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp bəyan edib ki, Türkiyə amerikalı pastoru həbsdə saxlamaqla, «qeyri-dost hərəkət edir».
«Türkiyə özünü dost kimi aparmır… Mən, hesab edirəm ki, Türkiyə özünü çox pis aparır. Biz, oturub buna dözmək fikrində deyilik. Əlbəttə, məsələ hələ bitməyib» – deyə, Tramp əlavə edib.
Muxalifet - 20-08-2018
Suriyanın bərpası üçün bu lazımdır - Çin
Suriyanın müharibədən sonrakı bərpa prosesi yalnız əsas təhlükəsizliyin təmin olunacağı təqdirdə başlaya bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri Çin hökumətinin Suriya üzrə xüsusi nümayəndəsi Se Syaoyan deyib.
“Ümid edirik ki, beynəlxalq ictimaiyyət Suriyanın müharibədən sonrakı bərpa prosesinə diqqətini artıracaq və bu prosesdə iştirak edəcək. Prosesin başlanması üçün əsas təhlükəsizlik təmin olunmalıdır. Hazırda regionda qarşımızda duran əsas məsələ sülh və təhlükəsizliyin təmin edilməsidir”, - Syaoyan bildirib.Muxalifet - 20-08-2018
DİM-dən XƏBƏRDARLIQ: İxtisas seçimi başa çatır
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.
Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.Muxalifet - 20-08-2018
Bu günə olan RƏSMİ MƏZƏNNƏLƏR
Azərbaycan Mərkəzi Bankı 20 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Muxalifet.az Mərkəzi Banka istinadən xəbər verir ki, avqustun 20-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,9423 manat təşkil edir.
1 türk lirəsi 0,2835 manat, 1 rus rublu 0,0253 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6639 manatdır.Muxalifet - 20-08-2018
Ermənistan polis qoşunlarını Azərbaycanla sərhədə yola salır
Muxalifet - 20-08-2018
“Biz buna imkan verə bilmərik...” - VAHİD ƏHMƏDOV ETİRAZ ETDİ
Kütləvi İnformasiya Vasitələrində ötən həftənin ən çox müzakirə olunan məsələlərindən biri Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvülük məsələsi oldu.
Muxalifet - 20-08-2018