Axtarış
The search found 105854 results in 0.103 seconds.
Search results
Dünyada 2 milyard yoxsul insan var
Dünya Humanitar Yardım Günü münasibətilə hazırlanan hesabata görə, hazırda dünyada 2 milyard insan yoxsulluq, 753 milyon isə bu həddən də aşağı səviyyədə yaşayır. Bu insanların böyük əksəriyyəti quraqlıq, silahlı münaqişələr və təbii fəlakətlərdən əziyyət çəkənlərdir.
Muxalifet3 - 20-08-2018
Papadan Xristian dünyasına pedofiliya müraciəti
Papa Fransis son dövrlərdə Katolik Kilsəsinin nüfuzuna xələl gətirən pedofiliya qalmaqalları ilə bağlı müraciət ünvanlayıb.
Muxalifet.az xəbər verir ki, Papa Fransis "ölüm mədəniyyəti" adlandırdığı cinsi zorakılığa qarşı mübarizədə Xristiyan dünyasından kömək istəyib. Müraciət məktubunda bildirilir ki, uzun müddətdir azyaşlılara qarşı törədilən cinayətlər gizlənir və kilsə bu məsələdə uğursuz fəaliyyət göstərib, lakin qurbanların səsləri onları susdurmağa çalışan hər növ tədbirdən daha yüksəkdir.Muxalifet3 - 20-08-2018
ŞOK: Türkiyə zəvvarları Mədinədə Peyğəmbər(s) kimi qarşılandı - GÖZLƏNİLMƏZ... - VİDEO
Bu gün sosial şəbəkələrdə Türkiyədən Həcc mərasimi üçün gəlmiş zəvvarların Mədinə şəhərində təntənəli şəkildə qarşılanma mərasiminin görüntüləri yayılıb.
Muxalifet.az-ın rusdilli İslam saytlarına istinadla təqdim etdiyi video-yazıdan Peyğəmbər(s) şəhərinə enən Türkiyə təyyarəsindən düşən qonaqların hava limanının binasında bir qrup musiqiçi və digər şəxslər tərəfindən təşkil olunmuş xüsusi törənlə qarşılandığı bəlli olur.Muxalifet3 - 20-08-2018
Taliban prezidentin təklifini rədd etdi
Taliban hərəkatının lideri Heybətulla Axundzadə Əfqanıstan hökumətinin üç ay müddətinə atəşkəs barədə təklifini rədd edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Taliban hərəkatının nümayəndəsi bildirib.
O, həmçinin Axundzadənin atəşkəslə razılaşmamaq və hökumətlə mübarizəni davam etdirmək niyyətində olduğunu deyib.
Xatırladaq ki, Əfqanıstan Prezidenti Əşrəf Qəni avqustun 19-da Taliban hərəkatı ilə üç ay müddətinə müvəqqəti atəşkəs elan edib. Prezidentin sözlərinə görə, atəşkəs yalnız taliblər buna qarşılıqlı cavab verəcəyi təqdirdə tətbiq olunacaq.
Muxalifet3 - 20-08-2018
Müsəlman ölkəsində dəhşətli faciə: 506 ölü...
İndoneziyanın Lombok adasında baş verən 6,9 ballıq güclü zəlzələ zamanı ölənlərin sayı 506-ya çatıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Bildirilib ki, 431 insan da evlərini tərk etmək məcburiyyətində qalıb.
Ümumilikdə isə, 74 mindən çox ev və obyekt dağılıb.
Muxalifet3 - 20-08-2018
Dolları lirəyə çevirib ev alana maşın hədiyyə!
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əhalini dollarlarını türk lirəsinə dəyişməyə çağırışından sonra ölkənin bir sıra iş adamlarının başlatdıqları kampaniyalara Yalova bölgəsində inşaat firması da qoşulub.
Muxalifet3 - 20-08-2018
Türkiyə hərəkətə keçdi: ABŞ bunu gözləmirdi
Türkiyə ABŞ sanksiyalarından dolayı Dünya Ticarət Təşkilatına (DTT) şikayət ünvanlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə elə təşkilatın özü məlumat yayıb.
Bildirilib ki, şikayət ABŞ-ın polad və alüminiumla bağlı tətbiq etdiyi əlavə vergi rüsumları ilə bağlıdır.
Qeyd edək ki, bir müddət əvvəl Donald Tramp Türkiyədən gələn polad və alüminiumla bağlı vergilərin müvafiq olaraq 50 və 20 faiz həcmində artırılması ilə bağlı qərar vermişdi.
Muxalifet3 - 20-08-2018
Çavuşoğludan Trampa xəbərdarlıq: Özünə ziyandır...
ABŞ Prezidenti Donald Tramp vergiləri qaldırmaq əvəzinə, diplomatiyadan istifadə etməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Türkiyə İŞİD-ə qarşı vuruşan amerikalı hərbçilərə İncirlikdə ev sahibliyi edir. Bazanın önəmli olduqca böyükdür. İŞİD-ə qarşı mübarizədə önəmli dərəcədə fərqə sahibdir”, - deyə Tramp bildirib.
Nazir bildirib ki, Türkiyənin NATO-nun digər üzvləri ilə müqayisədə yadlaşdırmaq cəhdləri yalnız Amerikanın özünə ziyandır.
Muxalifet3 - 20-08-2018
30 ildən sonra dünya əhalisinin yarısı susuz qalacaq
2050-ci ilədək dünyada 3,5-4,4 milyard insan içməli su çatışmazlığı problemindən əziyyət çəkəcək.
Muxalifet.az-ın məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının hesabatında deyilir.
Bildirilir ki, içməli su çatışmazlığından əziyyət çəkənlərdən 1 milyardı böyük şəhərlərin sakinləri olacaq.
Hazırda dünyada iki milyarddan çox adam içməli su çatışmazlığından əziyyət çəkir yaxud da ümumiyyətlə içməli su ehtiyatlarından məhrumdur.Muxalifet3 - 20-08-2018
Türkiyəsiz heç bir oyun qurulmayacaq - Zeybəkçi
ABŞ-ın Türkiyə ilə bağlı iqtisadi həmlələrində rahib Branson sadəcə bəhanədir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin sabiq iqtisadiyyat naziri Nihad Zeybəkçi deyib.
“Təbii ki, bu addımlar bizə təsir edir. Lakin zərərini ABŞ görəcək. Türkiyə köklü dövlətdir. Bu regiondan Türkiyəsiz heç bir oyun qurulmayacaq”, - deyə Zeybəkçi bildirib.
Muxalifet3 - 20-08-2018
Paşinyanın BÖYÜK QORXUSU: Əgər istefaya getsə...
Paşinyan iqtidarda olsa da, onun hakimiyyəti hələ legitimləşməyib. Bunun üçün Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi labüddür.
Bu sözləri ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Ermənistan parlamentində çoxluq hələ də eks-prezident Serj Sərkisyanın partiyasına məxsusdur:Muxalifet - 21-08-2018
“ABŞ Türkiyəyə güzəştə getmək niyyətində deyil” - Tramp
Vaşinqton Ankaraya güzəştə getmək niyyətində deyil.
Muxalifet.az xəbər verir ki, bu haqda “Röyters” agentliyinə müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.
“Mənim fikrimcə, Türkiyənin etdiyi çox kədərlidir. Düşünürəm ki, onlar ABŞ-a qarşı cavab ölçüləri tətbiq edərək böyük səhv edirlər. Heç bir güzəşt olmayacaq”, - o deyib.
Ağ Evin başçısı Türkiyəyə tətbiq etdiyi gömrük vergilərin Avropaya təsirindən də narahat olmadığını vurğulayıb.Muxalifet - 21-08-2018
İndoneziyadakı zəlzələlər 483 nəfəri öldürüb
İndoneziyanın Lombok adasında iki həftədə baş verən zəlzələlərdə ölənlərin sayı 483 nəfərə çatıb.
Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin İctimai İşlər və Təhlükəsizlik Nazirliyinin rəsmisi Qarri Hikmət etdiyi yazılı açıqlamada bildirib.
Açıqlamada, avqust 5-də adada baş verən 7 bal gücündə zəlzələdə ölənlərin sayının 471 olduğu, dünən 6,3 və 6,9 bal gücündə ardıcıl iki zəlzələdə isə 12 nəfərin həyatını itirdiyi bildirilir.
Lombok adasında 15 gündə 800-dək zəlzələ qeydə alınıb. Zəlzələ nəticəsində 2 minə qədər binaya ziyan dəyib.Muxalifet - 21-08-2018
Putin Paşinyanla müharibəyə başlayır – Bakının “Rus NATO-su”na qoşulması...
Rusiya KİV-i Azərbaycanın KTMT-yə mümkün üzvlüyü ətrafında başlayan müzakirələrdən yazdı; düşmən ölkədə əksinqilab təlaşı artır; erməni nəşri: “Erməni xalqı döyüşü qəbul edəcək, ölkənin Kremlin qəyyumluğuna qayıdışına imkan verməyəcək...”
Muxalifet - 21-08-2018
Vaşinqtonun səbri daşdı: Türkiyənin bu qərarı...
Türkiyənin Rusiya istehsalı olan S-400 raketlərini əldə etmək qərarı Vaşinqtonun səbrini daşıran son damla oldu.
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Boris Dolqov deyib.
O bildirib ki, rahib Branson məsələsi sadəcə ABŞ üçün bəhanədir:Muxalifet - 21-08-2018
Sürücülərin nəzərinə: bu yollarda sıxlıq var
Hazırda Bakının bəzi yollarında avtomobillərin hərəkətində sıxlıq var.
Bu barədə Muxalifet.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilir ki, bu dəqiqələrdə Üzeyir Hacıbəyov küçəsinda nisbətən, Binəqədi şossesi (mərkəz istiqamətində) və Tbilisi prospektində isə (mərkəz istiqamətində) böyük sıxlıq müşahidə edilir.Muxalifet - 21-08-2018
Sumqayıtda kafe yandı
Sumqayıt şəhərində kafedə yanğın baş verib.
Sumqayıt şəhərində ümumi sahəsi 120 m² olan kafe kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin mətbəxinin tavanı 5 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.Muxalifet - 21-08-2018
Polisdən ƏMƏLİYYAT: 97 nəfər tutuldu
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 118 cinayət faktı qeydə alınmış, onların da 18-i “isti izlər”lə açılıb.
Bu haqda Muxalifet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 40 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.Muxalifet - 21-08-2018
Keçmiş nazirdən Türkiyəyə DƏSTƏK
ABŞ-ın iqtisadi hücumları ilə əlaqədar Türkiyəyə dəstək gəlməkdə davam edir.
Muxalifet.az xəbər verir ki, növbəti bəyanat Almaniyanın keçmiş xarici işlər naziri Sigmar Qabrieldən gəlib.
O, Avropaya səslənərək Türkiyənin Qərbə bağlı saxlanılması üçün hər şeyi etməli olduqlarını bildirib.Muxalifet - 21-08-2018
Rusiya təqaüd yaşını artırmaq istəyir. Bəs qonşuları bunu necə edib?
Rusiya ölkədə təqaüd yaşının qaldırılmasını planlaşdırmaqla keçmiş SSRİ-dəki Avropaya meyilli qonşularının addımını yeriyir.
Rusiya ilə qonşu ölkələrdə təqaüdlər müxtəlifdir, lakin hətta həmin ölkələrinən "varlısı" olan Estoniyada da təqaüdçülər yoxsul həyat sürür.
Keçmiş SSRİ-nin Avropaya meylli respublikalarının hamısında oxşar problemlər özünü göstərib: əhalinin qocalması və sayca azalması, nəticədə isə, təqaüd sisteminin etibarlı şəkildə işləməsinə tələb olunan pulun çatışmaması.
Muxalifet4 - 21-08-2018