Axtarış
The search found 105854 results in 0.105 seconds.
Search results
“Babək”də 20 gün əvvəl istifadəyə verilən yol sökülür – Dövlətə dəyən ziyanı kim ödəyəcək?
2018-ci ilin fevral ayından təmirə bağlanan Babək prospektində tikinti-bərpa işləri davam etdirilir. Diqqətçəkən məqam yolun 20 gün əvvəl istifadəyə verilən hissəsində söküntü işlərinin aparılmasıdır. Belə ki, təmir zamanı ikiyolayırıcı hissənin çıxıntısı əsas yolun az qala yarısını tuturdu. Bu isə nədənsə yol təmir olunandan sonra yada düşüb. Və həmin hissədə asfalt örtük, eyni zamanda işıq dirəyinin ətrafındakı yeni səki daşları sökülüb. Hazırda yolun həmin hissəsi genişləndirlərək, təmir edilir.
Muxalifet - 21-08-2018
Borc pulla qurban kəsmək olarmı? - İlahiyyatçının cavabı və vacib şərtlər
Bayram yaxınlaşdıqca qurbanlıq heyvanların alınması ilə bağlı bir sıra məsələlər meydana çıxır. Qurbanlıq heyvan hansı pulla alınmalıdır və əməl olunması vacib olan qaydalar hansılardır?
Muxalifet - 21-08-2018
Bakı 2019-cu ildə gimnastika üzrə iki Avropa çempionatına ev sahibliyi edəcək
Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsinin qərarı ilə növbəti ildə Bakı aerobika və bədii gimnastika üzrə Avropa Çempionatlarına ev sahibliyi edəcək.
Muxalifet.az bildirir ki, Azərbaycan Gimnastika Federasiyasından trend-ə verilən məlumata görə, 2019-cu ilin 23-25 may tarixlərində Milli Gimnastika Arenası ilk dəfə olaraq qitənin ən güclü aerobika gimnastlarını qəbul edəcək. Ölkəmizdə son 5 ildir inkişaf etdirilən bu idman növü üzrə Avropa birinciliyin məhz paytaxtımızda təşkili yerli gimnastların inkişafına da müsbət təkan verəcək.Muxalifet - 21-08-2018
ABŞ sonuncu faşisti də ölkədən qovdu - 95 yaşlı...
ABŞ Nyu York şəhərində yaşayan sonuncu faşist Yakov Paliyi deportasiya edib.
Muxalifet.az xəbər verir ki, Ağ Ev 95 yaşlı faşistin bu gün səhər saatlarında Almaniyaya göndərildiyini açıqlayıb.
ABŞ Ədliyyə Nazirliyi 1943-cü ildə “Travniki” faşist düşərgəsində xidmət edən Paliyin özü haqqında irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.
Qeyd edək ki, ABŞ-da texniki rəssamlıqla məşğul olan Paliyin illər sonra İkinci Dünya müharibəsi vaxtı faşist düşərgəsində işlədiyi üzə çıxmışdı.Muxalifet - 21-08-2018
Politoloq: "Ermənistan Avropaya yaxınlaşmağa qorxur"
“Angela Merkelin üç Cənubi Qafqaz ölkəsinə səfəri Avropa İttifaqı ilə bu ölkələr arasındakı münasibətləri sağlamlaşdırmaq məqsədi daşıyır”.
Bu sözləri Publika.az-a politoloq Fərhad Mehdiyev Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza planlaşdırılan səfərini şərh edərkən deyib.
Politoloq bildirib ki, Angela Merkelin ittifaqın ən təsirli ölkələrinin liderlərindən biri olduğunu nəzərə alsaq, Azərbaycana bu səviyyədə gerçəkləşdiriləcək ziyarətin səviyyəsini də ölçmüş olarıq:Muxalifet - 21-08-2018
Azərbaycanlılardan Merkelə Qarabağ müraciəti
Almaniyada yaşayan azərbaycanlılar Almaniya Federativ Respublikasının (AFR) kansleri xanım Angela Merkelə müraciət ünvanlayıb.
Muxalifet3 - 21-08-2018
Dövlət Nəqliyyat Xidmətinə rəis təyin edildi - Fərman
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinə rəis təyin edilib.
Muxalifet.az-ın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 21-də fərman imzalayıb.
Fərmana əsasən, Əli Məmmədtağı oğlu Hüseynəliyev Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin rəisi təyin edilib.
Muxalifet3 - 21-08-2018
Tiflisdən FETÖ-ya zərbə: Bir il boyunca...
Gürcüstanın Təhsil Nazirliyi Beynəlxalq Qara dəniz Universitetinə bir il boyunca tələbə qəbulunu qadağan edib.
Muxalifet.az xəbər verir ki, buna səbəb kimi universitetin borclarını ödəməməsi göstərilib.
Nazirliyin nümayəndəsi Tamar Sanikidze bildirib ki, universitetin dövlətə 715 min lari borcu yığılıb:
“Universitetin əmlakı tamamən müsadirə edilib. Rəhbərlik borcları ödəməkdən boyun qaçırır”.
Qeyd edək ki, sözügedən universitet 1995-ci ildən bəri Gürcüstanda fəaliyyət göstərir.
Muxalifet3 - 21-08-2018
Manaf Mətanətin videosunu yayan adamı "razborka"ya çağırıb diz çökdürdü - VIDEO
Müğənni Manaf Ağayev yaxın dostu və həmkarı Mətanət Əsədovanın videosunu yayan şəxsi "razborka”ya çağırıb. Həmin şəxsin anası oğlunun bağışlanması üçün müğənniyə yalvarıb.
Muxalifet.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən M.Ağayev həmin qadının şəhid anası olduğu üçün onun övladını bağışlayıb:Muxalifet3 - 21-08-2018
Rusiyada həyəcan siqnalı: "İsgəndər" raketləri...
“İsgəndər –M” raket kompleksləri ilə təchiz edilmiş Ural raket briqadasında döyüş hazırlığının yoxlanılması məqsədilə həyəcan siqnalı verilib.
Muxalifetaz xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Hərbi Dairəsi məlumat yayıb.
Briqada əvvəlcə taktiki yürüş edib, daha sonra isə şərti hədəflərin məhv edilməsində iştirak edib.
Muxalifet3 - 21-08-2018
DYP-dən açıqlama: Gündüz vaxtı yük maşınları...
Bakı şəhərində hərəkət iştirakçılarının təhlükəsizliyinin təmini, avtomobil yollarında süni sıxlığın, ləngimələrin, tıxacların qarşısının alınması istiqamətində ardıcıl və sistemli olaraq tədbirlərin təşkili və icraya yönəldilməsi Dövlət Yol Polisinin diqqət mərkəzindədir.
Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.Muxalifet3 - 21-08-2018
Rusiyanın ABŞ sanksiyalarından itirdiyi pul hesablanıb
ABŞ-ın sanksiyaları nəticəsində Rusiyanın yüz milyonlarla dollarlıq aktivləri bloklanıb.
Muxalifet.az-ın məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin hesabatında deyilir.
Sənəddə vurğulanır ki, 2017-ci ildən Tramp administrasiyası Rusiya ilə əlaqəli olan 215 vətəndaşa və təşkilatlara qarşı sanksiya tətbiq edib. Onlardan 136-sı Rusiya-Ukrayna münaqişəsinə aid sanksiyalara məruz qalıb.
Bildirilir ki, nəticədə yüz milyonlarla dollarlıq Rusiya aktivləri bloklanıb, sanksiyalara məruz qalan şəxslərin iqtisadi maraqları böyük zərər görüb.Muxalifet3 - 21-08-2018
AAYDA-nın yeni binası istifadəyə verildi - Foto
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin yeni inzibati binası əsaslı şəkildə təmir edilərək istifadəyə verilib.
AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, yeni tikili inzibati bina, yardımçı və anbar binaları, mətbəx və yeməkxanadan ibarətdir. Burada işçilərin normal fəaliyyətinin təmin olunması üçün hər bir şərait yaradılıb, lazımi avadanlıqlar quraşdırılıb.
Ərazidə genişmiqyaslı təmir-tikinti və abadlıq-quruculuq işləri aparılıb.
Muxalifet3 - 21-08-2018
Rusiya ABŞ-ı ürəyindən vurdu – TARİXİ QƏRAR VERİLDİ
Rusiya “S-400” tipli zenit-raket komplekslərini 2019-cu ildə Türkiyəyə təslim edəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın "İnterfaks" agentliyi məlumat yayıb.
Agentliyin Rusiyanın dövlət hərbi ixracat şirkəti "Rosoboronexport"a istinadən verdiyi xəbərdə qeyd olunur ki, 2019-cu ildən "S-400" hava müdafiə sisteminin Türkiyəyə verilməsinə başlanılacaq.
Qeyd edək ki, Türkiyənin Rusiyadan"S-400"-ləri satın almaq istəməsi ABŞ-da narahatlıq yaradır. ABŞ daha öncə Türkiyənin Rusiyanın istehsal etdiyi "S-400" sistemini almasına da sərt reaksiya vermişdi.Muxalifet3 - 21-08-2018
ABŞ-dan Rusiyaya zərbə: Milyonlarla vəsait...
ABŞ hökuməti Rusiyanın ölkədəki milyon dollarlarla ölçülən aktivlərini bloklayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə nazirinin müavini Siqal Mandelker deyib.
Bundan əlavə, Vaşinqton 2 rusiyalını və bir şirkəti kibersanksiya siyahısına əlavə edib.
Muxalifet3 - 21-08-2018
Boş plan yerləri ilə bağlı nəticələr elan olundu
Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulun nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildiriblər ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.Muxalifet3 - 21-08-2018
Rusiyaya qarşı növbəti ittiham - Kiber hücum
Rusiyalı hakerlərin beyin mərkəzlərinə kiberhücumu ilə bağlı “Maykrasoft”un iddiaları anlaşılan deyil.
Muxalifet.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.
“Bu iddiaya reaksiyamız həmişəki kimi olacaq. Hansı hakerlərdən, hansı seçkilərə müdaxilədən söhbət getdiyindən xəbərimiz yoxdur. Tam olaraq kimlər haqqında danışırsınız? Onlara bu nəticəyə gəlməyə nə vadar edib? Bununla bağlı bizə mənbə göstərilmir”, - deyə Peskov bildirib.Muxalifet3 - 21-08-2018
“Tarif şurası lazım bilirsə, qiymət qalxmalıdır. Qəbahət yoxdur, müstəqil dövlətik...” – Millət vəkili
Azərbaycanda "Premium Euro-95" və "Super Euro-98" markalı yanacağın qiyməti qalxmasına normal baxmaq lazımdır. Bu, dünyada gedən proseslərlə əlaqəlidir".
Muxalifet.az xəbər verir ki, bu fikirləri "ölkə.az"a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "Qasid" firmasının prezidenti Mirkazım Kazımov bildirib.
M.Kazımov deyib ki, Azərbaycan müstəqil respublikadır:Muxalifet3 - 21-08-2018
Səfirliyə atəş açan şəxslər danışdı: Spirtli içki qəbul edib...
ABŞ səfirliyinə hücum edən şəxslər istintaqa ifadə veriblər.
Muxalifet.az xəbər verir ki, Əhməd Çelikten və Osman Gündaş həmin gecə spirtli içki qəbul etdiklərini və yolüstü səfirliyi atəşə tutduqlarını deyib.
Bundan əlavə, sözügedən şəxslərin olayda istifadə etdikləri avtomobilin nömrəsinin görünməməsi üçün led işıqdan istifadə etdikləri ortaya çıxıb.
Qeyd edək ki, 2 gün öncə törədilən olay zamanı xəsarət alan olmayıb.
Muxalifet3 - 21-08-2018
Azərbaycanda nə qədər qoyun var? – Rəsmi
Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda qoyun və keçilərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 1,3% və ya 118 min baş azalaraq 8 milyon 649 min başa düşüb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qoyun və keçilərin sayı əksər rayonlarda azalıb.
Paytaxt Bakıda qoyun və keçilərin sayı 0,4% və ya 81 baş azalaraq 18 min 999 başa düşüb.Muxalifet3 - 21-08-2018