Axtarış
The search found 105854 results in 0.085 seconds.
Search results
Türkiyədə zəlzələ: Əhali təşvişdə...
Türkiyənin Trabzon şəhərində zəlzələ qeydə alınıb. Muxalifet.az xəbər verir ki, yeraltı təkanlar vətəndaşların təşvişinə səbəb olub. Zəlzələnin maqnitudası ilə bağlı məlumat verilməyib.
Muxalifet3 - 21-08-2018
Putin kralla Suriyanı müzakirə etdi
Rusiya lideri Vladimir Putin İordaniya kralı II Abdullah arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, tərəflər Suriya böhranın siyasi yolla həlli ilə bağlı fikir mübadiləsi aparıblar.
“Telefon danışığı zamanı mövcud siyasi böhranın həlli üçün iki dövlətin effektiv səylərinin olduğu vurğulanıb. Müxtəlif ölkələrdə müvəqqəti məskunlaşan suriyalı miqrantların vətənə qayıtmalarının vacibiliyi qeyd edilib”, - deyə məlumatda bildirilib.
Muxalifet3 - 21-08-2018
Trampdan YENİ AÇIQLAMA: “Türkiyəyə güzəşt etməyəcəm”
ABŞ prezidenti Donald Tramp son günlər Birləşmiş Ştatlar ilə Türkiyə arasında baş verən qalmaqala dair yeni açıqlama verib.
Muxalifet.az xəbər verir ki, Trampın bəyanatına əsasən, ABŞ Türkiyəyə güzəşt etməyəcək:
“Rahib Endryu Bransonun azad edilməsi məsələsi ilə bağlı ABŞ Türkiyəyə güzəştə getmək fikrində deyil”.
Tramp qeyd edib ki, rəsmi Ankaradan Bransonun azadlığa buraxılmasını gözləyir. Bununla yanaşı, Tramp Türkiyə tərəfinin hərəkətini səhv adlandırıb.
Qeyd edək ki, bir müddət əvvəl də ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyə rəhbərliyinə müraciət edib.Muxalifet3 - 21-08-2018
Trampın arvadı Afrikaya gedir
ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp oktyabr ayında Afrika ölkələrinə səfər edəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə xanım Trampın sözçüsü Stefan Qrişam deyib.
M.Tramp səfər zamanı humanitar yardımlara və iqtisadi inkişaf proqramlarına diqqət çəkəcək.
Muxalifet3 - 21-08-2018
Azərbaycanlı nazirin pulları həbsdə qaldı
Kiyevin Şevçenko rayon məhkəməsi Ukrayna Dövlət Fiksal Xidmətinin sabiq rəhbəri Roman Nəsirovun bankdan müsadirə edilmiş 50 min dollar nağd puluna qoyulmuş həbsin ləğvi ilə bağlı vəsatətini təmin etməyib.
Muxalifet.az-ın məlumatına görə, dünən Nəsirovun işi üzrə növbəti iclas keçirilib. İclas zamanı Nəsirovun vəkilləri üzərinə həbs qoyulmuş məbləğlə bağlı vəsatət qaldırıb.
"Məhkəmə vəsatəti rədd edib”, - prokurorluqdan bildirilib.
Xatırladaq ki, avqustun ortalarında məhkəmə Nəsirovun daha iki ay müddətində elektron qolbağ taxması barədə qərar verib.
Muxalifet3 - 21-08-2018
ABŞ-ın cavabını verəcəyik - Ryabkov
Rusiya öz maraqlarına zərər vermədən ABŞ sanksiyaları cavab vermək niyyətindədir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Şimali Koreyadan olan işçilərin qanunsuz olaraq Rusiyada işlədilməsi səbəbindən Moskvaya qarşı sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.
Muxalifet3 - 21-08-2018
Azərbaycan Avropa çempionatlarına ev sahibliyi edəcək
Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsinin qərarı ilə növbəti ildə Bakı aerobika və bədii gimnastika üzrə Avropa Çempionatlarına ev sahibliyi edəcək.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, 2019-cu ilin 23-25 may tarixlərində Milli Gimnastika Arenası ilk dəfə olaraq qitənin ən güclü aerobika gimnastlarını qəbul edəcək. Ölkəmizdə son 5 ildir inkişaf etdirilən bu idman növü üzrə Avropa birinciliyin məhz paytaxtımızda təşkili yerli gimnastların inkişafına da müsbət təkan verəcək.Muxalifet3 - 21-08-2018
"Ordumuz ərazilərimizin bir qismini düşmən işğalından azad etdi" - Zakir Həsənov
Müdafiə naziri Zakir Həsənov Azərbaycan ordusunun şəxsi heyətini Qurban bayramı münasibətilə təbrik edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təbrikin mətnində deyilir:Muxalifet3 - 21-08-2018
İsraildən Fələstinə qarşı daha bir qərar
İsrail hökuməti İordan çayının qərb sahilində 650 yeni evin salınması təklifini qəbul edib.
Muxalifet.az xəbər verir ki, təsdiqlənən evlərin sayı əvvəlcə 296 olsa da, sonradan 650-yə çatdırılıb.
Qeyd edək ki, təklif Beyt-İl Yəhudi Yaşayış qurumu tərəfindən irəli sürülmüşdü.
Muxalifet3 - 21-08-2018
Gürcü baş nazirdən Qurban təbriki...
Gürcüstanın Baş naziri Mamuka Baxtadze avqustun 21-də müqəddəs Qurban bayramı münasibətilə Tiflisdəki məsciddə olub.
Muxalifet.az xəbər verir ki, baş nazir bütün müsəlmanları müqəddəs bayram münasibətilə təbrik edib, onlara bol ruzi, sağlam həyat və sülh arzulayıb. Qeyd edib ki, Qurban bayramı paklıq, kimsəsizlərə, imkansızlara, ehtiyacı olanlara yardım bayramıdır.
M.Baxtadze Gürcüstan dövlətinin möhkəmlənməsində və inkişafında müsəlman əhalinin rolunu xüsusi vurğulayıb, dövlətin bunu yüksək qiymətləndirdiyini deyib.Muxalifet3 - 21-08-2018
Səudiyyədə qadının başı kəsildi
Səudiyyə Ərəbistanında İsra Homqam adlı hüquq müdafiəçisi olan qadını edam ediblər.
Muxalifet.az xəbər verir ki, qadın hökumət əleyhinə aksiyaların təşkilində ittiham edilib.
Məhkəmə qərarı ilə İ.Homqamın başı kəsilib.
Qeyd edək ki, Homqam son illərdə Səudiyyədə edam edilən ilk qadındır.
Muxalifet3 - 21-08-2018
İrandan Türkiyəyə 5 gündə 16 min turist gəldi
Qurban bayramı tətilində İrandan Türkiyəyə 128 sərnişin təyyarəsi uçuş edib.
Muxalifet.az xəbər verir ki, bu uçuşların 85-i Tehran-İstanbul reysi ilə həyata keçirilib.
Son beş gündə İrandan təyyarə ilə gələn sərnişinlərin 16 min nəfəri Türkiyənin müxtəlif istiqamətlərinə turistik səfər edib.
Muxalifet3 - 21-08-2018
ABŞ-dan ŞOK xəbərdarlıq: Rusiya müdaxilə etsə...
2018-ci il aralıq seçkilərinə Rusiyanın mümkün müdaxiləsi ilə bağlı növbəti sanksiyalar hazırlanır.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin yardımçısı Eşli Ford deyib.
“Biz konkret şəkildə ifadə edirik. Əgər onlar (Rusiya) özlərini qəbuledilməz formada apararlarsa, bunun ağır nəticələri olacaq”, - deyə bildirib.
Daxili Təhlükəsizlik Agentliyinin rəhbər müavini Kristofer Krebs isə vurğulayıb ki, ABŞ Rusiyanı seçkilərə potensial kibermüdaxilə mənbəyi olaraq görür.Muxalifet - 22-08-2018
Branson haqda ŞOK faktlar - İraqın qızıllarını oğurlayıb - FOTO
Rahib Endryu Branson İraqın qızıllarının yağmalanması əməliyyatlarının komandanı idi.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə AKP-çi deputat Məhməd Ərdoğan çıxış edib. O, bununla bağlı Tvitter hesabında fotolar paylaşıb:
“Rahib olduğu iddia edilən Branson əsgərdir. Körfəz savaşında İraq qızıllarını yağmalayıb. Bu fotolar da həmin yağmalanma əməliyyatındandır. ABŞ, İraqdan oğurladığın qızılları ver!”
Qeyd edək ki, şərti azadlığa buraxılan rahib Branson Türkiyə-ABŞ arasında gərginliyin əsas səbəbi kimi göstərilir.Muxalifet - 22-08-2018
Tramp istədiyinə çatdı - Razılaşma sabah ELAN EDİLƏCƏK
ABŞ prezidenti Donald Trampın administrasiyası avqustun 23-də Meksika ilə Şimali Amerika azad ticarət zonası haqqında razılaşma (NAFTA) üzrə prinsipial razılığın əldə edildiyini elan etmək niyyətindədir.
Muxalifet.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Politico” qəzeti bildirib.
Nəşrin məlumatına görə, bu, Kanadanın müqavilənin yenilənməsi üzrə sonrakı konsultasiyalara qoşulması üçün yaşıl işıq yandıracaq. Danışıqlar hələlik ikitərəfli formatda Vaşinqtonda aparılır. ABŞ və Meksika arasında razılaşmanın mahiyyəti haqqında təfərrüatlar açıqlanmayıb.Muxalifet - 22-08-2018
Azərbaycan məscidlərində bayram namazı qılınıb
Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınıb.
Muxalifet.az-ın məlumatına görə, bu gün Qurban bayramı münasibətilə saat 08:00-dan etibarən Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə, o cümlədən saat 09:00-da Bakının “Təzəpir” məscidində bayram namazı qılınıb.Muxalifet - 22-08-2018
Tramp Rusiyaya yönəlik sanksiyaları götürməyə razıdır – “Bir şərtlə ki…”
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp bəyan edib ki, Rusiyaya yönəlik sanksiyaların aradan götürülməsini bir şərtlə müzakirə etmək olar («Böyter»).
ABŞ lideri qeyd edib ki, yalnız bircə şərtlə – əgər Moskva Suriya və Ukrayna üzrə Vaşinqtonla əməkdaşlıq istiqamətində addımlar atarsa, Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların aradan qaldırılması imkanlarına baxmağa hazırdır.
Muxalifet - 22-08-2018
Düşmən cəbhədə təxribat törətdi
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 83 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Muxalifet - 22-08-2018
Füzulidə ev yandı...
Füzulidə evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, Füzuli rayonunun Qarabulaq kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.Muxalifet - 22-08-2018
Türkiyə bu vəziyyətdən yararlanacaq – POLİTOLOQ
Dünyada beynəlxalq münasibətlərdə ciddi proseslər gedir və ABŞ-Türkiyə münasibətləri də bunun bir epizodudur.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, bir çox siyasi məsələlər və yaranmış ziddiyyətlərdən dolayı ABŞ və Türkiyə münasibətlərinin düzəlməsi zaman alacaq:Muxalifet - 22-08-2018