Axtarış

The search found 105854 results in 0.082 seconds.

Search results

  1. İsveçrə bankı rusiyalıların 5 milyard dollarını dondurdu!

    «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsveçrənin nəhəng «Credit Suisse» bankı Rusiya ilə əlaqəli hesablarda 5 milyard İsveçrə frankını (5 milyard dollara yaxın) dondurub.

    Bununla da İsveçrə hakimiyyəti Amerika Birləşmiş Ştatlarının (ABŞ) sanksiya rejiminin tələblərini yerinə yetirmiş olub.

    «Röyter» agentliyinin məlumatına görə, dondurulmuş hesabların sahiblərinin şəxsiyyəti açıqlanmır.

    Muxalifet - 23-08-2018

  2. ​Rəsmi Bakı Füzuli və Cəbrayılın işğalı ilə bağlı bəyanat yaydı - Ermənistana ÇAĞIRIŞ

    “23 avqust 1993-cü il tarixində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün tərkib hissəsi olaraq, Azərbaycana mənsub keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənar yerləşən Füzuli və Cəbrayıl rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub”.   
    Muxalifet.az xəbər verir ki, bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Füzuli və Cəbrayıl rayonlarının işğalının 25-ci ildönümü ilə əlaqədar yaydığı bəyanatda bildirilib.

    Muxalifet - 23-08-2018

  3. ​Pekin ABŞ-dan Ümumdünya Ticarət Təşkilatına şikayət edəcək

    Pekin Çin mallarına yeni rüsumların tətbiqi ilə əlaqədar ABŞ-dan Ümumdünya Ticarət Təşkilatına şikayət edəcək.
    Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda idarənin saytında bildirilir.
    “Amerika tərəfi avqustun 23-də16 milyard dollarlıq Çin mallarına əlavə 25 faizlik rüsumu tətbiq etdi. Bu, Ümumdünya Ticarət Təşkilatının prinsiplərinin aşkar pozulmasıdır”, - mətndə deyilir.

    Muxalifet - 23-08-2018

  4. Putinin nazirlə rəqsi siqnal idi – “Qardian”

    Vladimir Putinin Avstriya Xarici İşlər naziri Karin Knayslla onun toyunda rəqs etməsi adicə rəqs deyildi, geosiyasi addım idi.
    Muxalifet.az xəbər verir ki, bunu “Le Mond” jurnalının keçmiş baş redaktoru Natali Nuqayred “Qardian” qəzetinə yazdığ məqaləsində bidirib.
    “Ola bilsin ki, Putin avstriyalı nazirlə rəqs edərkən Qərbə siqnal göndərib. Rusiya lideri əmin idi ki, onun Knayslın toyuna getməsi Qərb rəqiblərində hansı təəssürat yaradacaq. Hər jest, hər söz nəyisə ifadə edir. Və bu toy da tamamilə simvolizmlə dolu idi”, - müəllif qeyd edib.

    Muxalifet - 23-08-2018

  5. KTMT hərbi blokunda müşahidəçi statusu yaradılır

    Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hərbi bloku yanında müşahidəçi və tərəfdaş statuslarında təmsilçilik yaradılır. Virtualaz.org xəbər verir ki, bu haqda blokun mətbuat xidmətinin avqustun 20-də yaydığı rəsmi məlumatda bildirir.

    Muxalifet - 23-08-2018

  6. Cəbhədə GƏRGİNLİK - Düşmən iriçaplı pulemyotlardan mövqelərimizi vurdu

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub.

    Muxalifet - 23-08-2018

  7. ​“ABŞ-ın tələbləri qəbuledilməzdir” - Ərdoğanın sözçüsü

    Rahib Bransonla bağlı məhkəmə prosesi qanunlara uyğun şəkildə davam edir. ABŞ-ın tələbləri qəbuledilməzdir.
    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Röyters”ə açıqlamasında deyib.
    Onun sözlərinə görə, ABŞ daxil olmaqla hər kəs Türkiyə hökumətinin qərarına hörmət etməlidir.

    Muxalifet - 23-08-2018

  8. Salyanda 8 aylıq hamilə qadın öldü

    Salyan rayonunda hamilə qadın dünyasını dəyişib.

    “Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyan şəhəri, Fikrət Zərgərli küçəsi, 203 ünvanında qeydə alınıb.

    Belə ki, 8 aylıq hamilə olan 1998-ci il təvəllüdlü, Hökumə Oqtay qızı Məmmədova gecə saatlarında qəfil dünyasını dəyişib.

    Yaxınları qadının epilepsiya xəstəliyindən əziyyət çəkdiyini bildiriblər. Həmin gecə də anidən epilepsiya xəstəliyi tutub və onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 23-08-2018

  9. "İrqçilik ölkəmiz üçün utancvericidir" - Almaniya prezidenti

    “İrqçilik və ayrı-seçkilik insan qüruruna toxunur. Bu həm də ölkəmiz üçün utancvericidir”.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Almaniya prezidenti Frank-Valter Ştaynmayer Türk-Alman Qəhvə Konfransında çıxışı zamanı deyib.
    Prezident ölkə əhalisinin miqrantlara şübhə ilə yanaşmasında narahat olduğunu dilə gətirib:
    Gündəlik həyatda almanların başqa ölkələrdən gələnlərlə bağlı irqçi və siyasi mübahisələri xatırladan prezident miqrantlarla söhbətindən danışıb:

    Muxalifet - 23-08-2018

  10. “Həyat mənə bacı dağı çəkib, ata ağrısını yaşaya bilmərəm” - Azərbaycanlı aktrisa çətin günlər yaşayır - FOTO

    Musiqili Teatrın aparıcı aktrisası Gülçöhrə Abdullayeva çətin günlər yaşayır. Belə ki, aktrisanın atası bir neçə gündür ki, ağır şəraitdə reanimasiyaya yerləşdirilib.

    Muxalifet.az bildirir ki, milli.az-a açıqlama verən aktrisa atasının səhhətindən danışıb:

    Muxalifet - 23-08-2018

  11. ​İstanbulda fabrikdə PARTLAYIŞ baş verib

    İstanbulun Hadimköy rayonunda kimya fabriklərinin birində partlayış baş verib.
    Trend-in məlumatına görə, hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.
    Partlayış nəticəsində xəsarət alanların olmadığı deyilir.
    Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

    Muxalifet - 23-08-2018

  12. ​Daha bir yol çökdü - SƏBƏB MƏLUM OLDU

    Ötən gün axşam saatlarında Sumqayıtın 20-ci məhəlləsi, Kamran Hüseynov küçəsində yol çöküb. Həmin istiqamətdə avtomobillərin hərəkəti dayanıb və alternativ yoldan istifadə edilir. Aidiyyəti qurumlar əraziyə baxış keçirib. Yolun çökməsinə kanalizasiya borusunun partlamasının səbəb olduğu məlum olub.

    Muxalifet - 23-08-2018

  13. Türkiyədən ABŞ-a sərt cavab: Özünüz etiraf etdiniz...

    Bir şəxsin rahib və ya din adamı olması onun günahsız və məsum olması üçün kifayət edəcək bir kriteriya deyil.

    Muxalifet - 23-08-2018

  14. Məşhur ulduzdan ŞOK etiraf: “Qadınlardan soyudum”

    “İşte benim stilim” verilişinin tanınmış münsifi və Dj Kamal Doğulu qadınlardan soyuduğunu etiraf edib.

    Muxalifet - 23-08-2018

  15. Aslan Aslanov VƏFAT ETDİ

    Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanov vəfat edib.

    Muxalifet.az "AzPolitika.info”ya istinadən xəbər verir ki, sabiq başçı bu gecə vəfat edib, hazırda Şəmkirdə dəfninə hazırlıq gedir. "Bir saata nəəşi Şəmkirə gətiriləcək”.

    A.Aslanovun uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.

    A.Aslanov uzun illər Şəmkirin icra başçısı, daha sonra kənd təsərrüfatə nazirinin müavini, Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsində çalışıb.

    Muxalifet - 23-08-2018

  16. Öldüyü deyilən İŞİD lideri danışdı - ABŞ-I LAĞA QOYDU

    Bir müddət əvvəl rəsmi qurumlar tərəfindən öldüyü deyilən İŞİD lideri Əbu Bəkir Əl Bağdadinin yeni səs yazısı yayılıb.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, səs yazısında İŞİD lidderi Türkiyə-Amerika münasibətlərindən də danışıb.

    Muxalifet - 23-08-2018

  17. ​Bazarda xiyar davası: satıcını bıçaqlayan şəxs tutuldu

    Mingəçevir şəhərində bazarda satıcını bıçaqlayan şəxs tutulub.
    Report xəbər verir ki, 1986-cı il təvəllüdlü Samir Vaqif oğlu Musayevi bıçaqlayan Yevlax rayonunun Bəydilli kənd sakini Nemət Kərimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

    Muxalifet - 23-08-2018

  18. ​“Keşişi verin, böhran dərhal sona çatsın” - TRAMPIN MÜŞAVİRİ

    Muxalifet.az xəbər verir ki, Türkiyəni iqtisadi məngədə sıxmaq istəyən ABŞ ruhdan düşməyə başlayıb. Vaşinqton keşiş Endrü Bransonun təhvil veriləcəyi təqdirdə iqtisadi oyunları bitirməyi vəd edib.

    Muxalifet - 23-08-2018

  19. ​Tikinti materiallarının istehsalı artdı

    Cari ilin yanvar-iyul aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 31,7 faiz artaraq 322,8 milyon manat olub.
    Dövlət Statistika Komitəsindən Teleqraf.com-a bildirilib ki, hesabat dövründə hörmə üçün hazır beton qarışığının istehsalı 2,2 dəfə, tikinti əhənginin istehsalı 27,3 faiz, sementin istehsalı 21,6 faiz artıb.
    Tikinti kərpicinin istehsalı 4 faiz, tikinti gipsinin istehsalı 43,1 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 58,9 faiz azalıb.

    Muxalifet - 23-08-2018

  20. Alimlərdən İNANILMAZ KƏŞF: Daha qan problemi olmayacaq

    Alimlər A və B tipli qan qruplarının hər kəsə qan verə bilən O tipli qan qrupuna çevirməyin üsulunu kəşf edib.

    Muxalifet.az xəbər verir ki, İngiltərə mətbuatının yazdığına görə, Britiş Kolumbiya İnstitutunun araşdırmanı aparan qrupu bu üsulu necə kəşf etdiklərini açıqlayıb.

    Açıqlamada bildirilir ki, AB, A, B və O tipli dörd əsas qan qrupu var.Hər bir qan qrupunda qırmızı qan hüceyrələrinin antigenlərinin varlığı ayırd edilir. A tip qan qrupu A antigeni, B tip qan qrupu B antigeninə,AB tipli qan qrupu isə hər ikisinə malikdir.

    Muxalifet - 23-08-2018

Pages