Axtarış

The search found 105854 results in 0.137 seconds.

Search results

  1. ​Netanyahudan Trampa TƏŞƏKKÜR MESAJI: "ABŞ-ın İsraildən böyük dostu yoxdur"

    İsrailin baş naziri Beyamin Netanyahu ABŞ-a təşəkkür edib.
    Muxalfet.az xəbər verir ki, Qüdsdə ABŞ-ın milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton ilə görüşən baş nazir İsrailin bölgədəki hərbi üstünlüyünün qorumasında ABŞ-ın qəti davranışını təqdir etdiyini bildirib.
    Netanyahu İsrailin ABŞ-dan böyük bir müttəfiqi və dostu olmadığını, eyni şəkildə, ABŞ-ın da İsraildən daha böyük bir müttəfiqi olmadığını düşündüyünü deyib. Bu dostluq və səmimiyyətin prezident Donald Trampın vəzifədə olduğu müddətdə daha güclü hala gəldiyini qeyd edib.

    Muxalifet - 20-08-2018

  2. ​Zaxarovadan viza açıqlaması: Tamamilə ödənişsiz...

    Rusiya elektron viza sisteminə keçid üçün sınaqlara başlayıb.
    Muxalifet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

    Muxalifet - 20-08-2018

  3. ​Fələstinli iş adamından Türkiyəyə dəstək: 800 min dollarını lirəyə çevirdi

    Fələstinli iş adamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışına əməl edərək 800 min dollarını türk lirəsinə çevirib.
    Muxalifet.az bildirir ki, Anadolu Agentliyinə açıqlama verən Cihad Şamiyyə adlı iş adamı bir fələstinli olaraq Türkiyənin etdiklərinə az da olsa gözəl bir qarşılıq vermək istədiyini deyib.

    Muxalifet - 20-08-2018

  4. Amerikanın İran sanksiyaları və "Cənub qaz dəhlizi": Azərbaycan regionun iqtisadi və geosiyasi lideri kimi

    Muxalifet.az bildirir ki, Newtimes.az analitik məqalə ilə çıxış edib. Məqaləni oxucularımıza təqdim edirik:

    Muxalifet - 20-08-2018

  5. Ermənistanın sabiq baş nazirinin sürücüsü də tutuldu

    Ermənistanın keçmiş Baş naziri Ovik Abramyanın sürücüsü Ambik Gevorkyana qarşı ittiham irəli sürülüb.
    Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, o, qanunsuz odlu silah saxlamaqda günahlandırılaraq həbs olunub.
    A.Gevorkyana 2008-ci il martın 1-də Yerevan şəhərində 32 nəfərin həlak olması ilə yadda qalan hadisələrlə bağlı cinayət işi açılıb.
    Onun evində axtarışlar zamanı 3 zirehli texnika, 7 snayper, 2 tapança və çoxlu sayda sursat aşkar edilərək götürülüb.

    Muxalifet - 20-08-2018

  6. ​ABŞ səfirliyinə hücum: 1 nəfər saxlanıldı

    ABŞ səfirliyinə silahlı hücumla bağlı 1 nəfər saxlanılıb.
    Saxlanılanın kimliyi açıqlanmır.
     

    Muxalifet3 - 20-08-2018

  7. ​Türkiyə XİN-dən açıqlama: Qətiyyətlə pisləyirik!

    Ankarada səfirlik binasının atəşə tutulmasını qətiyyətlə pisləyirik.
    Muxalifet.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.
    “ABŞ səfirliyinin, diplomatik nümayəndəliklərin, eləcə də burada çalışan əməkdaşların təhlükəsizliyi gücləndirilib”, - deyə sözçü qeyd edib.
    Qeyd edək ki, dünən gecə ABŞ-ın Ankaradakı səfirliyi naməlum şəxslər tərəfindən atəşə tutulub.
     

    Muxalifet3 - 20-08-2018

  8. Doğuşdan 45 dəqiqə sonra ölən körpənin anasından ŞOK İDDİALAR – 18+VİDEO

    Azərbaycanda daha bir körpə ölümü baş verib. 26 yaşlı Aytən Sadıqovanın 7 saylı Doğum Evində dünyaya gətirdiyi 3 kq 500 qram çəkili oğlan uşağı doğuşdan 45 dəqiqə sonra ölüb. 

    Muxalifet.az xəbər verir ki, gənc qadın baku.ws-ə açıqlamasında normal hamiləlik keçirdiyini və hamiləliyin sonuncu həftəsində xəstəxanaya müraciət etdiyini bildirir: 

    Muxalifet3 - 20-08-2018

  9. ​Kosmosda silah yerləşdirən ilk ölkə... - Ryabkov

    Kosmosa silah yerləşdirən ilk ölkə Rusiya olmayacaq.
    Muxalifet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.
    O bildirib ki, ABŞ bu məsələni ciddi siqnal olaraq qəbul etməlidir.
    Qeyd edək ki, ABŞ-ın kosmosda Rusiya peyklərini hədəf ala biləcək raketlər hazırladığı iddia edilir.
     

    Muxalifet3 - 20-08-2018

  10. ​Bakıda heyvanları daşıyan yük maşını aşdı

    Bakıda yol qəzası baş verib.
    Muxalifet.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, Ramiz Qəmbərov küçəsində qeydə alınıb.
    Belə ki, "Mercedes" markalı, 90 XU 259 nömrəli dövlət qeydiyyat nişanlı yük maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsinin yük yerində olan 3 baş xırdabuynuzlu heyvan tələf olub, 2 baş iribuynuzlu heyvan isə sağ qalıb.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 20-08-2018

  11. ​Bu il əsas kapitala 7,4 milyard vəsait qoyulub

    Cari ilin yanvar-iyul aylarında əsas kapitala 7 milyard 457,3 milyon manat məbləğində, yaxud 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz az vəsait yönəldilib.
    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub. Qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi isə 19 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 65,5 faiz artıb.

    Muxalifet3 - 20-08-2018

  12. ​Lənkəranda tank əleyhinə mina tapılıb

    2018-ci il 20 avqust tarixində saat 07:59-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 08:10-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Lənkəran rayonu, dəniz sahili ərazisində 1 ədəd minanın tapılması barədə məlumatlar daxil olub.
    Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Lənkəran rayon Polis şöbəsinin və Sahil Mühafizə xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Muxalifet3 - 20-08-2018

  13. ​Əhaliyə ŞAD XƏBƏR: Yayılan bu məlumat yalan çıxdı – RƏSMİ AÇIQLAMA

    Sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda SOCAR-ın yanacaqdoldurma məntəqələrində Aİ 92 markalı benzinin bir litrinin 1 manata satıldığı barədə məlumat yayılıb.
    Muxalifet.az xəbər verir ki, Tarif Şurası yenicag.az-a açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
    “Aİ 92 markalı benzin ilə bağlı qiymət dəyişikliyi yoxdur. Yayılan xəbərlər həqiqəti əks etdirmir. Yaxın günlərdə də Aİ 92 markalı benzinin qiymət artımı ilə bağlı müzakirə nəzərdə tutulmayıb.”

    Muxalifet3 - 20-08-2018

  14. ​İsrailin "Məhəmməd" adlı baş naziri olacaq - Tramp

    ABŞ Prezidenti Donald Tramp İordaniya kralı Abdullahla görüşündə verdiyi açıqlama diqqət çəkib.
    Muxalifet.az xəbər verir ki, görüş zamanı Abdullah fələstinli gənclərin iki dövlətli həll yolu istəməməsini bildirib:
    “Fələstinlilər İsrail dövlətində bərabər hüquqlarla yaşamaq istəyir. Bunun nəticəsində İsrail yəhudi xarakterini itirəcək”.
    Tramp da öz növbəsində qeyd edib ki, bu tendensiya davam edərsə, bir neçə ildən sonra İsrailin Məhəmməd adlı baş naziri olacaq.
     

    Muxalifet3 - 20-08-2018

  15. ​Türkiyə ABŞ-dan şikayət etdi

    Türkiyə ABŞ sanksiyalarından dolayı Dünya Ticarət Təşkilatına (DTT) şikayət ünvanlayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə elə təşkilatın özü məlumat yayıb.
    Bildirilib ki, şikayət ABŞ-ın polad və alüminiumla bağlı tətbiq etdiyi əlavə vergi rüsumları ilə bağlıdır.
    Qeyd edək ki, bir müddət əvvəl Donald Tramp Türkiyədən gələn polad və alüminiumla bağlı vergilərin müvafiq olaraq 50 və 20 faiz həcmində artırılması ilə bağlı qərar vermişdi.
     

    Muxalifet3 - 20-08-2018

  16. ​Abituriyentlərin nəzərinə: Boş plan yerləri...

    Boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı 24 avqust - 3 sentyabr tarixlərini əhatə edəcək.
    Muxalifet.az azedu.az-a istinadən tam orta (11 illik) təhsil bazasından kolleclərə qəbul olanlar üçün qeydiyyat vaxtını təqdim edir.
    Beləki, tam orta (11 illik) təhsil bazasından kolleclərə qəbul olanların 24- 30 avqust, kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi edərək qəbul olanların qeydiyyatı isə 1- 5 sentyabr tarixlərində baş tutacaq.

    Muxalifet3 - 20-08-2018

  17. ​Planetimiz təhlükədə: Yeri təhdid edən viruslar...

    Bir damcı okean suyunda Yerdə iqlimin dəyişməsinə təsir göstərən hədsiz sayda mikroorqanizm var. Alimlər belə dəyişikliklərin nəticələrini tədqiq ediblər.
    Muxalifet.az xəbər verir ki, Bergen Universitetinin alimləri hələ 1989-cu ildə okean suyunun tərkibindəki mikrooqranizmləri öyrənməyə başlayıblar. Tədqiqatın nəticələri göstərib ki, bir damcı okean suyunda əvvəllər hesab edildiyindən yüz dəfə çox – təqribən 250 milyon virus var. Virusların tərkibi yetərincə müxtəlifdir və çox vaxt təkcə insana deyil, bütövlükdə planetimizə mənfi təsir göstərir.

    Muxalifet3 - 20-08-2018

  18. ​Çin Rusiyaya ordu göndərir – DÜNYA BU BİRLİKDƏN DANIŞIR

    Çin Silahlı Qüvvələri Rusiyanın Trans-Baykal bölgəsində keçiriləcək “Vostok-2018” strateji təlimlərinə 3200 hərbçi, 900-dən çox hərbi texnika, 30 helikopter və qırıcı təyyarələrlə qatılacaq.
    Muxalifet.az xəbər verir ki, təlimlər zamanı xüsusilə mobil müdafiə, yanğınsöndürmə və əks-hücuma keçid məşqləri ediləcək.
    Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu avqust və sentyabr aylarında Sibir və Uzaq Şərqdə “Vostok-2018” genişmiqyaslı təlimlərinin keçiriləcəyini, iki hərbi bölgənin qoşunları və Şimal Donanmasının burada iştirak edəcəyini bildirmişdi.
     

    Muxalifet3 - 20-08-2018

  19. ​Tramp yaxşı deyil, təhlükə var - Keçmiş müşavir

    Donald Tramp Ağ Evə daxil olduğundan bəri qəribə və yöndəmsizdir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri sabiq prezidentlər – Ronald Reyqan və Corc Buşun dönəmində müşavirlik etmiş Piter Vehner deyib.
    “Ölkəmiz üçün dua edin. Bu durum müsbət nəticələnməyəcək. Tramp prezident olduqdan bəri yaxşı deyil. Daha təhlükəli olmağa başladı. Bu, bir yerdə fəlakətlə nəticələnəcək”, - deyə Vehner bildirib.
     

    Muxalifet3 - 20-08-2018

  20. ​Mindən çox insan içməli sudan zəhərləndi

    İraqın Bəsrə şəhərində mindən çox insan içməli sudan zəhərlənib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Əl-Sumariyə” məlumat yayıb.
    Zəhərlənmə olayının şəhərin bir neçə rayonunda qeydə alındığı bildirilib.
     

    Muxalifet3 - 20-08-2018

Pages