Axtarış

The search found 105849 results in 0.072 seconds.

Search results

  1. ​Rusiya ABŞ-a NOTA GÖNDƏRDİ

    Rusiya rəsmi Vaşinqtona ölkənin ABŞ-dakı diplomatik mülkləri ilə bağlı beynəlxalq hüququn normalarının pozulmasına etiraz olaraq nota göndərib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Muxalifet - 17-08-2018

  2. ​Nazirdən ƏMR: Polis gücləndirilmiş rejimdə işləyəcək

    Respublikanın daxili işlər orqanları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək.
    Bu haqda Muxalifet.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.
    Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qurban bayramı günlərində ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının daha etibarlı qorunması məqsədilə əmr imzalayıb.

    Muxalifet - 17-08-2018

  3. ​Bulvarın bu hissəsi pullu oldu - SƏBƏB İSƏ...

    “Dənizkənarı Bulvar ərazisinə Bayıl tərəfdən girişin pullu olması idarənin tam səlahiyyətində olan məsələdir. Giriş 1 manat təşkil edir”.

    Muxalifet - 17-08-2018

  4. ​Bələdiyyə sədri cərimələndi

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa kəskin qoxunun yayılması ilə bağlı şikayət daxil olub.
    ETSN-dən verilən məlumata görə, şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

    Muxalifet - 17-08-2018

  5. ​Ordumuz Qarabağda əməliyyat keçirdi? - RƏSMİ AÇIQLAMA

    "Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib və əməliyyat şəraitinə tam nəzarət edir"
    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
    Erməni KİV-lərində bu gün Azərbaycan Ordusunun guya diversiya hücumu etməsi haqda yayılan məlumatlara münasibət bildirən nazirlik bəyan edib ki, düşmən tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, onun növbəti yalanı və təxribatıdır. 

    Muxalifet - 17-08-2018

  6. ​“Bakı Bus”da sürücü səhlənkarlığı: yaralı var - FOTO

    Bakı Bus MMC-yə məxsus 3 nömrəli avtobusda sürücü səhlənkarlığı baş verib.
    Rəşad Babayev adlı sürücü işıqforda avtobusu saxlamaq üçün qəfil əyləcə basıb. Bu zaman avtobusda olan qadın sərnişin avtobusa çırpılaraq xəsarət alıb.
    Sərnişinlər dərhal yaşlı qadına avtobusdan düşməyə köməklik göstəriblər. Əraziyə təcili tibbi yardım xidməti çağırılıb və qadın xəstəxanaya aparılıb. (axar)

    Muxalifet - 17-08-2018

  7. ​Naxçıvan toylarında yeməyə qadağa qoyulmayıb – Ali Məclisin deputatlarından AÇIQLAMA

    Xəbər verdiyimiz kimi, dünəndən  sosial şəbəkə istifadəçiləri “bundan sonra toylarda yemək verilməyəcək. Belə ki, toylarda israfçılığın qarşısını almaq üçün tədbirlərə başlanılıb” kimi məlumatlar yer almaqdadır.
    məlumat yayıb.
    Məlumata görə, toylarda yemək verilməsinə sentyabrın 1-dən qadağa qoyulacaq. Çay və şirniyyat veriləcəyi bildirilir.
    Modern.az saytı mövzunun aktuallığını nəzərə alaraq naxçıvanlı deputatlarla əlaqə saxlayıb.
    Naxçıvan Ali Məclisinin deputatı Tariyel Talıbov saytımıza  açıqlamasında deyib ki, xəbər yalandır.

    Muxalifet - 17-08-2018

  8. ​"Özünü kriminal aləmin üzvü kimi təqdim etdi…" - Məktəbdəki qanlı davanın TƏFƏRRÜATI

    2001-ci il təvəllüdlü məktəbli hakim qarşısına çıxarılıb. O, bir neçə ağır cinayət əməli törətməkdə ittiham edilir.
    Muxalifet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda, hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən 2001-ci il təvəllüdlü Kərim Əzizovun (ad və soy ad şərtdir) cinayət işi üzrə məhkəmə iclası başlayıb.
    Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

    Muxalifet - 17-08-2018

  9. ​Məhkəmə rahib Bransonla bağlı 3-cü dəfə QƏRAR VERDİ

    Amerikalı rahib Endryu Bransonun vəkili İsmayıl Halavrut Türkiyə məhkəməsinə müvəkkilinin ev dustaqlığından buraxılması ilə bağlı 3-cü dəfə müraciət edib.
    Muxalifet.az xəbər verir ki, İzmir 3-cü Ağır Cinayətlər Məhkəməsi isə rahib haqqındakı ədliyyə nəzarəti və xaricə çıxmaq qadağasına etiraz edən müraciəti rədd edib. Məhkəmə rahibin ev həbsinin davamına qərar verib.

    Muxalifet - 17-08-2018

  10. Gəncə TERRORU ilə bağlı rəsmi məlumat: partizan müharibəsi...

    Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Gəncədə törədilən terror aktı və kütləvi iğtişaşlarğa bağlı birgə məlumat yayıb.
    Muxalifet.az məlumatın mətnini təqdim edir:

    Muxalifet - 17-08-2018

  11. ​Biləsuvarda ev yandı

    Biləsuvarda yanğın olub. FHN-dən Muxalifet.az-a verilən məlumata görə, rayonun Ovçubərə kəndində ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 4 otaqlı evin tavanı və çardağı 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

    Muxalifet - 17-08-2018

  12. Deputat terrorçunun dəfninə qatılmaq istədi – Türkiyədə

    Türkiyə parlamentinin deputatı Dersim Dağ öldürülən PKK terrorçusunun dəfn mərasiminə qatılmaq istəyib.
    Muxalifet.az xəbər verir ki, olay Tunceli vilayətində yaşanıb.
    Bir neçə gün əvvəl Türkiyə Daxili İşlər Nazirliyi başına 600 min türk lirəsi qoyulan və bürünc siyahı üzrə axtarışda olan, PKK-nın “Qərb Cəbhəsi” üzrə səlahiyyətli nümayəndəsi, “Jinad” kod adlı Pinar Yıldırımı iki terrorçu ilə birlikdə zərərləşdirdiyini açıqlayıb.

    Muxalifet - 17-08-2018

  13. ​Soyadları uyğun gəlmədiyi üçün ailəni “Sakit Göl” otelinə buraxmadılar - AZƏRBAYCANDA

    Redaksiyamıza Azərbaycandakı otellərin biri ilə bağlı şikayətçi zəngi daxil olub.
    Söhbət Şamaxıda yerləşən "Sakit Göl” otelindən gedir. Şikayət edən şəxsin sözlərinə görə, o, ailəsi və onlarla birgə Şamaxıya səfər edən daha bir ailə bu gün həmin otelin qonağı olublar. Lakin qeydiyyat şöbəsində problemlə üzləşiblər.

    Muxalifet - 17-08-2018

  14. ​Paşinyan tərəfdarlarını Ermənistanın mərkəzinə yığdı

    Ermənistanın baş naziri Nikol Paşinyan tərəfdarlarını yenə paytaxt Yerevanda meydanlara yığıb.
    Muxalifet.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, baş nazir bu dəfə yürüş təşkil edərək özünün 100 günlük hakimiyyəti dövründə görülən işlər barədə danışacaq.
    Yürüş Artsax prospektindən başlayaraq Respublika meydanın kimi olacaq.
    O öz tərəfdarlarına provokasiyaya uymamağa və sakitliyi saxlamağa çağırıb.

    Muxalifet - 17-08-2018

  15. ​İstanbulda KRİTİK GÖRÜŞ - 4 ölkənin lideləri İstanbulda görüşəcək

    Almaniya, Türkiyə, Rusiya və Fransa liderləri 7 sentyabr tarixində İstanbulda zirvə keçirəcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel məlumat verib.
    Merkel bildirib ki, sabah Almaniyada Vladimir Putinlə keçirəcəyi görüşdə bu zirvəni gündəmə gətirəcək.
    “Rusyia-Türkiyə-Almaniya-Fransa formatında bir görüş üçün yaxşı hazırlıq aparılmalıdır. Ancaq bundan dolayı konkret bir vaxt yoxdur. Məsləhətçilərin ön görüşmə keçirib zirvənin anlamı olub-olmayacağına dair qərara gəlməsi də lazımdır” -, Merkel bildirib.

    Muxalifet - 17-08-2018

  16. Universitet nəticəsini gözləmədən qoşulub qaçdı - Lənkəranda

    Lənkəran rayon Təhsil Şöbəsi imtahanın nəticələrini öyrənməyə gedərkən abituriyentin itkin düşməsinə aydınlıq gətirib.
    Təsil şöbəsindən aznews.az-a verilən məlumata görə, Qurbanlı Təravət Nazim qızı sevdiyi oğlana qoşulub qaçıb:

    Muxalifet - 17-08-2018

  17. Çindən Türkiyəyə dəstək: Bununda öhdəsindən gələcək

    Çinin Xarici İşlər Nazirliyi ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyalarla bağlı açıqlama yayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
    “Türkiyə müvəqqəti iqtisadi çətinliklərin öhdəsindən gələcək”, - XİN-in açıqlamasında deyilib.

    Muxalifet - 17-08-2018

  18. ​Şəhid qızını avtomobillə vuraraq öldürən biznesmen oğlu azadlığa buraxılıb

    Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
    “Report”un xəbərinə görə, prosesdə qərar elan olunub.
    Məhkəmə R.Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar verib.
    O, azadlığa buraxılıb və cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

    Muxalifet - 17-08-2018

  19. ​Ərdoğanın 7-ci nəvəsi DÜNYAYA GƏLDİ

    Muxalifet.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan ilə gəlini Reyhan Ərdoğanın üçüncü övladları dünyaya gəlib. Bilal-Reyhan cütlüyünün dünən gecə dünyaya gələn qızlarına Fatimə Serra adı verilib. Bilal və Reyhan Ərdoğan cütlüyünün Əli Tahiar (3 yaş) və Ömər Tayyib (10 yaş) adlarında iki oğulları var.

    Muxalifet - 17-08-2018

  20. ​"Bakmil" stansiyasi istirahət günlərində işləyəcəkmi?

    "Bakı Metropoliteni" QSC-nin "Bakmil" stansiyası qarşıdakı istirahət günlərində (avqustun 18-19-da) adi qaydada işləyəcək.
    Muxalifet.az qrumun mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir işləri ilə əlaqədar sərnişinlərin giriş-çıxışına qoyulmuş məhdudiyyət (saat 8:20-dən saat 17:00-a qədər) şənbə və bazar günləri, yəni 18-19 avqust tarixlərində tətbiq edilməyəcək.
    Sərnişinlər "Bakmil" stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun istifadə edə bilərlər.

    Muxalifet3 - 17-08-2018

Pages