Axtarış
The search found 105849 results in 0.094 seconds.
Search results
Məşhur şirkətlə BAĞLI İDDİA: cinayətlər burada gizlədilir
“Tesla” şirkətinin işdən qovulan təhlükəsizlik xidmətinin əməkdaşı şirkəti Nevada ştatında yerləşən müəssisələrindən birindəki cinayət tərkibli əməlləri gizlətməkdə ittiham edərək, ABŞ-ın Qiymətli Kağızlar və Birja üzrə Komissiyasına müraciət edib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Nyu York Post” yazıb.
Karl Hansen adlı şəxsin maraqlarını təmsil edən “Meissner Associates” hüquq firmasının bəyanatında “Tesla”nın “Giqafaktori” fabrikində çalışan işçilərinin narkotik ticarətinə cəlb olunması barədə məlumatı hüquq-mühafizə orqanlarından gizlətdiyi bildirilib.Muxalifet - 17-08-2018
Rusiya düşməni VAHİMƏYƏ SALAN yeni bombardman təyyarəsini sərgilədi - FOTO
Rusiya yeni strateji Tu-22M3M bombardman təyyarəsini təqdim edib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Kazan şəhərində təşkil edilən təqdimetmə mərasimində sərgilənən təyyarə daha sonra quru və hava sınaqlarına göndərilib.
Rusiyanın ən böyük təyyarə istehsalçılarını bir araya gətirən Birləşmiş Tayyərə Şirkətinin prezidenti Yuri Slyusar Tu-22M3M təyyarəsinin 2021-ci ildə rus ordusuna təslim ediləcəyini deyib.Muxalifet - 17-08-2018
İrandan gələn Azərbaycan vətəndaşında narkotik vasitə aşkarlanıb
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
DGK-dan Trend-ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşın şalvarının kiçikölçülü cibində gömrük nəzarətinə bəyan edilməyən 1 büküm – xalis çəkisi 0,126 qram olan metamfetamin aşkar edilib.
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 17-08-2018
Bacısından Hadisəyə İYNƏLİ MESAJ
Anasının intihara cəhd etməsindən sonra müğənni bacısı Hadisə ilə yollarını ayıran prodüser Hülya Açıqgöz sosial media hesabından tikanlı paylaşım edib.
Muxalifet.az xəbər verir ki, Hadisənin “hər şey yolundadır, ailəliklə bu hadisəni geridə qoya bilərik” açıqlamasına rəğmən, Hülya eyni fikirdə olmadığını bildirib.
“Öyrəndim ki, insanlar ona söylədiyinizi və etdiyinizi unudar. Ancaq sizə hiss etdirdiklərini əsla unutmaz” – Açıqgöz qeyd edib.
O, daha öncə bacısına mesaj olaraq "Ulduzlar axar. Mən sıradan insanam" demişdi.Muxalifet - 17-08-2018
İran sərhədində 4 əsgər yaralandı – SİLAHLI HÜCUM
İranda Kürdüstan əyalətinin Əbu Həsən kəndində polislə silahlı qrup arasında qarşıdurmada 4 əsgər yaralanıb.
Muxalifet.az “İRNA”ya istinadla xəbər verir ki, Kürdüstan əyalətinin icra başçısının müavini Hüseyn Hoşikbal hadisənin dünən axşam saatlarında İraqla sərhəddə baş verdiyini bildirib.
O, naməlum silahlı qruplaşma ilə qarşıdurmada yaralanan 4 İran əsgərinin xəstəxanaya aparıldığını və silahlıların hadisə yerindən qaçdığını söyləyib.
Hüseyn Hoşikbal hələlik heç bir silahlı qruplaşmanın hadisəni öz üzərinə götürmədiyini açıqlayıb.Muxalifet - 17-08-2018
Dünyanın ən kasıb prezidenti təqaüdə çıxdı
Dünyanın ən kasıb eks prezidenti sayılan Uruqvay senatoru Xose Muxika təqaüdə ayrılmaq qərarına gəlib.
Muxalifet.az “Newsweek” nəşrinə istinadən xəbər verir ki, yorulduğunu söyləyən senator həmçinin təqaüddən də imtina edəcəyini bildirib.
“Mən bunun uzun səyahətdən sonra bir yorğunçuluq olduğunu deyərdim” – eks prezidentin senatda oxunan məktubunda qeyd edilib.
Onun hələ 2020-ci ilə kimi senatda qalmaq hüququ var idi.
Muxika həmçinin dövlət tərəfindən ayrılan təqaüddən imtina edərək onu almayacağını söyləyib.Muxalifet - 17-08-2018
Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “DOVŞAN KİMİ QAÇMAQDA” günahlandırdı
Ermənistan KİV-ləri eks-prezident Robert Köçəryanın ötən gün “Yerkir Media” telekanalına verdiyi müsahibənin yeni fraqmentlərini yayıb. Virtualaz.org xəbər verir ki, Köçəryan müsahibədə Qarabağ məsələsindən də danışıb və Ermənistandakı hadisələrin Qarabağa da təsir etdiyini deyib.
Muxalifet - 17-08-2018
Türkiyənin ticarət naziri ABŞ-ın təhdidinə cavab verdi: “EYNİ ŞƏKİLDƏ QARŞILIQ VERƏCƏYİK”
Muxalifet.az xəbər verir ki, Türkiyənin ticarət naziri Ruhsar Pekcan ABŞ-ın yeni sanksiya təhdidləri ilə bağlı çıxışı zamanı deyib: “Milli valyuta bazarına qarşı hücum dəf edilib. Eyni şəkildə qarşılıq verəcəyik”.
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti D.Tramp qalmaqallı paylaşım edərək casusluqda və terrorçu təşkilatlara əməkdaşlıqda ittiham edilən keşiş Endrü Bransonun ev dustağı edilməsinin müqabilində Türkiyə ilə münasibətlərin məhdudlaşdırılacağını bildirib.Muxalifet - 17-08-2018
Hava yenə soyuyur: növbəti iki gün temperatur... - Xəbərdarlıq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 18-i gündüz və 19-da şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.Muxalifet - 17-08-2018
Səudiyyədən 100 MİLYON DOLLAR yardım - ABŞ-dan REAKSİYA
Səudiyyə Ərəbistanı Suriyanın Rakka şəhərinin restavrasiyası üçün İŞİD-ə qarşı mübarizə aparan koalisiya qüvvələrinə 100 milyon dollar ayırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert danışıb.
Noyert ABŞ-ın Ər-Riyad hökumətinin dəstəyindən məmnunluq hissi keçirdiyini ifadə edib və yardımın Dövlət katibi Mayk Pompeonun 12 iyulda Brüsseldə keçirilən İŞİD-ə qarşı mübarizə koalisiyasının toplantısında edildiyini açıqlayıb.Muxalifet - 17-08-2018
Bayramda işıqlar sönməyəcək - “Azərişıq” söz verdi
Bayram və qeyri-iş günlərində enerji istehlakçılarının, habelə bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması məqsədilə Bakı şəhərində və regionlarda təşkilatı və texniki tədbirlər görülərək, 2018-ci il avqust ayının 22-23-də “Azərişıq” ASC-nin Mərkəzi Aparatı və RETSİ-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib.
Muxalifet - 17-08-2018
SURİYADA MÜXALİFƏTİN SON QALASI: İdlib kimin nəzarətində olmalıdır? - TƏHLİL
Marianna Belenkaya
“Əl-Monitor”Muxalifet - 17-08-2018
"ABŞ Türkiyəni itirə bilməz" - Metyu Brayza
"ABŞ prezidenti Donald Trampın Türkiyəyə qarşı sanksiyalarının genişləndirilməsi planları iki ölkənin münasibətlərində gərginliyin artmasına səbəb olub".
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş müavini Metyu Brayza "Washington Post" qəzetində nəşr olunan məqaləsində bildirib.
"Bu, gözlənilməz və düşmən davranış NATO-dakı müttəfiqə maksimum dərəcədə zərər vurmağa yönəlib", - o, ABŞ-ın Türkiyədən idxal olunan polad və alüminiuma görə gömrük rüsumlarının artırılması məsələsini şərh edərkən bildirib.Muxalifet - 17-08-2018
"Hazırda Bayıl sürüşmə sahəsində vəziyyət stabildir" - NAZİRLİK
“Hazırda Bayıl sürüşmə sahəsində stabil vəziyyət hökm sürür”.
Muxalifet.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, son dövrlər aparılan monitorinqlər nəticəsində Bayıl sürüşmə sahəsinin dinamikasında ciddi dəyişiklik müşahidə olunmayıb: “Bayılda sürüşmə hadisəsi qeydə alınan ərazilərdə mayak və reperlərimiz var, müşahidə işləri aparırıq. Ərazi daima nəzarətdədir”.Muxalifet - 17-08-2018
“Teleradio” İB-də yeni təyinat
İlham Əfəndiyev Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyinin baş direktor müavini təyin olunub.
Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.
İ.Əfəndiyev bundan əvvəl Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi vəzifəsində işləyirdi.
Qeyd edək ki, “Teleradio” İB DVB-T/T2 standartında yerüstü rəqəmsal yayım, DVB-S peyk yayımı, radio və peyk rabitəsini həyata keçirir.Muxalifet - 17-08-2018
İrandan Tiflisə NOTA: Qadınlarımıza qarşı...
İranın Gürcüstandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Muxalifet.az xəbər verir ki, bu barədə İran Xarici İşlər naziri Bəhram Qasımi məlumat verib.
Məlumatda bildirilib ki, gürcü polisinin Tiflisdən İsfahana gələn bir qrup iranlı qadın sərnişindən baş örtüklərinin açmasını tələb etməsi İran hökumətinə qarşı hörmətsizlikdir.Muxalifet - 17-08-2018
Pentaqondan ŞOK hesabat: Çin ABŞ-a hücuma hazırlaşır
Çin ABŞ və müttəfiqlərinə hərbi zərbə endirmək planları hazırlayır.
Muxalifet.az xəbər verir ki, bu barədə Pentaqonun Çin Silahlı Qüvvələrinin 2018-ci ildəki vəziyyətinə həsr olunmuş hesabatında deyilib.
Hesabat müəlliflərinin fikrincə, son illərdə Çin hərbçilərinin keçirdiyi təlimlərin coğrafiyası genişlənib. Bununla da Çin ordusunda ABŞ və müttəfiqlərinə zərbə endirmək təcrübəsi formalaşıb.
Bununla belə hesabat müəllifləri Çinin güc nümayişi yolu ilə ABŞ-a hansı siqnalı ötürməyə çalışdığının aydın olmadığını qeyd ediblər.Muxalifet - 17-08-2018
Türkiyə ordusundan PKK-ya AĞIR ZƏRBƏ: 52 terrorçu MƏHV EDİLDİ
Türkiyə ordusu İraqın şimalında Sincar dağı bölgəsində avqustun 15-də həyata keçirdiyi əməliyyatla PKK-nın 52 terrorçusunu məhv edib.
Publika.az xəbər verir ki, əməliyyat nəticəsində PKK-nın “idarə heyətinin üzvü” və Sincar bölgəsinə nəzarət edən Mam Zeki Şenqali və 7 “lider” də öldürülüb.
Əməliyyatda terrorçulara məxsus silah-sursat ələ keçirilib. Türkiyə ordusunun 8 əsgəri yaralanıb.
Türkiyə Silahlı Qüvvələri “Zeytun budağı” əməliyyatının başlanmasından indiyə qədər PKK-nın 4 min 573 terrorçusunun məhv edildiyini açıqlayıb.Muxalifet - 17-08-2018
“Aqroinvest”in rəhbərinə cinayət işi açıldı – 470 minlik ittiham
Aqroinvest Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İdarə Heyətinin sədri Əhmədov Əyyub Əlihüseyn oğlunun barəsində cinayət işi başlanılıb.
“Report”un əldə etdiyi məlumata görə, o, MMC-nin 470 min manat pulunu mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.
Ə.Əhmədova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.Muxalifet - 17-08-2018
“Ermənilər cəbhədə mövqelərini gücləndirməyə çalışırlar” – EKSPERT
Kənardan baxanda Ermənistan – Azərbaycan cəbhəsində vəziyyət sakit görünür. Əslində bu, sakitlik yox, təmas xəttində ciddi hərbi-taktiki addımların atılmasıdır.
Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, Ermənistanın siyasi rəhbərliyi və hərbi komandanlığı qoşunların təmas xətti boyunca bir sıra dəyişikliklər edir:Muxalifet - 17-08-2018