Axtarış
The search found 105849 results in 0.128 seconds.
Search results
SON DƏQİQƏ: Azərbaycan ordusu Qarabağda əməliyyata başladı - RƏSMİ AÇIQLAMA
Muxalifet.az hemin sujeti təqdim edir:
Muxalifet3 - 17-08-2018
Türkiyədən Suriya sərhədinə hərbi karvan yola düşdü
Türkiyədə tankla dolu çoxlu TIR Antakya bölgəsindən Suriya sərhədinə doğru yol alıb.
Muxalifet.az xəbər verir ki, təhlükəsizlik tədbirləri altında hərəkət edən hərbi karvan Antakyaya çatdıqdan sonra sərhəddə yerləşən Yayladağına hərəkət edib.
Qeyd edilir ki, sərhədə göndərilən M60T tanklarıdır.
Muxalifet3 - 17-08-2018
Messinin qardaşına hökm oxundu
Kataloniya “Barselona”sının argentinalı forvardı Lionel Messinin qardaşı - Mattias - qanunsuz odlu silah saxlamaqda ittiham olunub və 2,5 şərti olaraq azadlıqdan məhrum edilib.
Muxalifet.az xəbər verir ki, müdafiə və ittiham tərəfi Messinin qardaşının cəza olaraq ictimai işləri yerinə yetirəcəyinə dair razılıq əldə ediblər. O, məktəblərin birində uşaqlara futbol tədris edəcək.Muxalifet3 - 17-08-2018
Putindən Avstriya nazirinə kreativ toy hədiyyəsi
Avstriya XİN rəhbəri Karin Knayslın toyuna qatılacaq Rusiya prezidenti Vladimir Putinin səbəbkara hədiyyəsi kazak ansamblının ifasında mahnılar olacaq.
Muxalifet.az xəbər verir ki, Putin özü ilə toya Don Kazak ansamblının 10 üzvünü gətirəcək.
Daha öncə Rusiya liderinin mətbuat katibi Dmitriy Peskov bildirmişdi ki, Putin avqustun 18-də Avstriya XİN başçısının toyunda iştirak etməyi planlaşdırır.
Onun sözlərinə görə, prezident Knaysldan toya dəvəti Vyanaya son səfəri zaman alıb.Muxalifet3 - 17-08-2018
DİM-dən ümumi müsabiqələrlə bağlı yeni məlumat
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 5-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib.
DİM-dən bildirilib ki, elan üzrə səkkiz dövlət orqanında B növü inzibati dövlət qulluğu vəzifələrinə aid olan 32 vakant vəzifə müsahibəyə çıxarılıb. Cəbrayıl Rayon Məhkəməsində vakant olan bir vəzifəyə, Şabran Rayon Məhkəməsində iki vəzifəyə, Kəlbəcər Rayon Məhkəməsində bir vəzifəyə namizədlər tərəfindən müraciət edilməyib. Ümumilikdə isə 51 namizəd müsahibələrdə iştirak üçün qeydiyyatdan keçib.Muxalifet3 - 17-08-2018
"Ermənistanı ciddi xaotik vəziyyət gözləyir"
Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib ki, baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistanın NATO-nun təlimlərində hansı səbəbdən iştirak etməsini heç cür əsaslandıra bilməz. Yeni Baş nazir bunu belə izah edir ki, Serj Sərkisyanın hakimiyyəti illərində də Ermənistan bu cür təlimlərdə iştirak edib. Bu, bir siyasətçi üçün çox uğursuz cavabdır.
Muxalifet3 - 17-08-2018
Putin Dağıstana rəhbər təyin etdi
Rusiya Prezidenti Vladimir Putin Dağıstan Respublikasının Xalq Məclisinin rəhbər vəzifəsinə namizəd təyin edib.
Muxalifet.az xəbər verir ki, sözügedən şəxs Vladimir Abdualeviç Vasilyevdir.
O, Dağıstanda rəhbər vəzifəsini müvəqqəti icra edirdi.
Muxalifet3 - 17-08-2018
Trampın açıqlaması YALAN ÇIXDI: Türkiyənin sanksiyası ABŞ şirkətlərini çökdürür - FOTO
Dolları təhdid ünsürü olaraq istifadə edib, ticarət müharibəsi başladan ABŞ özü də bundan zərər görür.
Muxalifet.az xəbər verir ki, Meksika, Çin və Türkiyə başda olmaqla bir çox ölkəyə əlavə gömrük vergisi sanksiyaları tətbiq edən ABŞ prezidenti Donald Tramp, ölkəsindəki polad, alüminium, tikinti və avtomobil sektorlarını çətin vəziyyətə salıb. Xüsusilə polad və alüminiuma tətbiq edilən əlavə vergilərin təsiri, ABŞ-ın AX Steel, General Motors və Boeingin də aralarında olduğu mühüm şirkətlərinin bazar dəyərini 45 milyard dollar azalıb.Muxalifet3 - 17-08-2018
Bu ölkədə daşqın qurbanlarının sayı 300-ü keçdi
Hindistanın cənubunda yerləşən Kerala ştatında musson yağışları səbəbindən baş verən daşqınlar nəticəsində həlak olanların sayı 324 nəfərə çatıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumat yerli hökumətin rəsmi açıqlamasında yer alıb. Məmurlar baş verənləri “ölkədə son 100 ilin ən dəhşətli faciəsi” adlandırırlar.Muxalifet3 - 17-08-2018
DİQQƏT: Azərbaycanda benzin və dizelin qiymətləri qalxacaq? - AÇIQLAMA
Son bir neçə gündə Aİ-95 premium markalı benzinin Azərbaycana idxal edilməsinin ləğv edilməsi ilə bağlı müzakirələr aparılır. Bundan əlavə Aİ-92 markalı benzinin qiymətinin 1.50 qəpik olacağı ilə bağlı fikirlərdə səsləndirilir. Aİ-95 premium markalı benzinin ölkəmizə idxalı dayandırıla bilərmi?
Muxalifet3 - 17-08-2018
Türk ordusunun hücumuna İraqdan - Reaksiya
Türkiyə Silahlı Qüvvələrinin Sincarda yaşayış məntəqələrində apardığı əməliyyatı pisləyirik.
Muxalifet.az xəbər verir ki, bu sözləri İraq Xarici İşlər naziri Əhməd Məhcub bildirib.
Məhcub əməliyyatın Bağdadla koordinasiya edilmədiyini, hava hücumlarını qınadıqlarını bəyan edib.
Muxalifet3 - 17-08-2018
Ərdoğan üçün gözəl xəbər: 7-ci dəfə...
Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın yeddinci nəvələri dünyaya gəlib.
Muxalifet.az xəbər verir ki, Nəcməddin Bilal və Reyyan Ərdoğan cütlüyünün üçüncü övladları bu gün səhərə yaxın doğulub.
"Medipol Mega Bağcılar" xəstəxanasında doğulan və Fatimə Sərra adı verilən körpə qızın və anasının səhhətinin yaxşı olduğu bildirilir.
Muxalifet3 - 17-08-2018
ABŞ-ın populyar radiosunda Qarabağ münaqişəsi...
Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditoriyaya malik olan “Con Batçelor Şou” radioverilişinin aparıcısı Con Batçelor Azərbaycanda səfərdə olub və ölkəmiz haqqında yeddi müxtəlif səpkili veriliş hazırlayıb.
Muxalifet.az xəbər verir ki, “Con Batçelor Şou”da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də bəhs olunub.
Radioverilişdə Con Batçelor Dağlıq Qarabağ münaqişəsi barədə qısa məlumat verib, verilişdən sonra cəbhə xəttinə yaxın olan Tərtər rayonuna səfər edəcəyini bildirib.Muxalifet3 - 17-08-2018
Trampdan Türkiyəyə: Bu iş bitmədi, həzm etməyəcəyik
Oturub həzm etməyəcəyik. Bu işin sonunu daha görmədik, nələr olacağını görəcəyik.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp keşiş Endryu Bransonun həbsdə olmasına münasibət bildirərkən söyləyib.Muxalifet3 - 17-08-2018
Azərbaycana gələn ərəblərin sayı 100 dəfə artdı
Statistik məlumatlara əsasən, son beş ildə təkcə üç ərəb ölkəsindən Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı 100 dəfədən çox artıb. Muxalifet.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2012-ci ildə Səudiyyə Ərəbistanından Azərbaycana cəmi 380, BƏƏ-dən 551, İraqdan 917 nəfər gəlib. İndi isə həmin dövlətlər üzrə 2017-ci ilin göstəricilərinə baxaq. Beləliklə, ötən il Səudiyyə Ərəbistanından Azərbaycana 33 min 312 nəfər, BƏƏ-dən 102 min 498 nəfər, İraqdan 62 min 547 nəfər gəlib.
Muxalifet3 - 17-08-2018
Çinlilər marşrutu dəyişir: İstiqamət Türkiyəyə - 150 faiz artım
Çinli turistlərin Türkiyəyə səyahət rezervasiyalarında artım müşahidə edilir.
Muxalifet.az xəbər verir ki, bu barədə Çinin turizm şirkəti "Ctripe" məlumat yayıb.
Şirkət qeyd edir ki, bir həftə ərzində Türkiyəyə getmək istəyən turistlərin sayında 150 faiz artım olub. Hətta bəzi sərnişinlər mübadilə etmək üçün şəhər turunun marşrutunu belə dəyişir.
Muxalifet3 - 17-08-2018
Kiyevdə gərginlik: 80 nəfər saxlanıldı
Kiyevdə kütləvi iğtişaş törətmək istəyən 80 nəfər saxlanılıb.
Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, paytaxtın Osokorkax ərazisində soyuq və odlu silahla təchiz olunmuş 18 və 40 yaş arasında 100-ə yaxın insan şəhərdə qarşıdurma və kütləvi iğtişaş yaratmaq istəyiblər.
Onlar Osokorkax eko-parkı ərazisində qarşıdurma yaratmağa cəhd edərkən xüsusi təyinatlı polis dəstələri tərəfindən zərərsizləşdiriliblər.
Muxalifet3 - 17-08-2018
Naxçıvan toylarında yemək qadağası qoyulmayıb — ŞADLIQ EVLƏRİ
Sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında toy mərasimləri zamanı bütün restoranlarda guya yeməyə qoyulan qadağa geniş müzakirə olunur.
Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı oxu.az-ın müxbiri Naxçıvanın ən populyar restoranları ilə əlaqə saxlayıb.
“Qədim dünya”, “Panorama” (“Təbriz” otelinin 13-cü mərtəbəsi), “Duzdağ”, “Nəqşicahan”, “Reyhan” və “İpək yolu” restoranlarının inzibati xidmətindən bildiriblər ki, yuxarıda qeyd edilən məlumat həqiqəti əks etdirmir.Muxalifet3 - 17-08-2018
Azərbaycanda 18 yaşadək evlənən gəlin və bəylərin SAYI açıqlandı
Azərbaycanda 18 yaşadək rəsmi nikah bağlayan gəlin və bəylərin sayı azalıb.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, 2017-cı ildə nikahları rəsmi qeydə alınmış 18 yaşadək gəlinlərin sayı 317, bəylərin sayı isə 1 nəfər olub.
2016-cı ildə nikahları rəsmi qeydə alınmış 18 yaşadək gəlinlərin sayı 312, bəylərin sayı 3 nəfər, 2015-ci ildə gəlinlərin sayı 388, bəylərin sayı 3, 2014-cü ildə gəlinlərin sayı 479, bəylərin sayı 2, 2013-cü ildə gəlinlərin sayı 229, bəylərin sayı 2, 2012-ci ildə isə gəlinlərin sayı 295, bəylərin sayı 5 nəfər olub.Muxalifet3 - 17-08-2018
Azərbaycanda qızıl-gümüş bazarı bahalaşıb
Azərbaycanda qızıl və gümüşün qiymətləri bahalaşıb.
Muxalifet.az trend-ə istinadən xəbər verir ki, avqustun 17-də qızılın qiyməti avqustun 16-ı ilə müqayisədə 4,7005 manat artaraq 1 unsiya üçün 2000,373 manat təşkil edib.
Gümüş 0,2404 manat bahalaşaraq 1 unsiyası üçün 24,9162 manata bərabər olub.
Platinin qiyməti 12,5205 manat artaraq 1325,694 manat, palladiumun qiyməti isə 61,0045 manat artaraq 1518,7545 manat təşkil edib.
Muxalifet3 - 17-08-2018