Axtarış

The search found 105849 results in 0.068 seconds.

Search results

  1. ​Çin ABŞ-la müharibəyə hazırlaşır - MƏRUZƏ

    Pentaqon Çinin öz hərbçilərini ABŞ və müttəqilərinə zərbələr vurmağa öyrətməsindən şübhələnir.
    Bu haqda idarənin 2018-ci il Çin Silahlı qüvvələri ilə bağlı hazırladığı məruzədə deyilir.
    “Çinin Silahlı qüvvələri strateji əhəmiyyətli dəniz rayonlarında belə əməliyyatlar təcrübəsini əldə edərək son üç il ərzində suüstü hərbi əməliyyatlar zonasını genişləndirir və ehtimal ki, öz hərbçilərinə ABŞ və müttəfiqlərinə qarşı zərbələr vurmağa öyrədir”, - məruzədə qeyd edilib.

    Muxalifet - 17-08-2018

  2. ​Bu gün paytaxtın bəzi ərazilərində qaz olmayacaq

    Bu gün saat 10:00-dan etibarən təmir işləri başa çatanadək "Sulutəpə", "Alatava", "Səbail", "Lökbatan", "Xocasən" Qaz Paylayıcı Stansiyalarından, "Laçın qaçqınları" və "Elit Yatırım" ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

    Muxalifet - 17-08-2018

  3. ​Ərdoğanın çıxışından sonra şirkətlər işə keçdi: Türkiyədən ABŞ-a növbəti zərbə

    İri Türkiyə şirkətləri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerika istehsalı olan elektron məhsulların boykot edilməsinə çağıran çıxışından sonra "Apple" firmasından smartfon alışını dayandırıblar.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, Türkiyənin iri ticarət meydançalarından biri olan "Dogubank" təqribən 50 milyon dollar dəyərində Ayfon sifarişindən imtina edib.
    Telefonlar cari ilin oktyabr-noyabr aylarında ölkəyə gətirilməli idi.

    Muxalifet - 17-08-2018

  4. Cəbhədə erməni TƏXRİBATI

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 92 dəfə pozub.

    Muxalifet - 17-08-2018

  5. ​Yevlaxda ağır yol qəzası: yaralılar var

    Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
    Məlumata görə, hadisə rayonun Səmadabad kəndində qeydə alınıb.
    Hadisə nəticəsində iki nəfər - 1975-ci il təvəllüdlü Elvin Məmmədov və 1965-ci il təvəllüdlü Fərhad Sultanov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Hər ikisinin vəziyyətinin orta-ağır olduğu bildirilir.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 17-08-2018

  6. ​Hərbi Prokurorluq əsgər ölümü ilə bağlı məlumat yaydı - gizir və əsgərlər zorakılıq ediblər

    Azərbaycan Respublikası Hərbi Prokurorluğu əsgər ölümü ilə bağlı məlumat yayıb. 
    Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 8 avqust 2018-ci il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən Qarabağ hərbi prokurorluğuna həmin hərbi hissənin əsgəri Fəhmin Əbilovun avtomat silahdan atəş açaraq özünü öldürməsi barədə məlumat daxil olub. 

    Muxalifet - 17-08-2018

  7. Türkiyə böhranı Trampa HƏDİYYƏ idi və... - Amerikalı iqtisadçı bütün gizli səbəbləri AÇIQLADI

    “Rahib Bransondan sonra başlayan böhran 6 noyabrdakı erkən seçkilərdə Respublikaçılar Partiyasına bir hədiyyə oldu”.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Xarici İşlər Nazirliyinin sabiq baş iqtisadçısı Rodney D. Ludema Türkiyə medasına müsahibəsində deyib.
    - Ankara ilə Vaşinqton arasında yaşananlar bir iqtisadi müharibənin başlanğıcına bənzəyirmi?

    Muxalifet - 17-08-2018

  8. ​Vaşinqton İran üzrə nümayəndə təyin edir –Dövlət katibi məqsədi açıqladı

    ABŞ dövlət katibi Mayk Pompeo İran üzrə yeni xüsusi nümayəndənin təyin olunduğunu bəyan edib. Onun sözlərinə görə xüsusi nümayəndə ABŞ-ın İrana münasibətdə siyasətini koordinasiya edəcək. ABŞ 2015-ci ilin nüvə sazişindən çıxdıqdan sonra Vaşinqton Tehran üzərinə təzyiqlərini artırıb.
    Avqustun 16-da keçirdiyi brifinqdə Pompeo deyib ki, hazırda Dövlət Departamentinin siyasət planlaşdırması idarəsinin direktoru vəzifəsini tutan Brian Hook yeni yaradılan İran Hərəkət Qrupuna (Iran Action Group – IAG) rəhbərlik edəcək.

    Muxalifet - 17-08-2018

  9. Bu şəhərdə küçədə oturmaq və spirtli içki qəbul etmək QADAĞAN EDİLDİ

    Fransanın Besançon şəhərində küçədə oturmaq və spritli içki qəbul etmək qadağan olunub.
    Muxalifet.az xəbər verir ki, ölkənin şərqində yerləşən Besançon şəhərinin bələdiyyəsi dilənçilik fəaliyyətinin qarşısını almaq məqsədilə bu qərarı qəbul edib.
    Bələdiyyə sədri Jean-Luiz Fousseret şəhərin böyük qismində tətbiq ediləcək oturma, uzanma, spirtli içki qəbulunu və toplaşmağı qadağan edən bələdiyyə məclisi qərarını təsdiq edib.

    Muxalifet - 17-08-2018

  10. Bakıda gənc qızları tovlayan dələduz peyda olub – İŞ ADI İLƏ İNTİM TƏKLİF...

    Faiz Bastrakov adlı şəxs facebookda iş elanı verir; gündəlik 200 manatlıq qazanc vədi ilə xanımları şirnikləndirir; tora düşənlər onun əməllərini ifşa etsələr də, Bastrakov “əməlimdə cinayət tərkibi yoxdu” deyir; hüquqşünaslar isə həyəcan təbili çalır...

    Muxalifet - 17-08-2018

  11. ​Bu, xalqı boğmaq istəyənlərə cavab oldu - Kim Çen

    “Vonsan-Kalma” turizm kompleksinin tikintisi Koreya xalqını sanksiyalar və blokada vasitəsilə boğmağa çalışanlara sərt cavab oldu.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Şimali Koreya lideri Kim Çen İn deyib.
    “Ölkə üçün belə bir çətin gündə sahilyanı turizm rayonunun yaradılması bütün dünyaya partiya, ordu və xalq birliyinin daha bir nümayişi olacaqdır. Bu kompleks vətəndaşlarımıza da möhtəşəm hədiyyə olacaq”, - Kim Çen bildirib.

    Muxalifet - 17-08-2018

  12. Ermənistan ətrafında çəmbər daralır - İRƏVAN PANİKADA

    Rusiya, İran və Türkiyənin ABŞ-la kritik hala gələn münasibətləri ən çox düşmən ölkəni təlaşlandırıb – səbəb; “Aravot nəşri riskli “B planı”ndan yazdı; politoloq: “Sərkisyan Moskvadan xüsusi tapşırıqla qayıdıb...”

    Muxalifet - 17-08-2018

  13. ​Bakıda xəstəxanada BİABIRÇILIQ: Doğulan əkizlərdən biri öldü, digərinin vəziyyəti ağırdır

    30 iyul 2018-cil il tarixində Bakıda yerləşən “German Hospital”da əkiz uşaqlar dünyaya gəlib. Hospitaldan doğulan uşaqların valideynlərinə iyulun 31-i və avqustun 1-də uşaqların vəziyyətinin yaxşı olduğunu bildirsələr də, heç bir analizin nəticəsi təqdim olunmayıb.
    Bu barədə şikayət edən valideyn Yusif Sadiyev  Modern.az-a deyib ki, avqustun 2-si səhər saatlarından uşaqların vəziyyətində pisləşmə olduğunu bildirdilər.

    Muxalifet - 17-08-2018

  14. ​İmaməli Rəhman bu türk dövlətinə getdi - 17 ildə ilk dəfə

    Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhman Özbəkistan Prezidenti Şövkət Mirziyayevin dəvəti ilə son 17 ildə ilk dəfə olaraq bu ölkəyə rəsmi səfər edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Uzbekistan 24” telekanalı informasiya yayıb.
    Səfər çərçivəsində liderlər siyasi, ticarət-iqtisadi, nəqliyyat-kommunikasiya, turizm, mədəni-humanitar və regional məsələləri müzakirə edəcəklər. Bir sıra vacib sənədlərin, o cümlədən strateji tərəfdaşlığa dair sazişin imzalanması gündəlikdə dayanır.

    Muxalifet - 17-08-2018

  15. ​Sərxoş vəziyyətdə avtobusların qarşısını kəsir, sərnişinləri ölümlə hədələyir - Bakıda ŞOK OLAY - VİDEO

    Son günlərdə orta yaşlı kişi Bakı şəhəri Nərimanov rayonu, Xətai prospektində ictimai nəqliyyatın hərəkətində problemlər yaratmağa başlayıb.

    Muxalifet - 17-08-2018

  16. ​Yanğını söndürməyə gedən helikopter qəzaya uğradı

    Avstraliyanın Yeni Cənubi Uels ştatında baş verən meşə yanğınlarının söndürülməsi zamanı yanğınsöndürmə helikopteri qəzaya uğrayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Sidney Morninq Herald” informasiya yayıb.
    Hadisə nəticəsində helikopterin pilotu həlak olub.
    Qeyd edək ki, Avstraliyanı cənginə alan meşə yanğınlarının söndürülməsinə 650-dən çox yanğınsöndürən və 40 aviasiya texnikası cəlb olunub.

    Muxalifet - 17-08-2018

  17. “Böyük Ermənistan” qalmaqalı böyüyür: AMEA telekanalı suçladı, Güllü Yoloğlu isə…

    “Mədəniyyət” kanalında yayımlanan, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi və televiziya aparıcısı olan, tarix elmlər doktoru Güllü Yoloğlunun “Keçmişdən Gələcəyə” televiziya verilişində saxta “Böyük Ermənistan” xəritəsinin kadr arxası efirə verilməsi böyük narazılıqla qarşılanıb.

    Muxalifet - 17-08-2018

  18. ​Bakıda 6 marşrut xətti müsabiqəyə çıxarıldı

    49, 50, 64, 136, 160 və 171 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb.
    Bakı Nəqliyyat Agentliyindən Muxalifet.az-a verilən məlumata görə, daxil olan vətəndaş müraciətləri əsasında 49, 50, 64, 136, 160 və 171 nömrəli müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd bu xətləri üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır.
    Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət etməlidir.

    Muxalifet - 17-08-2018

  19. ​Xaçmazda faciə: Qadın hərəkətdə olan avtomobildən özünü atdı

    Xaçmaz rayonunda 42 yaşlı qadın özünü hərəkətdə olan avtomobildən ataraq intihar edib.
    Hadisə rayonun Vələmir kəndində baş verib.
    Xaçmaz şəhər sakini, 1976-cı il təvəllüdlü Səmalə Qasımova özünü Cavanşir Səfərovun idarə etdiyi "VAZ 21015" markalı avtomobildən atıb. Qadın hadisə yerində ölüb.
    Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

    Muxalifet - 17-08-2018

  20. “TÜRKİYƏ ABŞ-ın NİYYƏTİNİ GEC ANLADI…” - “Bronson azad edilsə də, gərginlik qalacaq”

    Son aylarda ölkəmizin yerləşdiyi region, xüsusilə də yaxın qonşularımızla bağlı çox dinamik və bir sıra hallarda narahatlıq yaradan hadisələr baş verir. ABŞ-ın Rusiya, İran və Türkiyəyə qarşı sanksiya siyasəti bu ölkələrin iqtisadiyyatlarında ciddi təlatümlərə gətirib çıxarır. Eyni zamanda ABŞ öz müttəfiqi Türkiyəyə qarşı siyasi-iqtisadi təzyiqləri getdikcə artırır.

    Muxalifet - 17-08-2018

Pages