Axtarış
The search found 105849 results in 0.071 seconds.
Search results
Bu dayancaqdan istifadə TƏHLÜKƏLİDİR - Foto
Xətai rayonu İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.
Onun sözlərinə görə, bununla bağlı daxil olan vətəndaş müraciəti əsasında əraziyə baxış keçirilib.Muxalifet - 16-08-2018
Türk hərbi bazaya hücuma hazırlaşan 5 terrorçu məhv edildi
Türkiyənin Bingöl bölgəsinin Adaklı düzündəki hərbi bazaya hücuma hazırlaşan 5 terrorçu məhv edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə TSQ-nin Baş Qərargahından informasiya yayılıb.
“Bingölün Adaklı düzündə 15 avqust 2018-ci il tarixində təşkil olunan hava əməliyyatı nəticəsində hərbi baza ərazimizə hücuma hazırlaşan separatçı terror qruplaşmasının 5 silahlı üzvü zərərsizləşdirilib”, - açıqlamada deyilib.Muxalifet - 16-08-2018
“Allah adamı kimi görünür, amma...” – Deputatdan Hacı Şahinə cavab
Saxta namaz qılıb dələduzluqla məşğul olan, yaxud ədalət duyğusunu itirmiş insandan daha faydalısı, içki içib kiməsə zərər vurmayan insandır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Saxta namaz qılanların insanları daha çox aldatdığını deyən deputatın sözlərinə görə, burada əsas məsələ ədalət prinsiplərinə əməl etməkdir:Muxalifet - 16-08-2018
ABŞ-a NÖVBƏTİ ŞOK: Türkiyə F-35 proqramından çəkilsə...
ABŞ prezidenti Donald Trampın Türkiyə və iqtisadiyyatını hədəf alan sanksiyalarına Qərbdə etirazlar gedərək artmaqdadır.
Muxalifet.az xəbər verir ki, İngiltərənin “Çatham Haus” analitik qurumunun Türkiyə və Yaxın Şərq üzrə mütəxəssisi Fadi Hakura yaranmış iqtisadi məngənənin Avropaya doğru yol alacağını deyib. Onun sözlərinə görə, Qərb Türkiyəni itirsə, bunun ağır nəticələri ilə üzləşər.Muxalifet - 16-08-2018
Kiçik Ermənistanın böyük iştahası - qonşu ölkələrə ərazi iddiaları davam edir
Tarixi Azərbaycan torpaqlarında yaradılan, Dağlıq Qarabağ və ətraf 7 rayonumuzu işğal altında saxlayan Ermənistan hazırda da Azərbaycan Respublikasına qarşı ərazi iddialarını, təcavüzkar siyasətini davam etdirir. Lakin Yerevan bununla kifayətlənmək niyyətində deyil. Ara-sıra digər qonşu ölkələrə də ərazi iddialarını gizlətməyən Ermənistan bu "missiya"nı müxtəlif təbliğat yolları ilə xalqın beyninə yeridir, məktəb dərsliklərinə qondarma "böyük Ermənistan"la bağlı mövzular salınır, insanların daha çox olduğu yerlərdə müvafiq plakatlar asılır.
Muxalifet - 16-08-2018
Hollandiyadan Ərdoğanla bağlı gözlənilməz addım
Hollandiyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə ittiham olunan bir nəfər barədə istintaq başladılıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Hollandiya mətbuatı yazıb.
Məlumata görə, istintaqa cəlb olunan şəxs dəfələrlə Türkiyənin Laheydəki səfirliyinə Ərdoğanla bağlı təhqir dolu ifadələr yazılmış elektron məktublar göndərib. Səfirlik rəsmi qaydada hüquq mühafizə orqanlarına şikayət edib.Muxalifet - 16-08-2018
“Bakıda restoranda vəhşi quşlar saxlayan şəxs cərimələnib” – Nazirlik
“Bakıda dənizin kənarında fəaliyyət göstərən ictimai-iaşə obyektində qanunsuz vəhşi quşlar saxlayan obyekt sahibi cərimələnib”.
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.Muxalifet - 16-08-2018
Merkel Ərdoğana yardım etməlidir, ancaq...
Almaniya kansleri Angela Merkelin Ərdoğanla baş tutacaq görüşü ABŞ-Türkiyə gərginliyinin həllinə fayda verə bilər.
Muxalifet.az xəbər verir ki, bu barədə Almaniyanın “Frankfurter Rundschau” nəşri yazıb.Muxalifet - 16-08-2018
İranda dərvişlərə inanılmaz cəza: ŞALLAQ, SÜRGÜN…
Fevral ayında İranın paytaxtı Tehran şəhərində dərvişlərin dinc etiraz aksiyasında saxlanılmış 8 nəfərə hökm oxunub. Məhkəmə ən ağır cəzanı jurnalist Mustafa Əbdinə kəsib. O, 26 il azadlıqdan məhrum edilməklə yanaşı, 148 şallaq və 2 il sürgün cəzasında məhkum edilib. Eyni zamanda, jurnalistə cəzasını çəkdindən sonra 2 il müddətinə ölkədən çıxması və 2 il jurnalistika fəaliyyəti ilə məşğul olması qadağan edilib.
Muxalifet - 16-08-2018
Deputat Əli Hüseynli: “Azərbaycanın KTMT-də iştirakına baxılması məqsədəuyğun olardı”
Haqqin.az və virtualaz.org Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına mümkün üzvlüyü haqqında ictimai müzakirələrin təşəbbüskarı kimi çıxış edib. Son illərdə Azərbaycanla Rusiyanın münasibətləri yeni hərbi-siyasi müttəfiqlik səviyyəsinə yüksəlib. Bir neçə həftə öncə Rusiya elitasının məşhur nümayəndələri, Ermənistanın işğalı altında olan Cəbrayıl rayonunun aprel müharibəsində azad edilmiş Cocuq Mərcanlı kəndini ziyarət edərək, ön cəbhədə hərbçilərlə görüş zamanı etiraf etmişdilər ki, Azərbaycan Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqidir.
Muxalifet - 16-08-2018
Ərdoğanla Trampın müharibəyə səbəb olan dialoqunun PƏRDƏARXASI
Türkiyə-ABŞ qarşıdurmasının NATO-da Ərdoğanla Tramp arasında keçən dialoqdan sonra başlandığı iddia edilir. Məlumatlara görə, dialoqda tərəflər bir-birini düzgün başa düşməyiblər.
Bu iddia ilə “The Guardian” nəşri çıxış edib.
Nəşr yazır ki, Ərdoğanla Tramp bir-birini yanlış anlayıb. Xəbərdə deyilir ki, bu ilin 11 iyulunda Brüsseldə keçirilən NATO sammitində Ərdoğanla Tramp söhbət edirlər. Tramp məsələni belə anlayır: İsraildə həbsdə olan Ebruya qarşılıq olaraq Brunson azad ediləcək.
Lakin türkiyəli yazar Batuhan Yaşar həmin dialoqun pərdəarxasını ortaya çıxarıb.Muxalifet - 16-08-2018
3 POLKOVNİKƏ GENERAL RÜTBƏSİ VERİLDİ – Sərəncam
DSX-nın iki hərbi qulluqçusuna general-leytenant, üçünə zabitinə general-mayor rütbəsi verilib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:Muxalifet - 16-08-2018
Ali məktəblərə qəbulda ŞOK OLAY: Tələbələr başqalarının yerinə imtahan vermək istədi...
Dövlət İmtahan Mərkəzi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində 2018-ci ildə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi və Baş Prokurorluğun mətbuat xidmətinin birgə məlumatında bildirilib.Muxalifet - 16-08-2018
Fələstinlilərdən Türkiyəyə dəstək: Mənfur bir hücum...
Türkiyədəki müxtəlif ali təhsil müəssisələrindən məzun olan fələstinlilərin yaratdığı Türkiyə Məzunları Dərnəyi ABŞ-ın Ankaraya qarşı sanksiyalarını qınayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə dərnəyin mətbuat xidməti yazılı açıqlama yayıb.
“Son günlərdə Türkiyə iqtisadiyyatına qarşı edilən haqsız hücumları qınayırıq. Türk xalqı və iqtisadiyyatının yanındayıq. Türkiyə mənfur bir hücumla qarşı-qarşıyadır. Türkiyə iqtisadiyyatı güclü, sağlam bir iqtisadiyyatdır. Bu mənfur hücumu islam ümmətinin və azad dünyanın yardımı ilə boşa çıxaracaq”, - açıqlamada deyilib.Muxalifet - 16-08-2018
"Türkiyənin Aİ ilə münasibətləri normallaşmağa başlayıb" - ÇAVUŞOĞLU
"Türkiyənin Aİ ilə münasibətləri normallaşmağa başlayıb".
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, rəsmi Ankara Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi mövzusunda danışıqları davam etdirmək niyyətindədir
Muxalifet - 16-08-2018
Paşinyan Putinə zəng etdi
Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng edib.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, telefon danışığı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində ümumi maraqlar müzakirə edilib.
Danışıqlar barəsində verilən açıqlamada həmçinin gündəliyin ikitərəfli bəzi aktual məsələlərinin də müzakirə olunduğu qeyd edilir.Muxalifet - 16-08-2018
İranda tarixi qanun: Evlilik yaşı dəyişdirilir
İran parlamentinin qadın qrupu uşaq evliliklərinin qarşısını almaq məqsədi ilə 16 yaşdan aşağı qızların evlənməsini qadağan edən qanun layihəsi hazırlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə İran parlamentinin qadın qrupunun üzvü Tayyibə Siyavuşi danışıb.
Məsələni dini qurumlarla da müzakirə etdiklərini bildirən Siyavuşi Ayətullah Məkarim Şirazinin də qanun layihəsini dəstəkləyən fitva verdiyini və layihənin Qumdakı İslami Təhqiqat Qurumunun yardımı ilə hazırlandığını vurğulayıb.
Qeyd edək ki, hazırda İranda qadınlar üçün evlilik yaşı 13, kişilər üçün isə 15-dir.Muxalifet - 16-08-2018
İrəvanda şok xəritə: bu ölkələrin işğalı planlaşdırılır – Foto
Corc Sorosa bağlı olan “eurasianet” saytının jurnalisti Coşua Kuçerin Tvitter səhifəsində paylaşdığı foto Ermənistanın bütün region ölkələri üçün təhlükəsini əyani şəkildə ortaya qoydu. “Böyük Ermənistan”ı özündə əks etdirən foto İrəvanın Respublika meydanında yerləşən əsas metrostansiyasının girişinə asılıb. Fotoda Azərbaycanla yanaşı, Türkiyənin, İranın və Gürcüstanın əraziləri “Ermənistan əraziləri” kimi göstərilir.
Muxalifet - 16-08-2018
"Alibaba" Türkiyəyə gəlir - Çindən 1 milyard dollarlıq SƏRMAYƏ
Bir müddət əvvəl Türkiyə ilə güclərini birləşdirmək çağırışı edən Çin bu ölkənin maliyyə sanksiyalarına məruz qalmasından sonra böyük dəstək nümayiş etdirib.
Muxalifet.az xəbər verir ki, Çin Türkiyəyə 1 milyard dollar dəyərində sərmayə qoymaq niyyətindədir.Muxalifet - 16-08-2018
Ali məktəblərə qəbulda boş plan yerləri açıqlandı - Siyahı
Bu il qəbul imtahanlarında təqdim olunan təxminən 5074 plan yeri boş qalıb.
Muxalifet.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, birinci ixtisas qrupu üzrə 1693 yer, ikinci ixtisas qrupu üzrə 2611, üçüncü ixtisas qrupu üzrə 248, dördüncü ixtisas qrupu üzrə 122, beşinci ixtisas qrupu üzər 400 yer boş qalıb:Muxalifet - 16-08-2018