Axtarış

The search found 105849 results in 0.115 seconds.

Search results

  1. ​Dollar neçəyə olacaq? – Mərkəzi Bank rəsmi məzənnəni açıqladı

    Azərbaycan Mərkəzi Bankı dolların sabah üçün rəsmi məzənnəsini açıqlayıb.
    Muxalifet.az Mərkəzi Banka istinadən xəbər verir ki, avqustun 16-ı üçün dolların rəsmi kursu 1,7000 manat müəyyən edilib.
    Qeyd edək ki, bu gün dolların rəsmi kursu 1,7000 manata bərabər olub.

    Muxalifet - 15-08-2018

  2. ​"Mən gecə yatmışdım, qalxanda Fədai ilə Qoca..." - Qarovul rəisi

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
    Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən qarovul rəisinin müavini Tural Poladxanov ona verilən sualları cavablandırıb.

    Muxalifet - 15-08-2018

  3. ​Sevinc Fətəliyeva: Konvensiya Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına töhfə verəcək

    Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması tarixi əhəmiyyətə malikdir. Xəzərdə tarixi razılaşma dənizin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir. Belə ki, bu razılaşma nəticəsində mübahisəli yataqlar birgə işləniləcək, Xəzəryanı dövlətlərə və xalqlara fayda gətirəcək.

    Muxalifet - 15-08-2018

  4. “ABŞ Xəzərdə hərbi baza açmaq istəyirdi, qarşısını aldıq...”

    İran prezidenti Həsən Ruhani bu gün Tehranda hökumətin iclasında ötən bazar Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması barədə danışıb. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, İran prezidenti bu sənədin imzalanması sayəsində ABŞ-ın və NATO-nun Xəzər dənizində hərbi baza açmaq planlarının qarşısının alındığını deyib. Həsən Ruhaninin çıxışından İranın yarırəsmi “Fars” agentliyi sitat gətirir.

    Muxalifet - 15-08-2018

  5. ​Zidanla bağlı ŞOK İDDİA

    Yay transfer pəncərəsinin son dövrünün başlanğıcında “Mançester Yunayted”dən iddia yayılıb.
    Muxlifet.az xəbər verir ki, klubdan ayrılması gözlənilən baş məşqçi Xose Mourinyonun yerinə “Real”dan istefa verən Zinəddin Zidanın gələcəyi danışılır.
    Bu barədə Fransanın “L'Equipe” nəşri bildirib.
    Qeyd edək ki, Morinyo 2016-cı ildən “Mançester Yunayted”i çalışdırır. Zidan isə bu il sürpriz şəkildə “Real”dan ayrılıb. O, Qətər milli komandasına başçılıq edir.

    Muxalifet - 15-08-2018

  6. Rusiya Xəzər dənizində kompleks hərbi baza qurur – Şoyqu açıqladı

    Rusiyanın Xəzər dənizində kompleks hərbi bazası qurulacaq.
    Muxalifet.az TASS agentliyinə istinadla xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib.
    Şoyqu bildirib ki, Xəzər dənizində müasir hərbi bazanın qurulmasına ehtiyac var:
    “Ən vacib məsələlərdən biri bölgədə gəmi təmiri müəssisələrinin tikilməsi və Xəzər donanmasının gəmilərinin saxlanılmasıyla bağlıdır. Bu məqsədlə 2017-ci ildə Həştərxan donanması Dağıstana – Mahaçqala limanına köçürüldü. İndi də donanmanın sistemlərinin təkmilləşdirilməsinə ehtiyac var.

    Muxalifet - 15-08-2018

  7. ​Ərdoğanın əlindəki GÜCLÜ SİLAH – “Doktor Qiyamət” Trampın nədə səhv etdiyini açıqladı

    Beynəlxalq birjalarda böhranların proqnozlaşdırıması və dünyada yatırımları ilə məşhur olan “Doktor Qiyamət” ləqəbli Mark Faber Türkiyəyə investisiya qoyacağını açıqlayıb.
    M. Faber ABŞ prezidenti Donald Tranpın yanlış addımlar atdığına diqqət çəkib.

    Muxalifet - 15-08-2018

  8. ​Ermənistanda yüksək rütbəli hərbçi işdən qovuldu

    Ermənistan prezidenti Armen Sarkisyan Müdafiə Nazirliyində kadr dəyişikliyi edib.
    Muxalifet.az Ermənistan mətbuatın istinadən xəbər verir ki, Sarkisyan Ermənistan silahlı qüvvələrinin arxa cəbhə rəisi, polkovnik Norayr Yolçyanı işdən azad edilməsi əmrini imzalayıb.
    Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
    Qeyd edək ki, Armen Sarkisyanın əmri ilə avqustun 15-də həmçinin Ermənistanın Belarusdakı səfiri də vəzifəsindən azad edilib.

    Muxalifet - 15-08-2018

  9. Sabah Gəncədə qaz olmayacaq

    Sabah saat 10:00-dan 18:00-dək, Gəncə şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
    Azəriqaz İstehsalat Birliyindən Muxalifet.az-a verilən məlumata görə, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı nəzərdə tutulmuş tədbirlər planına əsasən istismara yararsız qaz tənzimləyici qurğuların dəyişdirilməsi ilə əlaqədar,

    Muxalifet - 15-08-2018

  10. ​Rusiyada neft ixracına görə rüsumlar azaldılacaq

    Sentyabrın 1-dən Rusiyada neft ixracına görə rüsumlar azaldılacaq.
    Rusiya mətbuatı yazır ki, neftin hər tonuna görə ödənilən məbləğ 135,4 dollardan 130 dollara düşəcək.
    Bundan başqa, ölkədə ixrac oluan maye qazın 1 000 kubmetri üçün ödənilən rüsumun 18,1 dollardan 8,6 dollara, maye hidrokarbon qazının 1 000 kubmetri üçün ödənilən rüsumun isə 7,2 dollardan 3,4 dollara endirilməsi nəzərdə tutulub.

    Muxalifet - 15-08-2018

  11. ​Zabit Səmədov növbəti görüşə çıxır: Rəqib Quidondur

    Azərbaycanın K-1döyüşçüsü, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu Zabit Səmədov növbəti döyüşündə muay-tay üzrə Fransa çempionu Bris Quidon ilə qarşılaşacaq.
    Muxalifet.az xəbər verir ki, avqustun 16-da Qroznıda Çeçenistan Respublikasının birinci Prezidenti Hacı Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq üzrə turnir keçiriləcək.
    Zabit Səmədovun rəqibi fransalı K-1 döyüşçüsü Bris Quidon olacaq.

    Muxalifet - 15-08-2018

  12. ​Türkiyə ABŞ-ı ÇÖKDÜRÜR: Dollar kəskin ucuzlaşır

    Türkiyədə dollara qarşı milli səfərbərliyin elan edilməsi müsbət nəticələrə səbəb olub.
    İstanbul sərbəst birjasında bu gün dollar 6,3080 lirədən, avro 7,1520 lirədən başlayıb.
    Milli səfərbərliyin elan edilməsi nəticəsində dollar 5,95 lirəyə, avro 6,22 lirəyə düşüb.
    Qeyd edək ki, ABŞ-ın iqtisadi hücumundan sonra Türkiyədə lirə sürətlə ucuzlaşmağa başlayıb.
    Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan xalqa dollar və avrolarını lirəyə dəyişdirmək çağırışı edib. Bundan sonra dollara qarşı milli səfərbərlik başlayıb.
     

    Muxalifet3 - 15-08-2018

  13. ​AQTA-nın adından istifadə edənlər barədə cinayət işi açıldı

    Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edən şəxslərlə bağlı cinayət işi başlanıb.

    Muxalifet3 - 15-08-2018

  14. ​ABŞ-dan Türkiyəyə yeni hücum: Hava yolları və...

    Keşiş Branson ən geci bu gün azadlığa buraxılmasa, ABŞ Türkiyəyə qarşı Türk Hava Yollarını da əhatə edən yeni sanksiyaların tətbiqinə başlaya bilər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ hökumətindən olan yüksək çinli bir məmur “Nyu York Tayms” nəşrinə deyib.
    O bildirib ki, iki ölkə arasındakı problemlər İŞİD-lə mübarizə və Suriyada kəşfiyyat məlumatlarının mübadiləsi prosesinə də mənfi təsir göstərə bilər.
     

    Muxalifet3 - 15-08-2018

  15. ​Ruhanidən son nöqtə: ABŞ körpüləri dağıtdı

    ABŞ tətbiq etdiyi siyasətlə bütün müzakirə imkanlarını aradan qaldırdı.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.
    “Yaxşı bir atmosferdə müzakirələr aparırdıq, ancaq ABŞ bu imkanı ortadan qaldıraraq, körpüləri dağıtdı. İndi körpünün digər tərəfinə necə keçəcəyinizi düşünürsünüz. Əgər səmimisinizsə, əvvəlcə körpüləri təmir edin”, - Ruhani bildirib.
     

    Muxalifet3 - 15-08-2018

  16. ​Nazirlik elan etdi: 205 nəfər işə qəbul oldu

    “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün Dövlət İmtahan Mərkəzi vasitəsilə 7-8, 13 fevral və 9 iyulda müsabiqə üzrə müsahibə, ümumi müsahibə və daxili müsahibə elanları edilib.

    Muxalifet3 - 15-08-2018

  17. ​Türkiyədə möhtəşəm kampaniya: Antalyaya pulsuz bilet

    Türkiyədə yaşanan iqtisadi böhranla əlaqədar xalqın başlatdığı kampaniyalar davam edir.
    Muxalifet.az xəbər verir ki, ABŞ-ın iqtisadi hücumuna qarşı birləşən Türkiyə əhalisinin bu addımlarına bəzi şirkətlər də dəstək verir.
    Bir çox valyuta dəyişmə məntəqəsi isə 400 ABŞ dollarını lirəyə çevirən şəxslərə Antalyada bir həftəlik tətil bileti hədiyyə edir.

    Muxalifet3 - 15-08-2018

  18. ​ABŞ “erməni soyqırımı”nı tanıyacaq - TÜRKİYƏYƏ NÖVBƏTİ ZƏRBƏ

    Hazırkı ABŞ-Türkiyə münaqişəsi bu iki NATO üzrə müttəfiq ölkələr arasında ilk belə hal deyil. Lakin İraqdakı müharibə ilə bağlı anlaşılmazlıqlar, sərt də olsa, diplomatik müzakirələr çərçivəsindən kənara çıxmadısa, Suriyadakı müharibə iqtisadi sanksiyalar kimi kəskin addımlara səbəb oldu.

    Muxalifet3 - 15-08-2018

  19. ​Nil çayında dəhşət: 22 məktəbli həyatını itirdi

    Avqustun 15-də səhər saatlarında Nil çayının Sudandan keçən hissəsində qayıq qəzası nəticəsində 22 məktəbli və bir qadın həlak olub.
    Muxalifet.az xəbər verir ki, insident Misirlə sərhəddə yerləşən Nil əyalətində baş verib. Faciəyə taxta qayığın mühərrikinin sıradan çıxması səbəb olub. Leysan yağışlarının yaratdığı güclü çay axını qayığı çevirib.
    Qəza zamanı katerdə 40 məktəblinin olduğu bildirilir.
     

    Muxalifet3 - 15-08-2018

  20. ​Türk nazirdən ilk: 3 min əcnəbi investorla görüşəcək

    Türkiyənin Xəzinə və Maliyyə naziri Barat Albayraq sabah əcnəbi investorlarla telekonfrans vasitəsilə toplantı keçirəcək.
    Muxalifet.az xəbər verir ki, Türkiyə saatı ilə 16:00-da başlayacaq toplantıda iştirak üçün 3 mindən artıq əcnəbi investor müraciət edib.
    Xarici investorlarla ilk telekonfrans toplantısını həyata keçirəcək nazir Albayraq, baş verən son proseslərin ardından beynəlxalq investorlara mesajlarını bu şəkildə çatdıracaq.
     

    Muxalifet3 - 15-08-2018

Pages