Axtarış

The search found 105849 results in 0.105 seconds.

Search results

  1. ​NATO-dan Türkiyə-ABŞ açıqlaması...

    NATO müttəfiqləri hər zaman həmrəylik və bir-birini müdafiə etmək məsələsində razılaşıblar.
    Muxalifet.az xəbər verir ki, bu barədə NATO-dan açıqlama verilib.
    "İttifaq üzvləri arasında zaman-zaman fikir ayrılığı ola bilər, ancaq bu ittifaq çərçivəsində əsas məsələlərdə əldə olunan razılığa zərər verilmir", - NATO-nun məlumatında deyilib.
     

    Muxalifet3 - 14-08-2018

  2. ​Qeyri-sabit hava kənd təsərrüfatına ziyan vurub — Sahələrdə lil qatı qalıb

    Son günlər ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti kənd təsərrüfatına da ziyan vurub.
    Muxalifet.az xəbər verir ki, Zaqatala Rayon İcra Hakimiyyətinin Kənd təsərrüfatı və bitkiçilik şöbəsinin müdiri Vaqif Şabanovun Trend-ə verdiyi məlumata görə, rayon ərazisinə yağan leysan yağışlar nəticəsində əkin sahələrinə xeyli ziyan dəyib.
    V.Şabanov bildirib ki, yağış suları əsasən fındıq, yonca, qarğıdalı və soya sahələrinə zərər vurub:

    Muxalifet3 - 14-08-2018

  3. ​Tramp sabiq köməkçisinə “it” dedi

    ABŞ prezidenti Donald Trampın sabiq köməkçisi Omarosa Maniqol-Nyumanın memuarları dərc olunduqdan sonra Ağ Evin sahibi “Twitter” səhifəsində müəllifi kəskin tənqid atəşinə tutub.
    Muxalifet.az xəbər verir ki, şərhlərin birində Tramp sabiq köməkçisinə “it” deyib. Qeyd edək ki, ötən ilin dekabrında Maniqol-Nyuman Ağ Ev aparatının rəhbəri Con Kelli tərəfindən işdən qovulmuşdu.

    Muxalifet3 - 14-08-2018

  4. ​Lavrov: Xəzər sammitinin məhsuldarlığı “mütləq rekorddur”

    Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması ilə nəticələnən “Xəzər beşliyi”nin Qazaxıstandakı görüşü məhsuldarlıq baxımından Xəzərə dair bütün danışılar arasında mütləq rekorddur.
    Muxalifet.az xəbər verir ki, belə bir bəyanatla Rusiya XİN rəhbəri Sergey Lavrov çıxış edib.
    “Beş ölkə prezidentləri mətbuat üçün açıqlamalarında görüşə ən yüksək qiymət veriblər.
    “Tarixi” və “böyük” hadisə ifadələri istifadə edildi. Bu, şişirtmə deyil. Praktiki olaraq 22 il iş davam edib. Bu isə asan olmadı.

    Muxalifet3 - 14-08-2018

  5. ŞoK: İsrail Trampın qərarından sonra Türkiyəyə qarşı HƏRƏKƏTƏ KEÇDİ

    ABŞ prezidenti Donald Trampın “F-35” beşinci nəsil qırıcılarının Türkiyəyə çatdırılmasının təxirə salınması barədə qərarı imzalaması İsraili hərəkətə keçirdi.
    Muxalifet.az “Haber7” saytına istinadən xəbər verir ki, İsrail ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən “F-35” döyüş təyyarələrinin ehtiyat hissələrini hazırlayan “ASELSAN”, “HAVELSAN”, “ROKETSAN”, “AYESAS”, “Alp Aviasiya” və Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAS) kimi türk şirkətlərini əvəz etmək niyətindədir.

    Muxalifet3 - 14-08-2018

  6. ​ABŞ-la Türkiyə heç vaxt strateji müttəfiq olmayıb - Tarixi fakt

    ABŞ və Türkiyə heç vaxt strateji ortaq olmayıb, bu, indilərdə də açıq aydın görünür.
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə türkiyəli siyasi ekspert Naim Baburoğlu çıxış edib.

    Muxalifet3 - 14-08-2018

  7. ​Millimiz Belarusa qalib gəldi

    Belarusun Minsk şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası hazırlıq çərçivəsində ikinci yoxlama oyunu keçirib.
    Muxalifet.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu gün Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 1:0 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində Nigar Mirzəliyeva fərqlənib.
    Xatırladaq ki, bu komandalar arasında avqustun 12-də keçirilən oyunda Belarus yığması eyni hesabla qalib gəlib.
     

    Muxalifet3 - 14-08-2018

  8. ​Ərdoğandan Abadiyə: Şiddət çıxış yolu deyil

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraq Baş naziri Heydər Abadi arasında Ankarada görüş keçirilib.
    Muxalifet.az  xəbər verir ki, görüşdən sonra birgə mətbuat konfransı baş tutub.
    Görüşdə siyasi, hərbi, iqtisadi, ticari, mədəni və bir çox məsələdə müzakirələr aparılıb.
    Ərdoğan İraqda keçirilən etiraz aksiyalarına da toxunaraq, bəzi dairələrlə sui-istifadə hallarının olduğunu, ancaq şiddətin heç vaxt çıxış yolu olmadığını bildirib.

    Muxalifet3 - 14-08-2018

  9. ​Azərbaycanda yeni fond yaradılır - Nazirlik açıqladı

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq.
    Muxalifet.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirlik tərəfindən Fondun Əsasnamə layihəsi hazırlanaraq baxılması üçün aidiyyəti qurumlara təqdim olunub.
    Dövlət Əməyin Mühafizəsi Fondu əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verəcək.

    Muxalifet3 - 14-08-2018

  10. ​Azərbaycanda fəaliyyət göstərən bu banklar Türkiyəyə xəyanət edir?

    Bir neçə gündür ki, Türkiyədə lirə dollara nisbətən kəskin ucuzlaşıb.
    Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, türk lirəsinin dollara nisbətən kəskin ucuzlaşmasından sonra Azərbaycan banklarının lirə alışını dayandırdığı ilə bağlı xəbərlər yayıldı. Məsələni araşdırmaq üçün banklara yollandıq. “Kapitalbank”, BTB bank, “Beynəlxalq bank”, “Günay Bank” və digərlərində lirə qəbulunun olub-olmadığını soruşduq. Müraciət etdiyimiz banklar lirəni qəbul etdiklərini bildirdilər və 1 lirəni 0.24 manat aldıqlarını qeyd etdilər.

    Muxalifet3 - 14-08-2018

  11. ​Xəzərlə bağlı tarixi razılaşmanın Türkiyəyə xeyri...

    Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiya Türkiyəyə regiondakı neft və qaz tranzitində mövqeyini gücləndirməyə imkan verir.
    Muxalifet.az xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar Mərkəzinin sədri Bilal Çoban bildirib.

    Muxalifet3 - 14-08-2018

  12. ​Türkiyə ABŞ-ın tikinti materiallarından imtina edir

    Türkiyənin Ətraf Mühitin Mühafizə və Şəhərsalma nazirliyi ABŞ-ın tikinti materiallarının istifadəsindən imtina edəcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə ətraf mühitin mühafizə və şəhərsalma naziri Murat Kurum bəyan edib.
    Onun sözlərinə görə, bu, Amerika hökumətinin valyuta kurslarına çirkli müdaxiləsinə cavab addımıdır.
    Kurum qeyd edib ki, Türkiyənin daşınmaz əmlak bazarına ciddi təsir göstərəcək yol xəritəsi üzərində işlər aparılır.

    Muxalifet3 - 14-08-2018

  13. ​Maduronu öldürmək istəyənlər arasında general da olub

    Venesuelada prezident Nikolas Maduroya sui-qəsdlə əlaqədar iki yüksək rütbəli hərbçi həbs edilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə ölkənin Baş prokuroru Tarek Vilyam Saab bildirib.
    O qeyd edib ki, avqustun 13-də polkovnik Pedro Zambrano və general Alexandro Peres məhkəməyə gətiriliblər. Hərbçilər barədə başqa təfərrüatlar açıqlanmır. 
    Ümumilikdə artıq 14 nəfər, o cümlədən parlament üzvü saxlanılıb. Daha 20 şübhəli isə hələ ki, azadlıqdadır.

    Muxalifet3 - 14-08-2018

  14. ​Çavuşoğlu: Dünya siyasətində özbaşınalıq dövrü keçmişdə qaldı

    Rusiyalı həmkarı Sergey Lavrovla Ankarada keçirdiyi birgə mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, dünya siyasətində özbaşınalıq dövrü keçmişdə qalıb.
    Muxalifet.az-ın xəbərinə görə, Türkiyə - Amerika münasibətlərində böhranı şərh edən Çavuşoğlu deyib ki, əgər ABŞ dünyada hörmətini saxlamaq istəyirsə, mövqeyini zorla qəbul etdirmək cəhdlərindən əl çəkməlidir.

    Muxalifet3 - 14-08-2018

  15. ​Yunanıstanda yanğınlar: Ölənlərin sayı 96-ya çatdı

    Yunanıstanda yanğınlar nəticəsində ölənlərin sayı 96-ya çatıb.
    Trend-in məlumatına görə, bu barədə ölkənin yanğınsöndürmə xidmətindən bildiriblər.
    Məlumata əsasən, bu gün xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib. Ümumilikdə xəstəxanalarda yanğında xəsarət alan 13 nəfər həlak olub.
    Bundan əlavə, xəstəxanalarda yanğınlarda 29 xəsarət alan qalır.
    Qeyd edək ki, Yunanıstanda iyulun 23-ü bir neçə iri yanğın baş verib. Havanın çox isti olması və güclü külək yanğınsöndürənlərə yanğını söndürməyə imkan verməyib.

    Muxalifet - 15-08-2018

  16. Türkiyə NATO-nu tərk edir - 10 GENERALIN HESABATI

    Türkiyə bu ilin sonunda NATO-nu tərk edə bilər.
    Bu barədə ABŞ-ın Təhlükəsizlik Akademiyasının ehtiyatda olan 10 generala hazırlatdırdığı hesabatda bildirilib.
    Hesabat general Ceyms Marks və keçmiş hərbi kəşfiyyat zabiti Raçel Vaşbörnün rəhbərliyi ilə hazırlanıb və bunun üçün onlar 6 ay vaxt sərf ediblər.

    Muxalifet - 15-08-2018

  17. ​"Galatasaray" "Fənərbaxça"nın sayəsində varlanacaq

    “Fənərbaxça” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində mübarizəni dayandırıb.
    İstanbul klubu ilk oyunda səfərdə 0:1 hesabı ilə uduzduğu “Benfika” ilə öz meydanında bərabərə qalıb - 1:1. Bu nəticədən sonra cari mövsüm ÇL-in qrup mərhələsində Türkiyəni yalnız çempion “Qalatasaray” təmsil edəcək.
    “Fənərbaxça”nın ÇL-dən kənarda qalması isə “Qalatasaray”a maddi baxımdan faydalıdır. Belə ki, qrup mərhələsində yalnız “Qalatasaray” iştirak edəcəyindən UEFA-nın Türkiyəyə ayıracağı yayım məbləğinin hamısı “Sarı-qırmızılılar”a çatacaq.

    Muxalifet - 15-08-2018

  18. ​ABŞ-ın hücumu cavabsız qalmadı - Türkiyədən 100 FAİZLİK ZƏRBƏ

    ABŞ-ın Türkiyə qarşı iqtisadi sanksiyalarına cavab verilməsi ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğanın dünən verdiyi anons bu gündən rəsmiləşir.
    ABŞ istehsalı olan bəzi məhsulların idxalında əlavə maliyyə öhdəliklərinin 100 faiz artırılmasına dair qərar “Rəsmi Qəzet”də dərc edilib.
    Qərara görə, Birləşmiş Ştatlardan alınan avtomobil, spirtli içki və tütün məmulatları da daxil olmaqla, müəyyən malların idxal rüsumları artırılır.
    Türkiyə prezidentinin köməkçisi Fuad Oktay qərarı şərh edib.

    Muxalifet - 15-08-2018

  19. ​Qusarda ev, Gəncədə kafe yandı - FHN

    Qusarda yanğın qeydə alınıb.
    Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, Qusar rayonunun Suvacal kəndində ümumi sahəsi 160 m² olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində bir otağın tavanı 12 m² sahədə yanıb.
    Evin qalan hissəsi yanğından mühafizə olunub.
    Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
    Gəncədə də yanğın qeydə alınıb.

    Muxalifet - 15-08-2018

  20. ​VALYUTA MƏZƏNNƏSİ

    Azərbaycan Mərkəzi Bankı 15 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
    Mərkəzi Bankdan Muxalifet.az-a verilən məlumata görə, avqustun 15-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
    Manata nəzərən avronun məzənnəsi 1,9254 manat təşkil edir.
    1 türk lirəsi 0,2621 manat, 1 rus rublu 0,0255 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6495 manatdır.

    Muxalifet - 15-08-2018

Pages