Axtarış
The search found 105849 results in 0.161 seconds.
Search results
Qarabağda separatçı ölkələrin futbol turniri keçiriləcək – Növbəti TƏXRİBAT
Tanınmamış və qismən tanınmış ölkələrin futbolçularını birləşdirən Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası (ConİFA) 2019-cu ildə Avropa Kuboku yarışlarını işğal altındakı Dağlıq Qarabağ torpaqlarında keçirməyi qərara alıb.
Modern.az Ermənistan KİV-nə isitnadən xəbər verir ki, turnir iyun ayında baş tutacaq.
Qeyd edək ki, turnirdə qondarma Dağlıq Qarabağ Respublikası ilə yanaşı, Abxaziya, Dnestryanı, Şimali Kipr Türk Cümhuriyyəti, Cənubi Osetiya, Monako, Qaraçı yığması və s. tanınmayan yaxud qismən tanınan bölgələr daxil edilib.Muxalifet - 14-08-2018
Orxan Camal ilə yoldaşlarının sürücüsü jandarma idarəsinə aparılıb - ŞAHİD QİSMİNDƏ DİNDİRİLİR
Muxalifet.az xəbər verir ki, Mərkəzi Afrika Respublikasında qətlə yetirilmiş rusiyalı jurnalistlərin sürücüsü həbs edilib. Rusiyanın MAR-dakı səfiri Viktor Tokmakov bildirib ki, Rusiya diplomatları bu məlumatı həmin ölkənin müstəntiqlərindən alıblar: “O, ölkə paytaxtındakı yerli jandarma idarəsində saxlanılır”.
Tokakov bildirib ki, müstəntiqlər sürücü şahid qismində dindirilir.
Muxalifet - 14-08-2018
Misirlidən Türkiyəyə duyğulandıran dəstək: XANIMININ ZİNƏT ƏŞYALARINI BAĞIŞLADI
Küveytdə yaşayan Misir əsilli bir şəxs, ABŞ-ın sanksiyalarına qarşı Türkiyəyə dəstək üçün həyat yoldaşının zinət əşyasını bağışlamaq istədi.
Küveytdə imamlıq edən Misirli Seyid Məhəmməd Mustafa, Türkiyənin Küveyt səfirliyinə gələrək, iqtisadi təxribatlara məruz qalan Türkiyə iqtisadiyyatına dəstək üçün xanımına aid qızılları bağışlamaq istədiyini bildirib.
“Nəyə görə belə bir şey etmək istəyirsən" şəklindəki suala Mustafa, "Qardaş Türk xalqına olan sevgimə görə. Sizlər Müsəlmanların ümidisiniz" deyə, cavab verib.Muxalifet3 - 14-08-2018
Adnan Oktar cinayətində ŞOK MASON DETALI - Donald Tramp və italiyalı nazir...
Türkiyədə özünü din xadimi kim təqdim edərək mütəşəkkil cinayətkar dəstəyə başçılıq edən Adnan Oktar və müridlərinə qarşı açılan istintaq işi çərçivəsində şok detallar ortaya çıxmaqda davam edir.
Adnan Oktar İtaliyanın mason lojasına 33-cü dərəcədən qatılmaq üçün 1 milyon 50 000 avro ödəyib.
Lakin bu iddia Hürr və Qəbul Edilmiş Masonlar Türkiyə Böyük Lojası tərəfindən təkzib edilib. Lojanın böyük ustadı Bülənt Akkan Oktarın dünyada tanınan heç bir mason lojası tərəfindən masonluğa qəbul edilməsinin mümkün olmadığını bildirib.Muxalifet - 14-08-2018
Yerevanda Koçaryanın azad edilməsinə görə ETİRAZLAR BAŞLADI
Yerevanda sabiq prezident Robert Koçaryanın həbsdən azad olunmasına etiraz edirlər.
Muxalifet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bir müddət əvvəl həbsdən azad edilmiş keçmiş dövlət başçısının mətbuat konfransı zamanı etiraz aksiyası keçirilib.
Bir qrup şəxs mətbuat konfransının təşkil edildiyi zala daxil olmağa çalışıb. Onlar R.Koçaryanın ünvanına "Qatil" şüarı səsləndiriblər.Muxalifet - 14-08-2018
Azərbaycanda kişilərin evlənmə yaşı artıb – Son 27 ilin ən yüksək göstəricisi
Azərbaycanda son 27 il ərzində ilk dəfə olaraq, ötən il kişilər arasında ən yüksək orta nikah yaşı qeydə alınıb.
Trend-in məlmatına görə, ümumilikdə son illər ərzində Azərbaycanda rəsmi nikaha ilk dəfə daxil olan həm qadın, həm də kişilər arasında orta nikah yaş həddi nisbətən artıb.
2003-cü ildə kişilərin nikaha daxil olma üçün orta yaş həddi 28,6 (28 yaş 6 ay), qadınlar üçün 23,7 (23 yaş 7 ay) olub. 2008-ci ildə nikaha daxil olanların yaş həddində (kişilər üçün 28, qadınlar üçün 23, 4) nisbətən azalma olsa da, sonrakı illərdə nikah yaşı yenidən artıb.Muxalifet - 14-08-2018
Ermənistanda indi də Azərbaycan qarpızları satılır?
Ermənistanın kənd təsərrüfatı yarmarkalarında Azərbaycanda istehsal olunmuş qarpızlar satışa çıxarılıb. Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. KİV-in ehtimalına görə, külli-miqdarda qarpız bu ölkəyə Gürcüstan və Rusiya vasitəsilə yol tapıb.
Muxalifet - 14-08-2018
SON DƏQİQƏ: Türkiyə geri addım atır? - Branson işində sensasiyalı gəlişmə
Türkiyədə ev həbsində saxlanılan amerikalı keşiş Endryu Bransonun sərbəst buraxılacağı ilə bağlı məlumat yayılıb.
Muxalifet.az xəbər verir ki, bununla bağlı Bransonun vəkili məhkəmədə iddia qaldırıb.
Türkiyə mediasının məlumatına görə, yaxın saatlarda bununla bağlı açıqlama yayılacaq.
Qeyd edək ki, Branson 2016-cı ildə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd edən Fətullahçı Terror Təşkilatına (FETÖ) dəstək verməkdə ittiham edilərək həbs olunub.
2 ildən çoxdur rəsmi Ankara keşişin ABŞ-a ekstradisiya edilməsi ilə bağlı Vaşinqtonun tələblərini geri çevirir.Muxalifet - 14-08-2018
Nazirlikdən hava xəbərdarlığı: yağış, şimşək...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, avqustun 15-də ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var.
Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.Muxalifet - 14-08-2018
Qurban bayramı namazının vaxtı açıqlandı
Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.
Muxalifet.az bildirir ki, ilk bayram namazı avqustun 22-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 9:00-da isə Təzəpir məscidində qılınacaq.
Eyni zamanda, Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınacaq.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə isə bayram namazını Təzəpir məscidində qılacaq.
Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 22-si və 23-ü qeyri-iş günüdür.Muxalifet - 14-08-2018
Ərdoğandan ABŞ-a BOYKOT HƏMLƏSİ: "Onların “Ayfon”u varsa, bizdə "Vestel" var"
Türkiyə ABŞ-dan idxal edilən elektrik məhsullarını boykot edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının 16-cı simpoziumunda çıxış edərkən deyib.Muxalifet - 14-08-2018
Angela Merkel Azərbaycana gəlir
Almaniya kansleri Angela Merkel avqustun 25-də Bakıya gələcək. Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Haciyev bildirib.
Qeyd edək ki, A.Merkel avqustun 23-25-də Cənubi Qafqaz ölkələrinə regional səfərə çıxacaq.Muxalifet3 - 14-08-2018
“Amnesty International” İlqar Məmmədovun işi barədə
Avqustun 13-də Azərbaycan məhkəməsi müxalifətçi İlqar Məmmədovun qalan iki il həbs cəzasını şərti cəza ilə əvəzləyərək onun azadlığa buraxılması barədə qərar qəbul edib. 2014-cü ildə İ.Məmmədov kütləvi iğtişaşlara təhriketmə kimi saxta ittihamla 7 il azadlıqdan məhrum edilmişdi.
Bu barədə Amnesty International hüquq-müdafiə təşkilatının məlumatında deyilir.Muxalifet3 - 14-08-2018
BAKIDA BİABIRÇILIQ - "Moykada" qızı lüt soyundurub maşın yuduzdurdular - VİDEO
Bakıda avtoyuma məntəqələrinin birində biabırçı hadisə baş verib. Bu barədə sosial şəbəkələrdə yayılan videoda görüntülər öz əksini tapıb. Belə ki, avtoyuma məntəqəsində qızın içkili olmasından istifadə edən şəxslər onu lüt soyunduraraq avtomobil yuduzdurur. Həmçinin qızın üzərinə avtoyumada istifadə olunan şampun tökürlər. Görüntülərin harda və kimlər tərəfindən çəkilməsi bəlli deyil. Qeyd edək ki, videonu çəkən şəxslər onu bir-birinin arasında paylaşıb və beləliklə sosial şəbəkələrdə yayılıb. (avtosfer.az)
Muxalifet4 - 14-08-2018
“Turkish Airlines” ABŞ reklamından imtina etdi
Türkiyənin milli aviadaşıyıcısı olan “Turkish Airlines” (Türk Hava Yoları) beynəlxalq avişirkəti ABŞ sanksiyalarına cavab olaraq Amerika şirkətlərinin reklamlarından imtina və onları boykot edib.
Bu barədə “Turkish Airlines” avişirkətinin mətbuat katibi Yəhya Üstün öz tvitter səhifəsində yazıb.Muxalifet4 - 14-08-2018
Etirazçılar Koçaryanın mətbuat konfransına basqın etdilər - VİDEO
Robert Koçaryanın həbsdən azadlığa buraxılmasına etiraz edən aksiya iştirakçıları sabiq prezidentin bu gün mətbuat konfransı keçirəcəyi “Erebuni” mehmanxanasının binasına daxil olmağı bacarıblar. AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, aksiyaçılar mehmanxananın 9-cu mərtəbəsinə qalxaraq Koçaryanın saat 12:00-da mətbuat konfransı keçirəcəyi zala basqın ediblər.
Muxalifet4 - 14-08-2018
Narkoloji Mərkəzin həkimi rüşvətə görə saxlanıldı
Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla bağlı mərkəzin daha bir həkimi cinayət məsuliyyətinə cəlb edilib. Həmin mərkəzdə həkim vəzifəsində çalışmış Afət Məmmədova barəsində cinayət işi başlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə A.Məmmədovanın barəsində polis nəzarəti qətimkan tədbiri seçib. Cinayət matereallarına əsasən, A.Məmmədova mərkəzdə yanğın törətmiş Məhəmməd Məmmədovun həkimi olub.
Muxalifet4 - 14-08-2018
Rusiyalı jurnalistin qətlində Berezovski “izi” - Oliqarx telejurnalisti niyə öldürtdürmək istəyib?
Xəbər verdiyimiz kimi, ORT-nin ilk baş direktoru Vladislav Listyevin “Vzglyad” proqramı üzrə tərəfdaşı Dmitri Zaxarov həmkarının qətlinin sifarişçisinin mərhum oliqarx Boris Berezovski olduğunu deyib. “Yeni Müsavat”ın məlumatına görə, o, bu barədə MixTV telekanalına müsahibəsində bildirib.
Muxalifet4 - 14-08-2018
ÇİN VƏ RUSİYA: TƏHLÜKƏLİ ƏLAQƏ – “Rusiya ilə yaxınlaşıb, Çini təcridə salın”
Qərb kəşfiyyatının keçmişdəki yanlışlıqları içərisində onların soyuq müharibə zamanı Sovet İttifaqı və Çin arasında ciddi fikir ayrılığı və bölünmənin yaranmasını görməmələri faktı mühüm yer tutur.
Muxalifet4 - 14-08-2018
Xəzəryanı ölkələrin Xarici İşlər nazirləri Azərbaycanda toplaşacaq
Bazar günü beş Xəzəryanı ölkənin prezidentlərinin imzaladığı razılaşmadan sonra növbəti görüş Bakıda keçiriləcək.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev BBC News Azərbaycancaya deyib.
Muxalifet4 - 14-08-2018