Axtarış
The search found 105849 results in 0.136 seconds.
Search results
Türkiyə Atatürk modelinə qayıda bilər – Sensasiyalı TƏKLİF
Maliyyə böhranıyla qarşılaşan Türkiyə bunun öhdəsindən gəlmək üçün Çin nümunəsi üzrə dövlət kapitalizmi iqtisadi modelinə keçməyə məcburdur.
Bunu “RİA-Novosti” agentliyinə Energetika Bazarları Siyasəti İnstitutunun direktoru Volkan Özdemir bildirib.
Muxalifet4 - 14-08-2018
Əsədə qarşı 35 minlik ordu quruldu - ARXASINDA KİM VAR?
Suriyada Bəşər Əsəd rejiminə qarşı müxaliflərdən ibarət qurulan yeni Suriya Milli Ordusunun (SMO) arxasında dayanan gücün adı açıqlanıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, SMO-nun başçısı, polkovnik Xeytam Afisi birliyin Türkiyə tərəfindən qurulduğunu bildirib.
Muxalifet4 - 14-08-2018
Klinton haqda növbəti araşdırma - TRAMPDAN GÖSTƏRİŞ
ABŞ prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunu (FTB sabiq dövlət katibi, Demokratlar Partiyasından prezidentliyə keçmiş namizəd Hillari Klinton barəsində araşdırmanı yenidən keçirməyə çağırıb.
“RİA-Novosti” agentliyi xəbər verir ki, ABŞ prezidenti bu haqda tvitter səhifəsində yazıb.
Muxalifet4 - 14-08-2018
Trampı qəzəbləndirəcək iddia: MELANİE BOŞANMAQ ÜÇÜN GÜN SAYIR
ABŞ prezidenti Donald Trampın keçmiş köməkçisi Omarosa Nyuman, Ağ Evdəki günlərini qələmə aldığı yeni kitabında, Melania Trampın həyat yoldaşından boşanmaq üçün gün saydığını, həyat yoldaşını cəzalandırmaq üçün də passiv aqressiv ruh halını əks etdirən paltarlar seçdiyini iddia edib.
Muxalifet3 - 14-08-2018
Misir prezidentindən növbəti xəyanət: NETANYAHU İLƏ GİZLİ GÖRÜŞÜB
İsrailin Kanal 10 televiziyasının xəbərində, Netanyahu ilə Sisinin, Qəzzada uzunmüddətli atəşkəs mövzusunu müzakirə etmək üçün 22 mayda gizli görüşdüyü bildirilib. Netanyahunun, müşavirləri və xüsusi qorumalarından ibarət olan bir qrupla və xüsusi təyyarəylə getdiyi Qahirədə bir neçə saat qaldığı, sonra Təl-Əvivə döndüyü iddia edilib.
Muxalifet3 - 14-08-2018
Türk səfir Ağ Evdə qəbul edildi
Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton ilə Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıçın Ağ Evdə bir görüş həyata keçirdiyi bildirilib. Ağ Ev sözçüsü Sarah Sanders tərəfindən Bolton ilə Kılıç arasındakı görüşə dair yazılı bir açıqlama verilib.
Açıqlamada, " Con Bolton, Türkiyə səfiri Sərdar Kılıç ilə bu gün Ağ Evdə görüşüb. Bolton ilə Kılıç, Türkiyədə həbsi davam edən keşiş Endryu Brunsonu və Türk-Amerika münasibətlərinin son durumunu müzakirə ediblər" deyə, bildirilib.Muxalifet3 - 14-08-2018
Türkiyəyə daha bir dəstək: “TÜRKİYƏYƏ BİR ŞEY OLARSA, HAMIMIZ BİTƏRİK”
Qərbi Afrika ölkəsi Seneqalda bəzi vətəndaşlar, Türk iqtisadiyyatına dəstək olmaq üçün bir-birini Türk markası istifadə etməyə təşviq edir.
30 MARKALIK SİYAHI
Anadolu Agentliyinin məlumatına görə, Seneqallılar, sosial mediada, aralarında Türk Hava Yolları (THY), Çaykur, Marmarabirlik kimi Türk şirkətlərinin də olduğu 30-a qədər marka siyahı paylaşıb.Muxalifet3 - 14-08-2018
Lavrov-Çavuşoğlu görüşü – Gündəlik AÇIQLANDI
Bu gün Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovun Türkiyəyə səfəri başlayır.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında Ankarada görüş keçiriləcək.
Görüşdə Rusiya, Türkiyə, Almaniya və Fransa liderlərinin Suriya üzrə keçirəcəyi sammitə hazırlıq məsələləri müzakirə ediləcək. Sammitin sentyabrın 7-də İstanbulda keçiriləcəyi nəzərdə tutulub.Muxalifet - 14-08-2018
Müsəlman olan İtalyan pilot göz yaşlarını tuta bilmədi - VİDEO
Səudiyyə Ərəbistan hava yollarında çalışan İtalyan pilot hava limanı məscidində şəhadət gətirərək Müsəlman olub. Pilotun göz yaşlarına hakim ola bilmədiyi o anlar kameralara əks olunub.
Muxalifet3 - 14-08-2018
Bakıda marşrutda dava - VİDEO
Avtobusda daha bir sərnişin əxlaq normalarını pozaraq digər sərnişinləri təhqir və təhdid edib.
Avtobusda bir nəfər oğlanla mübahisə edən qadın daha sonra nalayiq ifadələr işlətməyə başlayır.
Qadının nalayiq ifadələrinə etiraz edən sərnişinlər onun danışığına diqqət etməsini tələb edirlər. Ancaq bu anda qadın daha da aqqressivləşir və digər sərnişinlərlə də mübahisə etməyə başlayır.
Aqqressiv qadın digər qadın sərnişini bıçaqlamaqla hədələyir.Muxalifet - 14-08-2018
Qida Təhlükəsizliyi Agentliyindən Qurban bayramı ilə bağlı XƏBƏRDARLIQ
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib.
Agentlikdən Modern.az-a verilən məlumata görə, müraciətdə bayram ərəfəsində vətəndaşlara və bu sahədə fəaliyyət göstərən şəxslərə dini ayinlərlə yanaşı, həm də müvafiq qanunvericiliyin tələblərinə uyğun heyvan kəsiminin həyata keçirməsini tövsiyə edilir.Muxalifet - 14-08-2018
Türkiyəyə hücuma izn verməyəcəyik - İraq Baş naziri
İraq öz ərazisindən Türkiyəyə hücuma izn verməyəcək.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İraq Baş naziri Heydər Abadi deyib.
O həmçinin Türkiyəyə səfər zamanı rəsmi Ankara ilə su resurslarının birgə istifadəsi, iqtisadiyyat və investisiya məsələlərini müzakirə edəcəyini bildirib. Onun sözlərinə görə, İraq bundan sonra da mehriban qonşuluq siyasətini davam etdirəcək.
Qeyd edək ki, H.Abadinin bu gün Türkiyəyə səfəri gözlənilir.Muxalifet - 14-08-2018
Rusiya sərhədinin 60 kilometrliyində… - NATO-dan Moskvanı QƏZƏBLƏNDİRƏCƏK HƏMLƏ
Litvanın Kazlu-Ruda şəhərində standartlara cavab verən NATO-nun aviapoliqonu bu ilin payızında istifadəyə veriləcək.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Litvanın Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Qeyd edilir ki, aviapoliqon Rusiya ilə sərhəddən təxminən 60 kilometrdə yerləşəcək. Poliqonda təyyarələr yerüstü hədəflərə zərbələri yerinə yetirə biləcək, həmçinin hərbi hava gücləri üçün hərbi kadrların hazırlığı üzrə təlimlər keçiriləcək.Muxalifet - 14-08-2018
İngiltərədən Türkiyə və Brunson açıqlaması
BMT Təhlükəsizlik Şurasına avqust ayında sədrlik edən İngiltərəli Pierce, “Fox News” telekanalında gündəmə dair sualları cavablandırıb.
Türkiyədəki məhkəmə prosesi davam edən Amerikalı keşiş Endryu Brunsonun sərbəst buraxılmasını istəyən ABŞ prezidenti Donald Trampın Türkiyəyə qarşı mövqeyi və iki ölkə arasında baş verənlərə dair bir suala Pierce, bu cavabı verib:Muxalifet3 - 14-08-2018
Bu gün "Qarabağ"ı çətin sınaq gözləyir...
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Muxalifet.az-ın xəbərinə görə, təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxacaq. Qurban Qurbanovun komandası səfərdə BATE-nin qonağı olacaq.
Bakıda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün Belarusdakı oyunda qələbə qazanmalıdır.
Qeyd edək ki, "Qarabağ” - BATE cütünün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq.Muxalifet - 14-08-2018
Bakıda süpürgəçiləri xüsusi texnika əvəzləyəcək
Son vaxtlarda sosial şəbəkələrdə və ölkə KİV-lərində Bakı küçələrində süpürgəçi qadınların ölüm və yaralanma hallarının müzakirəsi aparılır və küçələrdən zibil təmizləmək üçün avtomobil yollarına yaşlı qadınları yollayan kommunal xidmətlər tənqid edilir.
KİV-lər tərəfindən verilən məlumata görə, yolları təmizləyən süpürgəçi qadınlar arasında həlak olan və xəsarət alanlar var. Sonuncu belə hal avqustun 12-də baş verib.
Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, bununla əlaqədar vəziyyətin köklü surətdə dəyişməsi istiqamətində işlər həyata keçirilir.Muxalifet - 14-08-2018
Dolların bugünkü məzənnəsi
Azərbaycan Mərkəzi Bankı 14 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Muxalifet.az-a verilən məlumata görə, avqustun 14-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,9383 manat təşkil edir.
1 türk lirəsi 0,2459 manat, 1 rus rublu 0,0251 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6545 manatdır.Muxalifet - 14-08-2018
Qara geyimli adamlar 80 avtomobil yandırdı
İsveçin ikinci böyük şəhəri Göteburg-da bəzi qara geyimli insanlar 80 avtomobil yandırıblar. Bu araba yandıranların cinayətkar şəbəkəyə mənsub olduqları güman edilir. Göteborg şəhərinin 4 bələdiyyəsi Hjallbo, Trollhattan, Kronogarden, və Alətdə 80 avtomobilin yandırıldığı bildirilib.
Qara geyimli adamların avtomobilləri yandırmaları saat 22.00 radələrində başlayıb. Bir yanğının yaxınlığında olan yaşlı bir şahidin dedikləri:
Muxalifet3 - 14-08-2018
Ermənilər kəndlərimizi atəşə tutdu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 88 dəfə pozub.
Muxalifet - 14-08-2018
Polis 14 borclu şəxsi saxladı
Avqustun 13-dən 14-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 103 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Muxalifet - 14-08-2018