Axtarış
The search found 105849 results in 0.161 seconds.
Search results
Təyyarəni öz evinə çarparaq intihar etdi
ABŞ-da yaşayan və pilot olduğu bildirilən bir nəfər öz evinə təyyarə ilə çarparaq intihar edib.
42 yaşlı pilot Duayne Youdun bir gün əvvəl ailə içi zorakılığa görə nəzarətə alındığı və buraxılandan sonra intihar etdiyi bildirilib.
Əyalət şefi məsələ haqqında etdiyi açıqlamada, təyyarənin “Spanish For” hava limanından qalxdığını və hadisə zamanı evdə olan 2 nəfərin də təsadüfən xilas olduğunu bildirib. Şahidlərin sözlərinə görə isə hadisədən sonra böyük bir yanğın baş verib və ev yararsız hala düşüb.
Müxalifət.azMuxalifet3 - 14-08-2018
ABŞ Paşinyanı “ölümə” göndərir – İLGİNC GÖZLƏNTİ
Konqresin 50 üzünün Trampa çağırışının pərdəarxası; erməni baş nazir Putinlə acıq toqquşmaya sürüklənir - motiv; işğalçı ölkə regionda Türkiyəni əvəzləyəcək?
Muxalifet - 14-08-2018
Pentaqondan Türk pilotlar üçün açıqlama!
Trampın Türkiyəyə F-35 satışını təxirə salan qalmaqal layihəni imzalamasından sonra gözlər ABŞ-da F-35 təyyarələri ilə bağlı təlim görən Türk pilotlara çevrilib.
“Amerikanın Sesi”nde yer alan xəbərə görə, ABŞ Müdafiə Nazirliyinin sözcüsü polkovnik Mayk Andrews, F-35 təyyarələrinin Türk pilot ve tekniki baxım heyətinin Arizonadakı təlim çalışmalarının, qanun layihəsində istənən hesabatı Kongresə təqdim edənə qədər davam edəcəyini söyləyib.
Müxalifət.az
Muxalifet3 - 14-08-2018
ABŞ Türkiyəni F-35-lərlə vura bilmədi - Trampın növbəti sanskiya arzusu puça çıxdı
ABŞ prezidenti Donald Tramp Müdafiə Nazirliyinin (Pentaqon) 2019-cu il üçün nəzərdə tutulan büdcəsini təsdiq edib.
Büdcə layihəsində Türkiyəyə satılacaq “F-35” tipli qırıcıların təslimini təxirə salmasını ehtiva edən maddə əlavə edilib və qırıcıların Türkiyəyə təslim edilməsi təxirə salınıb.
Rəsmi Ankaranın məlumatına görə, bu qanun layihəsi Türkiyəyə yeni sanksiyalar vəd etmir.
Belə ki, Trampın təsdiq etdiyi 2019 Milli Müdafiə Səlahiyyətləri qanununda iddiaların əksinə, Türkiyənin F-35 proqramına qoşulması ilə bağlı hər hansı məhdudiyyətlər yoxdur.Muxalifet - 14-08-2018
“Müharibəyə hazırlaşın” - Dəniz komandanından dünyanı qorxudan ÇAĞIRIŞ
Rusiya və Çin öz Hərbi Dəniz Donanmasını təkmilləşdirməyə davam etdiyi bir dövrdə ABŞ hərbçiləri həyəcan təbili çalmağa başlayıb. Bu həyəcana həmçinin hər iki ölkənin gəmilərinin bir zamanlar ABŞ-ın hökmranlıq etdiyi Atlantik okeanında aktiv fəaliyyəti də səbəb olub.
Rusiyanın son beş ildə, Çininsə son 10 ildə donanmasını yenidən qurması, yəni onu yeni texnologiya ilə təmin etməsi Pentaqonu öz güclərinə yenidən baxmağa məcbur edib.Muxalifet - 14-08-2018
Türk Aslanlardan ABŞ Federal Bankına əməliyyat
Türk hakerlər, Amerika Birləşmiş Ştatları Federal Bankının saytına qarşı əməliyyat keçirib. Sayt uzun müddət bağlanıb.
Türkiyəyə qarşı iqtisadi müharibə aparan ABŞ-ın Federal Bankına Türk haker qrupu “Aslan Nəfərlər” komandası tərəfindən kiber əməliyyat keçirilib.
İstifadəçilər, Amerika Federal Bankının rəsmi veb saytı olan americanfederalbank.com ünvanına saatlarla daxil ola bilməyiblər.
ABŞ-lı məşhur maliyyə şirkəti “US Finance Inc”-də Türk hakerlər tərəfindən vurularaq rəsmi saytı usfinanceinc.com-a da uzun müddət giriş mümkün olmayıb.Muxalifet3 - 14-08-2018
Quran və Tövratda adı çəkilən möcüzəli meyvə - FAYDALARI
Əncirin adi həm Müqəddəs Quran, həm Tövrat, həm də İncildə çəkilir.
Əncir və onun qidalı və müalicəvi xüsusiyyətləri insanlara hələ qədim zamanlardan məlumdur. Əncirin faydalı xüsusiyyətləri olduqca çoxdur.
1. Kaliumla zəngin olan əncir ürək üçün çox faydalıdır.
2. Muxalifet.az xəbər verir ki, rutin maddəsi sayəsində əncir damarları möhkəmləndirir.
Muxalifet - 14-08-2018
ABŞ-la müharibə, yoxsa sülh? – Xamneyi seçimini AÇIQLADI
İranın dini lideri Ayətullah Xamneyi ABŞ-la aralarındakı gərginlik və müharibə çağırışlarına rəy bildirib.
Muxalifet.az Reuters agentliyinə istinadən xəbər verir ki, Xamneyi bu çağırışların ciddi təhlükə kəsb etmədiyini və heç bir müharibənin olmayacağını bildirib.
O, ABŞ tərəfinin hadisəni şişirtməkdə ittiham edib.
“ABŞ rəsmiləri İran haqqında açıq şəkildə danışırlar. Onlar müharibə və danışıqlar haqda danışırlar. Müharibə olmayacaq. Biz heç bir zaman müharibəni başlatmamışıq, onlar da İran hərbçiləri ilə döyüşməyəcəklər” – Xamneyi bildirib.Muxalifet - 14-08-2018
APA HOLDİNQİN PREZİDENTİNDƏN QƏZƏBLİ AÇIQLAMA! – “Bu hakimiyyətə, bu Dövlətə bu boyda pisliyi eləməyin!”
10 gündən artıqdır fəaliyyəti dayandırılan APA Holdinqin prezidenti Vüsalə Mahirqızı bu gün sükutu pozub. “AzPolitika.info” onun APA ətrafında baş verənlərə müəyyən qədər aydınlıq gətirən açıqlamasını təqdim edir:
APA Holdinqin üzərində böyük oyunlar qurulduğunu bilirdim. Amma bu oyunu quranların bu qədər açıq müstəvidə və iyrəncliklə oynayacaqlarını təsəvvür eləmirdim, açığı. Görünür, mənim səbrim və sükunətim əsəblərini dözdürmədi.
Muxalifet - 14-08-2018
Qaradağda ağır yol qəzası: ölən var
Qardağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Muxalifet.az-a verilən məlumata görə, hadisə avqustun 13-də saat 16 radələrində rayonun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini Zeynal Soltanov idarə etdiyi VAZ-21074 markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə onun sərnişini - həyat yoldaşı Elza Hüseynova hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.Muxalifet - 14-08-2018
“ASAN xidmət” mərkəzlərinin iş qrafiki dəyişdi
Çoxsaylı müraciətləri və aparılan statistik təhlilləri nəzərə alaraq vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə avqustun 20-dən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində xidmət daha erkən başlayacaq.
Bu barədə Muxalifet.az--a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.Muxalifet - 14-08-2018
Xəzəryanı ölkələrin nümayəndələri BAKIDA TOPLAŞACAQ
Xəzəryanı ölkələrin nümayəndələri bu ilin payızında Azərbaycanda görüşəcəklər.
Muxalifet.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici işlər naziri Kayrat Abraxmanov bəyan edib.
Onun sözlərinə görə bu ölkələrin xarici işlər nazirlərinin müavinləri Xəzərin hüquqi statusunun müzakirəsi üçün Azərbaycanda toplaşacaqlar.Muxalifet - 14-08-2018
İrandan neft həmləsi – SANKSİYALARA QARŞI ENDİRİM
Muxalifet.az xəbər verir ki, ABŞ-ın noyabrın 5-dən etibarən qüvvəyə mindirməyi planlaşdırıdığı, İran neftini hədəfə alan sanksiyalarının yaxınlaşdığı bir dövrdə İran neft bazarındakı tələbləri və digər neft ixracatçılarının endirimlərini dəyərləndirərək, neft qiymətlərində endirim etdiyini bildirib.
Muxalifet - 14-08-2018
İrandan şok neft həmləsi!
İran, neft bazarındakı tələbləri və digər neft ixracatçısı ölkələrin verdiyi güzəştləri istifadə edərək neft qiymətlərində endirim etdiyini açıqlayıb
Muxalifet3 - 14-08-2018
Türk Hava Yollarından ABŞ-a qadağa!
Türk Hava Yolları (THY), ABŞ mərkəzli qurumlara reklam verməyəcəyini açıqlayıb. Türk Hava Yollarının Mətbuat Müşaviri Yəhya Üstün, "ABŞ-lı şirkətlərə reklam verməyəcəyik. Türk Hava Yolları olaraq dövlətimizin və millətimizin yanında yer alırıq. Məsələ ilə bağlı lazımi təlimatlar orqanlarımıza verilmişdir" deyib.
Müxalifət.azMuxalifet3 - 14-08-2018
Polisin axtardığı erməni general MOSKVADA ORTAYA ÇIXDI
Ermənistanın axtarışda olan keçmiş müdafiə naziri Mikayıl Arutyunyan Moskvada gizlənir.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “Qraparak” qəzeti yayıb. Qəzetin yazdığına görə, hüquq-mühafizə orqanları Arutyunyan haqqında məlumatlı olsalar da onu Rusiya vətəndaşı olduğu üçün həbs edə bilmirlər.
Qeyd edək ki, Arutyunyan bundan öncə 1 mart qırğınlarında günahkar bilinib və qiyabi olaraq həbsə məhkum edilib. Sonradan rəsmi İrəvan Arutyunyanı beynəlxalq axtarışa verib.Muxalifet - 14-08-2018
Ana 18 yaşlı qızını yatdığı yerdə BALTALADI: "Onun kimi 7 qızım olsa..."
Rus qadın 18 yaşlı qızını yatdığı yerdə baltalayıb.
Muxalifet.az xəbər verir ki, hadisə Rusiyanın Perm diyarının Çaykovski şəhərində yaşanıb.
49 yaşlı Tatyana adlı qadın türkiyəli həyat yoldaşı evi tərk edəndən sonra qızını öldürüb. Qızın cansız bədəni sevgilisi tərəfindən tapılıb. Araşdırma zamanı qızın anası tərəfindən öldürüldüyü məlum olub. Belə ki, o, qızı yatdığı yerdə dəfələrlə başına balta ilə vurub.Muxalifet - 14-08-2018
Türkiyə BACARDI: Dollar ucuzlaşdı, növbəti hədəf isə...
ABŞ-ın Türkiyəyə qarşı sanskiyalarından sonra dollar qarşısında dəyərini itirən Türkiyə lirəsi Mərkəzi Bankın həmlələri ilə yenidən dəyər qazanmağa başlayıb.
Dünən 7,2 lirəyə dəyişdirilən dollar bu gün 6,8 lirəyə satılıb.
Növbəti hədəf dolları 6,60 TL səviyyəsinə düşürməkdir.Muxalifet - 14-08-2018
Bakı-Quba-Rusiya yolunda təmir gedir – Agentlikdən sürücülərə XƏBƏRDARLIQ
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 0-45-ci kilometrliyində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.
Muxalifet.az xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi açıqlama yayıb.
Bildirilib ki, sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmalı, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etməlidirlər.Muxalifet - 14-08-2018
Rusiya mənbələri: “Belə davam etsə Qarabağın da taleyi Yerevansız həll ediləcək”
Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanması regionda uzunmüddətli və qlobal irəliləyişlərə səbəb olacaq. Virtualaz.org xəbər verir ki, bu barədə “Krasnodarskie izvestie” portalının şərhçisi Konstantin İzotyevin məqaləsində deyilir.
Müəllifə görə mütəxəssislər bu sənəddən bütün sahilyanı ölkələrin udduğunu deyirlər. “Amma hamıdan çox udan Azərbaycan oldu”-o bildirir.
Muxalifet - 14-08-2018