Axtarış

The search found 105849 results in 0.079 seconds.

Search results

  1. Ermənistanda siyasi EHTİRASLAR– Qarabağ klanı Paşinyana əks-həmləyə keçdi

    Ermənistanda Nikol Paşinyanın başçılıq etdiyi yeni hökumətlə Qarabağ klanı arasında çəkişmələr davam edir. Robert Koçaryanın həbs olunması ilə ciddi zərbə alan Qarabağ klanı Serj Sarkisyanın müalicə adı ilə getdiyi İtaliyadan geri dönməsini səbirsizliklə gözləyirdi.

    Keçmiş prezidentin İtaliyadan dönən kimi anasını ziyarət adı ilə işğal altındakı Xankəndinə getməsi əslində Paşinyana qarşı yeni cəbhə formalaşdırmaq məqsədi daşıyırdı. Sarkisyan Xankəndində yerli rəhbərliyin sadiqliyinə və mövcud vəziyyətdən narazı qaldıqlarına əmin olduqdan sonra əks-hücum planları qurur.

    Muxalifet - 13-08-2018

  2. ​İrandan ABŞ-a ƏZƏLƏ NÜMAYŞİ: yeni nəsil ballistik raketlər təqdim edildi - VİDEO

    İran yeni nəsil ballistik raketini nümayiş etdirib.
    Muxalifet.az TASS agentliyinə istinadən xəbər verir ki, "Fateh Mubeen" adlı raket İranın hərbi qurumunun rəhbəri Əmir Hatəmi tərəfindən təqdim edilib.
    Hatəmi yeni raket üzərində işlərin tamamlanması ilə əlaqədar ordunu və hərbi konstruktorları təbrik edib.
    Qeyd edək ki, ötən həftə Amerika mediası ABŞ kəşfiyyatının İranın bu il ilk dəfə "Fateh" ailəsinə daxil olan ballistik raketləri sınaqdan keçirdiyini öyrəndiyini yazmışdı.

    Muxalifet - 13-08-2018

  3. ​Buzovnada qadını qətlə yetirmiş şəxs saxlanıldı

    Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində törədilən qətlin üstü açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
    Avqustun 10-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində naməlum şəxs qəsəbə sakini Səkinə Hümbətovanı bıçaqla qətlə yetirib.

    Muxalifet - 13-08-2018

  4. Azərbaycandan Türkiyə açıqlaması!

    Azərbaycan sərmayə yatırmağa davam edəcəyi Türkiyə iqtisadiyyatının gələcəyindən tamamilə əmin olduğunu bildirib. Xarici İşlər Nazirliyindən bildiriblər ki, Azərbaycanla Türkiyə arasındakı strateji əməkdaşlıq günü-gündən inkişaf edir.
    Azərbaycanın Türkiyə ilə iqtisadi münasibətlərə xüsusi önəm verdiyi vurğulanan açıqlamada, münasibətlərin inkişafına, qarşılıqlı sərmayə qoymağa, iki tərəfli ticarəti inkişaf etdirməyə, regional və qlobal enerji və nəqliyyat layihələrinə töhfə verməyə davam edəcəyi qeyd edilib.

    Muxalifet3 - 13-08-2018

  5. ​Dünyanı HEYRAN QOYAN FOTOLAR: Türklər dollara qarşı belə müharibə aparır

    ABŞ prezidenti Donald Trampın Türkiyəyə qarşı iqtisadi hücumlar etməsi türk lirəsinin dollar qarşısında sürətlə dəyər itirməsi ilə nəticələndi.
    Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan xalqı əllərindəki dollarları, avroları və qızılları lirəyə çevirməyə və iqtisadi müharibədə dövlətə dəstək verməyə çağırdı.

    Muxalifet - 13-08-2018

  6. “Nar” müştəri loyallığı indeksinə görə liderdir

    Müstəqil araşdırma şirkətləri tərəfindən keçirilmiş araşdırmaların/sorğuların nəticələrinə əsasən, “Nar” mobil operatorunun müxtəlif parametrlər üzrə müştəri loyallığı indeksində əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Həyata keçirilmiş NPS (Net Promoter Score) göstəricisi və “Brand Tracking”  araşdırmalarına görə, “Nar” mobil internet istifadəçilərinin sayındakı artım tempi üzrə mobil rabitə bazarında yüksək nəticəyə nail olub.
     

    Muxalifet4 - 13-08-2018

  7. Angela Merkeldən Türkiyə açıqlaması

    Almaniyanın baş naziri Angela Merkel, keçirilən mətbuat konfransında Türkiyədəki valyuta böhranına dair bir suala cavab verib.
     
    Türkiyənin iqtisadi olaraq böhran yaşanmasının kimsənin xeyrinə olmadığını bildirən Merkel, Mərkəzi Bankın bu məqamda müstəqil işinin əhəmiyyətinə toxunub.
    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə yaxın zamanda bu məsələlərlə bağlı danışacağını deyən Merkel, iqtisadi olaraq Avropa İttifaqının ətrafının sabit olmasından bəhrələndiyini bildirib.

    Muxalifet3 - 13-08-2018

  8. ​Egey dənizində türk və yunan balıqçılar arasında insident! – Türklər atəş açıblar…

    «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Egey dənizində türk və yunan balıqçılar arasında insident yaşanıb, guya türklər yunan balıqçılara atəş açıblar.
    «Alpha» telekanalının xəbər verliyi kimi, insident «Leros» yunan adasının 300 metrliyində baş verib. Bu adanın «Dodekanes» adalar qrupuna daxil olduğu bildirilir.
    Xəbərdə qeyd olunur ki, türklər yunanların iki qayığına odlu silahdan atəş açıblar. Nəticədə yunan qayıqları balıq ovlanan rayonu təkr etməli olublar. Türk balıqçılar isə beynəlxalq sulara qayıdıblar.

    Muxalifet - 13-08-2018

  9. Sabah bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ

    "Qaz İxrac" İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri ilə əlaqədar sabah paytaxtın bir neçə rayonunda qaz verilişində fasilələr olacaq.

    Muxalifet - 13-08-2018

  10. "Bu, tam qələbə deyil, qisməndir" - İLQAR MƏMMƏDOV - Video

    "Bu, tam qələbə deyil, qisməndir. Bu, respublikaçıların tərəfdarlarının - gənclərin, yaşlıların və Azərbaycandakı bütün fəalların səyləri, mənə göstərdikləri dəstəyin sayəsində mümkün oldu".
    Bunu 5,5 il həbs cəzasından sonra bu gün azadlığa çıxan İlqar Məmmədov onu evinin yanında qarşılayan tərəfdarlarına və jurnalistlərə deyib.

    O həmçinin öz tərəfdarlarını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik edib və deyib ki, 28 May Cümhuriyyət Gününü İstiqlal küçəsində nümayiş ilə qeyd edə biliblər.

    Muxalifet4 - 13-08-2018

  11. ​Daha bir qonşu ölkənin pulu ucuzlaşmağa başlayıb

    Gürcüstanın milli valyutası lari də ucuzlaşıb.
    Muxalifet.az xəbər verir ki, lari dollara nisbətdə 7 tetri ucuzlaşaraq 2,60 lariyə çatıb. Avro isə 2,96 lari olub.
    Qeyd edək ki, bu gün səhər saatlarında 1 dollar 2,53 lari, 1 avro isə 2,90 lari idi.

    Muxalifet - 13-08-2018

  12. DTX reket jurnalistləri saxlayıb

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) "El həkimi" qəzeti və onun baş redaktoru, təsisiçisi Zöhrab Ağayevlə bağlı araşdırmaya başlayıb.
    “Turan” xəbər verir ki, bu barədə DTX-nın avqustun 13-də yaydığı məlumatda deyilir.
    " Z.Ağayevin tabeçiliyində olan Günel Cümşüdova və digərlərinin ölkə ərazisində müxtəlif hərbi hissələrin zabit və gizirlərini qanunsuz əməllərə təhrik edərək şantaj etmələri, bu barədə videoçəkilişləri mobil telefondan İnternetlə bir-birilərinə ötürmələri müəyyən olunub DTX- da araşdırma başlanıb", - məlumatda deyilir.

    Muxalifet4 - 13-08-2018

  13. ​ABŞ-la yalnız bu halda danışıqlar apararıq - Xamenei

    ABŞ-la danışıqları qadağan edirəm.
    Muxalifet.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində İranın Ali Dini lideri Əli Xamenei paylaşıb.
    “ABŞ-la danışıqlar yalnız Vaşinqtonun bizi aldatmayacağına əmin olduqda baş tutacaq. Bu gün elə əminlik yoxdur. ABŞ-ın nüvə razılaşmasından çıxması sübut edir ki, bu dövlətə güvənmək olmaz”, - o bildirib.
     

    Muxalifet3 - 13-08-2018

  14. ​Putinin reytinqi düşdü: sabah seçki keçirilsə...

    Rusiya Prezidenti Vladimir Putinə səs verməyə hazır olan rusiyalıların sayı əhalinin 45%-ni təşkil edib.
    Muxalifet.az xəbər verir ki, bu nəticə Rusiya İctimai Fikir Fondunun keçirdiyi sorğudan sonra ortaya çıxıb.
    Sorğu iştirakçılarının 63%-i Putinin prezidentlik vəzifəsində fəaliyyətini müsbət dəyərləndirib. 41% şəxs isə son aylarda Putinə inamını itirdiyini bildirib.
     

    Muxalifet3 - 13-08-2018

  15. ​Almaniyadan ABŞ-a Türk silləsi: Lirə güclənəcək

    Türkiyə iqtisadiyyatının qeyri-stabilliyi heç kimin xeyrinə deyil.
    Muxalifet.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib. Onun sözlərinə görə, Almaniya Türkiyə iqtisadi rifah görmək istəyir. O, Türkiyədə Mərkəzi Bankın müstəqil və güclü  olmasının da vacibliyini deyib.
     

    Muxalifet3 - 13-08-2018

  16. ​Erməni vitse-spiker Bakının uğurlarını etiraf etdi

    Avqustun 12-də Aktauda imzalanmış “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nı şərh edən Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib ki, Ermənistanın yeni hökuməti müttəfiqləri ilə əlaqələri zəiflətdiyi bir vaxtda Azərbaycanın bu ölkələrlə münasibətləri möhkəmlənir.

    Muxalifet3 - 13-08-2018

  17. ​Məcburi köçkünün intihara cəhd ilə bağlı - Rəsmi açıqlama

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bəzi kütləvi informasiya vasitələrində mənzil problemi həll edilmədiyinə görə bir nəfər məcburi köçkünün qurumun binasında intihara cəhd etməsi barədə yayılan məlumata münasibət bildirib.
    Dövlət Komitəsindən verilən məlumatda bildiririlir ki, həmin vətəndaş - Füzuli rayonundan məcburi köçkün Novruzzadə Natiq Nadir oğlu ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 87 ünvanında yerləşən 1 nömrəli yataqxanada müvəqqəti məskunlaşıb.

    Muxalifet3 - 13-08-2018

  18. ​“Petkim” ABŞ-ın nüfuzlu proqramına üzv oldu

    Türkiyənin ilk və tək inteqrasiya olunmuş neft-kimya şirkəti olan “Petkim” texnologiya, tədqiqat-inkişaf və kimya sahələrində dünyanın ən yaxşı texniki universitetlərindən biri olan Massaçusetts Texnologiya İnstitutunun (Massachusetts Institute of Technology) (MIT) Sənaye Əlaqələndirmə Proqramına (İLP- Industrial Liaison Program) üzv olub.
    Muxalifet.az xəbər verir ki, “Petkim” avqust ayından etibarən iki il ərzində ortaq maraq dairələri üzrə birgə əməkdaşlığı təmin edəcək bu üzvlüklə İLP proqramına daxil olan 250 qlobal şirkətdən biri olub.

    Muxalifet3 - 13-08-2018

  19. ​DİM-dən abituriyentlərə jest: Vaxt uzadıldı

    Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçiminin vaxtı 14 avqust saat 10:00-dək uzadılıb.
    Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, 13 avqust saat 16:55-ə olan məlumata görə 44558 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 200 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, elektron ərizəsini təsdiq etməyib.

    Muxalifet3 - 13-08-2018

  20. ​ABŞ bu dövlətləri təhdid etdi: “ABŞ ilə biznesinizdə dəhşətli nəticələrə dözəcəksiniz"

    ABŞ-ın London səfiri Vudi Conson İngiltərəyə İranla bağlı çağırış edib.
    Muxalifet.az xəbər verir ki, səfir "Deyli Teleqraf" qəzetində dərc edilən məqaləsində İngiltərəyə İranla nüvə müqaviləsinə tərəfdar olan AB-nin deyil, ABŞ-ın tərəfində yer almasını istəyib.
    Conson İngiltərənin ABŞ-ın tərəfində olmayacağı təqdirdə, ticarətində ciddi mənfi nəticələrin olacağını bildirib:

    Muxalifet3 - 13-08-2018

Pages